Məhkəmə qərarları › İş №2(102)-100/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-100/2022

10.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-100/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: cinayət nəticəsində vurulmuş maddi və mənəvi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5269/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il ta rixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.09.2019-cu il tarixli, 1(101)-790/2019 saylı hökmündən görünür ki, Cavabdeh AR CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum edilmişdir. Həmin hökmlə müəyyən edilir ki, 2017-ci ilin oktyabr ayında Cavabdeh onun etibarından istifadə edərək “Caspian” Ticarət Mərkəzində işlədiyi qızıl mağazasından 134066,20 manat məbləğində dəyəri olan brilyant qaşlı qızıl-zinət əşyalarını ələ keçirmişdir. Cavabdeh nə qızılları qaytarmış, nə də qızılların pullarını gətirmişdir. O, Cavabdeh tərəfindən aldadıldığını başa düşdükdə dərhal hüquq mühafizə orqanlarına məlumat vermişdir. Belə olan halda Cava bdeh qızılları lombarda qoyaraq pul əldə etdiyini, bəzilərini isə lom qiymətinə satdığını bildirmişdi. O, məcburiyyət qarşısında qalaraq lombarda qoyulan malların bəzilərinin dəyərini ödəyib bəzi malları lombarddan çıxartmışdır. Beləliklə Cavabdeh İddiaçı ümumilikdə 134066.20 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 19 noyabr 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkum Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair 20 sentyabr 1019-cu il tarixli, 1(101)790/2019 saylı hökmü dəyişdirilmişdir. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş, çəkilməsinin başlanğıcı 20 sentya br 2019-cu il tarixdən hesablanmış 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 5 il 10 ay 1 gün hissəsinin çəkilməsinin icrası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə onun himayəsində olan azyaşlı uşaqları- 23 avqust 2013-cü il təvəllüdlü X1 və 10 fevral 2015-ci il təvəllüdlü X2 14 yaşına çatanadək təxirə salınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 19.11.2019-ci il tarixli, 1(103)- 1449/2017 saylı qərarından görünür ki, Cavabdeh həbsdən azad edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06.10.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 19 noyabr 2019-cu il tarixli qərarı zərərçəkmiş İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmi n qərarla müəyyən edilmişdir ki, zərəçəkmiş İddiaçı vurulmuş 134.066,2 manat ziyandan 85.066 manatı apellyasiya məhkəməsi tərəfindən qərar qəbul edilənədək, 14.500 manatı isə sonradan önüllü olaraq ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə 34500 manat, mənəvi zərərə görə 5500 manat, cəmi 40000 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya məhkəməsində qərar qəbul edilərkən Cavabdeh ona vurduğu 134066 manat məbləğində ziyandan ödənilməmiş 49000 manat hissəsi qalmışdı. O, həmin ziyanı n ödənilməsi üçün, eyni zamanda Cavabdeh ailə vəziyyətini nəzərə alaraq Cavabdeh azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Cavabdeh da həm məhkəmə zalında, həm məhkəmə iclasından sonra qalan ziyanı, yəni 49000 manatı davamlı olaraq ödəmək şərtilə 3-6 ay ərzində ödəyib qurtaracağını bildirmişdir. Cavabdeh 2019-cu ilin noyabr ayında həbsdən azad edilmişdir. Həmin tarixdən ödənişlər etməyə başlamışdır. Lakin 2020-ci ilin mart ayının 1-dən etibarən Cavabdeh ödənişi dayandırmışdır. Cavabdeh həbsdən azad edildikdən sonra cəmi 14500 manat ödəniş etmişdir. 2020-ci ilin mart ayında hər dəfə ödəniş edəcəyini bildirsə də, yenə də əvvəlki illərdə olduğu kimi yalan vədlər verir, qalan ziyanı ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Bakı Apelyasiya Məhkəməsinin 19 noya br 2019-cu il tarixli qərarından sonra Cavabdeh 3-4 ay ərzində 14500 manat məbləğində ödəniş etmiş, bir mart 2020-ci il tarixdən isə yuxarıda qeyd etdiyi kimi hər hansı bir ödəniş etməmiş və vurduğu ziyanı ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Hələ bu azmış kimi o, Nərminədən ziyanı ödəməsini tələb etdikdə, qadına yaraşmayan nalayiq sözlərlə onu təhqir etməkdən belə çəkinməmişdir. Bu səbəbdən o, Cavabdeh azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinə dair ərizə verməyinə və məhkəmədən bu barədə xahiş etməyinə çox peşmandır. Cavabdeh yenə də 2017-2018-ci ildəki hərəkətlərini təkrar edir, ona verilən cəzanın 9 il müddətinə təxirə salınmasına arxayın olaraq ona ödəməli olduğu ziyanı ödəmək istəmir və müxtəlif bəhanələrlə ziyanı ödəməkdən yayınır. O, cinayət mühakimə icr aatı zamanı mülki iddia verməmişdir. 01 mart 2020-ci ildən etibarən Cavabdeh hər hansı bir ödəniş etməmiş, hazırda Cavabdeh ona vurduğu 134066 manat məbləğində ziyandan ödənilməmiş 34500 manat məbləğində hissəsi qalmışdır. Eyni zamanda Cavabdeh 2017-ci ildən bu günə qədər ona qarşı etdiyi hərəkətləri ilə ona mənəvi zərər vurub. O, Cavabdeh hərəkətləri nəticəsində əsəb, stress keçirmişdir. Cavabdeh ona maddi ziyan vurması, ona qarşı cinayət törətməsi azmış kimi, onu nalayiq sözlərlə təhqir etməsi ona çox pis təsir edir. Bu 3 il ərzində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Buna görə də iddiaçı məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iclasında iştirak edən cavabdeh iddianı qismən etiraf etmiş, İddiaçı 34500 manat məbləğində borcunun olduğunu bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Orxan Məmmədli) 10 fevral 2021-ci il tarixli 2(004)-611/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 34500 (otuz dörd min beş yüz) manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsi tədqiq olunmuş sübutlarla müəyyən etmişdir ki, Cavabdeh İddiaçı 134066,20 manat məbləğində pul vəsaiti alaraq ona küllü miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhər Bakı Ağır Cinayətlər Məhkəməsinin 20.09.2019-cu il tarixli, 1(101)790/2019 saylı hökmündən görünür ki, Cavabdeh AR CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum edilmişdir. İş materiallarında ol an Bakı Apelyasiya Məhkəməsinin 19.11.2019-ci il tarixli, 1(103)-1449/2017 saylı Qərarından görünür ki, Cavabdeh həbsdən azad edilmişdir. Həmin qərar qəbul edilərkən iddiaçı Cavabdeh ona vurduğu 134066 manat məbləğində ziyandan ödənilməmiş 49000 manat hissəsinin qaldığını bildirmişdir. Qərar qanuni qüvvəsini almışdır. Bundan bir müddət sonra müxtəlif vaxtlarda Cavabdeh 14500 manat məbləğində ödəniş etmiş, bununla da cavabdeh borcun bir qismini qaytarsa da geri qalan 34500 məbləği ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçıya 34500 manat borcunun qaldığını etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi maddi ziyan hissəsində qanuni və əsaslı olduğundan, həmçinin iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən qəbul edildiy indən, Cavabdeh 34500 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin qalan hissəsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(004)-611/ 2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi kifayət qədər obyektiv araşdırma aparmamış, vurulmuş maddi ziynın həqiqətən də 34.500 manat məbləğində olmasını dəqiqləşdirməmişdir. Cavabdeh qeyd etmişdir ki, iş materiallarından görünür ki, maddi ziyanla bağlı yaranmış borc məbləği tərəflər arasında qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı olmuşdur. Nə cinayət işi üzrə ibtidai araşdırma dövründə, nə də məhkəmə araşdırması zamanı alqı-satqı predmeti olan qızıl-zinət əşyalarının faktiki dəyərinin müəyyən olunması üçün əmtəəşünaslıq ekspertizası keçirilməmiş və heç bir araşdırma aparılmamışdır. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Anar Tanrıverdiyev sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) 11 iyun 2021-ci il tarixli 2(103)5269/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(004)-611/2021 saylı qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində 34.500 manat borcunun olduğunu etiraf etdiyinə görə, qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizası keçirilməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməklə düzg ün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi maddi ziyan hissəsində qanuni və əsaslı olduğundan, həmçinin iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən qəbul edildiyindən, Cavabdeh 34500 manat pulun tutularaq İddiaçı ödənilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2021-ci il tarixli 2(103)-5269/2021 nömrəli qətnaməsi qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlil ləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh kimi onun məhkəmə baxış iclasında iştirakından məhrum edilməklə vermiş olduğu apelyasiya şikayətinin dəlillərinə baxılması zamanı ədalət mühakiməsi və tərəflərin bərabərliyi barədə mülki mühakimə icraatının prinsipləri pozmaqla keçirilmişdir. Halbuki, onun apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmək və öz dəlillərinin əsaslandırmaq hüququ və vəzifəsi vardır. Lakin apelyasiya instansiyası məhkəməsi cavabdehin hüququnu məhdudlaşdırmaqdan ötrü bir məhkəmə baxış iclası ilə iddia tələbi üzrə yekun nəticənin ədalətli və qanuni olması ilə razılaşaraq apelyasiya şikayəti üzrə məhkəmə baxış iclasına onun iştirakı olmadan baxılmalı olması qənaətinə gəlmişdir. Eyni zamanda hazırki iş üzrə də, qızıl-zinət ə şyalarının faktiki dəyərinin müəyyən olunması üçün heç bir araşdırma aparılmamışdır. Ona görə də cavabdeh hesab etmişdir ki, vurulmuş maddi ziyanın dəqiqləşdirilməsi iş üçün vacib əhəmiyyət kəsb etdiyindən iş üzrə əmtəəşünaslıq ekspertizası keçirilməli və vurulmuş maddi ziyanın dəqiq məbləği müəyyənləşdirilməklə müvafiq obyektiv nəticəyə gəlinməlidir. Cavabdeh kassasiya şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448, 556, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 138.1, 8.1, 9.1, 418.1, 418.2, 386, 418.3, 417.4.4-cü maddələri ilə əsaslandırmışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Nümayəndə kassasiya şikayətinin dəlillər ini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlak ından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurul muş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məh kəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verdiyindən və iddianın təmin edilmiş hissəsini mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsi üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasib ətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şika yətinin eyni dəlillərinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və cavabdehin qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizası keçirilməsinə dair kassasiya şikayətinin dəlili əsassızdır, belə ki, cavabdeh 34.500 manat borcunun olduğunu etiraf etmişdir. Həmçinin cinayət nəticəsində vurulmuş ziyanın həcmi qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2(103)- 5269/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar