Məhkəmə qərarları › İş №2(102)-1000/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1000/2020

18.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1000/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı4 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12033/2019 saylı qətnaməsindən İddiaçı4 və digərlərinin (cəmi 17 nəfər) kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-1029/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.X.Mirzəyev) İddiaçı4 və digərlərinin (cəmi 17 nəfər) cavabdeh Nizami bələdiyyəsinə qarşı “torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmış hesab edilməsi” barədə iddiası rədd edilib. İddiaçılar qətnamədən apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12033/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmən, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçılar qətnamədən kassasiya şikayəti veriblər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı17, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, x, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16 məhkəmədə cavabdeh Nizami bələdiyyəsinə qarşı “torpaq icarə müqaviləsinin bağlanmış hesab edilməsi” barədə iddia qaldıraraq, Nizami bələdiyyəsi ilə İddiaçı1 arasında 0,20 ha torpaq sahəsinə, İddiaçı2 arasında 0,20 ha torpaq sahəsinə, İddiaçı3 arasında 0,20 ha torpaq sahəsinə, İddiaçı4 arasında 0,24 ha torpaq sahəsinə, İddiaçı5 arasında 0,20 ha torpaq sahəsinə, İddiaçı6 arasında 0,16 ha torpaq sahəsinə, İddiaçı17 arasında 0,20 ha torpaq sahəsinə, İddiaçı7 arasında 0,20 ha torpaq sahəsinə, İddiaçı8 arasında 0,20 ha torpaq sahəsinə, İddiaçı9 arasında 0,20 ha torpaq sahəsinə, İddiaçı10 arasında 0,20 ha torpaq sahəsinə, Famil Rüstəmov arasında 0,20 ha torpaq sahəsinə, İddiaçı12 arasında 0,20 ha torpaq sahəsinə, İddiaçı13 arasında 0,20 ha t orpaq sahəsinə, İddiaçı14 arasında 0,10 ha torpaq sahəsinə, İddiaçı15 arasında 0,20 ha torpaq sahəsinə, İddiaçı16 arasında 0,10 ha torpaq sahəsinə dair 2000-ci ildən başlayaraq 45 il müddətinə icarə müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş ediblər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xa hiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı4 və vəkili x kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı17, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, x İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16 və cavabdeh Bakı şəhəri, Nizami bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə işt irak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddia ərizəsinin təmin edilməsi üçün əsasların olmamasına, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 88, 217.1, 217.3-cü maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından g örünür ki,Bakı şəhər İHB-nın xx xxxxxx 2003-cü il tarixli, 406 saylı Sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu ərazisində, E.Süleymanov küçəsi, 2378-ci məhəllədə 3,2 ha torpaq sahəsi Nizami bələdiyyəsinin mülkiyyətinə verilməklə ehtiyyat fondu torpaqlarına aid edilib və mövcud normalara əsasən fərdi yaşayış evlərinin tikintisinə icazə verilib. Azərbaycan Respublikası ƏMDK-nin xx xxxxxx 2018-ci il tarixli məktubuna əsasən, mübahisələndirilən torpaq sahələri əvvəllər dövlət mülkiyyətində olmaqla ayrı-ayrı fiziki şəxslərin mülkiyyətinə verilib. Bakı Şəhəri, Nizami bələdiyyəsinin xx xxxxxx 2018-ci il tarixli məktubu ilə Bakı şəhər İHB-nın xx xxxxxx 2003-cü il tarixli, 406 saylı Sərəncamına əsasən, Bakı şəhəri, Nizami rayonu ərazisində E.Süleymanov küçəsi, 2378-ci məhəllədə Nizami bələdi yyəsinə ayrılmış torpaq sahəsi sorğuda qeyd olunan iddiaçıların istifadə etdikləri Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 3,2 ha torpaq sahəsini əhatə etmir və Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 3,2 ha torpaq sahəsinin Nizami bələdiyyəsinin mülkiyyətinə verilməsinə dair hər hansı bir rəsmi sənəd olmadığından iddia ərizəsində göstərilən 3,2 ha. torpaq sahəsinin olub-olmaması barədə Nizami bələdiyyəsində hər hansı bir məlumat yoxdur. Sözügedən məktubda qeyd olunan iddiaçılarla Nizami bələdiyyəsi arasında hər hansı torpaq icarə müqavilələri bağlanmadığından onlar tərəfindən könüllü olaraq edilmiş pul vəsaitləri ödənişləri, bələdiyyə tərəfindən bələdiyyə ödənişləri kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmun lu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir mötəbər yazılı sübutlarla təsdiq olunmur. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquql arının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin xx xxxxx 2019-cu il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş koordinatlar daxilində olan mübahisəli torpaq sahəsi Nizami bələdiyyəsinə ayrılmış torpaq sahəsində kənarda yerləşir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçıların cavabdeh Bakı şəhəri, Nizami bələdiyyəsinə qarşı tələbləri faktiki istifadələrində olan torpaq sahələrinə dair 2000-ci ildən başlayaraq 45 il müddətinə icarə müqavilələrinin bağlanmış hesab edilməsini iddia etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsin in 336.1-ci maddəsinə əsasən, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Sadalanan maddələrin mənasına görə, hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri özündə ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa gö rə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə, ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrindən 2000-ci ildən istifadə etmələri, həmin torpaq sahələrinə dair icarə müqavilələrinin onlarla bağlanmış hesab edilməsi üçün əsas sayıla bilməz. Belə ki, əvvəla, sözügedən torpaq sahələrinin həqiqətən Bakı şəhəri, Nizami bələdiyyəsinin mülkiyyətində olması mülki iş materialları ilə təsdiq olunmur. Digər tərəfdən, sözügedən torpaq sahəsinə dair iddiaçılarla cavabdeh Bakı şəhəri, Nizami bələdiyyəsi arasında 2000-ci ildən başlayaraq 45 il müddətinə icarə müqavilələrinin bağlanmış hesab edilməsi üçün qanunda nəzərdə tutulan əsaslar müəyyən edilmir. Belə ki, “xx şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların icarəsi haqqında müqavilələrin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların icarə müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların icarəsi haqqında müqaviləyə münasibətdə qanun birməna lı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Ona görə də iddiaçılar ilk növbədə mübahisəli torpaq sahələrinin hüquqi statusuna aydınlıq gətirməli və bundan sonra həmin torpaq sahəsinin mülkiyyətçisinə müraciət etməklə onlarla icarə müqavilələrinin bağlanmasını tələb etməlidirlər. Əks halda pozulmuş hesab etdikləri hüquqlarının müdafiəsi ilə bağlə aidiyyəti məhkəməyə müraciət etməlidirlər. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət ve rmiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı4 və digərlərinin (cəmi 17 nəfər) kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12033/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar