Məhkəmə qərarları › İş №2(102)-1015/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1015/2024

29.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1015/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2rşı “ölkəyə idxal olunmuş tibbi avadanlıqları alğı-satqı müqaviləsinin, avadanlıqların texniki sənədlərinin, nəqliyyat, quraşdırma və təhvil-təslim aktlarının, gömrük bəyannaməsinin, invoysunun, hesab fakturasının, bank ödəmə tapşırığının, keyfiyyət sertifikatının əsillərinin, Azərbaycan Respublikasında həmin avadanlıqların leqalizasiyasını, apostil və patentləşdirilməsini təsdiq edən digər sənədlərin təhvil verilməsinin məcbur edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bər pasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 yanvar 2024-cü il tarixli, 2(103)2221/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, e-2(006)3813/2022 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X3rşı “ölkəyə idxal olunmuş tibbi avadanlıqların alqı-satqı müqaviləsinin, avadanlıqların texniki sənədlərinin, nəqliyyat, quraşdırma və təhvil-təslim aktlarının, Gömrük bəyannaməsinin, invoysun, hesab fakturasının, bank ödəmə tapşırığının, keyfiyyət sertifikatının əsillərinin, Azərbaycan Respublikasında həmin avadanlıqların leqalizasiyasını, apostil və patentləşdirilməsini təsdiq edən digər sənədlərin iddiaçıya təhvil verilməsinin cavabdehlərə məcbur edilməsi, dövlət rüsumunun və vəkil ilə müqavilə üçün ödədiyi pulun cavabdehlərdən tutularaq iddiaçıya verilməsi” tələbinə dair iddiası rədd olunmuşdur.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)-2221/2023 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və S.X.Bəhrəmzad ədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, e2(006)-3813/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2023-cü il tarixli, 2(102)-3406/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti səlahiyyətsiz şəxs tərəfindən imzalandığı üçün qeyri-mümkün hesab edilmiş və mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2023-cü il tarixli, 2(103)-2221/2023 nömrəli qərardadı ilə iddiaçının kassasiya şikayəti eyni əsasla geri qaytarılmışdır.

5. İddiaçı qətnamədən təkrarən kassasiya şikayəti vermiş və ərizə ilə apellyasiy a instansiyası məhkəməsinə müraciət edərək, buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 yanvar 2024-cü il tarixli, 2(103)-2221/2023 nömrəli qərardadı ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və S.X.Bəhrəmzadədən ibarət tərkibdə) kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair İddiaçı ərizəsi təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 30 may 2023-cü il tarixdə iddiaçıya məxsus elektron kabinetə yerləşdirilmişdir. Odur ki, iddiaçıya münasibətdə apellyasiya instansiya məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti ilə müraciət edilməsinin son günü 30 iyul 2023-cü il tarixə təsadüf edir. İddiaçı həmin qətnamədən 17 iyul 2023-cü il tarixdə, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət daxilində kassasiya şikayəti vermişdir. Lakin həmin kassasiya şikayəti iddiaçının adından buna hüququ olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmış və bu barədə qəbul edilmiş kassasiya və apellyasiya məhkəməsinin qərardadları (müvafiq olaraq 17 avqust və 08 sentyabr 2023-cü il tarixlərdə) iddiaçıya məxsus elektron kabinetə yerləşdirilmişdir.

8. Hazırki ərizənin dəlillərindən də göründüyü kimi, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin onun adından buna hüququ olmayan şəxs tərəfindən imzalanması iddiaçıya məlum olmuş və bu barədə 31 avqust 2023-cü il ta rixdə yeni etibarnamə verilmişdir. Hazırki kassasiya şikayəti və müddətin bərpası barədə ərizə isə 28 oktyabr 2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə verilmişdir.

9. Göründüyü kimi, kassasiya şikayətinin geri qaytarılması iddiaçıya məlum olmaqla, 31 avqust 2023-cü il tarixdə etibarnamə verilsə də, iddiaçı həmin müddətin üzərindən 2 aya yaxın müddət keçdikdən sonra yenidən kassasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir. Buna görə də, iddiaçının ərizəsini əsaslandırdığı hallar məhkəmə aktından şikayət verməsinə maneə törədən hal kimi qiymətləndirilə və üzrlü hesab edilə bilməz.

10. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.1, 133.1, 405.0.1, 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlillər i:

11. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 yanvar 2024-cü il tarixli, 2(103)-2221/2024 nömrəli qərardadının ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi müddətinin ötürülməsinin səbəbini üzrlü hesab edilərək, müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci, Mülki Məcəllənin 568.2, 576-cı, Mülki Prosessual Məcəllənin 4, 14, 81, 88-ci maddələrinin tələbləri pozulmuşdur.

13. Belə ki, iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin qəsdən, qərəzli şəkildə uzadılması, qətnamənin icra sında yayınma kimi hallar mövcud olmadığından, apellyasiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur.

14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

15. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştir ak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 1

7. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. 18. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublik ası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarl arın sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.

20. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçm iş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

21. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

22. Hazırki işin materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)-2221/2024 nömrəli qətnaməsi 30 may 2023-cü il t arixdə iddiaçının və onun nümayəndəsi, Vəkil “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetlərinə yerləşdirilməlkə, onlara rəsmi qaydada təqdim olunmuşdur.

23. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin verilməsi üçün prosessual müddətinin axımını məhz həmin tarixdən hesablamaqda və qanunvericiliyin tələblərinə uyğun kassasiya şikayətinin 28 oktyabr 2023-cü il tarixdə apellyasiya məhkəməsinə verildiyi üçün prosessual müddətin ötürülməsi barədə düzgün nəticəyə gəlmişdir.

24. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının apellyasiya məhkəməsi tərəfindən pozulduğu kimi istinad etdiyi maddi və prosessual hüquq normaları iddianın mahiyyətinə aiddir. Həmin normalarla iddiaçı mübahisələndirilən qərardadın qanunsuz olmasını əsaslandırmamışdır.

25. Digər tərəfdən, qeyd olunmalıdır ki, iddiaçı ilk dəfə kassasiya şikayətini prosessual müddət ötürülmədən versə də, həmin şikayət vəkil tərəfindən buna müvafiq səlahiyyət verilmədən imzalandığından kassasiya şikayəti geri qaytarılmışdır. Bu səbəbdən, həmin kassasiya şikayətinin verilməsi müddətin hesablanmasında nəzərə alına bilməz və bu müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, kassasiya şikayətinin qanunla müəyyən olunmuş qaydada verilməsi, o cümlədən onu imzalayan şəxsin müvafiq səlahiyyətlərinə malik olmasına dair sübutun təqdim edilməsi kassatorun vəzifəsidir ki, onun bu vəzifəsini yerinə yetirməməsinin mənfi nəticələrinin riskini özü daşımalıdır.

26. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassator t ərəfindən müddətin ötürülməsini üzrlü edən, iddiaçının iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair iddiaçının ərizəsi əsassız olmuşdur.

27. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421c i maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 yanvar 2024-cü il tarixli, 2(103)-2221/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar