Məhkəmə qərarları › İş №2(102)-1011/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1011/2023

13.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1011/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh dair iş üzrə QƏRARİ Açar sözlər: (bağ sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X8 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(105)-1770/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə 13 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akıları müəyyən etdi: İşin halları

1. Beyləqan rayonu, 2-ci Şahsevən kəndində qeydiyyatda olan, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 2008-ci ildə öz vəsaiti hesabına Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmiryol stansiyasında 1/105 saylı bağ evini tikdirmiş və bu günə qədər həyat yoldaşı xx.xx.1961-ci il təvəllüdlü X4 ilə birlikdə orada qeydiyyatsız yaşayır.

2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-7764/2021 saylı qətnaməsi ilə iddiaçı Piriyeva (Həsənova) Aysel Təvəkkül qızının cavabdeh İddiaçı qarşı fərdi evdən məcburi çıxarılma tələbinə dair iddiası rədd edilmişdir.

3. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022-ci il tarixli “Məişət zorakılığı haqqında iş üzrə” qərarı ilə Cavabdeh məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edil məsi, İddiaçı və X2 30 gün olmaqla (xx.xx.2022-xx.xx.2022-ci il) qısamüddətli mühafizə orderi verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz əməllərinin qarşısının alınması və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol stansiyası, 1/105 saylı bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol stansiyası, 1/105 saylı bağ evində həyat yoldaşı ilə yaşayır. Əvvəllər oğlunun həyat yoldaşı olmuş Cavabdeh dəfələrlə yaşadıqları ünvana gələrək onu və həyat yoldaşını təhqir etmiş, vurmuşdur. Demək olar ki, bu hallar h ər gün təkrarlanmışdır. X12 Nazirliyinin 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları yaxınlaşıb cavabdehi uzaqlaşdırsa da, bu hallar yenidən təkrarlanmışdır. Bu da onun və həyat yoldaşının mənəvi və fiziki sarsılmalarına, zorakılığa məruz qalmalarına səbəb olmuşdur. Qeyd edilən bağ evində yaşaması və həmin bağ evinin onun tərəfindən 2008-ci il tarixdə öz vəsaiti hesabına tikilməsi Hacı Zeynalabdin qəsəbə icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 18 yanvar 2022-ci il tarixli aktla öz təsdiqini tapır. Öz vəsaiti hesabına tikdiyi evə daxil olan cavabdehin çıxarılması qeyri-mümkün hala gəlmişdir. Ona görə də məhkəmə qətnaməsi əsasında cavabdehin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmiryol stansiyası, 1/105 saylı bağ evindən çıxarılması zərurəti yaranmışdır.

6. İddiaçı xx.xx.2022-ci i l tarixdə iddia ərizəsinə dəyişiklik olunması barədə məhkəməyə müraciət edərək cavabdehin ona aid əmlaklarla – 1 ədəd divan, 1 ədəd stol, 1 ədəd kreslo, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan və 1 ədəd paltar dolabı (şifoner) ilə birlikdə ona məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmiryol stansiyası ünvanında yerləşən 1/105 saylı fərdi yaşayış evindən çıxarılması, cavabdehin ona və həyat yoldaşına qarşı qanunsuz əməllərinə son qoyulması və cavabdehə fərdi yaşayış evindən istifadələrinə maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində siyahıya alınmış əmlaklardan 1 ədəd künc divanını yanlışlıqla 1 ədəd divan və 1 ədəd kreslo şəklində qeyd etdiyindən, dəq iqləşmə verərək iddia ərizəsinin “xahiş edirəm” hissəsində “cavabdehin ona aid əmlaklarla – 1 ədəd divan, 1 ədəd stol, 1 ədəd kreslo, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan və 1 ədəd paltar dolabı (şifoner) ilə birlikdə” sözlərinin “cavabdehin ona aid əmlaklarla – 1 ədəd künc divanı, 1 ədəd stol, 1 ədəd “İndesit” markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan maşın və 1 ədəd paltar dolabı ilə birlikdə” kimi oxunmasını xahiş etmişdir. 8. 20.04.2022-ci il tarixdə cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi daxil olmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. 9. 27.05.2022-ci il tarixdə cavabdeh məhkəməyə etirazla müraciət edərək, mənzil özbaşına tikil i olduğundan iddiaçının hazırki iddia ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığını bildirərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin (X14) 01 iyun 2022-ci il tarixli, 2(060)-1791/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh ona aid əmlaklarla – 1 ədəd künc divanı, 1 ədəd stol, 1 ədəd “İndesit” markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan maşın və 1 ədəd paltar dolabı ilə birlikdə İddiaçı məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmiryol stansiyası ünvanında yerləşən 1/105 saylı fərdi yaşayış evindən çıxarılması, Cavabdeh İddiaçı və üçüncü şəxs X2 qarşı qanunsuz əməllərinə son qoyulması, Cavabdeh İddiaçı və üçüncü şəxs X1 fərdi yaşayış evindən istifadələrinə maneələr in yaradılmasının qadağan edilməsi və Cavabdeh 100 (yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 43-cü maddəsinin İ bəndinə, 29-cu maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, «Loizidu Türkiyəyə qarşı» işinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.7. 18, 27.1, 27.3, 152.1, 152.2, 152.3, 152.4, 157.4, 157.8, 158.2, 180.1, 180.3 və 228.5-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 106.1, 185, 217.3, 217.4, 216-220, 227, 233 və 360 -cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməyərək, hazırki mülki işdə aidiyyati olmayan normalara istinad etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının iddia ərizəsindən göründüyü kimi o, iddiaçının oğlu X6 ilə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olaraq hazırki mənzildə yaşamağa başlamışdır və hazırda həmin mənzildə yaşayır. İddia tələbindən də göründüyü kimi onun cehiz əmlakları həmin mənzildədi r. Məhkəmə araşdırması zamanı sözügedən mənzilin özbaşına tikili olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək–onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İddiaçı onun mübahisəli yaşayış evindən çıxarılmasını tələb etsə də, mübahisəli evə dair hüquq müəyyənedici sənədi mövcud olmadığından, onun belə bir iddia ilə çıxış etməsi üçün əsaslar yaranmamı, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(105)-1770/2022 nömrəli qətnaməsi ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi ), X9 və X5) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuş, qətnamə işin müəyyən edilmiş hallarına uyğun əsaslandırılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iddiaçının subyektiv hüququnun olmaması barədə dəlillərinə qiymət verərək qeyd etmişdir ki, mübahisə predmetinin özbaşına inşa edilmiş ev, tikili olması özlüyündə həmin tikiliyə, evə ümumiyyətlə hüququn olmaması kimi qəbul edilməməlidir. Bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin b arəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz.

17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 43-cü maddəsinin İ bəndinə, 29-cu maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, «Loizidu Türkiyəyə qarşı» işinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsin in 6.1.7, 18, 27.1, 27.3, 152.1, 152.2, 152.3, 152.4, 157.4, 157.8, 158.2, 180.1, 180.3 və 228.5-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 88, 106.1, 185, 217.3, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi müvafiq maddi hüquq normalarını istinad etməklə qarşı tərəfin cavabdehin evdən çıxarılması tələbinə dair iddiasını rədd etməli olduğu halda, bunu etməmiş və nəticədə maddi normaların pozulması ilə qətnamə qəbul edilmişdir. İşdə olan sənədlərdən də aydın görünür ki, İddiaçı hazırki iddia tələbi üzrə subyektiv hüquqa malik olmamışdır. Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmiryolstansiyası ünvanında yerləşən 1/105 saylı bağ evi müvafiq dövlət qeydiyyatına alınmadığına görə onun cavabdehə qarşı uşağı ilə birlikdə həmin evdən çıxarılması barədə iddia tələbi də əsassız bir tələbdir. Apellyasiya məhkəməsi hətta bəzi faktları təhrif edərək Cavabdeh iddiaçının oğlu ilə guya 2012-ci ildə nikaha daxil olmağını göstərmişdir. Halbuki, onlar xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və cavabdeh həmin vaxtdan mübahisəli bağ evinə gəlin köçmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021- ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan rəsmi nik ah qeydi ləğv edilmişdir. Məhkəmə bu yanaşması ilə işdə olan sübutları təhrif etmiş və bununla da Azərbaycan Respublikası MPM-in 77 və 88-ci maddələrinin tələblərinə əməl etməmiş, iş üzrə obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

20. Cavabdeh şikayətini Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 27, 178 və 180-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 9.1, 14.1, 77 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konst itusiyası

22. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

24. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanun

25. Maddə

2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 6.1.7. Mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur.

27. Maddə

18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa z idd olmayan üsullarla həyata keçirilir.

28. Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

29. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

32. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gə lir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

33. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

36. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

37. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

38. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəs indən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını mə hkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir

43. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 372.6. A pellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər apellyasiya şikayətində də irəli sürülmüş, apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

52. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılma lıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(105)-1770/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar