Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1001/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı (üçüncü şəxslər: “xxxx” BOKT ASC və X7) iş üzrə QƏRARİ iş № 2(102)-1001/21 (Açar sözlər: ilkin satış qiyməti ilə bağlı ekspert rəyinin və hərracın etibarsızlığı barədə) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı (üçüncü şəxslər: “xxxx” BOKT ASC və X7) ekspert rəyinin və hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2183/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsiində yerləşən 96 nömrəli, 9 mərtəbəli binada, 97,4 kv. ümumi, 68.03 kv.m yaşayış sahəsi olan 5 otaqdan ibarət mənzil öhdəliyin təminatı olaraq ipoteka ilə yüklü edilmişdi. Öhdəlik vaxtında icra edilmədiyi üçün məhkəmənin müvafiq qətnaməsi ilə borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş həmin mənzilə yö nəldilməsi qət edilmişdir. Həmin iş üzrə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)1940/2010 saylı, xx xxxxxxxx 2010-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Xətai Rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən mübahisəli mənzilə dair hərracın keçirilməsi xahiş edilmişdir. “xxxx” MMC tərəfindən əmlakın ilkin satış qiyməti və hərracın keçirilmə yeri göstərilməklə iddiaçıya və “xxxxbank” ASC-yə göndərilməsi üçün xx.xx.2011-ci il tarixli bildiriş verilmiş, hərracın keçirilməsi xx.xx.2011-ci il tarixə, saat 10:00-13:00, 14:00-17:00-a təyin edilmişdir. Mübahisəli əmlak xx.xx.2011-ci il tarixli ekspert rəyi ilə 64000 manat qiymətləndirilmiş, həmin məbləğdə ilkin satış qiyməti olmaqla satışa çıxarılmışdır. İlkin hərrac baş tutmamış, növbəti hərrac xx.xx.2011-ci il tarixdə saat 12:30-da keçirilmiş, əmlak 40800 manata satışa çıxarılmış, mənzil 40800 manata xx.xx.2011-ci il tarixdə “xxxxbank” ASC-yə satılmışdır. Mübahisəli əmlak xx.xx.2013-cü il tarixdən “xxxxbank” ASC-nin xüsusi mülkiyyətində olmuş, 2014-cü ildə X1 və hazırda sonuncunun mülkiyyətindədir. İddiaçı 2011-ci ildə mənzilin ilkin satış qiymətinin düzgün müəyyən edilmədyini bildirərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı (üçüncü şəxslər: “xxxx” BOKT ASC və X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində istifadədə olan 0.08000 ha torpaq sahəs ində yerləşən 96 nömrəli, 9 mərtəbəli binada, 97,4 kv.nı ümumi, 68.03 kv.m yaşayış sahəsi olan 5 otaqdan ibarət mənzilinin (bundan sonra – mübahisəli mənzil) xx xxxx 2011ci il tarixli ekspert rəyi və buna əsasən hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” BOKT ASC əlavə olaraq ziyanın ödənilməsinə dair ondan 15469,53 ABŞ dolları tələb etməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, iş məhkəmənin icraatındadır. Tanışı İradə adlı qadının xahişi ilə onun yaxın rəfiqəsi Gülzar adlı qadına dövriyyə vəsaitinin artırılması məqsədi ilə “xxxxbank” ASC ilə xx.xx.2008-ci il tarixli kredit müqaviləsi bağlamış, Bankdan 49.000 ABŞ dolları kredit götürmüş, o isə borcalana zamin dayanmış, həmçinin mübahisəli əmlak ipoteka ilə yüklü edilmiş, bu zaman həyat yoldaşı X3 razılığı alınmamışdır. 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin xx xxxxxxxx 2010-cu il tarixli 2-(81)1940/2010 saylı qətnaməsi ilə əsas kredit götürəndən deyil, yalnız zamin kimi iddiaçıdan cəmi 52800.23 ABŞ dollarının milli manat ekvivalentində tutulması qət edilmişdir. “xxxx” MMC-nin eksperti tərəfindən əslində 180.000 manat dəyərində olan 5 otaqlı mənzili cəmi 64.000 manat dəyərində qiymətləndirilmiş, cavabdeh tərəfindən açıq hərracın nəticələri haqqında protokol tərtib edilərək mənzil Bankın adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4876/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim K.Əmirxanova) iddia təmin edilmişdir. Məhkəmə iddia tə ləbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, 337.5, 415.2, 416.1, 416.2-ct maddələrinə və “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- F.Babayev (sərlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4876/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı (üçüncü şəxslər: “xxxx” BOKT ASC və X7) ekspert rəyinin və hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edi lməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 149 və Mülki Məcəllənin 1.1, 1.2, 140-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı1 kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia tələbində qeyd olunan faktiki hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən maddi və prorsessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə q arşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Üçüncü şəxsin nümayəndəsi X2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. İddiaçı və cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 1-ci hissəsinə əsasən normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək bu Məcəllənin vəzifəsidir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Re spublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası m əhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı ipoteka ilə yüklü edilmiş və məhkəmə qərarı ilə tutmanın yönəldilməli olan mənzilin 2011-ci ildə müəyyən edilmiş ilkin satış qiymətini mübahisələndirir. Hansıki, həmin mənzil artıq xx.xx.2011-ci il tarixdə “xxxxbank” A SC-yə satılmış və sonradan 2014-cü ildə başqa bir fiziki şəxsə satılmış, sonuncunun mülkiyyətindədir. Məhkəmə iclasları zamanı iddiaçı özü təsdiq etmişdir ki, (mülki iş səhifə 237) mənzilin 2014-cü ildə X4 mülkiyyətinə keçməsini bilmişdir. Buna baxmayaraq iddiaçı təqribən doqquz ildən sonra heç bir hüquqi nəticə yaratmayan ekspert rəyini mübahisələndirir. Apellyasiya qaydasında işə baxılarkən mübahisəli mənzillə əlaqədar keçirilmiş hərrac işinin təsdiq olunmuş surəti “xxxx” MMC-dən tələb olunmuş, sonuncu məhkəmənin sorğusuna cavab olaraq sənədlər toplusunu uzun müddət keçdiyindən təqdim etməyin mümkün olmadığını bildirmişdir. İşdə olan sənədlərdən görünür ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)1940/2010 saylı, xx xxxxxxxx 2010-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Xət ai Rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən mübahisəli mənzilə dair hərracın keçirilməsi xahiş edilmişdir. “xxxx” MMC tərəfindən əmlakın ilkin satış qiyməti və hərracın keçirilmə yeri göstərilməklə iddiaçıya və “xxxxbank” ASC-yə göndərilməsi üçün xx.xx.2011-ci il tarixli bildiriş verilmiş, hərracın keçirilməsi xx.xx.2011-ci il tarixə, saat 10:00-13:00, 14:00-17:00-a təyin edilmişdir. Mübahisəli əmlak xx.xx.2011-ci il tarixli ekspert rəyi ilə 64000 manat qiymətləndirilmiş, həmin məbləğdə ilkin satış qiyməti olmaqla satışa çıxarılmışdır. İlkin hərrac baş tutmamış, növbəti hərrac xx.xx.2011-ci il tarixdə saat 12:30-da keçirilmiş, əmlak 40800 manata satışa çıxarılmış, mənzil 40800 manata xx.xx.2011-ci il tarixdə “xxxxbank” ASC-yə satılmışdır. Mübahisəli əmlak xx.xx.2013-cü il tarixdən “xx xxbank” ASC-nin xüsusi mülkiyyətində olmuş, 2014-cü ildən isə X4 mülkiyyətindədir. Hazırkı iddiasında iddiaçı mübahisəli əmlakın qiymətləndirilməsinə dair ekspert rəyini və buna əsasən keçirilmiş hərracın nəticələri haqqında protokolun etibarsızlığını mübahisələndirir. İddiaçı yalnız cavabdeh qismində xxxxni qoymuş, lakin ekspert rəyini mübahisələndirsə də, həmin rəyi vermiş «xxxx» MMC-ni cavabdeh qismində işə cəlb etməmiş, əlavə cavabdehin cəlb edilməsi barədə hər hansı vəsatət verməmişdir. Ona görə əmlakın qiymətləndirilməsinə dair ekspert rəyininin etibarsız hesab olunması iddiası mülki iş üzrə cəlb edilmiş cavabdehə qarşı ümumiyyətlə təmin oluna bilməz. Həmin iddia təmin oluna bilmiəzsə, ondan asılı olaraq qalan tələblər-hərracın etibarsızlığı iddiası da təmin oluna bilməz. Birinci i nstansiya məhkəməsi tərəfindən təyin edilmiş qiymətləndirici “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli rəyi ilə (mənzilə baxış keçirilmədən) əmlak 2011-ci ilin mart ayına 140.000 manat, hazırkı dövrə isə 130.000 manat qiymətləndirilmişdir. Kollegiya nəzərə alır ki, iddiaçı hazırkı iddiasında hərracın keçirilmə qaydalarını deyil, yalnız əmlakın qiymətləndirilməsi ilə bağlı ekspert rəyini mübahisələndirir. Nəzərə alınmalıdır ki, iddiaçının mübahisələndirdiyi qiymətləndirmə rəyi xx.xx.2011-ci il tarixdə verilmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası bir məsələni də qeyd etməyi zəruri hesab edir ki, açıq hərracın mahiyyəti ondan ibarətdir ki, hərraca çıxarılmış əmlaka daha çox dəyər verən iştirakçı hərracı udmuş hesab e dilir. Belə hərracda əmlakın ilkin satış qiymətinin aşağı olması əslində hərrac iştirakçılarının mənafeyinə uyğundur və iştirakçılara daha yüksçək qiymət vermək imkanları açır. Əmlakın ilkin satış iqymətinin bazar dəyərindən aşağı olması özlüyündə hərracın etibarsızlığını şərtləndirə bilməz. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının uzun illərdən sonra qaldırdığı iddiası qanunvericiliyə zidd olmaqla yanaşı, həm də mülki dövriyyənin bərabər hüquqlu iştirakçıları arasında bir tərəf üçün (borclu üçün) əsassız üstün şərait və suiistifadə hallarına zəmin yaradır ki, bu da yolverilməzdir. Əslində, hazırkı iddia tələbi uzun illərdən sonra ipoteka ilə yüklü edilərək artıq ikinci dəfə satılmış mənzilin hüquqi vəziyyətinin əvvəlki vəziyyətə qaytarılması barədədir ki, buda hazırkı mülkiyyətçinin hüquqlarına uyğun deyil. Ona görə işə baxan apellyasiya məhkəməsi mülkiyyətçinin əmlak hüquqlarının müdafiəsinə dair maddi hüquq normalarını tətbiq etməklə iddianı rədd etməkdə də haqlı olmuşdur. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2183/2020 nömrəli iş üzrə xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.