Məhkəmə qərarları › İş №2(1-8)-968/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-968/2026

19.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanǝRespublikasıǝadından Qərar Bakıǝşəhəri İşǝ№ǝ2(1-8)-968/2026 19.05.2026 ALIǝMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair, Birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İddiaçı qarşı iş üzrə QƏRARİ Açar sözlər: uşaqlaǝünsiyyətǝhüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağaǝoğlundanǝibarətǝtərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cəlb edilməklə) “qərarın ləğv edilməsi” tələbinə dair və birləşdirilmiş iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “uşaqla (nəvə) ilə ünsiyyət” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəməninǝbinasındaǝyazılıǝicraatǝqaydasındaǝbaxaraqǝaşağıdakılarıǝmüəyyənǝetdi: Işin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə X2 arasında bağlanmış ##.##.2017-ci il tarixli nikah pozulmuş, ##.##.2020-ci il təvəllüdlüǝX3ǝanasıǝİddiaçıǝyanındaǝsaxlanılmasıǝqətǝedilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi iddiaçı X2 ##.##.2020-ci il təvəllüdlü övladı X3 ilə ünsiyyət vaxtının müddətinin hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək müəyyən olunması hissəsində dəyişdirilmiş və ünsiyyət vaxtı sərbəst şəkildə hər həftənin şənbə günü saat 11:00dan gecə qalmaq şərtilə bazar günü saat 11:00-dək müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya baxışı zamanı uşağın müayinə və müalicəsi ilə bağlı Respublika Diaqnostik Mərkəzində saxlanılan sənədlərin surətləri əldə edilmiş və müəyyən edilmişdir ki, Respublika Diaqnostik Mərkəzinin arayışı ilə ##.##.2024-cü il tarixdən uşağa aktivlik və diqqət pozğunluğu diaqnozu qoyulmuşdur.

3. Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin “uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında” ##.##.2025-ci il tarixli Qərarına əsasən, vətəndaş İddiaçı tərəfindən vətəndaşlar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nəvələri ##.##.2020-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmalarına yaradılan maneələrin aradan qaldırılması, vətəndaşlar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nəvələri ##.##.2020-ci il təvəllüdlü X3 ilə sərbəst qaydada hər həftənin bazar günü saat 11:00-dan bazar ertəsi saat 11:00-dək görüşüb ünsiyyətdə olmalarının təmin edilməsi qərara alınmışdır. İddiaçı izahat ünvanlayaraq uşaq azyaşlı və səhhətində müəyyən problemlər olduğundan həkim rəyləri əlavə edilməklə nənə və babanın həftəǝsonuǝbirǝneçəǝsaatǝuşaqlaǝünsiyyətdəǝolmasınaǝetirazǝetmədiyiniǝbildirmişdir.

4. X3 ##.##.2024-cü il tarixli müqavilə imzalandığı andan mütəmadi olaraq hər həftəninǝ5ǝgünüǝX1ǝEviǝ–ǝUşaqǝBağçasınaǝgəldiyiǝtəsdiqǝedilir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəyyumluq və Himayəçilik Komissiyasının qərarının ləğv edilməsi barədə qətnamə qəbulǝedilməsiniǝxahişǝetmişdir.

6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəyyumluq və Himayəçilik Komissiyasının qərarında göstərilmişdir ki, uşağın ata ilə sərbəst şəkildə ünsiyyəti ananın da təşəbbüsü ilə məhkəmə qətnamələri ilə təmin olunmuş, lakin ana uşağın yaşı və xəstəliyi səbəbindən gecə tutmaları nəzərə alınmaqla ana sadəcə uşağın gecə atasının yanında qalmasına etiraz etmişdir. Uşaq bu gün də atası ilə saatlarla sərbəst şəkildə rahat görüşür və atasını çox sevir. Nənə-baba isə illərdir uşağı görməmiş, maddi vəziyyətlərinin yüksək səviyyədə olmasına baxmayaraq uşağın tələbatlarının ödənilməsində hər hansı köməklik göstərməmişdir. Buna baxmayaraq iddiaçı yenə də nənə-babanın uşaqla bir neçə saatlıq görüşünə etiraz etməmişdir. Belə ki, hazırda məhkəmə qətnamələri ilə təsdiq olunmuş X2 ##.##.2020-ci il təvəllüdlü övladı X3 ilə ünsiyyət vaxtının müddəti (həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək müəyyən olunması hissəsində dəyişdirilməsi və ünsiyyət vaxtı sərbəst şəkildə hər həftənin şənbə günü saat 11:00-dan gecə qalmaq şərtilə bazar günü saat 11:00-dək) kifayət qədər çoxdur, nənə-babanın da həmin vaxt ərzində uşaqla ünsiyyətdə olmaq imkanını istisna etmir. Belə olan halda, qəyyumluğun təcrübəyə uyğun olmayan və qərəzli olaraq qəbul etdiyi qərarın ləğv edilməsi mütləqdir. Belə ki, hələ təcrübədə belə azyaşlı və səhhətində problemlər olan uşağın (həkim rəyi icra hakimiyyətinə təqdim edilmişdir) nənəbaba ilə bazar günü saat 11:00-dan bazar ertəsi 11:00-dək görüşüb ünsiyyətdə olması barədə icra hakimiyyətləri tərəfindən qərar qəbul olunması halına demək olar ki, rast gəlinmir. Bazar günü nənə-baba ilə qalan uşağın konstitusion təhsil və istirahət hüququ nəzərə alınmamışdır. Bu yaşda uşaq məktəbəqədər təhsilə cəlb olunur və ya şəxsi inkişaf üçün bağçaya gedir. Icra Hakimiyyəti hansı əsasla uşağın milli və beynəlxalq qanunvericilikdən irəli gələn üstün mənafelərini heçə sayır. Etiraz edib, rəsmi sənədlər təqdim olunmasına baxmayaraq nənəbabaya belə bir üstünlüyünün təmin olunmasının hər hansı qanuni əsası mövcud deyildir. Ana da işləyir. Ananın da həftəsonu uşaqla səmərəli vaxt keçirmək hüququ vardır. Lakin Icra Hakimiyyəti tərəfindən ananın bütün hüquqları tapdalanaraq, şənbə günündən bazar gününədək atanın, bazar günündən bazar ertəsinədək nənə-babanın ünsiyyət hüququ təmin edilmişdir. Uşağın bağçaya getməsi, həftə içi nizamı, ananın da həftəsonu uşaqla səmərəli vaxt keçirmək imkanı heçə sayılmış, milli və beynəlxalq qanunvericilikdən irəli gələn uşağın üstün mənafeləri nəzərə alınmamış, ata və nənə-babanın hüquqları uşağınkından üstün tutularaqǝqərarǝqəbulǝedilmişdir.

7. Birləşdirilmiş iş üzrə: Iddiaçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İddiaçı qarşı “uşaqla (nəvə) ilə ünsiyyət” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən nəvələri ##.##.2020-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmalarına yaradılan maneələrin aradan qaldırması, nəvələri ##.##.2020-ci il təvəllüdlü X3 ilə sərbəst qaydada hər həftənin bazar günü saat 11:00-dan bazar ertəsi saat 11:00-dǝk görüşüb ünsiyyətdə olmalarının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahişǝetmişdirlər.

8. Iddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, oğlu ilə gəlini arasında nikah ləğv olunsa da, onlar öz baba və nənəlik borclarını hər zaman yerinə yetirmək istəyirlər və davam etdirməkdə israrlıdırlar. Lakin öz nəvələri ilə görüşə bilmirlər, uşaqla ünsiyyətdə ola bilmirlər. Hal-hazırda nəvə ilə görüşmək istəyini həyata keçirmək mümkün olmur, cavabdeh tərəfindən sərbəst ünsiyyət imkanı yaradılmır. Özləri Novxanı bağları, Həsən Əliyev küçəsi, ev 001 ünvanında yaşayırlar, uşaqla sərbəst ünsiyyət üçün hər bir şərait vardır. Təəssüf ki, nəvələri ilə sərbəst ünsiyyətlərinə cavabdeh İddiaçı tərəfindən maneə yaradılır. Qanuna əsasən uşaq babaları, nənələri, qardaşları, bacıları və digər qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Eyni zamanda, qanuna əsasən həmçinin baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Bu hüquqlarının təmin edilməsi üçün cavabdehə müraciət etmişlər və nəvələri ilə hər həftənin bazar günü 11:00-dan bazar ertəsi 11:00-a dək sərbəst şəkildə görüşüb ünsiyyətdə olmalarına imkan yaradılmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən bu xahişə cavab verilməmişdir. Onlar tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilmişdir. Binəqədi Rayon Icra Hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında ##.##.2025-ci il tarixli, **/**** saylıǝqərarıǝiləǝcavabdehǝtərəfindənǝonlaraǝnəvələriǝiləǝünsiyyətdəǝ olmalarına yaradılan maneələrin aradan qaldırılması haqqında qərar verilmişdir və həmin qərarla onların, nəvələri ilə sərbəst qaydada hər həftənin bazar günü saat 11:00-dan bazar ertəsi saat 11:00-a dək görüşüb ünsiyyətdə olmalarının təmin edilməli olması göstərilmişdir. Bunun əsasında tərəflərindən ##.##.2025-ci il tarixində cavabdehə məktubla müraciət edilmiş və nəvələri ilə qərarda nəzərdə tutulan qaydada sərbəst görüş üçün şərait yaradılmasını xahiş etmişlər. Lakin cavabdeh tərəfindən bu qərara, bu müraciətlərinə də əməl edilməmiş, onların, nəvələri iləǝünsiyyətiǝtəminǝedilməmişdir.ǝ

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı ilə qeyd olunan mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cəlb edilməklə) “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin “uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında” ##.##.2025-ci il tarixli Qərarının ləğv edilməsi; iddiaçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “uşaqla (nəvə) ilə ünsiyyət” tələbinə dair iddiaları qismən təmin edilməklə, iddiaçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nəvələri, ##.##.2020-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olma hüququnun təmin edilməsi, iddiaçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nəvələri, ##.##.2020-ci il təvəllüdlü X3 ilə sərbəst şəkildə hər həftənin bazar günü saat 11:00-dan saat 18:00-dək və ünsiyyətdə olmaq hüququnun verilməsi, birləşdirilmiş iddianın qalan hissədə rədd edilməsi qətǝedilmişdir.

11. Məhkəmə birinci iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, daha əvvəl X2 öz övladı ilə ünsiyyətdə olmaq hüququ təmin edilmiş (gecə qalmaq şərti ilə), daha sonra isə Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin ##.##.2025-ci il tarixli Qərarı ilə nənə və babanın öz nəvələri ilə ünsiyyətdə olmaq hüququ da gecə qalmaq şərti ilə təmin edilmişdir. Bu hal isə ilk növbədə uşağın mənafeyinin, daha sonra isə İddiaçı öz uşağı ilə vaxt keçirməsi, onun tərbiyəsi ilə məşğul olmasını və s. hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ##.##.2020-ci il təvəllüdlü X3 mütəmadi olaraq hər həftənin 5 günü X1 Evi – Uşaq Bağçasına gedir. Əlavə olaraq həftəsonu, yəni şənbə və bazar günləri uşağın müvafiq olaraq atası, nənəsi və babası ilə gecə qalmaq şərti ilə ünsiyyətdə olmasında uşağın üstün mənafeləri icra hakimiyyəti tərəfindən nəzərə alınmamışdır. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıǝolmuşdur.

12. Məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi əsaslı olduğundan, Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin “uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında” ##.##.2025-ci il tarixli Qərarı ləğv edilməlidir.

13. Məhkəmə birləşdirilmiş iş üzrə iddiaçıların nənə və baba kimi nəvələri ilə ünsiyyətdə olmaq hüququna malik olduğunu, onların uşaqların fiziki, psixi sağlamlığına, onların əxlaqi inkişafına və tərbiyəsinə zərər yetirə bilmələri halının müəyyən edilməməsini, eləcə də valideynlərin ayrı yaşamaqlarına baxmayaraq uşaqların baba və nənələri ilə ünsiyyət hüququ olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçıların nəvələri ilə ünsiyyət hüququ təminǝolunmalıdır.

14. Bununla belə məhkəmə, iddiaçıların iddia tələblərini, uşağın yaşını, gündəlik rejimini eyni zamanda cavabdehin ünsiyyət imkanlarını məhdudlaşdırmamaqla iddiaçıların nəvələri ilə ünsiyyət imkanından maksimum istifadə edə bilməsinin təmininin zəruriliyini nəzərə alıb belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, iddiaçıların, nəvələri##.##.2020-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olma qaydası sərbəst şəkildə hər həftənin bazar günü saat 11:00-dan saat 18:00-dək və ünsiyyətdə olmaq hüququ verilməsi müəyyən edilməli,ǝiddiaǝqalanǝhissədəǝrəddǝedilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.3, 50.1-

15. 58.1-58.3-cü, 62.1, 62.2, 62.3, 62.4, 73.1-73.2-ci maddələrinə, Azərbaycan 50.4-cü, Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il ## ####### tarixli */**** nömrəli Qərarın 2, 2.4, 2.5, 10.1-ci və 11-ci bəndlərinə, Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci və 3-cü bəndlərinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasinin 8-ci maddəsinə, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 4.1, 13.4, 14.2, 77.1, 119.1, 217.4, 220.5-ciǝmaddələrinəǝistinadlaǝəsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddiaçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nəvələri, ##.##.2020-ci il təvəllüdlü X3 ilə sərbəst şəkildə hər həftənin bazar günü saat 11:00-dan saat 18:00-dək ünsiyyətdə olmaq hüququnun verilməsi hissəsində dəyişdirilməsi, iddiaçıların nəvələri ilə sərbəst şəkildə hər həftənin bazar günü saat 11:00dan saat 15:00-dək ünsiyyətdə olmaq hüquqununǝverilməsiǝbarədəǝyeniǝqətnaməǝqəbulǝedilməsiniǝxahişǝetmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslanadırılmışdır ki, nənə və babanın uşaqla ünsiyyətdə olmaq saatı daha az müəyyən edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş ##.##.2025-ci il tarixli, *(***)***/**** saylı qətnaməsi ilə, əvvəlki qətnamə ilə uşağın ata ilə ünsiyyət vaxtı şənbə günü saat 11:00-dan gecə qalmaq şərtilə bazar günü saat 11:00-dək, hazıkı qətnamə ilə nənə və babanın şəkildə hər həftənin bazar günü saat 11:00-dan saat 18:00-dək müəyyən edilmişdir. Nəticə etibarı ilə hazırkı qətnamələr icra olunacağı təqdirdə, 4 yaşlı uşaq bütün həftə sonu ana tərbiyəsindən və ana qayğısından məhrum qalmalı olacaqdır. Habelə, bütün həftə içi şəxsi inkişafı üçün bağçada olan uşağın ana ilə səmərəli vaxt keçirməsi, emosional ehtiyacının ödənilməsi nəzərə alınmamışdır. Eyni zamanda, qətnamə qəbul edilərkən uşağın yaş xüsusiyyətləri, fiziki inkişafı kimi diqqətəlayiq hallar nəzərə alınamamış, ananın Konstitusion hüquqları pozulmuşdur. Belə ki, ana nənə və babanın uşaqla ünsiyətdə olmaq hüququna etiraz etmir, nənə və baba ananın nəvələrini görməsinə maneə yaratdığını dəfərlərlə qeyd etməsinə baxmayaraq bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, nənəbaba 2 il ərzində bir dəfə də olsun nəvələri ilə ən azı telefon vasitəsi ilə belə danışmağa cəhd göstərməmişlər. Belə olan halda, 7 yaşına çatmamış və fikirlərini sərbəst şəkildə ifadə edə bilməyən uşağı bu qədər uzun müddət anadan uzaq tutmaq onun psixoloji inkişafına mane olmaqla yanaşı, ananın da uşağını tərbiyə etmək, onunla səmərəli vaxt keçirmək hüququnu pozur.ǝAnaǝdaǝişləyir.ǝAnanınǝdaǝhəftəsonuǝuşaqlaǝqsəmərəliǝvaxtǝkeçirməkǝhüququǝvardır.ǝ

18. Qətnamədən həmçinin birləşdirilmiş iş üzrə iddiaçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 birgə apellyasiya şikayəti verərək, qətnamənin birinci iş üzrə iddianın təmin edilməsi hissəsində və birləşdirilmiş iş üzrə iddianın təmin edilməyən hissələrində ləğv edilməsini, iddiaçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iddialarının tam təmin edilməsi, Iddiaçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nəvələri, ##.##.2020-ci il təvəllüdlü X3 ilə sərbəst şəkildə hər həftənin bazar günü saat 11:00-dan saat bazar ertəsi 11:00-dək ünsiyyətdə olmaq hüququ verilməsi; iddiaçı İddiaçı cavabdeh BakıŞəhər Binəqədi Rayon Icra Hakimiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismindəmübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cəlb edilməklə) “qərarın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsiniǝxahişǝetmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanuna əsasən uşaq babaları, nənələri, qardaşları, bacıları və digər qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Eyni zamanda, qanuna əsasən həmçinin baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Hüquq normalarına zidd olaraq, baba və nənə ilə nəvənin ünsiyyəti üçün iddia tələbində göstərildiyi kimi gecə qalmaqla deyil, cəmi 7 saat müəyyən edilmişdir. Bunun isə yeganə səbəbi kimi, məhkəmə tərəfindən cavabdehin öz uşağı ilə vaxt keçirməsi, onun tərbiyəsi ilə məşğul olmasını, nəvə X3 mütəmadi olaraq hər həftənin 5 günü X1 Evi – Uşaq Bağçasına getməsi səbəbindən həftəsonu, yəni şənbə və bazar günləri uşağın müvafiq cavabdehin ünsiyyət imkanlarının məhdudlaşdırmaması göstərilmişdir. Halbuki, məhkəmə tərəfindən cavabdehin həftənin digər günlərində, həftənin tam 5 günü cavabdehin belə imkanının olması araşdırılmamış, bu hal nəzərə alınmamışdır. Eyni zamanda, məhkəmə özü çıxardığı qərardada bir-birinə zidd nəticələrə gəlmişdir. Belə ki, baba və nənənin iddiasını qismən, yəni ünsiyyət üçün bazar günü saat 11:00-dan saat 18:00-dək vaxt müəyyənləşdirən məhkəmə, bunun əksinə olaraq Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin “uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında” ##.##.2025-ci il tarixli Qərarını isə qismən deyil, tam ləğv etmişdir. Halbuki, ana tərəfindən mübahisələndirilən qərar da qismən ləğv edilməli idi. Bu qərar iddiaçı baba və nənəyə ünsiyyət hüquqi verirdi və ünsiyyəti bazar günü saat 11.00-dan bazar ertəsi saat 11.00-a dǝk müəyyən edirdi. Yəni məhkəmə qərarı tam yox, öz qətnaməsinə uyğun olaraq qismən ünsiyyət üçün müəyyən edilmiş bazar günü saat 18:00 dan sonrakı hissədə ləğv edə bilərdi. Halbuki, qərar tam olaraq qanunidir, tərəflərin mənafeyini nəzərə alaraq tam ədalətli və qanuni olaraq ünsiyyət müddətini bazar günü saat 11.00-dan bazar ertəsi saat 11.00-a dǝk müəyyənǝetmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli 2(103)-6290/2025nömrəli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Günay Axundovadan ibarət tərkibdə) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)****/**** nömrəli qətnaməsi ünsiyyətlə bağlı hissədə dəyişdirilərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nəvələri, ##.##.2020-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olma qaydası sərbəst şəkildə hər həftənin bazar günü saat 11:00-dan saat 15:00-dək müəyyən edilməsi, birləşdirilmiş iş üzrə iddiaçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və ya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 apellyasiya şikayətinin təmin edilməməsi, ##.##.2020-ci il təvəllüdlü X3 olduğu yeri üzrə hər həftənin bazar günü saat 11:00-da İddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və ya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, həmin gün saat 15:00-da isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və ya mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncüǝşəxs1ǝtərəfindənǝİddiaçıǝyaşadığıǝünvandaǝ(ünvanǝ1)ǝtəhvilǝverilməsiǝqətǝedilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, birinci iş üzrə iddiaçı, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi birləşdirilmiş iş üzrə ünsiyyət vaxtı ilə bağlı hissəsində dəyişdirilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nəvələri, ##.##.2020-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olma qaydası sərbəst şəkildə hər həftənin bazar günü saat 11:00-dan saat 15:00-dək müəyyən edilməli, birinci iş üzrə üçüncü şəxslər, birləşdirilmiş iş üzrə iddiaçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmçinin tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə qətnamənin nəticəǝhissəsindəǝuşağınǝharadaǝvəǝnəǝvaxtǝtəhvilǝverilməliǝolduğuǝgöstərilməlidir.ǝ

22. Məhkəmə uşağın 5 yaşda olduğunu, onun barəsində aktivlik və diqqət pozğunluğu diaqnozu qoyulduğunu nəzərə alaraq ünsiyyət vaxtının nənə və babanın tələb etdiyi müddətdə və qaydada verilməsini uşağın mənafeyi baxımından məqsədəmüvafiq hesab etməmişdir. Belə ki, ##.##.2020-ci il təvəllüdlü X3 həftənin 5 günü uşaq bağçasına gedir. Eyni zamanda, qanuni qüvvəsini almış qətnamə ilə uşağın hər həftənin şənbə günü saat 11:00-dan gecə qalmaq şərtilə bazar günü saat 11:00-dək atasının yanında qalması müəyyənǝedilmişdir.

23. Nəzərə almaq lazımdır ki, ananın da azyaşlı övladı ilə həftəsonu istirahət günlərində vaxt keçirmək, gəzintiyə çıxmaq, müəyyən yerləri, tədbirləri ziyarət etmək hüququ vardır. Bundan başqa, uşağı növbəti həftəyə (baxçaya, gələcəkdə məktəbə) hazırlamaq üçün daǝhəftəsonuǝmüəyyənǝvaxtǝtələbǝolunur.

24. Məhkəmə işin hallarını və birləşdirilmiş iş üzrə cavabdehin apellyasiya şikayətində göstərilən mövqeyini nəzərə alaraq hesab etmişdir ki, uşağın nənə və babası ilə hər həftənin bazar günü saat 11:00-dan 15:00-dək ünsiyyətdə olması yetərli olmaqla, uşağın üstün mənafeyi baxımından məqsədəmüvafiqdir. Həmçinin, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün gələcəkdə uşağın yaşının artması, müalicəsinin müsbət nəticə verməsi, uşağın nənə və babaya bağlılığının çoxalması və s. əsasla qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) dəyişdirilməsi barədə məhkəməyə müraciət edilməsiǝistisnaǝedilmir.

25. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan qərarında ifadə olunan hüquqi mövqeyi nəzərdən qaçırmış, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada və nə vaxt təhvil verilməli olduğunuǝgöstərməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Ailə Məcəlləsinin 49.3, 50.1, 58.1, 58.2, 62.1, 62.2, 62.3-cü maddələrinə, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ciǝilǝtarixliǝqərarınaǝistinadlaǝəsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 (vəkili vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edlməsi, iddiaçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Yasǝf oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nəvələri ##.##.2020-ci il təvəllüdlü X3 ilə sərbəst qaydada hər həftənin bazar günü saat 11.00-dan bazar ertəsi saat 11.00-dǝk görüşüb ünsiyyətdə olmaları haqda iddialarının təmin edilməsi, İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cəlb edilməklə) “qərarın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.ǝ

28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində olduğu kimi, icra hakimiyyəti orqanı tərəfindən aparılmış həyat şəraitinin müayinəsinin nəticələrini və həmin müayinəyə əsasən verilmiş rəyi faktiki olaraq qəbul etmişdir, lakin bu qərarı ləğv etmişdir. Yəni son olaraq, icra hakimiyyəti orqanın rəyi olmadan qətnamə qəbul etmişdir. Eyni zamanda, hər iki məhkəmə instansiyası icra hakimiyyəti orqanının ünsiyyətə yaradılan maneələrin aradan qaldırılması barədə gəldiyi nəticəni də qəbul etmiş, baba və nənənin nəvələri ##.##.2020-ci il təvəllüdlü X3 ilə ünsiyyətdə olmaq hüququnun mövcud olduğunu tanımışdır. Lakin bununla yanaşı, məhkəmələr həyat şəraitinin müayinəsinin nəticələrinə və həmin müayinəyə əsaslanan rəyə istinad etmələrinə baxmayaraq, icra hakimiyyəti orqanının qərarını qismən deyil, tam şəkildə ləğv etmişlər. Belə olan halda məntiqi olaraq belə nəticə yaranır ki, məhkəmə icra hakimiyyəti orqanının rəyinə istinad etməklə qərar qəbul etmiş, lakin həmin rəyin hüquqi ifadəsi olan qərarı tam ləğv etmişdir. Bu isə qərarın məntiqi ardıcıllığı ilə ziddiyyət təşkil edir. Halbuki məhkəmə icra hakimiyyəti orqanının qərarı ilə yalnız ünsiyyət vaxtına dair hissədə razılaşmamışdır. Bu səbəbdən Bakı Şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının ünsiyyət hüquqlarının müəyyən edilməsi haqqında” ##.##.2025-ci il tarixli Qərarı tam deyil, yalnız qismən qərarın ünsiyyət vaxtını müəyyən edən 2-ci bəndi ləğv edilə bilərdi.

a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və digər aidiyyatı qurumlara ünvanlanan məktubları, habelə mütənasiblik və ədalət prinsipi, eləcə də uşağın üstün mənafeləri, iş materirallarına əlavə edilmiş həkim rəyləri, eyni zamanda ananın mübahisəyə humanist yanaşaraq uşağın bir neçə saat nənə və baba ilə sərbəst şəkildə ünsiyyətdə olmasına özünün razılıq verməsini əsas götürülməklə, apellyasiya instansiyası məhkəməsininǝqətnaməsininǝdəyişdirilmədənǝsaxlanılmasınıǝxahişǝetmişdir.

Tətbiq edilən hüquq AzərbaycanǝRespublikasıǝAiləǝMəcəlləsi

30. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təminǝolunması,ǝhərtərəfliǝinkişafı,ǝonunǝləyaqətinəǝhörmətǝolunmasıǝhüququnaǝmalikdir.

31. Maddə 50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumlarıǝiləǝünsiyyətdəǝolmaqǝhüququnaǝmalikdir.

32. Maddə 58.1 Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarınıǝtərbiyəǝetməyəǝborcludurlar.

33. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki,ǝmənəviǝinkişafınaǝgörəǝməsuliyyətǝdaşıyırlar.

34. Maddə 62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququnaǝmalikdirlər.

35. Maddə 62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə maneǝolmamağınıǝtələbǝedəǝbilər.

36. Maddə 62.3. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər.ǝMəhkəməǝuşağınǝrəyiniǝvəǝmarağınıǝnəzərəǝalmaqlaǝmübahisəniǝhəllǝedir.

Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası AliǝMəhkəməsiǝPlenumununǝ## ####### 2011-ci il tarixli *ǝnömrəliǝQərarı:

37. Bənd 2.2. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini, hansı valideynə daha çox bağlılığını, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstəriləǝbilər.

38. Bənd 3.1. Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. Iddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cıǝmaddəsinəǝəsasənǝmüəyyənǝetməlidirlər.

39. Bənd 4.1. Qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edəǝbilər.

40. Bənd 10.1. Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərininǝqəyyumluqǝvəǝhimayəǝorqanlarınınǝrəyiniǝnəzərəǝalmaqlaǝhəllǝedir.

41. Bənd 12.1. Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Məsələn: Iddia təmin edilsin. Iddiaçı A-nın oğlu C ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə X ünvanında hər həftənin şənbə günü saat 10:00-da cavabdeh B tərəfindən iddiaçı A-ya, həmin gün saat 18:00-da isə eyni ünvanda iddiaçı A tərəfindən cavabdeh B-yə təhvil verilsin.

“Uşaqǝhüquqlarıǝhaqqında”ǝAzərbaycanǝRespublikasıǝQanunu:

42. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır.

AzərbaycanǝRespublikasıǝMülkiǝProsessualǝMəcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanǝistifadəǝetməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallarıǝsübutǝetməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç birǝsübutunǝməhkəməǝüçünǝqabaqcadanǝmüəyyənǝedilmişǝqüvvəsiǝyoxdur.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasınaǝistinadǝetməyəǝyolǝverilmir.ǝ

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindənǝmaddiǝvəǝprosessualǝhüquqǝnormalarınınǝdüzgünǝtətbiqǝedilməsiniǝyoxlayır.

Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsininǝaktıǝbütövlükdəǝyoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvǝolunmasıǝvəǝyaǝdəyişdirilməsiǝüçünǝəsaslarǝyoxdur.

51. Birləşdirilmiş iş üzrə iddiaçılar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

52. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin,ǝkassasiyaǝinstansiyasıǝməhkəməsiǝyeniǝsübutǝqəbulǝetmir.

53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,ǝməhkəməǝkollegiyası

Qərara aldı: Iddiaçılar (birləşdirilmiş iş üzrə) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncüǝşəxs2ǝtərəfindənǝverilmişǝkassasiyaǝşikayətiǝtəminǝedilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cıǝilǝtarixliǝqətnaməsiǝdəyişdirilmədənǝsaxlanılsın. Qərarǝqəbulǝedildiyiǝandanǝqüvvəyəǝminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar