Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1004/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)14085/2019 saylı qərardadından İddiaçı N tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim İ.Ş.Rüstəmli, iş № 2(009)-1987/2019) İddiaçı N Cavabdeh1 və qeyrilərinə qarşı daşınmaz əmlakla bağlı qanunsuz məhdudiyyət lərin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla iddiaçıya izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı həmin məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş, iş şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) iddiaçının şikayəti təmin edil məmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 10-cu döngə, 499 “b” ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xx xxxxxx 2010-cu il tarixli alqı-satqı müqaviləsinə görə N tərəfindən İddiaçı N satılmış və sonuncunun həmin əmlak üzərində mülkiyyət hüququ xx xxxxxxxx 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmaqla adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. İddiaçı N oğlunun qardaşı Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 145, 178.3, 178.3.2 və digər maddələri ilə başlanmış cinayət işi istintaq edilərkən Azərbaycan Respublikası Baş prokurorluğunun vəsatətinə əsasən Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə İddiaçı adına olan həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bakı Hərbi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə Cavabdeh1 barəsində ittiham hökmü çıxarılmış və həmin hökmlə qardaşı İddiaçı adına olan yuxarıda göstərilən torpaq sahəsi əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilmişdir. İddiaçı N oğlu həmin hökmdən maraqlı şəxs qismində apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsi Hərbi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə onun apellyasiya şikayəti icraata qəbul edilməmişdir. Bakı Hərbi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmündən Cavabdeh1 apellyasiya şikayəti vermiş, lakin Bakı Apellyasiya Məhkəməsi Hərbi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə onun şikayəti təmin edilməmiş, hökm dəyişdi rilmədən saxlanılmaqla qanuni qüvvəyə minmişdir. 2019-cu ilin iyun ayında İddiaçı N qardaşı Cavabdeh1, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, 3-cü şəxs Bakı şəhəri Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsinin onun vəsaiti hesabına əldə edilməklə ona məxsus olmasını və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına baxmayaraq həmin torpaq sahəsinin qardaşı Cavabdeh1 məxsus əmlak kimi müsadirə olunmasını və bununla da əmlakdan məhrum olmasını və s. əsas göstərməklə həmin torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsi və torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsində yaranmış məhdudiyyətlərə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən m əhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qərardadın qanunsuz olmasını əsas göstərməklə ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, k assasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçının əsas dəlili ondan ibarətdir ki, mübahisə predmeti olan torpaq sahəsi onun mülkiyyətində olmasına baxmayaraq qardaşının əmlakı kimi onun barəsində olan hökmlə müsadirə olunmuş, lakin bu zaman o, cinayət mühakimə icraatına cəlb edilməmişdir. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası CM-nin 383.1-ci maddəsində müəyyən olunmuş şikayət vermək hüququ olan şəxslər dairəsinə daxil olmadığından onun şikayətinə baxılmamışdır. Mübahisə predmeti olan torpaq sahəsinin hüquqi müqəddəratı məhkəmənin hökmü ilə həll edildiyindən iddiaçı hökmün qanunsuz hesab etdiyi həmin hissəsindən şikayət verməklə pozulmuş hüququnun bərpasını tələb edə bilər. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası CM-nin 383-cü maddəsində iddiaçının hökmdən şikayət vermək hüququ nəzərdə tutulmasa da, nəzərə almaq lazımdır ki, onun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408.3-cü maddəsinə əsasən hökmdən təqdimat verilməsi üçün Ali Məhkəmənin sədrinə müraciət etmək hüququ müəyyən olunmuşdur. İddiaçı belə bir ərizə ilə Ali Məhkəmənin sədrinə müraciət etsə də, son nəticədə həmin ərizə üzrə müvafiq qərar qəbul edilməmişdir. İddiaçı hazırda yenə də ərizə ilə Ali Məhkəmənin sədrinə müraciət etmək hüququnu saxladığından, kollegiya hesab edir ki, həmin məhkəmə müdafiəsi hüququndan istifadə olunmalıdır. Göstərilən vəziyyətdə mübahisənin mülki mühakimə icraatı qaydasında həlli mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun olmadığından kollegiya hesab edir ki, qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1004/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1004/2020
27.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver