Məhkəmə qərarları › İş №2(102)-1/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1/2022

17.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi 17.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdehin vəkili Nümayəndə iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-876/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasınd a açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı cavabdehdən 14000 manat pul və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bundan sonra Cavabdeh İddiaçı qarşı - 5400 manat borca görə və 30.4 manat dövlət rüsumu əvəzi olaraq pulun alınaraq ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Ağsu Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tаrixli, 2(016)-739/2019 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh 11000 (on bir min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşdıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

5. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-876/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tаrixli, 2(016)739/2019 saylı qətnaməsi Cavabdeh 11000 (on bir min) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə ilk iddianın həmin hissədə rədd edilməsi, qətnamənin qalan hissədə yəni ilk iddianın təmin edilməyən hissəsində və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

6. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüq uq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

9. İddiaçı oğlu X1 və qızı X3 notarial qaydada təsdiq edilmiş ərizə verərək İddiaçı heç bir əmlak miras qalmadığından, o cümlədən hazırkı işə iddiaçının hüquqi varisi qismində qoşulmaq fikrində olmadıqlarından onların hüquqi varis qismində işə cəlb edilməməsini xahiş etmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdehin vəkili izahat verərək iddiaçı vəfat etdiyindən və hüquqi varisi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

11. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə haki m iş üzrə icraata xitam verir. ( maddə 261.0.7)

12. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. (maddə 262.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

13. İş materiallarından görünür ki, İddiaçı 23.11.2020-ci ildə vəfat etmişdir. X1 və qızı X3 anaları İddiaçı miras əmlak qalmadığı üçün onun hüquqi varisi qismində işə qoşulmaq fikrində olmadıqlarından onların hüquqi varis qismində işə cəlb edilməməsini xahiş etmişlər.

29. Bununla bağlı qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçı vəfat etdiyindən və onun hüquqi varisi olmadığından apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

30. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.7, 262.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-876/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “borcun tutulması” barədə qarşılıqlı iddia tələbinə dair mülki işin icraatına xitam verilsin Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar