Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-101/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ”qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 avqust 2022-ci il tarixli, 2(103)-5641/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və onun həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanında yerləşən 49,4 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən ona təhvil verilməsi, cavabdehin həmin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia təl əbi onunla əsaslandırılmışdır ki,işin faktiki hallarına əsasən,mübahisəli qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur. Lakin cavabdeh həmin sahəni qanunsuz olaraq zəbt etmişdir. Bununla o, qanunvericiliklə təminat verilmiş hüquqlarından istifadə edə bilmir, mülkiyyət hüququ kobud şəkildə pozulur.
4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(008)-1302/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim:H.Mahmudova ) iddia təmin edilmişdir.
5. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsi üzərində davamlı şəkildə maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci madd əsinin pozulması kimi də baxıla bilər. Belə ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 1997-ci ildən mübahisə olunan 61.56 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini əvvəllər “Çinar” kiçik müəssisəsi adından, sonradan da onun direktoru X2 ilə icarə müqaviləsi bağlayaraq icarəyə götürmüş və hazırda da icarəsində və istifadəsindədir. Hətta bununla bağlı birinci instansiya məhkəməsinə icarə müqaviləsi də təqdim edilmişdir. Daha sonra mohkəməyə mülki işin dayandırılması barədə elektron kabinet vasitəsilə vəsatət versə də, məhkəmə vəsatətə münasibət belə bildiməmişdir. Halbuki, icarə müqaviləsi bağladığı şəxs X2 Bakı İnzibati Məhkəməsinə cavabdeh AR ƏMDK-si yanında DƏDRX-nın 1 saylı Bakı ərazı İdarəsi və üçüncü şəxs İddiaçı qarşı iddia qaldırmış və həmin 2-1(112)-13250/2021 saylı inzibati iş üzrə tələb iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində nizamnamə kapitalı ilə ona məxsus “Çınar” Kiçik müəssisəsinin xüsusi mülkiyyətində olan 61.56 kv.m sahəsi olan qeyri-yaşayş sahəsinə dair iddiaçının adına verilmiş çıxarışın ləğv edilməsinin cavabdeh AR ƏMDK-si yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarması xahiş edilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsində iş yekunlaşanadək hazırkı tələb üzrə işə baxıla bilməz və dayandırılmalıdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən iddiaçı tərəfindən təqdim edilən çıxarışa əsaslanaraq onun təqdim etdiyi 5 saylı 2015-ci il tarixli, icarə müqaviləsinin gələcək taleyi barədə heç bir münasibət bildiməmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra - apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 03 avqust 2022-ci il tarixli, 2(103)-5641/2022 nömrəli qətn aməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri apellyatora münasibətdə qətnamənin ləğvi üçün əsas deyildir.
11. Həmçinin, məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdehin şikayətdə istinad etdiyi dəlillər həqiqətə uyğun olan kimi qəbul edilsə belə, özü-özlüyündə əsassızdır. Çünki həmin dəlillər cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinə istifadə hüququnun yarandığı barədə qənaətə gəlməyə əsas vermir.
12. Bundan başqa apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi onun icarəyə götürdüyü sahənin kv.metri ilə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin kv.metri fərqlidir. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi 49.4 kv.metrdir, cavabdehin icarəyə götürdüyünü iddia etdiyi qeyri-yaşayış sahəsi isə 61.56 kv.metrdir. Bundan başqa iddiaçının əmlakının ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanı belə yoxdur.
13. Məhkəmə kollegiyası bildirmişdir ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq və zifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri də Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4, 255, 372.6, 385.2-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəl lənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə baxışa qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamə ilə maddi hüquq normaları pozulmuş və nəticədə iddia tələbində tələb olunan qeyri-yaşayış sahəsinə münasibətdə ədalətli qərar qəbul etməmişdir. Belə ki, icarə müqaviləsi ilə onun hüquqları olduğunu və faktiki istifadəsində olduğu nəzərə alınsa, iddiaçı nın hərəkətləri üçüncü şəxs olaraq onun hüquqlarının pozulmasına gətirib çıxarır. Bundan başqa, cavabdehin icarəyə götürdüyü iddia etdiyi sahənin isə ünvanı dövlət qeydiyyatına alınmadığı və hazırda Bakı İnzibati Məhkəməsində bununla bağlı məhkəmə mübahisəsi olduğu üçün ünvan verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda cavabdehin istifadəsində olan və həqiqətən də iddiaçının tələb etdiyi sahə həmin sahə ilə eyni olduğu müəyyən edilmədən mülkiyyətçi kimi sayaraq cavabdehin həmin sahədən çıxarılması əsassızdır.
17. Həmçinin, kassator bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-nin müvafiq maddəsi ilə ona şərait yaradılmış imkandan istifadə edərək ekspertiza təyin etməmiş və yalnız iddiaçı tərəfindən təqdim edilmiş çıxarışa əsasən mübahisə olunan qeyri-yaş ayış sahəsi hesab etmiş və onunla kifayətlənmişdir. Halbuki, məhkəmə ümumiyyətlə qeyri-yaşayış sahələrinin təqdim edilmiş sənədlərlə sahələrinin müxtəlif olduqlarını aşkarcasına müəyyən etsə də, mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirməmiş, ekspertiza təyin edilməmiş və ölçülər aparılmamışdır. Digər tərəfdən, apellyasiya şikayətini müdafiə etmək üçün onun iştirakı mütləq idi və ən azından məhkəməyə işi başqa vaxta təyin etməsi ilə bağlı müraciət etsə də, buna məhəl qoyulmamış və işə tərəflərin iştirakı olmadan baxılmışdır.
18. Kassator şikayətini Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1, 254.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəl illəri
19. İddiaçı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 avqust 2022-ci il tarixli, 2(103)-5641/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
20. Maddə 13 İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ib arətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmü ş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
36. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətin i tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosess ual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 avqust 2022-ci il tarixli, 2(103)-5641/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.