Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-10/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh X13 qarşı; X2 İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxs X15) qarşı; İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, İddiaçı1 və Bakı şəhəri Cavabdeh1nə (3-cü şəxs X15) qarşı X12 İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə və Bakı şəhəri Cavabdeh1n ə (3-cü şəxs Ağayeva (Məcidova) Zərifə Əmirulla qızına) qarşı tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, mənzildən çıxarılma, mənzilə köçürülmə, çıxarışın ləğvi, üzərinə həbs qoyulmuş əmlak, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina əsasları; icra məmuru tərəfindən əmlakın tələbkara təklif edilməsi qaydası; icra məmurunun məktubu əsasında qeydiyyatın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 cavabdeh X13 qarşı evin boşaldılması və evə köçürülmə; müstəqil tələb irəli sürən X2 İddiaçı1 və digərlərinə qarşı çıxarışın ləğv edilməsi və reyestr məlumatlarının bərpası; İddiaçı2 cavabdehlər Azərb aycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, İddiaçı1 və Bakı şəhəri Cavabdeh1nə (iş üzrə üçüncü şəxs X15) qarşı çıxarışın etibarsız hesab edilməsi və reyestr məlumatlarının bərpası, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsinə və Bakı şəhəri Cavabdeh1nə (3-cü şəxs Ağayeva (Məcidova) Zərifə Əmirulla qızı) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(105)-1822/2022 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublik ası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X15 ilə Ağayeva (Məcidova) Zərifə Əmirulla qızı xx.xx.1987-ci il tarixdən xx.xx.2018-ci il tarixədək rəsmi nikah münasibətlərində olmuşlar.
2. Abşeron rayonu, Novxanı kəndində 0.08 ha torpaq sahəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 98,2 kv.metr olan fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) X15 tərəfindən xx.xx.2014-cü il tarix alqı-satqı müqaviləsi əsasında əldə edilmiş və xx.xx.2014cü il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mübahisəli ev uzun müddətdir X3 rəhbərlik etdiyi "xxxx" MMC-yə icarəyə verilərək, pendir sexi kimi fəaliyyət göstərir.
3. İddiaçı1 cavabdeh X13 qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Yasamal Ray on Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 2(004)-6563/2017 saylı qərardadı ilə iddianın təmin tədbiri qismində mübahisəli fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. İddiaçı1 ərizəsi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-304/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən sözügedən əmlak üzərinə qoyulmuş həbs götürülmüşdür. (İ cild, i.v.50)
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə Təranə X7rşı “pul tələbinə dair” iddiası təmin edilərək, İbrahim Ağayevdən ödəniş günü milli manata məzənnədə 40.000 ABŞ dollarının tutulub İddiaçı1 verilməsi qət edilmiş, 01 iyun 2018-ci il tarixdə qətnamə qanuni qüvvəsini alaraq icra olunması üçün Yasamal rayon icra şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə bir sıra icra hərəkətləri aparılm ış, borclu qətnamənin könüllü icrasını təmin etmədiyi üçün icra məmurunun sifarişinə əsasən, xx.xx.2018-ci il tarixdə borclunun mülkiyyətində olan mübahisəli fərdi yaşayış evi müstəqil qiymətləndirici tərəfindən 51.000 manat qiymətləndirilmişdir. İcra sənədi üzrə borcun əvəzi olaraq xx.xx.2018-ci il tarixdə ev tələbkar İddiaçı1 təklif edilmiş, sonuncu təklifi qəbul etmişdir. Mübahisəli ev icra məmurunun xx.xx.2019-cu il tarixli məktubuna əsasən xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə İddiaçı1 adına qeydə alınmışdır və hal-hazırda da mülkiyyətindədir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6610/18 saylı, 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə X9 xx.xx.2017-ci il tarixli beh müqaviləsinə əsasən beh kimi verilmiş 60000 manat məbləğində p ulun iki misli, yəni, 120000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin X4 ödənilməsi qət edilmişdir. Həmin mülki işə baxılan zaman qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərardadla mülki iş üzrə iddianın təmini tədbiri qismində RX seriyalı, ******* saylı çıxarışa əsasən X12 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmaqla həmin əmlaka dair hər hansı hərəkətlərin edilməsi cavabdehə və başqa şəxslərə (icarə hüququ olan şəxslər istisna olmaqla) qadağan edilmişdir. İddiaçı1 ərizəsi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6610/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən sözügedən qərardad ləğv edilərək əmlak üzərinə qoyulmuş həbs götürülmüşdür. (İ cild, i.v.55) İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı1 iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan fərdi yaşayış evinin cavabdeh X12 hesabına boşaldılması və özünün həmin evə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası nəticəsində mübahisəli ev tələbkar kimi ona təklif edilmiş, həmin təklifi qəbul etdikdən sonra ev onun mülkiyyətinə keçmişdir. Buna baxmayaraq hal-hazıradək cavabdeh tərəfindən həmin əmlak boşaldılaraq ona təhvil verilməmişdir.
8. Cavabdeh X1 Təranə Əyyub qızının iddiasına etiraz edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsinin icrası ilə əla qədar icra məmuruna müraciət edərək, qətnamə ilə tutulmuş borcun hissə-hissə ödənilməsini xahiş etmişdir. Lakin ona belə bir imkan yaradılmamışdır. Sonradan ona məlum olmuşdur ki, mübahisəli ev borcun əvəzi olaraq iddiaçının adına rəsmiləşdirilmişdir. Əmlakın iddiaçının adına rəsmiləşdirilməsini qanunsuz hesab edir və iddianın rədd olunmasını xahiş edir.
9. İşə baxılarkən X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürərək, İddiaçı1 adına verilmiş çıxarışın ləğv olunması və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. X5 tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyət hüququ reyestri xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində qeydə alınmışdır. Yəni mübahisəli ev üzərin ə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6610/2018 saylı, 27 iyul 2018-ci il tarixli qərardadı əsasında qoyulmuş həbsin qüvvədə olduğu halda, eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmadan həmin evə mülkiyyət hüququna dair İddiaçı1 adına xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir.
11. İddiaçı1 həmin tələbə etiraz edərək bildirmişdir ki, X5 mübahisəli evin icarəçisidir və bu səbəbdən icarəçi kimi icarəsində olan əmlakın özgəninkiləşdirilməsini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Ona görə də həmin tələb rədd olunmalıdır.
12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5034/2019 nömrəli, 8 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) İddiaçı1 iddiası təmin edilmişdir.
13. Məhkəmənin eyni tarixli qərardadı ilə üçüncü şəxs X2 iddiasına dair hissədə iş üzrə icraata mübahisənin inzibati məhkəməyə aid olması əsası ilə xitam verilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14708/2019 nömrəli, 5 dekabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Elşad Şamayev) üçüncü şəxs X2 xx.xx.2019-cu il tarixli qərardaddan verdiyi şikayət qismən təmin edilmiş, qərardad ləğv olunmuş və iş həmin tələbə mahiyyəti üzrə baxılması, yaxud işin inzibati-iqtisadi məhkəməyə aid olduğu qənaəti mövcuddursa, bununla bağlı əsaslandırılmış məhkəmə aktının qəbulu üçün həmin məhkəməyə göndərilmişdir.
15. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 5 fevral 2020-ci il tarixli əlavə qətnaməsi ilə (hakim Təhminə Xə lilova) üçüncü şəxs X2 iddiası rədd edilmişdir.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5034/19 saylı, 08 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh X15 və üçüncü şəxs X5 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
17. Üçüncü şəxs X5, həmçinin 05 fevral 2019-cu il tarixli əlavə qətnamədən də apelyasiya şikayəti vermişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4057/2020 nömrəli, 10 iyun 2020-ci il tarixli qərardadı ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, Anar Tanrıverdiyev) hər iki qətnamə ləğv edilərək mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir.
19. Mülki iş Abşeron Rayon Məhkəməsinə göndərildikdən sonra həmin məhkəmənin icraatında olan İddiaçı2 cavabdehlər Azərbaycan Respub likası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra – Reyestr xidməti), Bakı şəhəri Cavabdeh1nə (bundan sonra – İcra şöbəsi), İddiaçı1 qarşı (üçüncü şəxs X15) “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(012)-1906/2020 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.
20. İddiaçı2 həmin tələbində İddiaçı1 adına Reyestri xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab olunması və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırılmışdır ki, mübahisəli ev İbrahim Ağayevlə birgə nikahda olduqları dövrdə sonuncunun adına for mal olaraq qeydiyyata alınmaqla, həqiqətdə isə bilavasitə öz atasından miras qalmış əmlakın satılması nəticəsində əldə olunan pul vəsaiti hesabına alınmışdır. Bununla əlaqədar İbrahim Ağayevə qarşı mübahisəli evə tam pay üzrə mülkiyyət hüququnun müəyyən edilməsi və evə köçürülməsi barədə iddia qaldırmış, lakin iş üzrə məhkəmə baxışının gedişində məlum olmuşdur ki, mübahisə predmeti olan əmlak iddiaçının məlumatı olmadan tamamilə qanunsuz və əsassız şəkildə İddiaçı1 adına rəsmiləşdirilmişdir. Mübahisəli ev onunla Ağayev İbrahimin birgə nikahları dövründə əldə olunmuş əmlak hesab olunsa da, cavabdeh İddiaçı1 qanunsuz üsullara əl ataraq digər cavabdeh Reyestr xidmətindən xx.xx.2019-cu il tarixli çıxarış əldə etmişdir. Halbuki mübahisəli evin özgəninkiləşdirilməsi yalnız “Daşınmaz əmlakın dövl ət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 8.0.2, 8.0.3 və 8.0.4-cü bəndlərində nəzərdə tutulmuş əsaslarla həyata keçirilə bilərdi. Lakin hazırkı halda İcra şöbəsi ümumi mülkiyyətdə olan əmlakı saxtakarlıq etməklə, yəni payların müəyyən edilməsindən yayınmaqla İddiaçı1 adına keçirmişdir. Sonuncu həmin əmlakı nə hərracdan almış, nə də hər hansı digər müqavilə və yaxud məhkəmə qərarı əsasında əldə etmişdir. Ona görə də cavabdeh İddiaçı1 qızının adına verilmiş çıxarış etibarsız hesab olunmalıdır.
21. Eyni zamanda X15 məhkəmədə müstəqil tələb irəli sürərək, Reyestr xidməti tərəfindən İddiaçı1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasın ı xahiş etmişdir. Tələb İddiaçı2 iddiası ilə eyni məzmunda əsaslandırılmışdır.
22. İddiaçı1 və nümayəndəsi iddialara etiraz edərək bildirmişdir ki, həmin tələlər əsassızdır və təmin olunmamalıdır. Belə ki, hazırkı iddia üzrə iddiaçı hüquqdan sui-istifadə edir, iddiaçı ilə İbrahim Ağayevin nikahının pozulmasında məqsəd məhz bu kimi saxta əməliyyatlara xidmət etmək olmuşdur. Eyni tələb üzrə artıq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində İbrahim Ağayevin ortağı X5 tərəfindən iddialar qaldırılmış və nəticəsiz qalmışdır. Bir məqsəd var ki, həmin ərazidə İddiaçı1 başda olmaqla bir neçə şəxsi aldadaraq, onların pullarının mənimsənilməsi hesabına işlətdikləri pendir sexinin fəaliyyətini qoruyub saxlaya bilsinlər. Hazırkı iddia da məhz həmin məqsədə xidmət e dir. Çünki iddiaçı ilə İbrahim Ağayevin arasındakı boşanma da formal xarakterlidir və hazırda bir yerdə yaşayırlar. Xüsusi olaraq vurğulayır ki, əgər həqiqətən də Zərifənin bütün bu proseslərdən xəbəri yox idisə və nikahın pozulması həqiqi idisə, keçmiş əri tərəfindən aldadıldığını iddia edirsə, o zaman hansı səbəbdən Zərifə boşanmadan 1 il sonra X13 xx.xx.2019-cu il tarixdə bütün səlahiyyətlər daxil olan və xx.xx.2029-cu il tarixədək etibarlı olan etibarnamə vermişdir. Bütün bunlar onu göstərir ki, adları çəkilən şəxslər əlbirdirlər, öz qanunsuz əməllərinə hüquqi don geyindirməklə məşğuldurlar və nəticə etibarı ilə obyektiv həqiqət ədalət mühakiməsindən gizlədilir, məhkəmələr bir qrup şəxsin oyun meydanına çevrilmişdir. Nəticədə isə İddiaçı1 və bu kimi bir neçə şəxs həmin oyunların faktik i qurbanına çevrilmişlər. Daha sonra iddiaçı ərizəsində göstərir ki, guya onun ərinin İddiaçı1 olan borcundan 40000 ABŞ dollarından xəbəri olmayıb, bu hal yalnız məhkəməyə verdiyi iddia zamanı məlum olmuşdur. Halbuki iddianın hüquqi əsasını təşkil edən bu hallar qəti şəkildə həqiqəti əks etdirmir. Belə ki, fevral 2016- cı il tarixli borc müqaviləsinə görə borcu 6 aya qaytarmalı olduğu halda qaytarmaması, telefonlara cavab verməməsi səbəbindən məcbur qalıb İddiaçı1 2016-cı ilin avqust ayında həmin borc məbləğini İbrahim Ağayevdən istəmək üçün onların yaşadıqları evə gələndə onu İddiaçı2 qarşılamış və İddiaçı1 niyə gəldiyini dedikdən sonra X16 polisə şikayət etmişdir. Həmin polis bölməsində tərəflərin izahatı alınmışdır. Bu hal onu göstərir ki, iddiaçının həmin borc məbləğindən indi deyil, uzun müddət əvvəl xəbəri olmuşdur. Eyni zamanda həmin borc məbləği Ağayevlər ailəsinin şəxsi ehtiyacları üçün xərclənmişdir. Belə ki, borcun verilməsindən 1 ay sonra 8 mart 2016-cı il tarixdə, həmin ailə öz övladına toy keçirmişdir. Bu halı İbrahim Ağayev tərəfindən aldadılmış Ədalət Cavadov adlı şəxs də şahidlik edərək təsdiq edə bilər. Göründüyü kimi həmin borc məbləği birgə nikah dövründə əldə olunmuş, həmin borcdan iddiaçının xəbəri olmuş, pul məbləği həmin ailənin şəxsi ehtiyacları üçün xərclənmiş, nəticə etibarı ilə bu öhdəlik ailənin birgə öhdəliyidir. Zərifə və İbrahim arasında nikah icra məmurunun mübahisəli evi borcun əvəzində qəbul etmək təklifini qəbul etdikdən (xx.xx.2018-ci il tarixdən) 1 ay sonra, xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Bütün bunlar əslində saxtakarlıq, s übutları saxtalaşdırma, hüquqdan suiistifadədir. Qeyd olunanlara yanaşı, o, mübahisəli evin vicdanlı əldə edənidir. Çünki həmin əmlakı dövlət orqanının, İcra şöbəsinin təklifi nəticəsində əldə etmişdir. Bu zaman əldə edən şəxsdə dövlət orqanının hər hansı legitimsizliyi ilə bağlı şübhə yarana bilməzdi və şəxs dövlət reyestrinin həqiqiliyi prezumpsiyasına inanmış, etimad göstərmişdir.
23. İşə baxılarkən şahid qismində dindirilən X14 ifadəsində göstərmişdir ki, Ağayev İbrahim onun həyat yoldaşının tanışıdır. Həyat yoldaşı 2012-ci ildə X15 ilə tanış olmuşdur. Onlar İbrahimi iş adamı olaraq tanımış, belə ki, bir müddət sonra Ağayev İbrahim pendir sexi açacağını və pula ehtiyacı olduğunu bildirmişdir. Buna əsasən, 2014-cü il tarixdə, onlar tərəfindən İbrahim Ağayevə 20 000 manat pul verilmiş, 2 018-ci il tarixdə İbrahimə yenidən pul lazım olduğu üçün daha 20 000 manat borc pul verilmiş və bu zaman aralarındakı münasibətlər borc müqaviləsi ilə rəsmiləşdirilmiş, beləliklə 35 000 manat İbrahim Ağayevə, 35 000 manat isə onun iş ortağı Əli Nağıyev olmaqla, ümumilikdə 70 000 manat pul vermişlər. Ağayev İbrahim borc olaraq götürdüyü məbləği bir ilə qaytarmalı olmasına baxmayaraq, pulu ödəmədiyi üçün, Ağayev İbrahimə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və iddia tələbi təmin edilmişdir. Məhkəmə zamanı İbrahim ona 3000 manat qaytarmış və hal-hazırda 32000 manat borcu qalmışdır.
24. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-3477/2020 nömrəli, 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı1 iddia sı təmin edilərək, mübahisəli evin İbrahim Ağayevin hesabına boşaldılması və İddiaçı1 həmin evə köçürülməsi, habelə İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin iddia tələblərinin rədd olunması qət edilmişdir.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 mübahisəli evi vicdanlı yolla əldə edib və onu dövlət orqanının təklifinə əsasən qəbul edib. Belə olan halda, İddiaçı1 dövlət təşkilatı olan icra orqanının hər hansı hərəkətinin legitimsizliyi ilə bağlı heç bir şübhə olmayıb və o, dövlət reyestrinin həqiqiliyi prezumpsiyasına inanaraq ona etimad göstərib. Həmçinin, Süleyman Allahquliyevin hazırkı tələbi irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Çünki İddiaçı1 hazırda Süleyman Allahquliyevə qarşı hər hansı bir tələbi yoxdur və sonuncunun 08 yanvar 2018ci il tarixli icarə müqaviləsi üzrə heç bir hüququ pozulmayıb. Mübahisəli ev İddiaçı1 mülkiyyətində olduğundan və mülkiyyət hüququ dövlət tərəfindən qorunduğundan, İddiaçı2, İbrahim Ağayev və Süleyman Allahquliyevin iddia tələbləri əsassız olduğundan rədd edilməlidir.
26. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 148.2, 699, 718-ci maddələrinin tələblərinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat
27. Süleyman Allahquliyev, İbrahim Ağayev və İddiaçı2 ayrı-ayrı apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, İddiaçı1 iddiasının rədd, onlarının tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.
28. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1112/2021 nömrəli, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova,) apellyasiya şikayətləri qismən təmin edilərək, qətnamə qismən İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin iddia tələblərinə aid hissələrdə ləğv edilmiş və həmin hissələrdə ayrıca qərardad çıxarılmış və qalan mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
29. Eyni tarixdə həmin məhkəmənin 14 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin iddia tələblərinə aid hissələrdə iş üzrə icraata işə ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. c) Kassasiya instan siyası məhkəməsində birinci icraat
30. Cavabdeh X15, üçüncü şəxslər X5 və İddiaçı2 ayrı-ayrılıqda qətnamə və qərardaddan kassasiya şikayətləri vermişlər.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2816/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (məruzəçi), İspəndiyar Şəfiyev, Vüqar Həsənov) kassasiya şikayətləri təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi qətnamə və qərardadı ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
32. Kassasiya instansiyası məhkəməsinin göstərişləri ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 1. 1, 2.1, “İnzibati icraat haqqında” Qanunun 1.1, 2.0.2ci maddələrində olan normaların tələbləri baxımından İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin mübahisələndirdikləri 31 may 2019-cu il tarixli çıxarışın inzibati akt olubolmamasını, həmin çıxarışın ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salınmasına yönəlmiş ictimai idarəetmə ilə bağlı inzibati akt olub-olmadığını, həmin çıxarışın hər hansı inzibati akta əsasən deyil, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası qaydasında məhz icra məmurunun məktubuna əsasın verildiyini nəzərə almadan və ümumiyyətlə çıxarışın verilməsinə əsas olmuş sənədləri məhkəməyə təqdim etməyi işdə iştirak edən şəxslərə, o cümlədən Reyestr xidmətinə təklif etmədən və icra məmurunun 03 may 2019-cu il tarixli məktubuna əsasən Rey estr xidmətində mübahisəli fərdi yaşayış evinə dair mülkiyyət hüququ barədə İddiaçı1 adına aparılmış qeydiyyatın qanuniliyini aşağıda sadalanan maddələrin tələbləri baxımından yoxlamadan, İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin iddia tələblərinə məhkəmə aidiyyəti üzrə inzibati icraat qaydasında inzibati məhkəmədə baxılmalı olması nəticəsinə gəlib. Halbuki, Mülki Məcəllənin 139-1.1 və 139- 1.1.2-ci maddələrinin tələblərinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetini n ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur. 33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.2-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur. Göründüyü kimi, icra məmurunun məktubuna əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası qaydasında sözügedən fərdi yaşayış evi tələbkar İddiaçı1 təklif olunsa da, sonuncunun həmin e v üzərində mülkiyyət hüququnun əmələ gəlməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilat tərəfindən hər hansı yekun protokol tərtib edilməyib və ümumiyyətlə işdə belə bir sənəd yoxdur. Belə olan halda, icra məmurunun sözügedən məktubu mübahisəli fərdi yaşayış evi üzərində İddiaçı1 mülkiyyət hüququnun əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməzdi.
34. Digər tərəfdən, Mülki Məcəllənin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əv əzinin ödənilməsi üçün tələblər irəli sürməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
35. Maddənin mənasına görə, vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları o vaxt saxlanılır ki, qeydiyyatın aparılması qanuni əsaslara söykənmiş olsun, hazırkı halda isə icra məmurunun sözügedən məktubu İddiaçı1 fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsas ola bilməzdi.
36. Göründüyü kimi İddiaçı1 mübahisəli evə mülkiyyət hüququnun qeydiyyatı hər hansı inzibati akta əsaslanmayıb.
37. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, verilmiş tələblərə əsasən işə mahiyyəti üzrə baxıb qətnamə çıxarmaq əvəzinə, İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin ve rdikləri tələbləri müzakirə predmetinə çevirərək işə ümumi məhkəmədə baxılmamasına dair səhv nəticəyə gəlib və prosessual əsas olmadığı halda işin icraatına xitam verib.
38. Kassasiya instansiyası məhkəməsi “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci və İPM-nin 2.2-ci və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarı, MPM-in 31.1, 261.0.1-ci maddələrinə istinad edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları, habelə çıxarışın verilməsinə əsasən olmuş sənədlərin qa nuniliyini yoxlamadan, İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin hazırkı iddia tələblərinə inzibati məhkəmədə baxılmalı olması qənaətinə gəlməklə, əslində onların Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə qorunan hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatı hüquqlarını pozub.
39. Eyni zamanda, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, borclu X18 Əfəndiyevanın xeyrinə 40.000 ABŞ dolları pul tutulmalıdır.
40. Kassasiya instansiyası məhkəməsi MPM-in 15-ci maddəsinin, “İcra haqqında” Qanunun 6.1.1, 43, 50, 53-cü maddələrinin, habelə Mülki Məcəllənin 139-1.1 və 1391.1.2-ci maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.2-ci maddələrinin tələblərinə əsaslana raq, hesab etmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Üzərinə həbs qoyulmuş əmlak... Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunmalıdır. Tələbkar əmlakı borcun əvəzinə qəbul etdikdən sonra, həmin əmlak üzərində onun hüququnun əmələ gəlməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol tərtib edilməlidir və əmlakın tələbkar tərəfindən əldə olunmasına dair yekun protokol hüququn qeydə alınması üçün əsas hesab olunur.
41. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi İddiaçı2 iddia ərizəsin də, apellyasiya şikayətində göstərdiyi dəlillər üzrə heç bir araşdırma aparmadan, ümumiyyətlə sözügedən evin onunla İbrahim Ağayevin ümumi birgə mülkiyyəti sayılıb-sayılmamasını aydınlaşdırmadan, İddiaçı1 alınmış 40.000 ABŞ dollarının ailənin ehtiyacları üçün istifadə olunub-olunmadığını işin halları üzrə əlaqəli şəkildə təhlil etmədən, başqa sözlə İbrahim Ağayevin öhdəlikləri üzrə ödəmənin onunla İddiaçı2 ümumi əmlakı sayıldığı iddia edilən mübahisəli bağ evinə yönəldilməsinin qanuni olub-olmadığını yoxlamadan, yalnız İddiaçı1 gətirdiyi arqumentlərlə kifayətlənərək birinci instansiya məhkəməsinin qətnaməsini sonuncunun iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlayıb.
42. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 41.1-ci maddəsində göstərilir ki, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
43. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-1822/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şəmsəddin Abbasov (sədrlik edən və məruzəçi), Səyyad Qafari, İlqar Dəmirov) apellyasiya şikayətləri təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı1 cavabdeh X13 qarşı evin cavabdehin hesabına boşaldılaraq t əhvil verilməsi və evə köçürülmə tələbinə dair iddiasının təmin olunmaması, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, İddiaçı1 və Bakı şəhəri Cavabdeh1nə qarşı (üçüncü şəxs X15) çıxarışın etibarsız hesab edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması, X2 İddiaçı1 və digərlərinə qarşı çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə və Bakı şəhəri Cavabdeh1nə (3-cü şəxs Ağayeva (Məcidova) Zərifə Əmirulla qızın a) qarşı çıxarışın ləğv edilməsi tələblərinin təmin edilməsi, İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron rayonu Novxanı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 98,2 kv.m ümumi, 50,0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı fərdi yaşayış evinə verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətə qaytarılması, İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş cəmi 20 manat dövlət rüsumunun İddiaçı1 tutularaq İddiaçı2, cəmi 20 manat məbləğində dövlət rüsumunu n İddiaçı1 tutularaq X13 və cəmi 20 manat məbləğində dövlət rüsumunun İddiaçı1 tutularaq X4 ödənilməsi qət edilmişdir.
44. Apelyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən belə hesab etmioşdir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı1 cavabdeh X13 qarşı evin cavabdehin hesabına boşaldılaraq təhvil verilməsi və evə köçürülmə tələbinə dair iddiası təmin olunmamalı, İddiaçı2, X2 və X12 iddia tələbi isə təmin olunmalıdır.
45. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yönəlmiş hər üç apellyasiya şikayəti və şikayət verən həmin şəxslərin iddia tələblərinin əsas dəlillərindən biri ondan ibarətdir ki, qanunvericilikdə icra məmur unun məktubu əsasında daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı nəzərdə tutulmamışdır.
46. Belə ki, anoloji hal üçün Mülki Məcəllənin 139-1.1 və 139-1.1.2-ci maddələrinin tələblərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur. Həmin maddədə sadalanan qeydiyyat üçün digər əsasların hazırki h alla heç bir bağlılığı və uyğunluğu yoxdur. 47. “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 8.0 maddəsi də daha öncə istinad olunan maddi hüquq norması ilə eyni məzmun daşıyır. Bu Qanunun 8.0 və 8.0.2-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol əsas hesab olunur. 48. “İcra haqqında” Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olun duğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.
49. Həmin Məcəllənin 50.4 və 50.4.1-ci maddələrinin tələblərinə görə, borclunun əmlakı üzərinə, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün və sair hallarda həbs qoyulur.
50. Həmin Qanunun 53.1-ci maddəsinə görə, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunverciliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.
51. Apellyatorların digər dəlili ondan ibarətdir ki, İbrahim Ağayevin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilərdi. Hazırki halda mübahisəli əmlak ər-arvad olmuş X19 Ağayevanın birgə mülkiyyəti olmuşdur və İbrahim Ağayevin öhdəliyi üzrə ödəmə İddiaçı2 mübahisəli əmlakdakı payına yönəldilə bilməzdi.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
53. Həmin Məcəllənin 225.5-ci maddəsinin tələblərinə görə isə ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ü mumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın.
54. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
55. Həmin Məcəllənin 32.2-ci maddəsinin tələblərinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s. maddə 32.2.1) və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
56. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə görə isə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
57. Yenə Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
58. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
59. Yenə həmin Məcəllənin 37.3-cü maddəsinə görə, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
60. Qeyd edilən Məcəllənin 41.1-ci maddəsində göstərilir ki, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər.
61. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsait in ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
62. İstinad olunan maddi hüquq normalarının ümumi məzmunundan göründüyü kimi ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qanunverici ərarvaddan birinin öhdəlikləri üzrə ödəmənin onların ümumi əmlaklarına yönəlməsinin müstəsna hallarını istisna etməsə də, əsasən tələb onların yalnız şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər.
63. İşdən aydın olur ki, 08 i yun 1987- ci il tarixdə İddiaçı2 rəsmi nikah əsasında İbrahim Ağayevlə ailə həyatı qurmuşdur. Mübahisəli fərdi yaşayış evinə dair İbrahim Ağayevin mülkiyyət hüququ 05 yanvar 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Tərəflər arasında bağlanmış nikah 28 avqust 2018-ci il tarixdə ləğv edilmişdir. Hazırkı iş üzrə İddiaçı2 iddia ərizəsində sözügedən fərdi yaşayış evini İbrahim Ağayevlə birgə nikahları dövründə ümumi gəlirləri hesabına əldə etdiyini iddia edir. Həmçinin işdən aydın olduğu kimi, həmin əmlak üzərində payların müəyyən edilməsi və fərdi yaşayış evinə köçürülmə barədə o məhkəmədə iddia qaldırmışdır.Onların mübahisəli əmlakda payları hələlik bölünməsə də bərabər hesab olunur. Başqa sözlə, hazırki halda İbrahim Ağayevin öhdəlikləri üçün tələb onun mübahisəli əmlakdakı payına yönəldilə bilərdi.
64. Beləliklə, qeyd olunduğu kimi icra məmuru tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası qaydasında sözügedən fərdi yaşayış evi tələbkar İddiaçı1 təklif olunsa da, icra məmurunun müraciəti əsasında sonuncunun həmin ev üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı qanunda nəzərdə tutulmamışdır. Belə olan halda, icra məmurunun sözügedən məktubu mübahisəli fərdi yaşayış evi üzərində İddiaçı1 mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas hesab oluna bilməzdi. Eləcə də, onun İbrahim Ağayevin öhdəlikləri üçün pul tələbi onun mübahisəli əmlakdakı payına yönəldilə bilərdi.
65. AR Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdi rilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddənin mənasına görə, vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları o, vaxt saxlanılır ki, qeydiyyatın aparılması qanuni əsaslara söykənmiş olsun. Hazırki halda isə icra məmurunun sözügedən məktubu İddiaçı1 fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsas ola bilməzdi.
66. Bütün hallarda məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evi üzərində İddiaçı1 mülkiyyət hüququ qanun i əsaslarla yaranmadığından, həmin əmlak üzərində onun mülkiyyət hüququnun qeydiyyatı etibarsız sayılaraq ləğv edilməlidir.
67. Belə olan halda onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ aradan qalxdığından, bu formada iddia tələbi təmin edilə bilməz.
68. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Abşeron rayonu, Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı1 xüsusi mülkiyyətində olmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız sayılaraq ləğv edilməsi, Təranə X6 olan borcu üzrə yaranmış öhdəliyinin təmin edilməsi üçün tələbin onun həmin əmlakda olan payına yönəldilməsini istisna etmir.
69. Apellyasiya kollegiyası hesab edir ki, hazırkı halda hər üç apellyasiya şikayətinin tələbi dolayısıyla eyni məqsədə, yəni İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi, əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılmasına xidmət etdiyindən və həmin tələblər eyi məzmunlu dəlillərə söykəndiyindən hər bir şikayətə ayrıca qiymət verməyə zərurət yoxdur.
70. Hazırkı halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı1 öz iddiasının əsasını təşkil edən halları sübut edə bilməmiş, bunun əksinə, İddiaçı2 müstəqil tələblər irəli sürən üçüncü şəxslər X5 və X15 apellyasiya şikayətlərinə dair istinad etdikləri halları sübut edə bilmişl ər.
71. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 139-1.1, 139-1.1.2, 149.2, 225.1, 225.5-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 32.3, 36.1, 36.3, 37.1, 37.3, 41.1, 41.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.2-ci, “İcra haqqında” Qanunun 50.1, 50.4, 50.4.1, 53.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
72. İddiaçı1 (Vəkil4) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, İddiaçı1 iddiasının təmin edilməsi, İddiaçı2, Süleyman Allahquliyev və İbrahim Ağayevin iddia tələblərinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
73. Kassasiya şikayəti İddiaçı1 iddia tələbinin və digər tələblərə dair etirazlarının məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmə “İcra haqqında” Qanunun imperativ norma olduğunu bildiyi halda qanunun icrasını əsassız hesab edir. Apellyasiya instansiyası məhkəməsi həmin qanuna əlaqəli digər qanunu normaları ilə birlikdə şərh verilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsi barədə vəsatətini də təmin etməmişdir.
74. İş üzrə tərəflər İddiaçı2 və İbrahim Ağayev arasında nikahın pozulması formal xarakter daşıyır. İddiaçı2 xx.xx.2013-cü ildə Bakı şəhəri 42 saylı notariat kontorunda İbrahim Ağayevə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakına dair 25 il müddətinə əmlak üzərində sərəncam vermək səlahiyyətli etibarnamə vermişdir. Həmin etibarnamə hazırda da qüvvədədir. Bundan başqa xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixdə, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə də İddiaçı2 Ağayev İbrahimə etibarnamələr vermişdir.
75. Məhkəmənin qətnamənin təsviri-əsaslandırıcı hissəsində gəldiyi nəticə ilə qətnamənin nəticəvi hissəsində ziddiyyət vardır. Belə ki, bu halda, məhkəmə kollegiyası iddianı tam deyil, qismən təmin etməli, sözü gedən əmlakın yarısına aid hissədə iddia tələbini təmin etməli idi.
76. İcra məmurunun hərəkətləri tamamilə qanuni və əsaslı olmuşdur.
77. Apellyasiya baxışı zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən bir neçə vəsatət vermiş, lakin həmin vəsatətlər də təmin edilməmişdir.
78. Məhkəmə nəzərə almamışdır ki, Ağayev İbrahim İcra şöbəsində izahat verərək, mübahisəli əmlakın borc əvəzi tələbkara verildiyini və qalan borcun isə onun pensiyasına yönəldilməsinə etiraz etmədiyini bildirmişdir. Yə ni borclu əmlakın tələbkara verilməsini qəbul etmiş, qalan borcun isə pensiyasına yönəldilməsini qəbul etmişdir. Buna baxmayaraq borclu sonradan əmlakın verilməsini mübahisələndirmiş və məhkəmə qeyd edilən etirafa, razılığa diqqət yetirmədən borclunun iddiasını təmin etmişdir.
79. Kassator, həmçinin vəsatət verərək, MPM-in 15-ci maddəsinin, “İcra haqqında” Qanunun 6.11, 43, 50, 53-cü maddələrinin, habelə Mülki Məcəllənin 139-1.1 və 139-1.1.2ci maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Mülki Məc əllə
30. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;...
31. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsin də vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
32. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
33. Maddə 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun
34. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydi yyatı üçün aşağıdakılar əsas hesab olunur:...8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;... Azərbaycan Respublikasının Ailə Məcəlləsi
35. Maddə 32(hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiya)
36. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
37. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstli k, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
38. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
39. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bö lünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
40. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
41. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
42. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
43. Maddə 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlak ı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər.
44. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
45. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.
46. Maddə 50.4. Borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 47. 50.4. 1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün;
48. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunverciliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Mülki Prosessual Məcəllə
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyekti v, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı icraat üzrə apellyasiya instansiyas ının aktı kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə, kassasiya şikayətində göstərilən h üquqi hallara maddi hüquq normaları baxımından əsaslı olaraq ayrılıqda qiymətləndirilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 1391.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və İİ hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 23 aprel 202 4-cü il tarixli qərarında sərgilənən mövqeyə əsasən, müxtəlif hüquq sahələrində normaların tətbiqi prosesində prosessual hərəkətlərin rəsmiləşdirilməsi bir qayda olaraq protokol əsasında aparılır və həmin sənədin əsasını hansı hərəkətlərin təşkil etməsi protokolun adında ifadə olunur. Məsələn, cinayət prosessual hüququnda hadisə yerinin müayinə protokolu, şahidi, zərərçəkmişi və ya başqa şəxsləri dindirmə protokolu, mülki hüquqda əmlakın qəbul edilməsi və ya verilməsinə dair protokol və s. Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək “İcra haqqında” Qanunun 53.1 və 53.3cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsinin icra məmuru və tələbkar tərəfindən imzalanan protokolla rəsmiləşdirilməsi və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının da bu protokol əsasında aparılması məqsədəmüvafiqdir. Belə protokol məhkəmə qərarlarının icrası prosesində yerinə yetirilən hərəkətləri özündə əks etdirən, icraçı tərəfindən imzalanan prosessual sənəd qismində çıxış edir.
45. Göründüyü kimi, hazırkı mübahisədə mübahisəli əmlak tələbkara borcun əvəzi kimi verilərkən protokolla rəsmiləşdirilməmişdir, əmlakın icra məmurunun məktubu əsasında tələbkara təqdim edilməsi və həmin məktub əsasında tələbkarın adına xüsusi mülkiyyət kimi qeydiyyatın aparılması qanuni olmamışdır, bu səbəbdən də apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
46. Kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya in stansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 30 noyabr 2022-ci il tarixli 2(105)-1822/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.