Məhkəmə qərarları › İş №2(102)-1/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1/2025

18.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1/2025 18.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maraqlı şəxslər "xxxx", “Maraqlı şəxs3”, “xxx”, “xxx”, “xxx” telekanalı (xxx TV) və “Maraqlı şəxs6”, "xxxx" şirkətinə qarşı “internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması” tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə QƏRARİ (Açar sözlər: internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ib arət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(103)5341/2020 nömrəli qətnaməsindən maraqlı şəxslər “Vereinigung fur die Demokratie e.V.” (“Maraqlı şəxs4” internet saytının adından), "xxxx" şirkəti (Maraqlı şəxs3 saytının adından) və "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Azərbaycan Respublikasının Baş prokuroru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinə ünvanladığı 27 mart 2017-ci il tarixli məktubda bildirmişdir ki, aparılmış araşdırmalarla "xxxx" və “Azadlıq” qəzetinin "xxxx" domenləri, “xxx” İnternet saytı, “xx x” telekanalı (xxx TV) və ayrı-ayrı sosial şəbəkələrdə yayımlanan “Maraqlı şəxs6” teleproqramında mütəmadi olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun tələbləri kobud şəkildə pozularaq, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn destruktiv hərəkətlərə yol verilməsi, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar edilməsi, radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsi və digər qanunazidd hərəkətlərə yol vermələri müəyyən edilmişdir. Məktuba "xxxx", “azadliq.org” və “xxx” domenlərinin, eləcə də “xxx” telekanalı (xxx TV) və “Maraqlı şəxs6” teleproqramlarının Azərbaycan Respublikası ərazisində yayımları nın dayandırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur.

2. Həmin tarixdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri, Baş prokurorluğun məktubunda göstərilmiş məlumatları, o cümlədən "xxxx", “azadliq.org”, “xxx” domenlərinin, “xxx”, “xxx” telekanalı (xxx TV) və “Maraqlı şəxs6” teleproqramlarında mütəmadi olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun tələblərinin kobud şəkildə pozmasının, dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığını nəzərə alaraq, bu internet informasiya ehtiyatlarına müraciətin təxirəsalınmadan müvəqqəti olaraq məhdudlaşdırılmasını qərara almışdır. Qərarın icrası, həmçinin Nazirliyin adından aidiyyəti rayon məhkəməsinə müraciə t olunması Nazirliyin Maraqlı şəxs2nə həvalə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Maraqlı şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığından "xxxx", “Maraqlı şəxs3”, “xxx” domenlərinə, “xxx”, “xxx” telekanalı (xxxTV) və “Maraqlı şəxs6” teleproqramlarının yerləşdiyi internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması; həmçinin müraciət müəyyənləşdirilmiş digər informasiya ehtiyatları vasitəsi ilə mümkün olarsa, məhdudlaşdırılma barədə qərarın bu resurslara da şamil olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə işin yuxarıda qeyd olunan faktiki halları ilə əsaslandırılmı şdır.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(009)2158/2017 nömrəli qətnaməsi ilə (hakim N.Bağırov) ərizə qismən təmin edilmiş, "xxxx", “Maraqlı şəxs3”, “xxx” domenlərinə, “xxx”. “xxx” telekanalı (xxx TV) və “Maraqlı şəxs6” teleproqramlarının yerləşdiyi internet informasiya ehtiyatlarına müraciətlərin edilməsinin məhdudlaşdırılması, ərizənin “müraciətin müəyyənləşdirilmiş digər informasiya ehtiyatları vasitəsi ilə mümkün olarsa, məhdudlaşdırılma barədə məhkəmə qərarının bu resurslara da şamil edilməsi” hissəsində rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx", “Maraqlı şəxs3”, “xxx” domenlərinin, “xxx”. “xxx” telekanalı (xxx TV) və “Maraqlı şəxs6” teleproqramlarının yerləşdiyi internet informasiya ehtiyatlarında 201 6-cı ilin dekabr ayında və 217-ci ilin fevral və mart aylarında müxtəlif başlıqlı məqalələr dərc edilmiş və həmin məqalələrdə Azərbaycan Respublikası dövlətinin hökuməti və hökumət nümayəndələri barədə müxtəlif informasiyalar yer almışdır. “Maraqlı şəxs6” teleproqramı həmçinin “xxx TV” proqramının rəsmi internet saytında yayımlandığı üçün, ərizəçi həmin internet informasiya ehtiyatına da müraciətlərin məhdudlaşdırılması ilə bağlı tələb irəli sürməkdə tam haqlı olmuşdur.

7. Məhkəmə hesab etmişdir ki, adları yuxarıda qeyd edilən internet informasiya ehtiyatlarında yerləşdirilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun tələblərinə uyğun olub-olmaması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən aparılmış araşdırma nəticəsind ə müəyyən edilmişdir ki, müəyyən internet saytlarında müxtəlif başlıqlar altında yerləşdirilən məqalələrdə qanunun tələbləri kobud şəkildə pozulmuşdur.

8. Belə ki, həmin məqalələrdə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verilməsi, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışların, radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsi ilə bağlı məlumatlar yerləşdirilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, yuxarıda göstərilən internet informasiya ehtiyatlarında qanunla yayılması qadağan edilən informasiyaların yerləşdirilməsi müəyyən edildiyindən və bu hal Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən aparılmış araşdır ma nəticəsində öz təsdiqini tapdığından, yuxarıda göstərilən Qanunun tələblərinə əsasən həmin informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması Qanuna uyğundur.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması yalnız Azərbaycan Respublikası ərazisində tətbiq edilir və həmin müraciətlərin məhdudlaşdırılması hər hansı şəxsin konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

11. Məhkəmə ərizəni əsaslı hesab edərək təmin edilməsi qənaətinə gəlmiş və eyni zamanda qeyd etmişdir ki, ərizənin “müraciətin müəyyənləşdirilmiş digər informasiya ehtiyatları mümkün olarsa, məhdudlaşdırılma barədə məhkəmə qərarının bu resurslara da şamil edilməsi” hissəsinin təmin edilməsinə dair əsaslar hazırda mövcud olmadığından, ərizə həmin h issədə təmin edilməməlidir. Bununla bağlı məhkəmə ərizəçiyə izah edir ki, səlahiyyətli orqan, digər internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdiyi konkret halda, həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə qərar qəbul etməklə bərabər, eyni zamanda MPM-in 355-20.1 və 355.20.2-ci maddələrinə uyğun qaydada həmin internet informasiya müraciətin məhdudlaşdırılması üzrə ərizə ilə məhkəməyə müraciət edə bilər.

12. Birinci instansiya məhkəməsi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 47-ci, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 1, 2, 13-2.3, 13-2.3.2, 13-2.3.1, 1 3-3.3, 13-3.4-cü, Mülki Prosessual Məcəllənin 355-20.1, 355-20.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində maraqlı şəxslər "xxxx" MMC-nin və "xxxx" Şirkətinin apellyasiya şikayətləri üzrə birinci icraat

13. Maraqlı şəxslər "xxxx" MMC, "xxxx" Şirkəti (“azadlıq.orq” saytının adından) ayrıayrılıqda apellyasiya şirkətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin onlara münasibətdə ləğv edilməsi və ərizənin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2017-ci il tarixli, 2(103)-10935/2017 nömrəli qətnaməsi ilə (hakim A.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər X.Cəmilova və İ.Xəlilov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsin in 12 may 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - ərizənin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizəçinin məhdudiyyət qoyulmasını tələb etdiyi internet resurslarda dərc edilmiş məqalə və yazılar Qanunun 132.3-cü maddəsində sadalanan və yayılması qadağan edilən məlumatlara aiddir.

16. Görülən tədbirlərin mütənasibliyi ilə bağlı apellyasiya kollegiyası həmçinin nəzərə almışdır ki, hazırkı ərizə ilə ərizəçi konkret internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması ilə yanaşı, həmin saytlara digər informasiya ehtiyatları vasitəsi ilə müraciətin məhdudlaşdırılmasını tələb etmiş və ərizə həmin hissədə təmin olunmamışdır.

17. Bununla yanaşı, apellyasiya baxışı zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, maraqlı şəxslər internet informasiya resursları kimi bu gün fəaliyyət göstərir, həmin resurslara Azərbaycandan kənardan sərbəst, Azərbaycan daxilindən isə başqa saytlar vasitəsi ilə daxil olmaq mümkündür. "xxxx" MMC-nin apellyasiya şikayətində də qeyd olunur ki, “bloklamanın baş verdiyi tarixdən sonra bloklanan internet saytları sosial şəbəkələr vasitəsi ilə izləyicilərinə VPN və digər anti-bloklanma vasitələrdən istifadə etməklə saytlara daxil olmağın qaydasını izah edən məlumatlar yaymağa başladılar. Amma bloklama baş verdiyi gündən sonra həmin saytlardakı xəbərlərin oxunma sayının xeyli aşağı düşdüyü müşahidə edildi”. Göründüyü kimi söhbət hüquqların tam məhdudlaşdırılmasından deyil, sadəcə həmin resurslara kütləvi daxil olma imkanına aşılması asanlıqla mümkün ol an maneələr yaradılmasından gedir. Bu baxımdan ərizə əsaslıdır və ərizədə göstərilən saytlar üzərində məhdudiyyətin qoyulması qanunda nəzərdə tutulmuşdur, demokratik cəmiyyətdə zəruri olan qanuni məqsədlərə xidmət edir.

18. Apellyasiya kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maraqlı şəxslərin vəsatətlərini düzgün olaraq təmin etməmişdir. Eyni vəsatətlərin bir neçəsi apellyasiya baxışı zamanı da təqdim edilmiş, apellyasiya kollegiyası tərəfindən yerində müşavirə edilməklə təmin olunmamışdır.

19. Prosessual qanunvericilikdə internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması haqqında ərizələrə 5 gün ərzində baxılmalı olmasına münasibətdə apellyasiya məhkəməsi göstərmişdir ki, həmin müddətlərə riayət olunmas ı məhkəmələrin vəzifəsidir. Lakin yalnız həmin müddətə riayət olunması məqsədilə məhkəmə baxışının mülki prosesin prinsiplərinin (çəkişmə, tərəflərin bərabərliyi, işin tam, obyektiv və hərtərəfli araşdırılması) pozulması ilə həyata keçirilməsi yolverilməzdir. Baxılan iş üzrə ərizəyə qanunla nəzərdə tutulmuş 5 gün müddətində deyil, 39 gün müddətinə baxılması sadalanan prinsiplərə riayət olunması, o cümlədən, maraqlı şəxslərin həmin hüquqlarına riayət olunması məqsədlərinə xidmət etmişdir. İşə göstərilən müddətdə baxılması maraqlı şəxslərin hər hansı hüquqlarını və qanuni mənafelərini pozmamış, məhkəmə baxışı ağlabatan müddətdə yekunlaşmışdır. Bu baxımdan qeyd olunan dəlil kobud prosessual pozuntu kimi qiymətləndirilə və qətnamənin ləğvi üçün əsas ola bilməz.

20. Maraqlı şəxslərin dərc etdiy i yazılar siyasi bəyanatlardan, beynəlxalq mətbuatda getmiş yazıların tərcüməsindən, araşdırmadan, statistika ilə bağlı xəbərlərdən, analitik təhlillərdən, müsahibə və köşə yazılarından ibarət olduğu barədə dəlil də əsassızdır. Çünki “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 132.1-ci maddəsi informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etmək öhdəliyini və buna görə məsuliyyəti internet informasiya ehtiyatı sahibinin üzərinə qoyur. Qanunun 132.3-cü maddəsi internet informasiya ehtiyatının və onun domen adının sahibinə formasından asılı olmayaraq müvafiq məlumatları yerləşdirməyi qadağan edir. Əks yanaşma Qanunun 13-2-ci maddəsini əhəmiyyətsiz bir normaya çevirmiş olardı. Həmçinin, eyni məlumatın başqa resurslarda da yerləşdirilməsi iş üzrə ko nkret resurslara çıxışın məhdudlaşdırılmasına mane olan hal kimi qiymətləndirilə bilməz.

21. Yazıların tarixinə münasibətdə isə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək hüququ məhz Nazirliyə məxsus olduğundan, ərizəçi Baş Prokurorluğun təşəbbüsündə sadalanan əsaslarla bağlı deyil. Bu baxımdan, ərizəçi müraciətini əsaslandırmaq üçün Baş Prokurorluq üçün ona ünvanlanmış məktubdan əvvəl və ya sonra dərc edilmiş, həmin məktubda əks olunan və ya olunmayan məlumatlara istinad etməkdə sərbəstdir. 22. "xxxx" Şirkətinin (azadliq.org” internet saytının) apellyasiya şikayətində, həmçinin qeyd olunur ki, ərizəçinin müraciətində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna 19 mart 2017-ci ildə edilən dəyişiklik lərin qüvvəyə minməsindən əvvəl 2016-cı ilin noyabr və 2017-ci ilin fevral ayında yerləşdirilən yazılara istinad edilməsi qanunsuz və əsassızdır. Apellyasiya kollegiyası, həmin dəlillə də razılaşmamış və göstərmişdir ki, bir qayda olaraq, internet saytda məlumat yerləşdirildikdən sonra məlumat həmin resursdan silinmir və sonrakı günlər (hətta aylar və illər) ərzində də istifadəçilər üçün açıq olur. Bu baxımdan internet saytda məlumatın yerləşdirilməsi öz-özülüyündə davam edən münasibətdir. Qanunun internet resursda daha əvvəl yerləşdirilmiş və əldə oluna bilən informasiyalara şamil edilməsi həm məntiqli, həm də qanunidir.

23. Eyni zamanda, hazırkı ərizə məhkəməyə daxil olarkən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun “İnternet informasiya ehtiyatları ” adlı İİİ-İ fəsli artıq qüvvədə olmuşdur. Həmçinin işə baxıldığı və qətnamənin qəbul edildiyi dövrdə (20 aprel 2017-ci il tarixdə) MPM-ə də bununla bağlı dəyişiklik edilmiş və internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraatı nəzərdə tutan 40-6-cı fəsil əlavə edilmişdir. Bu baxımdan qeyd olunan əsasla məhkəmə qətnaməsinin qanuniliyini şübhə altına almaq üçün əsas yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həqiqətən də, Qanunun 13-3-cü maddəsi müvafiq icra hakimiyyəti orqanının üzərinə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etmək, xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində informasiya götürülmədikdə məhkəməyə müraciət etmək qaydasını nəzərdə tutur.

25. Baxılan işdə i sə, ərizəçi tərəfindən göstərilən xəbərdarlığın edildiyi iş materialları ilə təsdiq olunmur. Qanunda nəzərdə tutulan xəbərdarlıq tədbirinin məqsədi qeyd olunan məsələlərin məhkəmədən kənar həllinə nail olmaqdan ibarətdir. Məhkəmə ərizəçi tərəfindən həmin qaydaya riayət olunmamasını o zaman ərizənin baxılmamış saxlanılması (qeyri-mümkünlüyü) üçün əsas hesab edə bilərdi ki, işə baxıldığı dövrdə maraqlı şəxslər məsələnin məhkəmədən kənar həlli imkanlarının mövcud olduğuna istinad edə, yaxud bununla bağlı konkret hərəkətlər etmiş (təkliflər vermiş) olardırlar. Lakin nə birinci instansiya məhkəməsinin baxışı, nə də apellyasiya baxışı zamanı maraqlı şəxslər mübahisələndirilən yazıların saytlardan götürülməsinə yönəlmiş heç bir addım atmamışlar. Əksinə, maraqlı şəxslər ümumiyyətlə həmin məlumatla rın yayılması qanunla qadağan edilən informasiyalara aid olmadığını iddia etmişlər. Maraqlı şəxslərin bəziləri işə baxıldığı dövrdə və sonradan da həmin və ya oxşar məlumatları öz resurlarında saxlamaqda davam etmişlər. Mövcud vəziyyət isə məhkəmədə Qanunun 13-3-cü maddəsi ilə müəyyən edilmiş xəbərdarlıq mərhələsinin baxılan iş üzrə səmərəsiz olduğu verməyəcəyi barədə qəti qənaət yaradır. c) Kassasiya instansiyası məhkəməsində maraqlı şəxslər "xxxx" MMC-nin və "xxxx" Şirkətinin kassasiya şikayətləri üzrə birinci icraat

26. Maraqlı şəxslər "xxxx" Şirkəti (azadlıg.org saytı) və "xxxx" MMC ayrı-ayrılıqda kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edilməsini xahiş etmişlər.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2018ci il tarixli, 2(102)-3497/2018 nömrəli qərarı ilə (hakim M.Əhmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Rüstəmov və Ə.Nurməmmədov) kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi maraqlı şəxslər "xxxx" MMC-nin və "xxxx" Şirkətinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

28. Kassasiya instansiyası məhkəməsi iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə tam razılaşmışdır. d) Apellyasiya instansiyası məhkəməsində maraqlı şəxs “Maraqlı şəxs4”-nin apellyasiya şikayəti üzrə birinci icraat

29. Bundan sonra, maraqlı şəxs “Maraqlı şəxs4”-nin adından Almaniya Federativ Respublikasında fəaliyyət göstərən “Vereinigung für die Demokratie e.V” adlı hüquqi şəxs ayrıca apellyasiya şirkəti verə rək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 aprel 2019-cu il tarixli, 2(103)-5145/2019 nömrəli qətnaməsi ilə (hakim E.Nəbiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Qurbanov və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli qətnaməsi maraqlı şəxs “Meydan” TV-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və bildirmişdir ki, baxılan iş üzrə ərizəçi maraqlı şəxslər kimi cəlb edilmiş kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikası Konstitusiyasının 47 və 50-ci maddələrində müəyyən edilmiş hüquqlarının həyata keçirilməsinə məhdudiyyət qoyulmasını xahiş edir. Nəzərə alınmalıdır ki, fikir və söz azadlığı, məlumat əldə etmək və yaymaq azadlığı konstitusion hüquqlar olmaqla, demokratik cəmiyyətdə çox mühüm yer tutur və bu hüquqlara onların mahiyyətinə xələl gətirən əsassız müdaxilələrin edilməsi yolverilməzdir. Bununla yanaşı, qeyd olunan hüquqlar mütləq hüquqlar deyil və qanuni əsaslarla məhdudlaşdırıla bilər.

32. Bu hüquqlara qanuni məhdudiyyətlərin qoyulması əsasları ümumi şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.6-cı maddəsində təsbit edilmişdir. Konstitusiya Qanunu sözügedən hüqu qların yalnız qanunla məhdudlaşdırılması, qanuni məqsədə yönəlməsi və həmin məqsədə mütənasib olması prinsiplərini əks etdirir və nəzərdə tutur ki, söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün; iğtişaşların qarşısının alınması üçün; ictimai təhlükəsizliyin qorunması üçün; digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün məhdudlaşdırıla bilər.

33. Qanunvericilikdə internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edilən məlumatlar aydın əksini tapmışdır. Həmin məlumatların əks olunduğu normativ hüquqi akt qanun şəklində qəbul olunmuş, rəsmi dərc edilmişdir. Bütün şəxslərin həmin qanuna çıxış imkanı mövcuddur. Eyni zamanda məhdudiyyətləri müəyyən edən hüquq normaları qanunun keyfiyyətliliyi tələblərinə də cavab veri r. 34. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun və onun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək səlahiyyəti ərizəçiyə həvalə edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə nəzərə almışdır ki, zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar heç də bütün hallarda həmin məlumat və çağırışların açıq mətnlə ifadə olunmasını tələb etmir. Bu cür məlumat və çağırışlar eyni niyyət və məqsədlə yayılan informasiyalarda sətiraltı ifadə ed ilsə də, cəmiyyətin ayrı-ayrı üzvləri tərəfindən belə qəbul edilə bilərsə, qanunda sadalanan məhdudiyyətlərin təsir dairəsinə düşür. Xüsusən yaxın keçmişdə Azərbaycanda kütləvi iğtişaşlar vasitəsilə hakimiyyətin zorla dəyişdirilməsi və buna cəhdlər edildiyi təcrübəsi mövcuddur. Bu baxımdan kütləvi və müddətsiz yığıncaqlara, vətəndaş itaətsizliyinə açıq çağırışlar cəmiyyətin böyük bir hissəsi tərəfindən konkret problemlərin həllinə diqqəti cəlb etmək vasitəsindən daha çox, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, kütləvi iştişaşların təşkil edilməsinə çağırış kimi qəbul edilir.

36. Digər tərəfdən Azərbaycan Respublikası dünyəvi dövlətdir və ölkədə dini tolerantlıq yüksək səviyyədədir. Lakin, əhalinin əksəriyyətini müxtəlif təriqətlərə mənsub olan müsəlmanlar (o cümlədən böyük hiss əsi şiə müsəlmanlar) təşkil etidiyindən dini ekstremizmlə bağlı çağırışlar digər cəmiyyətlərlə müqayisədə Azərbaycanda daha tez və kəskin qıcıqlar yarada bilər. Yaxın tarixdə Nardaran qəsəbəsində baş vermiş hadisələr, Azərbaycanla yaxın və uzaq qonşu ölkələrin bununla bağlı mənfi təcrübəsi qeyd olunan problemə bariz nümunədir. Bu baxımdan Azərbaycan cəmiyyəti dini ekstremizmi alovlandırmağa çalışan xarici və daxili qüvvələrin daimi hədəfindədir. Bu hal isə kütləvi informasiya vasitələrinin üzərinə dini mövzulara dair məlumatlarla daha ehtiyatlı davranmaq vəzifəsi qoyur və dövlətin bu sahədə mülahizə hüququnu genişləndirir.

37. Sadalanan hallar baxımından ərizəçinin istinad etdiyi məqalə və yazılar Qanunun 13-2.3-cü maddəsində sadalanan və yayılması qadağan edilən məlumatlara aiddir.

38. Ko nkret olaraq, “Maraqlı şəxs4” internet saytında 2017-ci ilin mart ayında dərc edilmiş məqalədə C.Həsənliyə iqtibasla qeyd olunur ki, “Bizim müşahidələrimizə görə bu qəzəb hazırda son dərəcə böyükdür, onun ifadə forması da böyük meydanlardan keçməlidir. Yalnız bu halda hökumət xalqın iradəsi ilə hesablaşmalı olar”. Həmin saytda “Dini təhlükə və avtoritarizm bir-birinin donoru kimi” adlı məqalədə İranda dini rejimin hakimiyyətə gəlmə tarixi Azərbaycandakı mövcud vəziyyətlə müqayisəli təhlil edilir və sonda müəllif belə nəticəyə gəlir ki, “dini təhlükə” mövcud rejimin yaşam ağacıdır. Əgər o yoxdursa, yaradılmalıdır, əgər var, göydən düşməlidir.... Xaosun hakim olduğu indiki geopolitik şərtlərdə şəriətçilik onlara qarşı alternativ kimi yetişərsə, bir tərəfdən ölkə əhalisinin fəal hissəsində “i nanclı olanlar” və “onlardan qorxanlar” şəklində iki kəskin qütbləşmə rəsmiləşdiyində məhz özlərinin sekulyarizmin “gücə sahib olan” mərkəzinə çevriləcəklərini, digər tərəfdən isə artıq fakta (əgər olarsa) çevrilən “dini təhlükəyə qarşı” adı altında bütün ölkə boyu ağır repressiya apara və yaxın, uzaq xaricin “insan haqları” mövzulu başlıqları əvəzinə, hətta həqiqi siyasi dəstək ala biləcəklərini düşünürlər”.

39. Apellyasiya kollegiyası hesab etmişdir ki, ərizəçinin məhdudiyyət qoyulmasını tələb etdiyi internet resurslarda dərc edilmiş məqalə və yazılar Qanunun 13-2.3-cü maddəsində sadalanan və yayılması qadağan edilən məlumatlara aiddir.

40. Görülən tədbirlərin mütənasibliyi ilə bağlı apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almışdır ki, hazırkı ərizə ilə ərizəçi konkret interne t informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması ilə yanaşı, həmin saytlara digər informasiya ehtiyatları vasitəsi ilə müraciətin məhdudlaşdırılmasını tələb etmiş və ərizə həmin hissədə təmin olunmamışdır.

41. Bununla yanaşı, apellyasiya baxışı zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, maraqlı şəxslər internet informasiya resursları kimi bu gün fəaliyyət göstərir, həmin resurslara Azərbaycandan kənardan sərbəst, Azərbaycan daxilindən isə başqa saytlar vasitəsilə daxil olmaq mümkündür.

42. Bu baxımdan ərizə əsaslıdır və ərizədə göstərilən saytlar üzərində məhdudiyyətin qoyulması qanunda nəzərdə tutulmuşdur və demokratik cəmiyyətdə zəruri olan qanuni məqsədlərə xidmət edir.

43. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlara əsasən hesab etmişdir ki, birinci instansiya mə hkəməsi ərizənin qismən təmin olunmuş hissəsində işin halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

44. Apellyasiya şikayətlərinin digər dəlillərinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, prosessual qanunvericilikdə internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması haqqında ərizələrə 5 gün ərzində baxılmalı olmasına münasibətdə nəzərə alınmalıdır ki, həmin müddətlərə riayət olunması məhkəmələrin vəzifəsidir. Lakin yalnız həmin müddətə riayət olunması məqsədilə məhkəmə baxışının mülki prosesin prinsiplərinin (çəkişmə, tərəflərin bərabərliyi, işin tam, obyektiv və hərtərəfli araşdırılması) pozulması ilə həyata keçirilməsi yolverilməzdir. Baxılan iş üzrə ərizəyə qanunla nəzərdə tutulmuş 5 gün müddətində deyil, 39 gün mü ddətinə baxılması sadalanan prinsiplərə riayət olunması, o cümlədən, maraqlı şəxslərin həmin hüquqlarına riayət olunması məqsədlərinə xidmət etmişdir. İşə göstərilən müddətdə baxılması maraqlı şəxslərin hər hansı hüquqlarını və qanuni mənafelərini pozmamış, məhkəmə baxışı ağlabatan müddətdə yekunlaşmışdır. Bu baxımdan qeyd olunan dəlil kobud prosessual pozuntu kimi qiymətləndirilə və qətnamənin ləğvi üçün əsas ola bilməz.

45. Maraqlı şəxsin dərc etdiyi yazılar siyasi bəyanatlardan, beynəlxalq mətbuatda getmiş yazıların tərcüməsindən, araşdırmadan, statistika ilə bağlı xəbərlərdən, analitik təhlillərdən, müsahibə və köşə yazılarından ibarət olduğu barədə dəlil də əsassızdır. Çünki “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 132.1-ci maddəsi informasiya e htiyatının qanunauyğun fəaliyyətini təmin etmək öhdəliyini və buna görə məsuliyyəti internet informasiya ehtiyatı sahibinin üzərinə qoyur. Qanunun 132.3-cü maddəsi internet informasiya ehtiyatının və onun domen adının sahibinə formasından asılı olmayaraq müvafiq məlumatları yerləşdirməyi qadağan edir. Əks yanaşma Qanunun 13-2-ci maddəsini əhəmiyyətsiz bir normaya çevirmiş olardı. Həmçinin eyni məlumatın başqa resurslarda da yerləşdirilməsi iş üzrə konkret resurslara çıxışın məhdudlaşdırılmasına mane olan hal kimi qiymətləndirilə bilməz.

46. Yazıların tarixinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək hüququ məhz Nazirliyə məxsus olduğundan, ərizəçi Baş prokurorluğun təşəbbüsündə (məktubunda) sadalanan əsaslara bağlı deyil. Bu baxımdan ərizəçi müraciətini əsaslandırmaq üçün Baş prokurorluq tərəfindən ona ünvanlanmış məktubdan əvvəl və ya sonra dərc edilmiş, həmin məktubda əks olunan və ya olunmayan məlumatlara istinad etməkdə sərbəstdir.

47. Eyni zamanda hazırkı ərizə məhkəməyə daxil olarkən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun “İnternet informasiya ehtiyatlan” adlı lll-l fəsli artıq qüvvədə olmuşdur. Həmçinin işə baxıldığı və qətnamənin qəbul edildiyi dövrdə (20 aprel 2017-ci il tarixdə) MPM-ə də bununla bağlı dəyişiklik edilmiş və internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraatı nəzərdə tutan 40-6-cı fəsil əlavə edilmişdir. Bu baxımdan qeyd olunan əsasla məhkəmə qətnaməsinin qanuniliyini şübhə altına almaq üçün əsas yoxdur. e) Kassasiy a instansiyası məhkəməsində maraqlı şəxs “Maraqlı şəxs4”-nin kassasiya şikayəti üzrə birinci icraat

48. Maraqlı şəxs “Maraqlı şəxs4” kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizəçi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 sentyabr 2019-cu il tarixli, 2(102)-5763/2019 nömrəli qərarı ilə (hakim Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər A.Kalbalıyev və V.İbayev) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

50. Kas sasiya kollegiyası göstərmişdir ki, “Maraqlı şəxs4” tərəfindən iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətlərinin məzmunundan görünür ki, sonuncu birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirir. Halbuki işin hallarından göründüyü kimi işə birinci apellyasiya baxışında qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. f) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya şikayəti üzrə icraat

51. Ərizəçi əlavə kassasiya şikayəti verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2018-ci il tarixli və 10 sentyabr 2019-cu il tarixli qərarlarının ləğv edilməsini xahiş etmişdir.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 mart 2020-ci il tarixli, 13(102)-3/2020 nömrəli qərarı ilə ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin verdiyi əlavə kassasiya şikayəti təmin edilmiş, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 iyun 2018-ci il tarixli, 2(102)-3497/2018 nömrəli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 dekabr 2017-ci il tarixli, 2(103)-10935/2017 nömrəli qətnaməsi, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 10 sentyabr 2019-cu il tarixli, 2(102)-5763/2019 nömrəli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 aprel 2019 -cu il tarixli, 2(103)-5145/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

53. Ali Məhkəmənin Plenumunun Qərarı belə əsaslandırılmışdır ki, ərizəçi məhkəməyə müraciət edərək, "xxxx", “azadliq.org”, “xxx” domenlərinə, “Maraqlı şəxs4”, “xxx” telekanalı (xxx TV) və “Maraqlı şəxs6” teleproqramlarının yerləşdiyi internet informasiya ehtiyatlarına müraciətlərin edilməsinin məhdudlaşdırılması, həmçinin müraciət müəyyənləşdirilmiş digər informasiya ehtiyatları vasitəsi ilə mümkün olarsa, məhdudlaşdırılma barədə məhkəmə qərarının bu resurslara da şamil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

54. Birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin birinci tələbi təmin, digər tələbi isə rədd edilib. Həmin qətnamədən yaln ız maraqlı "xxxx" MMC və "xxxx" şirkəti apellyasiya şikayəti verib, digər maraqlı şəxslər və ərizəçi qətnamədən apellyasiya şikayəti verməyib.

55. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ərizənin təmin olunmuş hissəsində dəyişdirilmədən saxladığı halda, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş maraqlı şəxslərə münasibətdə də qətnaməni yoxlamışdır.

56. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qətnaməni əsaslandırarkən ərizənin rədd edilmiş hissəsinə də münasibət bildirərək qeyd edib ki, “hazırkı ərizə ilə ərizəçi konkret internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması ilə yanaşı, həmin saytlara digər informasiya ehtiyatları vasitəsilə müraciətin məhdudlaşdırılmasını tələb edir və ərizə həmin hissədə rədd edilib.

57. Eyni zamanda apellyasiya baxışı zamanı müəyyən edilib ki, mübahisəsiz qaydada maraqlı şəxslər internet informasiya resursları kimi bu gün də fəaliyyət göstərir, həmin resurslara Azərbaycandan kənardan sərbəst, Azərbaycan daxilindən isə başqa saytlar vasitəsilə daxil olmaqla faktiki fəaliyyət göstərirlər.

58. Göründüyü kimi, söhbət hüquqların tam məhdudlaşdırılmasından deyil, sadəcə həmin resurslara kütləvi daxil olma imkanına, açılması asanlıqla mümkün olan maneələr yaradılmasından gedir.

59. Apellyasiya instansiyası məhkəməsi qətnamədə ərizənin rədd edilmiş hissəsi ilə razılaşaraq, maraqlı şəxslərin apellyasiya şikayətlərinin təmin edilməməsi əsaslarından biri kimi qeyd olunan hala istinad edib.

60. Ali Məhkəmənin Ple numu hesab etmişdir ki, qeyd olunan hal apellyasiya instansiyası məhkəməsinin apellyasiya baxışının hədlərindən kənara çıxmaqla, Nazirliyin birinci instansiya məhkəməsinin qətnaməsinin ərizənin təmin edilməmiş hissəsindən apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir.

61. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə istinad edən Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsinə yönəlmədiyindən və mübahisənin predmeti bölünən olduğundan, apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamaqda haqlı olmamışdır.

62. Daha sonra mülki iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən "xxxx" MMC və "xx xx" Şirkətinin verdiyi kassasiya şikayətləri əsasında işə baxan kassasiya instansiyası məhkəməsi də qeyd olunan prosessual pozuntunu aradan qaldırmaq əvəzinə, özü də 04 iyun 2018-ci il tarixli, 2(102)3497/2018 nömrəli qərarında eyni əsasa istinad edib. Belə ki, kassasiya instansiyası məhkəməsi öz qərarının nəticə hissəsində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2017-ci il tarixli, 2(103)-10935/2017 saylı qətnaməsinin maraqlı şəxslər "xxxx" MMC və "xxxx" Şirkətinin kassasiya şikayətlərinə münasibətdə dəyişiklik edilmədən saxlanılmasını göstərsə də, qətnamənin əsaslandırıcı hissəsində “iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişiklik edilmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə qanuni və əsaslı hesab edib və qərarda kassasiya baxışının hədlərindən kənara çıxılaraq ərizənin rədd edilmiş hissəsinə də qiymət verib. Bu isə həmin qərarın nəticə hissəsi ilə onun əsaslandırıcı hissəsi arasında uyğunsuzluq yaradıb. Halbuki, Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Həmin Məcəllənin 424.2.4-cü maddəsinin mənasına görə, kassasiya instansiyası məhkəməsinin qərarına əsasən gəlinmiş nəticə ilə qərarın təsviri və əsaslandırıcı hissələri arasında məntiqi bağlılıq olmalıdır. Qərarın nəticə hissəsinin onun təsviri və əsaslandırıcı hissəsinə, yəni həmin hissələrdə nəzərdə tutulmuş məlumatlara, aparılmış təhlillər əsasında gəlinmiş qənaətlərə, məhkəmənin ö z dəlillərinə uyğun gəlməməsi kassasiya instansiyası məhkəməsinin qərarının əlavə kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

64. Bu baxımdan Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, kassasiya instansiyası məhkəməsinin öz təşəbbüsü ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirilməyən hissədə yoxlaması Konstitusiyanın 60 və MPM-in 4cü maddələrinin tələblərindən irəli gələn dispozitivlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

65. Kassasiya instansiyası məhkəməsinin “Maraqlı şəxs4”-nin kassasiya şikayəti əsasında qəbul etdiyi 10 sentyabr 2019-cu il tarixli, 2(102)-5763/2019 nömrəli qərarından da görünür ki, kassasiya instansiyası məhkəməsi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 dekabr 2017-ci il tarixli, 2(103)-10935/2017 nömrəli qətnaməsi i lə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına və həmin qətnamənin qanuni qüvvəyə minməsinə istinad edərək, həmin qətnamənin başqa şəxs tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri əsasında yoxlanılmasını qeyrimümkün hesab etmiş və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2018-ci il tarixli Qərarına istinad edərək, qətnamə qanuni qüvvəyə mindikdən sonra iddia tələbi çərçivəsində həmin qətnamə ilə həll edilmiş məsələlərin eyni instansiyalarda yenidən baxılmasının yolverilməzliyi ilə bağlı hüquqi mövqeyinə əsaslanmışdır.

66. Həmçinin, Ali Məhkəmənin Mülki kollegiyası 10 sentyabr 2019-cu il tarixli, 2(102)-5763/2019 nömrəli qərarının əsaslandırıcı hissəsində mülki iş materiallarını, kassasiya şikayətinin dəlillərini araşdırı b “Maraqlı şəxs4”-nin kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, iş üzrə icraata xitam verilməsi və “Maraqlı şəxs4”-nin apellyasiya şikayətinin qeyri-mümkün sayılması qənaətinə gəlsə də, qərarın nəticə hissəsində “Maraqlı şəxs4”-nın kassasiya şikayətinin təmin edilmədən saxlanılması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, “Maraqlı şəxs4”-nin apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün sayılması nəticəsinə gəlməklə uyğunsuzluğa yol vermişdir. g) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

67. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(103)-5341/2020 nömrəli qətnaməsi ilə (hakim Z.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Talışinski və R.Eyvazov) maraqlı şəxslər "xxxx" Şirkətinin (azadlıg.org saytının), "xxxx" MMC-nin və “Meydan” TV-nin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2158/2017 nömrəli iş üzrə 12 may 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

68. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, hazırda ərizəçi, maraqlı şəxslər kimi cəlb edilmiş kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikası Konstitusiyasının 47-ci və 50-ci maddələrində müəyyən edilmiş hüquqlarının həyata keçirməsinə məhdudiyyət qoyulmasını xahiş edir. Nəzərə alınmaldır ki, fikir və söz azadlığı, məlumat əldə etmək və yaymaq azadlığı konstitusion hüquqlar olmaqla demokratik cəmiyyətdə çox mühüm yer tutur və bu hüquqlara onların mahiyyətinə xələl gətirən əsassız müdaxilələrin edilməsi yolverilməzdir. Bununla yanaşı, qeyd olunan hüquqlar mütləq hüquqlar deyil və qanuni əsaslarla məhdudlaşdırıla bilər. Bu hüquqlara qanuni məhdudiyyətlərin qoyulması əsasları ümumi şəkildə Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3.6-cı maddəsində təsbit edilmişdir. Konstitusiya Qanunu sözügedən hüquqların yalnız qanunla məhdudlaşdırılması, qanuni məqsədə yönəlməsi və həmin məqsədə mütənasib olması prinsiplərini əks etdirir və nəzərdə tutur ki, söz azadlığı dövlət təhlükəsizliyi mənafeləri üçün, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün; iğtişaşların qarşısının alınması üçün; ictimai təhlükəsizliyi n qorunması üçün; digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün məhdudlaşdırıla bilər. “Kütləvi İnformasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsi kütləvi informasiya vasitələrində istifadəsinə yol verilməyən məlumatların dairəsini müəyyən edir. 69. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.1-ci maddəsi informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etmək öhdəliyini və buna görə məsuliyyəti internet informasiya ehtiyatı sahibinin üzərinə qoyur. Qanunun 13-2.3-cü maddəsi internet informasiya ehtiyatının və onun domen adının sahibinə digər məlumatlarla yanaşı aşağıdakı informasiyaları yerləşdirməyi qadağan edir: zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, dövlətin konstitusiya quru luşunun zorla dəyişdirilməsinə, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar.

70. Beləliklə, qanunvericilikdə internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edilən məlumatlar aydın əksini tapmışdır. Həmin məlumatların əks olunduğu normativ hüquqi akt qanun şəklində qəbul olunmuş, rəsmi dərc edilmişdir. Bütün şəxslərin həmin qanuna çıxış imkanı mövcuddur. Eyni zamanda, məhdudiyyətləri müəyyən edən hüquq normaları qanunun keyfiyyətliliyi tələblərinə də cavab verir. Belə ki, Qanunun 132.3-cü maddəsində yerləşdirilməsi qadağan edilən məlumatların kateqoriyaları aydın şəkildə sadalanıb. Qanunda məlumatların dairəsinin daha artıq konkretləşdirilməsi mümkün deyil. Müvafiq məlumatın qanunun təsir dairəsinə düşüb-düşmədiyi barədə məsələ hüquq tətbiq edicilərinin, o cümlədən, məhkəmələrin səlahiyyətindədir.

71. Apellyasiya kollegiyası qeyd etmişdir ki, adı çəkilən Qanunun 13-2.3-cü maddəsində müəyyən edilən məhdudiyyət Azərbaycan Respublikası Konstitusiyasının 71ci maddəsinin İİ hissəsində təsbit olunmuş digər şəxslərin hüquq və azadlıqlarının qorunması, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.6-cı maddəsində təsbit olunmuş dövlət təhlükəsizliyi mənafeləri, digər şəxslərin hüquq və azadlıqlarının qorunması; iğtişaşların qarşısının alınması; ictimai təhlükəsizliyin qorunması kimi demokratik cəmiyyətdə zəruri olan qanuni məqsədlərə xidmət edir.

72. Yayılan məlumatların məzmununun Qanunun 13-2.3-cü maddəsində sadalanan və yayılması qadağan edilən məlumatlara aid olub-olmaması məsələsi ilə bağlı apellyasiya kollegiyası ilk növbədə bildirmişdir ki, zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar heç də bütün hallarda həmin məlumat və çağırışların açıq mətnlə ifadə olunmasını tələb etmir. Bu cür məlumat və çağırışlar e yni niyyət və məqsədlə yayılan informasiyalarda sətiraltı ifadə edilsə də, cəmiyyətin ayrı-ayrı üzvləri tərəfindən belə qəbul edilə bilərsə, qanunda sadalanan məhdudiyyətlərin təsir dairəsinə düşür.

73. Digər tərəfdən, Azərbaycan Respublikası dünyəvi dövlətdir və ölkədə dini tolerantlıq yüksək səviyyədədir. Lakin əhalinin əksəriyyətini müxtəlif təriqətlərə mənsub olan müsəlmanlar (o cümlədən böyük hissəsi şiə müsəlmanlar) təşkil etidiyindən dini ekstremizmlə bağlı çağırışlar digər cəmiyyətlərlə müqayisədə Azərbaycanda daha tez və kəskin qıcıqlar yarada bilər. Azərbaycanla yaxın və uzaq qonşu ölkələrin bununla bağlı mənfi təcrübəsi qeyd olunan problemə bariz nümunədir. Bu baxımdan, Azərbaycan cəmiyyəti dini ekstremizmi alovlandırmağa çalışan xarici və daxili qüvvələrin daimi hədəfindədir. B u hal isə, kütləvi informasiya vasitələrinin üzərinə dini mövzulara dair məlumatlarla daha ehtiyatlı davranmaq vəzifəsi qoyur və dövlətin bu sahədə mülahizə hüququnu genişləndirir. Sadalanan hallar baxımından, apellyasiya kollegiyası hesab etmişdir ki, ərizəçinin istinad etdiyi apellyatorlara aid məqalə və yazılar Qanunun 13-2.3-cü maddəsində sadalanan və yayılması qadağan edilən məlumatlara aiddir.

74. Konkret olaraq, “azadliq.org” internet saytından 2017-ci ilin mart-aprel aylarında dərc edilmiş məqələlərdə C.Həsənliyə iqtibasla qeyd edilir ki, “Bütün bunlar kütləvi aksiyaları zəruri edir”. Digər məqalədə Azərbaycan Respublikasının bütövlükdə konstitusiyalı quruluşu şübhə altına alınaraq göstərilir ki, “Bizdə sadəcə tarixi-ictimai şərait elə gətirib ki, biz yalandan dövlət olmuşuq, yalan dan demokratiya qurmuşuq, yalandan konstitusiya yazmışıq... Belədirsə belə də olmalı imiş, amma bu o demək deyil ki, bundan sonra da belə də qalmalıdır. Təbiətdə “sabitlik pozulmasın” adlı bir şey yoxdur, hər şey dəyişir. Ən uzun, ən çətin qış da qurtarır, yerinə bahar gəlir... elə o baharların birində bizim də bağların vişnə ağacları çiçəkləyəcək. Mən inanıram. Burda hər cür imkan var, ideyalarınızı, xəyallarınızı reallaşdıra bilirsiniz”. 75. “xxx” internet saytında 2017-ci ilin mart ayında dərc edilmiş məqalədə yenə də C.Həsənliyə iqtibasla qeyd olunur ki, “Bizim müşahidələrimizə görə bu qəzəb hazırda son dərəcə böyükdür, onun ifadə forması da böyük meydanlardan keçməlidir. Yalnız bu halda hökumət xalqın iradəsi ilə hesablaşmalı olar”. Həmin saytda “Dini təhlükə və avtoritarizm bir-birin in donoru kimi” adlı məqalədə İranda dini rejimin hakimiyyətə gəlmə tarixi Azərbaycandakı mövcud vəziyyətlə müqayisəli təhlil edilir və sonda müəllif belə nəticəyə gəlir ki, “dini təhlükə” mövcud rejimin yaşam ağacıdır. Əgər o yoxdursa, yaradılmalıdır, əgər var, göydən düşməlidir.... Xaosun hakim olduğu indiki geopolitik şərtlərdə şəriətçilik onlara qarşı alternativ kimi yetişərsə, bir tərəfdən ölkə əhalisinin fəal hissəsində “inanclı olanlar” və “onlardan qorxanlar” şəklində iki kəskin qütbləşmə rəsmiləşdiyində məhz özlərinin sekulyarizmin “gücə sahib olan” mərkəzinə çevriləcəklərini, digər tərəfdən isə, artıq fakta (əgər olarsa) çevrilən “dini təhlükəyə qarşı” adı altında bütün ölkə boyu ağır repressiya apara və yaxın, uzaq xaricin “insan haqları” mövzulu başlıqları əvəzinə, hətta həqiq i siyasi dəstək ala biləcəklərini düşünürlər”. 76. "xxxx" internet saytında xx.xx.2017-ci il tarixdə dərc olunmuş “Xalq “mən varam” deyə bilsə...” başlıqlı məqalədə qeyd olunur ki, “Yaşadığımız ölkədə də avtoritar idarəetmə mövcuddur və uzun illərdi ki, bu idarəçilik ölkəni məhvə aparır. Zəngin bir ölkədə böhran məskən salıb. İnsanlar intihar həddinə çatıb... Xilas olmaq üçün tonqalı söndürmək lazımdır, bunu isə yalnız xalqın iradəsiylə söndürmək mümkündür. Biganəlikdən, susqunluqdan imtina edir, “biz varıq” deməyi bacarmalıyıq. Şübhəsiz ki, xalq səsi eşidiləndə, şirin səsi batacaq. Xalq “mən varam” deyəndə, rejim “mən yox oldum” demək məcburiyyətində qalacaq. Vətənimizin, özümüzün, yaxınlarımızın bu günü və sabahı uğrunda çarpışmalıyıq. Hamılıqla ailəmizi daşın altına qoymalı, bu daşı y olumuzun üstündən götürməyi bacarmalıyıq. Nə qədər ki, daşı götürmək istəyənlərə kənardan tamaşa edəcəyik, yolumuz açılmayacaq. Müxtəsər, xalqın varlığı meydanlarda ifadə olunur və bu Konstitusiyanın verdiyi hüquqdur. Qiymət artımına, korrupsiyaya, monopoliyaya, ədalətsizliyə, repressiyaya “yox” deməyi bacarmalıyıq. Susduqca, sevdiklərimizi də hədəfə gətirmiş oluruq, eybəcərliklərdən hər kəs nəsibini alır. Bu ölkədə yaşayacağıqsa, bu ölkədə yaşlanacağıqsa, doğmalarımız bu ölkədə ömür sürəcəklərsə, bu ölkənin vətəndaşıyıqsa, ölkəmizə sahib çıxmalıyıq. Alnımıza şər qələmiylə yazılmış yazını “alın yazısı” hesab etməyək. Başımızı dik tutaq, alnımızdan bu yazını silək və əmin olaq ki, bizim alnımıza ədalətli ölkədə yaşamaq yazılıb. Xalq “mən varam” dediyi gün, bütün pisliklər yox olacaq”.

77. Y uxarıda qeyd olunan mövqeləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin məhdudiyyət qoyulmasını tələb etdiyi həmin internet resurslarında dərc edilmiş məqalə və yazılar Qanunun 13-2.3-cü maddəsində sadalanan və yayılması qadağan edilən məlumatlara aiddir. Bu baxımdan, mübahisələndirilən saytlar üzərində məhdudiyyətin qoyulması qanunda nəzərdə tutulmuşdur və demokratik cəmiyyətdə zəruri olan qanuni məqsədlərə xidmət edir.

78. Apellyasiya şikayətlərinin digər dəlillərinə münasibətdə isə, apellyasiya kollegiyası qeyd etmişdir ki, prosessual qanunvericilikdə internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması haqqında ərizələrə 5 gün ərzində baxılmalı olmasına münasibətdə nəzərə alınmalıdır ki, həmin müddətlərə riayət olunması məhkəmələrin vəzifəsidir. Lakin yal nız həmin müddətə riayət olunması məqsədilə məhkəmə baxışının mülki prosesin prinsiplərinin (çəkişmə, tərəflərin bərabərliyi, işin tam, obyektiv və hərtərəfli araşdırılması) pozulması ilə həyata keçirilməsi yolverilməzdir. Baxılan iş üzrə ərizəyə qanunla nəzərdə tutulmuş 5 gün müddətində deyil, 39 gün müddətinə baxılması sadalanan prinsiplərə riayət olunması, o cümlədən, maraqlı şəxslərin həmin hüquqlarına riayət olunması məqsədlərinə xidmət etmişdir. İşə göstərilən müddətdə baxılması maraqlı şəxslərin hər hansı hüquqlarını və qanuni mənafelərini pozmamış, məhkəmə baxışı ağlabatan müddətdə yekunlaşmışdır. Bu baxımdan qeyd olunan dəlil kobud prosessual pozuntu kimi qiymətləndirilə və qətnamənin ləğvi üçün əsas ola bilməz.

79. Maraqlı şəxslərin dərc etdiyi yazılar siyasi bəyanatlardan, beynə lxalq mətbuatda getmiş yazıların tərcüməsindən, araşdırmadan, statistika ilə bağlı xəbərlərdən, analitik təhlillərdən, müsahibə və köşə yazılarından ibarət olduğu barədə dəlil də əsassızdır. Çünki “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 132.1-ci maddəsi informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etmək öhdəliyini və buna görə məsuliyyəti internet informasiya ehtiyatı sahibinin üzərinə qoyur. Qanunun 132.3-cü maddəsi internet informasiya ehtiyatının və onun domen adının sahibinə formasından asılı olmayaraq müvafiq məlumatları yerləşdirməyi qadağan edir. Əks yanaşma Qanunun 13-2-ci maddəsini əhəmiyyətsiz bir normaya çevirmiş olardı. Həmçinin, eyni məlumatın başqa resurslarda da yerləşdirilməsi iş üzrə konkret resurslara çıxışın məhdudlaşdır ılmasına mane olan hal kimi qiymətləndirilə bilməz.

80. Yazıların tarixinə münasibətdə isə, apellyasiya məhkəməsi bildirmişdir ki, hazırkı ərizə ilə məhkəmə müraciət etmək hüququ məhz ərizəçiyə məxsus olduğundan, ərizəçi Baş Prokurorluğun təşəbbüsündə sadalanan əsaslarla bağlı deyil. Bu baxımdan, ərizəçi müraciətini əsaslandırmaq üçün Baş Prokurorluq üçün ona ünvanlanmış məktubdan əvvəl və ya sonra dərc edilmiş, həmin məktubda əks olunan və ya olunmayan məlumatlara istinad etməkdə əsaslıdır. 81. "xxxx" Şirkətinin (azadliq.org” internet saytının) apellyasiya şikayətində, həmçinin qeyd olunur ki, ərizəçinin müraciətində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna 19 mart 2017-ci ildə edilən dəyişikliklərin qüvvəyə minməsindən əvvəl 2016-cı ilin noyabr və 2 017-ci ilin fevral ayında yerləşdirilən yazılara istinad edilməsi qanunsuz və əsassızdır. Apellyasiya instansiyası məhkəməsi həmin dəlillə də razılaşmamış və göstərmişdir ki, bir qayda olaraq, internet saytda məlumat yerləşdirildikdən sonra məlumat həmin resursdan silinmir və sonrakı günlər (hətta aylar və illər) ərzində də istifadəçilər üçün açıq olur. Bu baxımdan internet saytda məlumatın yerləşdirilməsi öz-özülüyündə davam edən münasibətdir. Qanunun internet resursda daha əvvəl yerləşdirilmiş və əldə oluna bilən informasiyalara şamil edilməsi həm məntiqli, həm də qanunidir.

82. Eyni zamanda, hazırkı ərizə məhkəməyə daxil olarkən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun “İnternet informasiya ehtiyatları” adlı İİİ-İ fəsli artıq qüvvədə olmuşdur. H əmçinin işə baxıldığı və qətnamənin qəbul edildiyi dövrdə (20 aprel 2017-ci il tarixdə) MPM-ə də bununla bağlı dəyişiklik edilmiş və internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraatı nəzərdə tutan 40-6-cı fəsil əlavə edilmişdir. Bu baxımdan qeyd olunan əsasla məhkəmə qətnaməsinin qanuniliyini şübhə altına almaq üçün əsas yoxdur.

83. Apellyasiya kollegiyası nəzərə almışdır ki, həqiqətən də, Qanunun 13-3-cü maddəsi müvafiq icra hakimiyyəti orqanının üzərinə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etmək, xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində informasiya götürülmədikdə məhkəməyə müraciət etmək qaydasını nəzərdə tutur. Baxılan işdə isə, ərizəçi tərəfindən göstərilən xəbərdarlığın edildiyi iş materialları ilə təsdiq olunmur. Qanunda nəzərdə tutulan xəbərdarlıq tədbirinin məqsədi qeyd olunan məsələlərin məhkəmədən kənar həllinə nail olmaqdan ibarətdir. Məhkəmə ərizəçi tərəfindən həmin qaydaya riayət olunmamasını o zaman ərizənin baxılmamış saxlanılması (qeyri-mümkünlüyü) üçün əsas hesab edə bilərdi ki, işə baxıldığı dövrdə maraqlı şəxslər məsələnin məhkəmədən kənar həlli imkanlarının mövcud olduğuna istinad edə, yaxud bununla bağlı konkret hərəkətlər etmiş (təkliflər vermiş) olardırlar. Lakin nə birinci instansiya məhkəməsinin baxışı, nə də apellyasiya baxışı zamanı maraqlı şəxslər mübahisələndirilən yazıların saytlardan götürülməsinə yönəlmiş heç bir addım atmamışlar. Əksinə, maraqlı şəxslər ümumiyyətlə həmin məlumatların yayılması qanunla qadağan edilən informasiyalara aid olmadığını iddia etmişlər. Maraqlı şəxslərin bəziləri işə baxıldığı dövrdə və sonradan da həmin və ya oxşar məlumatları öz resurlarında saxlamaqda davam etmişlər. Mövcud vəziyyət isə məhkəmədə Qanunun 13-3-cü maddəsi ilə müəyyən edilmiş xəbərdarlıq mərhələsinin baxılan iş üzrə səmərəsiz olduğu verməyəcəyi barədə qəti qənaət yaradır.

84. Odur ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri

85. Maraqlı şəxslər “Vereinigung fur die Demokratie e.V.” (“M araqlı şəxs4” internet saytının adından), maraqlı şəxs "xxxx" MMC və "xxxx" şirkəti (Maraqlı şəxs3 saytının adından) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

86. Məzmunları oxşar olan hər üç kassasiya şikayətində işin faktiki hallarına, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Qanunun və Mülki Prosessual Məcəlləyə əlavə edilən 40-6-cı Fəslinin qəbulu tarixçəsinə və işi üzrə qəbul edilmiş məhkəmə qərarlarına istinad edilməklə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 47-ci, Avro pa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi pozulmuşdur.

87. Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2-ci maddəsində göstərilən yayılması qadağan edilən məlumatların siyahısında göstərilən müddəalardan bəziləri, hazırkı iş üzrə maraqlı şəxslərə münasibətdə tətbiq edilən 13-2.3.2-ci maddədə göstərilən ifadələr aydın deyil və qeyri-müəyyəndir. Eləcə də, ərizəçi, onların maraqlı şəxslərin işinə onların maraqlı şəxslərin işinə necə tətbiq edilməsi haqqında aydınlaşdırıcı heç bir izah verməmişdir. Buna görə də, maraqlı şəxslərə tətbiq edilən müddəalar qeyri-müəyyəndir və bu qanunilik prinsipinin pozulmasını təşkil edir. Həmçinin, Maraqlı şəxs4 tərəfindən yayılmış yazılara görə maraqlı şəxsin saytının bütövlükdə bloklanması demokratik c əmiyyətdə zərurilik prinsipinə ziddir. Siyasi debatın hissəsi olan bir yazıya görə bütövlükdə saytın bloklanması hər bir halda əsassızdır. Həmin bəyanatlarda çağırış edilən nümayiş dinc xarakterli və qanuni idi. Həmin bəyanatların heç birində zorakılığa yaxud kütləvi iğtişaşlara çağırış mövcud deyildi. Nəticə olaraq, ərizə ilə məhdudlaşdırılması nəzərdə tutulan internet informasiya resurslarına məhdudlaşdırılmasının zərurətini əsaslandıran müvafiq və yetərli sübutlar ərizəçi, yaxud Baş Prokurorluq tərəfindən təqdim edilməmişdir. Eləcə də iş materialları ilə zəruriliyi əsaslandıra bilən digər hallar müəyyən edilmir. Həmin yazılara görə, bütövlükdə Maraqlı şəxs4-nin bloklanması açıq-aşkar qeyri-mütənasib tədbirdir. Belə ki, hətta hansısa “qanunsuz” informasiya yayılmış olsa belə, bu halda ko nkret həmin informasiyanın yayıldığı səhifə məhdudlaşdırıla bilərdi. Hazırda isə bütövlükdə internet resursu məhdudlaşdırılmaq istənilir. Bu isə heç bir halda mütənasib deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

88. Ərizəçi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kassasiya şikayətlərinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

89. Etirazda “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 9-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 242, 24.3, 47, 71.2, 72.2, 72.3-cü maddələrinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Qanunun 3-cü maddəsinə, “İnformas iya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2, 13-3-cü maddələrinə istinad edilməklə hesab edilmişdir ki, məhdudiyyət qoyulması tələb edilən internet informasiya resurslarında dərc edilmiş məqalə və yazılar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3-cü maddəsində sadalanan və yayılması qadağan edilən məlumatlara aiddir. Bu baxımdan internet informasiya ehtiyatlarının üzərində məhdudiyyət qoyulması mövcud qanunvericilklə imperativ qaydada tənzimlənmişdir. Eyni zamanda qeyd olunan Qanunun 13-2.1-ci maddəsi internet informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etmək öhdəliyini və buna görə məsuliyyəti internet informasiya ehtiyatının sahibinin üzərinə qoyur. Maraqlı şəxslər dərc etdiyi yazıları siyasi bəyanatlardan, beynəlxalq mətbuatda getmiş yazıların tərcüməsindən, araşdırmadan, statistika ilə bağlı xəbərlərdən, analitik təhlillərdən, müsahibə və köşə yazılarından ibarət olduğunu bildirərək, yazılarda hər hansı formada zorakılığa, konstitusion quruluşu devirməyə, yaxud hakimiyyəti zorla ələ keçirməyə, kütləvi iğtişaşlara dair çağırış olmadığını, həmin yazıların qadağan edilmiş informasiya siyahısına aid informasiya hesab edilməsi və məhdudlaşdırılması üçün zəruri əsasların olmadığını bildirmişdir. Maraqlı şəxslər nə birinci instansiya məhkəməsinin baxışı, nə də apellyasiya baxışı zamanı yazıların saytlardan götürülməsinə yönəlmiş heç bir addım atmamışlar. Həm məhkəmələrdə işə baxıldığı dövrdə və həm də sonradan həmin və ya oxşar məlumatları öz resurslarında sax lamaqda davam etmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

90. Məhkəmənin əvvəlki iclaslarında maraqlı şəxs “Vereinigung fur die Demokratie e.V.”-nin (“Maraqlı şəxs4” internet saytının) vəkili Vəkil2, maraqlı şəxs "xxxx" şirkətinin vəkili Nümayəndə2 kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər.

91. Məhkəmənin əvvəlki iclaslarında ərizəçinin nümayəndəsi Nümayəndə3 və vəkili Vəkil3 etirazın dəlillərini müdafiə etmişlər.

92. Məhkəmənin sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflərin nümayəndələri və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakla rı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri:

93. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüq uqunun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

94. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız maraqlı şəxslər “Vereinigung fur die Demokratie e.V.”-nin (“Maraqlı şəxs4” internet saytının adından), maraqlı şəxs "xxxx" MMC-nin və "xxxx" şirkətinin (Maraqlı şəxs3 saytının adından) apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə yoxladığından və kassatorlar tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

95. Azərbaycan Respublikası Konstitusiyasının: 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fi kir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 96. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada): 13-2.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəal iyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. 13-2.3-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: 13-2.3.2. zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; 13-2.3.8. intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edə n və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar; 13-2.3.11. Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya. 13-2.4-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir. 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. 13-3.2-ci maddəsinə əsasən xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir. 13-3.3-cü maddəsinə əsasən dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır. 13-3.4-cü maddəsinə əsasən müvafiq icra ha kimiyyəti orqanı bu Qanunun 13-3.3cü maddəsində nəzərdə tutulmuş qərarı qəbul etdikdə, eyni zamanda, internet informasiya ehtiyatına məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır. 13-3.5-ci maddəsinə əsasən məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.

97. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçü n məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

98. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

99. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maraqlı şəxslərin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq Ali Məhkəmənin Plenumunun irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlar a hüquqi qiymət verilməklə, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır. (bax bənd 68-84)

100. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ifadə azadlığı hüququ mütləq hüquq deyil. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə də təmin olunan həmin hüquqla əlaqədar bəzi müdaxilələr əsaslı hesab olunur və bununla bağlı dövlət, məsələn, milli təhlükəsizlik kimi digər hüquq və ya daha üstün maraqları qorumaq üçün qanuni əsaslarda məhdudiyyətlər tətbiq edə bilər.

101. Lakin, həmin məhdudiyyətlər qanunla nəzərdə tutulmalı, qanunda müəyyən edən maraqları qorumalı və demokratik cəmiyyətdə zəruri olmalıdır.

102. Hazırkı halda, informasiyanın məhdudlaşdırılması üçün qanuni əsas “İnformasiya, informasiyalaşdırma və i nformasiyanın mühafizəsi haqqında” Qanunun 132.3-cü maddəsi ilə müəyyən edilmişdir.

103. Həmin Qanuna əsasən, internet informasiya ehtiyatının sahibi yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. Bununla yanaşı, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə məsuliyyət daşıyır. Qanun eyni zamanda yayılması qadağan edilən informasiyaların siyahısını müəyyənləşdirmişdir.

104. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiyanın 47-ci maddəsinin İİİ hissəsində söz azadlığının məhdudlaşdırılmasının ümumi meyarları müəyyən edilərək göstərilir ki, “irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”. Belə h ərəkətlər heç zaman söz və fikir azadlığı kimi qiymətləndirilə bilməz, əksinə, bu əməllər cinayət məsuliyyətinə səbəb olur.

105. Apellyasiya instansiyası məhkəməsi də qətnaməsində işin faktiki hallarını Qanunun 13-2.3-cü maddəsinə münasibətdə əsaslandırmış və hesab etmişdir ki, ərizəçinin məhdudiyyət qoyulmasını tələb etdiyi internet resurslarının üzərində məhdudiyyətin qoyulması demokratik cəmiyyətdə zəruri olan qanuni məqsədlərə xidmət edir.

106. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 132.1-ci maddəsi informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etmək öhdəliyini və buna görə məsuliyyəti internet informasiya ehtiyatı sahibinin üzərinə qoyuldığına görə, maraqlı şəxslərin dərc etdikləri yazıların siyasi bəyanatlardan, beynəlxalq mətbuatda getmiş yazıların tərcüməsindən, araşdırmadan, statistika ilə bağlı xəbərlərdən, analitik təhlillərdən, müsahibə və köşə yazılarından ibarət olmasına dair dəlil əsassız olmuşdur.

107. Həmçinin, internet saytında yerləşdirilmiş məlumat həmin resursdan silinmədiyindən və sonrakı dövrdə istifadəçilər üçün açıq olduğundan, internet resursda yuxarıda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilmiş müvafiq dəyişikliklər qüvvəyə minməsindən əvvəl də dərc olunmuş məlumatlara münasibətdə də bu Qanunun tətbiqi qanuni və əsaslı olmuşdur.

108. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

109. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxslər “Vereinigung fur die Demokratie e.V.” (“Maraqlı şəxs4” internet saytının adından), "xxxx" şirkəti (Maraqlı şəxs3 saytının adından) və "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(103)-5341/2020 nömrəli qətna məsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar