Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-973/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh * saylı “Bakı Asan” Xidmət Mərkəzində Notariat Ofisinə qarşı iş üzrə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Əvəz oğlu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) QƏRARİ Açar sözlər: vərəsəlik hüququ, mirasın qəbulu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. X2 ilə X1 1952-ci ildə nikaha daxil olmuşlar;
3. Onların birgə nikahdan Nəzakət, Nərminə (iddiaçı), Sədaqət, Aslan, Ruslan,Arzu, Mehman adlı uşaqları doğulmuşdur;
4. Əvəz Babayev 1998- ci ildə vəfat etmişdir;
5. Zərifə Mayılova 2004-cü ildə vəfat etmişdir;
6. ##.##.2024-cü il tarixli məhkəmə aktı ilə, hazırkı iş üzrə iddiaçının ərizəsi əsasında X2 1998-ci ildə ölüm faktı müəyyən edilmişdir;
7. Iddiaçı ##.##.2025-ci il tarixdə notariat ofisinə atası Ə.F.Babayevin miras əmlakına dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmişdir. Müraciətinə verilən cavabda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsində qeyd edilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddə isə mirasın qəbul edilməsi üçün müddəti müəyyən edir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müdddəti ötürdüyünündən müraciətinizi təmin etmək mümkün olmamışdır və məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur;
8. Ədliyyə Nazirliyinin ##.##.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Ə.Babayevin adına Respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı məhkəməyə müraciət edərək, mərhum atası X2 adında açıq qalan ünvan 1 saylı ünvanda yerləşən mirasın qəbul olunması üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa olunması və miras əmlak üzrə payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.Iddia tələbi onunla əsaslandırılmışdır ki, atası 1998-ci il tarixdə vəfat edib. Mərhum atasından ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaqyanı sahə miras qalmışdır. O, vəfat edəndə bütün bacı-qardaşlar yığılıb köməkləşib yası vermişlər. O, çay, qənd, un, konfet, şəkər tozu, xurma almışdı və əlavə olaraq həmin dövrdə 50 “şirvan” pul vermişdi. Mərhum atası vəfat edənə qədər və vəfat edəndən sonra ailəsilə birlikdə hər il altı-yeddi ay həmin evdə yaşamışlar. Atasının ölüm haqqında şəhadətnaməsi 2024-cü ilədək alınmamışdır. 2024-cü ildə məhkəmə qaydasında almışdır. Mərhum atasından qalmış mirasın qəbul olunması üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa olunması və miras əmlak üzrə payın müəyyən olunması ilə notariat ofisinə müraciət etmiş, notarius imtina ilə bağlı qərar vermişdir. Həmin imtina əsassızdır və onun hüququnu pozur. 11.Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Əvəz oğlunun, və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4) vəkili - nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, müdafiə etdiyi şəxslər müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb ediliblər. Iddiaçı tərəfindən mərhum X2 ölüm faktının qeydə alınmadığı və ölüm haqqında şəhadətnamənin olmadığı bildirilsə də, bu hal həqiqəti əks etdirmir. Belə ki, X2 ## ###### 1998-ci il tarixində vəfat etmiş, bu barədə *** nömrəli ölüm aktı qeydə alınmış və ## ###### 1998-ci il tarixində ölüm haqqında şəhadətnamə verilmişdir. Həmin sənəd hazırda da hüquqi qüvvəsini saxlayır.Eyni zamanda, iddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddət ərzində hər hansı hüquqi və ya faktiki hərəkət etməmiş, yalnız 2025-ci ildə notariat orqanına müraciət etmişdir. Notariat orqanının ## ###### 2025-ci il tarixli cavabında da mirasın qəbul müddətinin ötürüldüyü göstərilmişdir. Iddiaçı tərəfindən müddətin buraxılmasının üzrlü səbəbləri sübut olunmamışdır.Digər tərəfdən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Əvəz oğlu mərhumun vəfatından sonra miras əmlakını faktiki qəbul etmiş, idarə etmiş və onun saxlanılması ilə bağlı öhdəlikləri yerinə yetirmişlər. 12.Iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, 2024-cü ilə qədər ölüm haqqında şəhadətnamə olmayıb.Məhkəmə qaydasında ikinci dəfə ölüm haqqında şəhadətnamə almışlar. Ruslan və Aslan evə faktiki sahiblik etmişlər. Hər iki qardaş o mənzildə yaşayır. Onlar notariusa müraciət etməyiblər. 13.Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 izahatında bildirmişdir ki, qardaşları sözügedən evdə yaşasalar da, onu və bacısı Nərminəni ata evinə buraxmırlar. Münasibətlər soyuqdur. 14.Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim: Ü.Yusifova) 15.Məhkəmə mövqeyini 1964-cü il Azərbaycan SSRI Mülki Məcəlləsinin 552-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, Ə.F.Babayev 1998-ci il tarixdə ölmüşdür. Iddiaçı isə uzun illər sonra - 2024-cü il tarixdə vərəsəliyi qəbul etmək üçün notariusa müraciət etsə də, mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müdddətin ötürülməsi ilə bağlı hər hansı üzürlü səbəb göstərməmişdir. Əksinə iddiaçı İddiaçı iddia ərizəsində atası rəhmətə gedən zaman məlumatlı olması, ərzaq və pulla yas mərasiminin keçirilməsinə kömək etməsini qeyd etmişdir. 16.O da, müəyyən edilmişdir ki, X2 övladlarından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Əvəz oğlu atalarının ölümündən sonra miras əmlaka faktiki sahiblik edərək qəbul etmişlər. Iddiaçı İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 atalarından miras qalmış evdə yaşamırlar, yəni miras əmlakı faktiki qəbul etməmişlər və qanunla müəyyən edilmiş zamanda mirasın açılması üçün müraciət etməmişlər.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Iddiaçı apellyasiya şikayəti verərərk birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinin və iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatın məzmununa uyğun əsaslandırılmışdır.
19. Üçüncü şəxslərin vəkili – nümayəndəsi izahatında bildirmişdir ki, məhkəməyə ölüm şəhadətnaməsini onlar təqdim etmişlər. Miras əmlakı Aslan və Ruslan qardaşları faktiki qəbul etmişlər. Iddiaçı özü də bildirdiyi kimi yas mərasimində iştirak etmiş, atasının ölümünün hansı hüquqi nəticələr yaratdığını bilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: S.Bəhramzadə məruzəçi, V.Sadıqov, X.Mərdanova).
21. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan məhkəmə kollegiyası əlavə etmişdir ki, X2 övladlarından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Əvəz oğlu atalarının ölümündən sonra miras əmlaka faktiki sahiblik edərək qəbul etmişlər. Iddiaçı İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 atalarından miras qalmış evdə yaşamırlar, yəni miras əmlakı faktiki qəbul etməmişlər və qanunla müəyyən edilmiş zamanda mirasın açılması üçün müraciət etməmişlər.
22. Qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırkı işdə isə iddiaçı subyektiv hüququn həyata keçirilməsi müddətini ötürmüş, bununla da tələb hüququnu itirmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
23. Iddiçı (vəkil: vəkil1) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayətinin dəlili belə olmuşdur ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçı və digər vərəsələrin yas mərasimində iştirak etməsini, son zamanlara qədər mübahisəli evə gedib gəlməsini nəzərə almamış, iddiaçının mirası faktiki qəbul etməsi faktına düzgün hüquqi qiymət verməmiş, Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarındakı hüquqi mövqeni nəzərə almamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Əvəz oğlunun vəkili kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, şikayətin formal əsaslarla verildiyindən təmin edilməməsini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan SSR Mülki Məcəlləsi (1964-cü il)
26. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmdığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, atası 1998-ci ildə vəfat etsə də, iddiaçı 2024-cü ildə vərəsəliyin qəbul edilməsi üçün müraciət etmiş və qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü səbəblərini göstərməmişdir. Əksinə, iddiaçı atasının ölümü barədə məlumatlı olduğunu və yas mərasimində iştirak etdiyini etiraf etmişdir. O da müəyyən edilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Əvəz oğlu mirası faktiki qəbul etmiş, iddiaçı və digər varislər isə miras əmlaka sahiblik etməmiş və qanunla nəzərdə tutulmuş müddətdə vərəsəlik hüquqlarını rəsmiləşdirməmişlər. Məhkəmə onu da nəzərə almışdır ki, iddiaçı ölüm faktını bildiyi halda sonradan ölüm haqqında şəhadətnamə almışdır. Belə olan halda iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
37. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iddiaçı mirası faktiki qəbul etdiyini bildirsə də, birinci instansiya məhkəməsində verdiyi izahatında mirasın onun deyil, qardaşları tərəfindən faktiki qəbul edildiyini bildirmiş, işə baxan məhkəmələr isə həmin məsələyə hüquqi qiymət vermişdir.
38. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.