Məhkəmə qərarları › İş №2(102)-1003/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1003/2022

08.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1003/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7601/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 08 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İ ddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.000 ABŞ dolları məbləğində pulun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən İddiaçı1 adına olan “X3” markalı avtomobilin alınaraq iddiaçılara verilməsi, yalnız mümkün olmadıqda, Cavabdeh 11.000 ABŞ dolları pulun alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışlar ki, onlar razılaşaraq Sənanın adına Ruslan üçün Beynəlxalq Bankdan kredit götürməklə dəyəri 25.400 manat olan “X3” markalı avtomaşını ilkin ödəniş 8000 manat ödəməklə və ayda 763 ABŞ dolları ödəmək şərti ilə almışlar. 2017-ci ilin mart ayına, dolların bahalaşdığı vaxtadək hər ay 763 ABŞ dolları olmaqla, banka cəmi 28.000 manat (ilkin ödəniş daxil olmaqla) ödəniş edilmişdir. Borcu ödəməyə imkan olmadığından, maşını satıb bankda satdıqları şəxsin adına rəsmiləşdirmək istəmiş, lakin bank razılıq verilməmişdir. Bank razılıq vermədiyindən onlar maşını ilkin ödəniş 2500 manat qarşılığında, banka qalıq borcundan 21.200 manat ödəmək şərtilə Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olan X1 adlı şəxsə 28.03.2017-ci il tarixdə etibarnamə verməklə satmışlar. Lakin R.Sərxanbəyov banka ödəniş etmədiyindən, onlar 24.04.2017-ci il tarixdə etibarnaməni ləğv etmişlər. Həmin gün Zaur adlı şəxs zəng edərək, maşını onun a nası Cavabdeh aldığını bildirmiş, maşınla bağlı borcu hər ay ödəyəcəyinı söz verərək, etibarnamənin ona verilməsini xahiş etmişdir. 03.05.2017-ci il tarixdə “Neftçilər” metrostansiyası yaxınlığındakı notarial kontorunda Cavabdeh və onun oğlu Zaurla görüşmüşlər. Görüş zamanı Cavabdeh maşının kredit borcundan 1000 manat ödəmiş və onun adına etibarnamə verilmişdir. Təxminən 1 ay sonra həmin avtomobillə Zaur Mahaçqala şəhərində qəza törətmiş, avtomobili evakuatorla Azərbaycana gətirərək, Sulutəpə dairəsində Kamaz markalı maşının yanına qoyaraq, guya həmin maşınla vurulduğunu bəyan edərək, “kasko” sığorta ödənişi əldə etməyə çalışmış, lakin buna nail olmamışdır. Bank ödənişləri edilmədiyinə görə onlar Arifə və Zaurdan maşını geri istəmiş, lakin həmin şəxslər maşını sökərək ehtiyyat hissələri ki mi satıb pulunu xərclədiklərini bildirmişlər. Beləliklə, Arifə və Zaurun onların etibarından istifadə edərək, dələduzluq cinayəti törətməsi nəticəsində, onların banka 11.000 ABŞ dolları borcu yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 noyabr 2020-ci il tarixli 2(001)-4798/2020 nömrəli qərardadı ilə (hakim Günel Abbasova) məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 17.02.2021-ci il tarixli, 9/6055 nömrəli ekspert rəyinə əsasən, “X3” markalı, 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 30.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhk əməsinin 11 mart 2021-ci il tarixli 2(001)-542/2021 nömrəli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 11.000 ABŞ dolları (manatın ödəniş gününə olan məzənnəsi ilə) məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Məhkəmə iddia tələbini İddiaçı1 münasibətdə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən üzərinə götürülən öhdəlik yerinə yetirilmədiyindən iddia tələbi qismən təmin edilməli, İddiaçı1 vurulmuş maddi ziyana görə 11.000 ABŞ dolları məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Çünki işin hallarından müəyyən olunur ki, hazırda mübahisələndirilən avtomobilin harada olması ilə bağlı heç bir məlumat yoxdur. Odur ki, avtomobilin cavabdehdən alınaraq İddiaçı1 qaytarılması mümkünsüz olduğundan, 11.000 ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq İddiaçı1 ödənilməlidir. Məhkəmə iddia tələbini İddiaçı2 münasibətdə araşdıraraq hesab edir ki, iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Belə ki, İddiaçı2 hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Beləliklə, müəyyən edildi ki, İddiaçı2 hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Buna görə də iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında 03.05.2017-ci il tarixdə avtomobilin alqı-satqısına dair şifahi müqavilə bağlanmışdır, şifahi müqavilə üzrə iddiaçılar üzərinə götürmüş olduqları öhdəliyi yerinə yetirərək, mülki etibarnamə əsasında avtomobili cavabdehə vermiş, lakin cavabdeh avtomobilə dair borcu ödəməmişdir. Bu da cavabdehin əsassız varlanmasına əsas olmuşdur. Odur ki, iddiaçı tərəfindən cavabdehə verilmiş avtomobilin dəyəri iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1, 1091.1, 1091.2, 1092.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə və M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı əsaslandırmışdır. Qətnamədən narazı qalan C avabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov- sədrlik edən və məruzəçi, İkram Şirinov, Anar Tanrıverdiyev) 30.09.2021-ci il tarixli, 2(103)-7604/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(001)-542/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırda müb ahisələndirilən avtomobilin harada olması ilə bağlı heç bir məlumat yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında 03.05.2017-ci il tarixdə avtomobilin alqısatqısına dair şifahi müqavilə bağlanmışdır, şifahi müqavilə üzrə iddiaçılar üzərinə götürmüş olduqları öhdəliyi yerinə yetirərək, mülki etibarnamə əsasında avtomobili cavabdehə vermiş, lakin cavabdeh avtomobilə dair borcu ödəməmişdir. Bu da cavabdehin əsassız varlanmasına əsas olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, avtomobilin cavabdehdən alınaraq İddiaçı1 qaytarılması mümkünsüz olduğundan, 11.000 ABŞ dolları məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatl arı a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da görünür ki, onunla iddiaçı arasında hər hansı müqavilə bağlanmamışdır. Məhkəmə qəbul etdiyi qətnamədə onunla iddiaçı arasında şifahi müqavilənin bağlanmasına istinad etmək istəyir ki, bu da qanunvericilik baxımından yolverilməzdir. Belə ki, Mülki Məcəllənin tələblərinə görə dəyəri 3000 manatdan artıq olan müqavilələr yazılı bağlanmalıdır. İddiaçı öz iddiasını yalnız avtomobilə dair onun adına verilmiş etibarnamə ilə əsaslandırır ki, həmin etibarnamə də öhdəliyin yaranması üçün əsas ola bilməz. İş materiallarından görünür ki, avtomobil ona etibarnamə əsasında verilmişdir. Belə vəziyyətdə Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək ondan hər hansı əmlakın tələb edilməsi yolverilməzdir. Məhkəmə işin hərtərəfli araşdırılması üçün şərait yaratmalı olduğu halda bunu etməmişdir. Belə ki, mübahisə predmeti olan avtomobilin onda olmasını və ya məhv olmasını sübut edən heç bir fakt olmadığı halda, məhkəmə həmin avtomobilin harada və ya kimdə olmasını müəyyən etmək üçün heç bir cəhd göstərməmiş və yalnız iddiaçının iddia ərizəsində göstərdiklərinə istinad edərək avtomobilin dəyərinin ondan alınması barədə qətnamə qəbul etmişdir. Həmçinin onun tərəfindən iddiaçıya 15000 manat məbləğə yaxın pul ödənildiyi bildirilsə də, həmin halları süb ut etmək üçün məhkəmə tərəfindən şərait yaradılmamışdır. Həmçinin təyin edilmiş ekspertiza onun məlumatı olmadan və iştirakı təmin edilmədən keçirilmişdir. O, təkrar ekspertiza təyin edilməsi barədə vəsatət versə də, vəsatəti təmin edilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmədən baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və y a müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1, 1091.2 və 1092.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs ə ldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məh kəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instan siyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, ilkin olaraq cavabadehin iddiaçı ilə arasında müqavilə bağlanmaması ilə bağlı dəlili üzrə qeyd edilməlidir ki, cavabdeh iddiaçının mülkiyyətdə olmuş adıçəkilən avtomobili etibarnamə əsasında əldə edib istifadə etmiş, həmçin avtomobili qaytarmamaqla əsassız varlanma h alına yol vermişdir ki, əsassız varlanma halı ilə əlaqədar mübahisələr üzrə tərəflər arasında müqavilə olmasının zəruriliyi qanunvericiliklə müəyyən edilməmişdir. Odur ki, cavabdehin onlar arasında müqavilənin mövcud olmaması barədə dəlili əsaslı hesab edilə bilməz. Cavabdehin avtomobilin onda və ya harada olması ilə bağlı apelyasiya məhkəməsinin araşdırma aparmaması, yalnız iddiaçının iddia tələbində göstərdiklərinə əsasən qətnamə qəbul etməsi barədə dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, iş materiallarında olan etibarnamə və cavabdehin avtomobilin sonuncu dəfə onun istifadəsində olması barədə izahatı ilə avtomobilin son olaraq cavabdehdə olması müəyyən edilir ki, cavabdeh də hazırki mübahisə zamanı avtomobili təqdim etməməklə özü avtomobilin harada olması və ya qaytarılması barədə sü butlar təqdim etməli idi ki, o da bu halla bağlı işə mahiyyəti üzrə baxmış məhkəmələrə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda apelyasiya kollegiyasının avtomobilin harada olması ilə bağlı əlavə araşdırma aparmasına zərurət olmamışdır. Çünki iddia tələbi iki hissədən, yəni ya avtomobilin qaytarılması, ya da avtomobilin ödənilməmiş qalıq borcunun ödənilməsi ilə bağlı olmuşdur ki, işə baxılarkən də cavabdeh tələbin birinci hissəsi, yəni avtomobilin qaytarılması ilə bağlı hər hansı tədbir və ya sübutetmə funkisyasını həyata keçirə bilməmişdir. Cavabdehin onun tərəfindən iddiaçıya 15000 manat ödənilməsi ilə bağlı göstərdiyi xüsusatla bağlı isə qeyd edilməlidir ki, cavabdeh bu xüsusatla bağlı məhkəmənin onun sübut təqdim etməsinə şərait yaratmadığını göstərsə də, cavabdehin bu d əlili də formal hesab edilməlidir. Belə ki, cavabdeh apelyasiya kollegiyası tərəfindən ona sübut təqdim edilməsinə şərait yaradılmamsına istinad edirsə, ən azı təqdim etməsinə şərait yaradılmamış sübutlarını qoşma olaraq kasasiya şikayətinə əlavə edə bilərdi ki, o, bunu da etməmiş və ya edə bilməmişdir. Cavabdehin ekspertiza keçirilməsi prosedura ilə bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, cavabdeh onun iştirak təmin edilmədən ekspertizanın keçirilməsini göstərmiş olsa da, işdən görünür ki, ekspertiza təyin edilərkən 2013-cü il buraxılışlı, eyni markalı avtomobilin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı suallar qoyulmuşdur ki, həmin vaxt avtomobil mövcud olmadığı üçün ekspertiza ümumi bazar qiyməti nəzərə alınmaqla, yəni avtomobilə baxış keçirilmədən aparılmışdır ki, bu zaman da tər əflərdən hər hansı birinin iştirakına zərurət yaranmamışdır. Təkrar ekspertiza keçirilməli olmasına gəldikdə isə, qeyd edilməlidir ki, işdən görünür ki, cavabdeh tərəf bu barədə vəsatətini kifayət qədər əsaslandırmadığını üçün apelyasiya kollegiyası vəsatəti təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7604/2021 nömrəli iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar