Məhkəmə qərarları › İş №2(102)-1010/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1010/2023

12.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1010/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər və Klinikasına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1010/2023 (Açar sözlər: tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi, ekspert rəyi) Bakı şəhəri 12 aprel 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər “N” Medical Center və “N” Klinikasına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-310/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən v erilmiş kassasiya şikayətinə 12 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X1 sümük sınığının bitişməməsi (psevdoartroz), sol said sümüklərinin postravmatik yalançı oynaqları, saidin 7 sm gödəkliyi diaqnozu qoyulmuş, İddiaçı üzərində 03 aprel 2020-ci il tarixində həmin Xəstəxanada sol said sümüklərinin ilizarov aparatı ilə açıq osteosintezi əməliyyatı icra olunmuşdur.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-568/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə İddiaçı X7 qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2601/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2247/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilk dəfə onu əməliyyat etmiş həkim Fuad Ağayevə qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X8” X13 tərəfindən verilmi ş xx.xx.2020-ci il tarixli, 718 nömrəli rəydə göstərilmişdir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə “Şəfqət” Klinikasına müraciət etmiş, aparılmış müvafiq müayinələrdən sonra ona “Sol mil sümüyü orta 1/3-nin böyük sümük deffekti ilə bitişməyən sınığı. Sol mil-bilək oynağın deformasiyası. Kontrakturası. Funksiya pozğunluğu” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və həmin tarixdə “Sol mil sümüyü deffektinin autotransplantla bərpası. Kilidli metallövhə və vintlərlə metalloosteosintezi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə xx.xx.2018-ci il tarixdə ambulator nəzarətə evə buraxılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə “Liman” Klinikası na “Sol mil sümüyünün metallövhə ilə təsbit edilmiş bitişmiş sınığı. Sol dirsək sümüyünün deformasiyası. Sol milbilək oynağının deformasiyası” diaqnozu ilə daxil olmuş və üzərində “Metallövhənin xaric edilməsi. İlizarov aparatı ilə sol said sümüklərinin osteosintezi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstə xx.xx.2019-cu il tarixdə kafi vəziyyətdə evə buraxılmışdır. İddiaçı üzərində icra edilmiş etaplı cərrahi müdaxilələr tibbi göstəriş əsasında taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı onda keçirilmiş cərrahiyyə əməliyyatlarından sonra said sümüklərinin hipertrofik yalançı oynağının əmələ gəldiyi müəyyən edildi. Bu patologiya İddiaçı almış olduğu travma və eyni zamanda xəstənin təkidi ilə xarici fiksasiya aparatının tez çıxarılması nə ticəsində meydana çıxmışdır. Bu patalogiyanın aradan qaldırılması üçün onun təkrarı operativ müdaxiləyə ehtiyacı olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) “Liman” Medical Center və “Şəfqət” Klinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1500 manat ödənilmiş pul vəsaitinin, maddi ziyanın əvəzi olaraq 20500 manat, mənəvi ziyana görə 30000 manat, dövlət rüsumunun əvəzi olaraq 31 manat olmaqla, cəmi 52031 manat məbləğində pulun müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 2006-cı ildə Bakı şəhərində Yeni Yasamal massivində tikinti ş irkətində işləyərkən 10-cu mərtəbədən zirzəmiyə yıxılmış və sol qolundan xəsarət almışdır. Şirkətin səlahiyyətli nümayəndələri heç bir sənədləşmə aparmayaraq bildirmişlər ki, onu müalicə etdirəcəklər. Lakin, iddiaçının ardınca gələn olmamışdır. İddiaçı Şirvan şəhər xəstəxanasında öz vəsaiti hesabına 2 dəfə əməliyyat olunmuşdur. Sümüyünün birini bitişdirsələr də, digərini bitiştirə bilməmişlər. Sonra qoluna saldıqları mili çıxarmışlar və bir daha əməliyyat etməmişlər. İddiaçının qolu ağrımadığı üçün dolanışıq xətrinə təxminən 10 il yəni 2017-ci ilə kimi bənna, suvaqçı kimi tikinti işlərdə işləmişdir. Həmin ilin noyabrında qolu ağrımağa başlamışdır. Sumqayıt şəhər X11 Xəstəxanasına travmatoloq həkim olan X7 müraciət etmiş, həkim qoluna baxandan sonra söz vermişdir ki, əməliyyat olunduqdan sonra qolu 100 faiz düzələcək. Qolunun əməliyyatı üçün ilk dəfə 1500 manat pul ödəmiş və 2018-ci ilin mart ayında “Şəfqət” Klinikasında ilk dəfə əməliyyat olunmuşdur. Lakin əməliyyatın heç bir əhəmiyyəti olmamış və qolunda ağrılar olduğu kimi qalmışdır. O, Fuad həkimə bu barədə bildirdikdə o iddiaçını 2-ci dəfə əməliyyat edəcəyini bildirmişdir. İkinci dəfə isə 16 yanvar 2019-cu ildə “Liman” Medical Center-də əməliyyat olunmuşdur. 2-ci dəfə qolunu əməliyyat edəndə Fuad Ağayev iddiaçıya məlumat vermədən salamat sümüyünü kəsmişdir. Əvvəlcədən iddiaçıya bunu desəydi o, salamat sümüyünün kəsilməsinə razılıq verməzdi. Həkim qoluna «Elza» aparatı qoymuş və 3-4 aydan sonra çıxararaq plastik qaba qoymuşdur. Bütün bunlara baxmayaraq qolu düzəlməmiş, əksinə vəziyyəti bir az da ağırlaşmışdır. Azərbayc an Respublikası Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra göndəriş əsasında Travmatologiya İnstitunda xx.xx.2019-cu ildə «sol said sümüklərinin orta 1/3-nin əməliyyatdan sonrakı yalançı oynağı» diaqnozu ilə həkim Fikrət Bayramov əməliyyat etmişdir. Fikrət həkim tam sağala biləcəyinə zəmanət verməmişdir. Lakin kəsilən sümüyü bitsə də, gec bitəcək və ümidin az olmasını demişdir. İddiaçının maddi durumu çox acınacaqlı vəziyyətdə olmuş, dolanışığı, müalicə xərcləri sosial şəbəkələr vasitəsilə, camaatın maddi köməkliyi hesabına olmuşdur. O, ağrılardan yata bilməmiş, özü-özünə xidmət etmək iqtidarında olmamışdır. İddiaçı göstərilən müddətdə işləyə bilməmişdir. Buna görə də, işləmədiyi müddət üçün pul məbləği cavabdehlər tərəfindən tutularaq ona ödənilməlidir. Bütün bu əməliyyatlar cavabdeh ola n klinikalarda baş vermişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı maddi ziyanla yanaşı mənəvi ziyan da çəkmişdir. İddiaçı həmin ziyanı 30000 manat dəyərində qiymətləndirmişdir.

6. Cavabdeh “Şəfqət” Klinikasının nümayəndəsi (baş həkimi) X3 bildirmişdir ki, həkim Fuad Ağayev onun rəhbərlik etdiyi klinikasında işləməmişdir. O, “Liman” klinikasının həkimi olmuşdur. Sadəcə həmin vaxt Fuad Ağayev ona müraciət edərək, xəstəni əməliyyat etmək üçün şərait yaradılmasını xahiş etmişdir. Onlar da əməliyyatı təşkil etmişlər. İddiaçı əməliyyatla bağlı iddia ərizəsində göstərilən məbləğdə klinikaya rəsmi ödəniş etməmişdir. Fuad Ağayev “Şəfqət” Klinikasının həkimi olmadığı üçün onun etdiyi əməliyyatla bağlı klinika məsuliyyət daşıya bilməz. Eyni zamanda onun tərəfindən klinika üzrə daxi li əmrlər verilmişdir ki, həmin əmrlərə əsasən yalnız rəsmi ödənişlərə görə klinika məsuliyyət daşıya bilər. Qeyri-rəsmi ödənişlərə görə isə klinika cavabdeh olmamışdır. Qeyd edilən əmr həkimlərlə tanış edilmiş və bununla razılaşmışlar. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-5831/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iddianın təmin edilməsi üçün iddiaçıya Fuad Ağayev tərəfindən düzgün diaqnoz qoyulmayaraq cərrahiyyə əməliyyatının düzgün icra edilməməsi və Fuad Ağayevin cavabdeh klinikaların rəsmi işçisi olması f aktları öz təsdiqini tapmalıdır.

9. İddiaçı ilk dəfə onu əməliyyat etmiş həkim Fuad Ağayevə qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X8” X13 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 718 nömrəli ekspert rəyində həkim Fuad Ağayev tərəfindən iddiaçıya düzgün diaqnoz qoyulması və etaplı cərrahi müdaxilələrin tibbi göstəriş əsasında taktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyi qeyd edilmişdir. Yəni, iddiaçının səhhətində yaranmış ağırlaşmaların həmin həkimin səhv diaqnozu və düzgün olmayaraq apardığı cərrahiyyə əməliyyatları nəticəsində meydana gəlməsi iş materialları ilə sübut olunmamışdır. Bu hal isə iddianın əsaslı olmaması qənaətinə gəlməyə imkan vermiş və həkim Fuad Ağayevin cavabdeh klinikaların əməkdaşı olub-olmaması məsələsinin araşdırılmasına zərurət qalmamışdır.

10. Məhkəmə mənəvi zərərlə bağlı qeyd etmişdir ki, iddiaçının mənəvi zərərlə bağlı tələbi onun maddi ziyanla bağlı tələbinə əsaslandığından və iddiaçıya cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində maddi ziyan vurulması müəyyən edilmədiyindən iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində də təmin edilə bilməz.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1099, 1112-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni q ətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 tərəfindən verilmiş 445/KEŞ nömrəli 15 sentyabr 2022-ci il tarixli ekspert rəyində qeyd edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən iddiaçı xx.xx.2019-cu il tarixdə “Liman” klinikasına müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “Sol mil sümüyü metallövhə ilə təsbit edilmiş, bitişməmiş sınığı, sol dirsək sümüyünün deformasiyası, mil-bilək oynağının deformasiyası” diaqnozu təyin edilmişdir. Həmin tarixdə “metal lövhənin xaric ed ilməsi, sol dirsək sümüyünün korresiyası, osteotomiyası, İllizarov aparatı ilə sol said sümüklərin osteosintezi” cərrahiyyə əməliyyatı icra edilmişdir. xx.xx.2019-cu il tarixdə xəstə evə yazılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə keçirilmiş cərrahiyyə əməliyyatından sonra sümüklərdə bitişmə getmədiyi üçün daha iki əməliyyat-təkrar “osteosintez” aparılmışdır. Beləliklə, icra edilmiş operativ müdaxilələr taktiki cəhətdən düzgün olmuş, lakin sümük regenerasiyasının gec getdiyindən müalicə müddətinin uzanmasına gətirib çıxartmışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-310/2022 nömrəli mülki iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Elman Əhmədov və İlqar Dəmirov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, üzərinə sübutetmə yükü düşən iddiaçı ona məhz həkimin və tibb müəssisəsinin hərəkətləri nəticəsində ziyanın dəyməsini və bu ziyanın məhz cavabdeh tərəfindən vurulduğunu təsdiq edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1112-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən özlərinin təqsirsizlikləri barədə heç bir sübut təqdim edilməmiş, məhkəmə tərəfindən cavabdehlərin öz təqsirsiziklərini sübutetməsinin zəruriliyi aydınlaşdırılmamışdır. Həmçinin iş materialları ilə də cavabdeh “Liman” Medical Centerin həkimi tərəfindən iddiaçının qolunun sağlam sümüyünün kəsilməsi öz təsdiqini tapmış, buna baxmayaraq sağlamlığıma dəyən bu zərərə məhkəmə tərəfindən etinasız yanaşılmışdır.

19. Kassator qeyd etmişdir ki, iddiaçıya ediləcək tibbi müdaxilələr barədə cavabdehlərdən məlumat alma hüququna malik olduğuna baxmayaraq müalicənin üsulları, sağlamlığının cari vəziyyəti, ediləcək tibbi müdaxilə və onun mümkün nəticələri barədə cavabdeh tərəfindən ona məlumat verilməmiş və nəticədə salamat sümüyü kəsilmişdir. Bu səbəblə səhhəti olduqca ağırlaşmışdır. Məhkəmə tərəfindən bu hallar araşdırılmamışdır. Məhkəmələr əməliyyatdan öncə və sonradan müayinələrin tam və lazımi qaydada aparılmasını, tibbi sənədlərin düzgün tərtib edilməsini, iddiaçının etdiyi şikayətlər əsasında onun göstərdiyi kimi “sol qolunda gödəklik və narahatçılığın” yoxlanılmasının zəruri olduğunu, zəruri müalicələr aparılmaqla onun fəsadlarının aradan qaldırılması mümkünlüyünü araşdırmamış, həmin suallara cavab alınması zəruri tibbi sənədlərin məhkəməyə təqdim edilməsini tərəflərə təklif etməmiş, əlavə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi məsələsini müzakirə etməmişdir.

20. Kassator qeyd etmişdir ki, 12 yanvar 2022-ci il tarixli, 445/KEŞ nömrəli ekspert rəyində də əksini tapdığı kimi 13 yanvar 2022-ci il tarixdə, saat 16:14-də “X4”nda aparılmış saidin 2 pr-da R-qrafiya müayinəsi zamanı iddiaçıda, said sümüklərinin yerini dəyişmiş parçalı sınıqlarının İlizarov cihazı ilə osteosintezindən sonrakı vəziyyət qeyd edilmişdir. Radius sınığında sınıq fraqmentlərinin qeyri-düzgün vəziyyəti və diastaz məsafələri izlənilmişdir. O cümlədən Diqnoz olaraq “sümük sınığının bitişməməsi Sol said sümüklərinin postravmatik yalançı oynaqları, saidin 7 sm gödəkliyi müəyyən edilmişdir. Nəticə olaraq 7 sm gödəklikdə olan oynaqlarda bitişmə baş verə bilməzdi. Ən əsası sonuncu əməliyyat yəni X1 əməliyyat effektini verdiyi halda göstərilən cavabdeh olan hər iki klinikada aparılan əməliyyatlar zama nı öz nəticəsini göstərməmişdir. Buda həkimin öz işinə qeyri və səhlənkar yanaşmasının, əməliyyatı düzgün aparmasının göstəricisi olmuşdur. Göründüyü kimi verilmiş rəy əsl həqiqəti gizlətmək, hazırki mübahisə üzrə cavabdehləri və həkimi qorumaqdan ibarət olmuşdur.

21. Kassator qeyd etmişdir ki, məhkəmə yalnız “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ tərəfindən verilmiş 445/KEŞ nömrəli 30 sentyabr 2022-ci il tarixli ekspert rəyini əsas götürmüş, həmin rəyi digər sübutlarla yanaşı qiymətləndirməmişdir. Belə ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid təcrübəsi formalaşmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2[102]-4267/2022 saylı Qərarı ilə ifadə etdiyi mövqeyə əsaslanaraq qeyd edilməlidir ki, ey ni qaydada hazırki iş üzrə də, apellyasiya məhkəməsi ekspert rəyini MPM-in 88, 101.7 və 103.1-ci maddələrinə uyğun qiymətləndirməmiş, o cümlədən nəzərə almamışdır ki, ekspert rəyində işin həlli üçün zəruri olan bütün suallara cavab verilməmişdir. Belə ki, iş üzrə zəruri olan bir sıra sualların ekspert qarşısında qoyulması barədə tərəfindən vəsatət verilmiş, lakin məhkəmə yetərli olmayacağı məlum olduğu halda ekspert qarşısında yalnız bir sual qoymaqla kifayətlənmiş, həmçinin ekspert rəyini iş üçün məcburi tutaraq onu digər sübutlarla əlaqəli şəkildə qiymətləndirməmişdir.

22. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, 1099, 1118-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 1, 11, 24, 25, 57-ci, Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 77, 88, 97, 101, 103, 106, 175, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə koll egiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri iddianın təmin edilməsinə əsas vermir. Belə ki, iddiaçının hər iki tibb müəssisəsinə qarşı qaldırdığı iddia həkim Fuad Ağayevin xx.xx.2018-ci il tarixdə “Şəfqət” Klinikasında, xx.xx.2019-cu il tarixdə isə “Liman” klinikasında onun üzərində apardığı cərrahiyyə əməliyyatlarının düzgün aparılmaması, uğursuz olması ilə əsaslandırılır. Lakin iddiaçının həkim F.Ağayevə qarşı eyni əsaslarla qaldırdığı iddia qanuni qüvvəyə minmiş məhkəmə aktlı ilə rədd edilməmiş, həmin qətnamələrlə həkim səhvinin mövcudluğu öz təsdiqini tapmamışdır. Belə olan təqdirdə, həmin əməliyyatların icra olunduğu tibb müəssisələrinə qarşı eyni əsaslarla qaldırılan iddia da təmin edilə bilməz.

40. Buna görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-310/2022 nömrəli, 26 oktyabr 2022-ci il ytarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar