Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1016/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (üçüncü şəxs X7 Xidməti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin etibarsız hesab edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 Xidməti) qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5947/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı HSE mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 697,92 manat təşkil etmişdir.
2. Cavabdeh MMC-nin SƏTƏM mütəxəssisi vəzifəsində çalışan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru X2 ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəyə əsasən ona xx.xx.2020-ci il tarixdən 228 təqvim günü müddətinə ödənişsiz məzuniyyətinə çıxmağa icazə verməsini xahiş etmişdir.
3. Cavabdeh MMC-nin Baş mühəndisi Əhməd Axundov, Cavabdeh MMC-nin İş icraçısı Babək Süleymanov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən SƏTƏM mütəxəssisi İddiaçı verilən ödənişsiz məzuniyyətinin müddətinin xx.xx.2021-ci il tarixdə başa çatmasına və onun xx.xx.2021-ci il tarixində işə çıxmalı olduğuna baxmayaraq İddiaçı bu günə kimi işə çıxmamışdır.
4. Cavabdeh MMC-nin SƏTƏM meneceri vəzifəsində çalışan X4 tərəfindən Cavabdeh MMC-nin direktoru X2 ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimata əsasən SƏTƏM mütəxəssisi İddiaçı verilən ödənişsiz məzuniyyətinin müddəti xx.xx.2021-ci il tarixində başa çatıb və o, xx.xx.2021-ci il tarixində işə çıxmalı idi. Bununla əlaqədar həmin əməkdaşla dəfələrlə əlaqə yaradılıb və işə çıxmalı olduğu bildirilib. Lakin buna baxmayaraq İddiaçı bu günə kimi işə çıxmayıb. İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi üçün Kadrlar şöbəsinə müvafiq göstəriş verilməs ini xahiş etmişdir.
5. Cavabdeh MMC-nin Baş mühəndis vəzifəsində çalışan X5 tərəfindən Cavabdeh MMC-nin direktoru X2 ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimata əsasən SƏTƏM mütəxəssisi İddiaçı verilən ödənişsiz məzuniyyətinin müddətinin xx.xx.2021-ci il tarixdə başa çatması ilə bağlı, o, xx.xx.2021-ci il tarixdə işə çıxmalı idi. Bununla əlaqədar həmin əməkdaşla dəfələrlə əlaqə saxlanılıb və işə çıxmalı olduğu bildirilib. Lakin buna baxmayaraq İddiaçı bu günə kimi işə çıxmayıb. Apardıqları araşdırmalar zamanı məlum olmuşdur ki, həmin şəxs Cavabdeh MMC-də öz xahişi ilə ödənişsiz məzuniyyət aldıqdan sonra "xxxx" MMC-nə işə daxil olmuş və hal-hazırda həmin şirkətdə çalışmışdır. Buna görə, İddiaçı, onunla bağlanılan Əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmək məqsədilə, işə çıxmas ı ilə bağlı haqlı tələblərini yerinə yetirməyərək işə çıxmaqdan imtina etmişdir. İddiaçı barəsində qanun çərçivəsində tədbirlərin görülməsi ilə bağlı müvafiq göstəriş verilməsini xahiş etmişdir.
6. Cavabdeh MMC-nin kadrlar üzrə mütəxəssis vəzifəsində çalışan Yusif-zadə Cəmilə Tərlan qızı tərəfindən Cavabdeh MMC-nin direktoru X2 ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimata əsasən SƏTƏM mütəxəssisi İddiaçı tərəfindən təqdim edilən ödənişsiz məzuniyyət haqqında ərizəyə əsasən ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər ödənişsiz məzuniyyət verilmişdir. İddiaçı verilən ödənişsiz məzuniyyətinin müddəti xx.xx.2021-ci il tarixində başa çatıb. Bununla əlaqədar həmin əməkdaşla dəfələrlə əlaqə yaradılıb və işə çıxmalı olduğu və ya çıxmadığı halda üzrlü səbəb təqdim etməli olduğu bildirilib. Lakin, buna baxmayaraq, İddiaçı bu günə kimi işə çıxmayıb, nə də ki, işə çıxmamasını əsaslandıran hər hansı üzrlü səbəb təqdim etməyib. İddiaçı barəsində yuxarıda qeyd olunan səbəblərə görə tədbirlərin görülməsi ilə bağlı müvafiq göstəriş verilməsini xahiş etmişdir. 7. xx.xx.2021-ci il tarixli 12/XK №-li Cavabdeh MMC-nin Direktorunun Əmri əsasından yaradılmış Xüsusi Komissiyanın xx.xx.2021-ci il tarixli, 001 №-li iclas protokoluna əsasən SƏTƏM mütəxəssisi İddiaçı onunla bağlanılan Əmək Müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam vermək niyyətində olduqları haqda bildirişin göndərilməsi və bildiriş tarixindən 10 gün ərzində işə çıxmamasına əsas olan heç bir üzrlü səbəb təqdim edilmədiyi təqdirdə onunla bağlanılan Əmək Müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi qərara alınmışdır.
8. Cavabdeh MMC-nin direktoru Elçin Məmmədov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişə əsasən Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin 4.17-ci maddəsinə əsasən iş vaxtı saat 9.00-dan başlamış və 17.00-da başa çatmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən ödənişsiz məzuniyyət ilə bağlı ərizə ünvanlanmışdır. Qeyd olunan ərizəyə əsasən məzuniyyətin müddəti xx.xx.2021-ci il tarixdə başa çatıb. Bununla əlaqədar İddiaçılə əlaqə saxlanılıb və məzuniyyətin müddəti bitdiyi barədə məlumat təqdim olunub ki, İddiaçı işə çıxsın. Buna b axmayaraq İddiaçı xx.xx.2021-ci il tarixdən işə çıxmamış və işə gəlmədiyi üçün üzrlü səbəb təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçılə bağlanan müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi ilə əlaqədar müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam vermək niyyətində olunduğu bildirilmişdir. Müqaviləyə xitam verildikdə İddiaçılə son haqq-hesab aparılacaqdır.
9. Cavabdeh MMC-nin 103/A nömrəli, xx.xx.2021-ci il tarixli əmrinə əsasən Cavabdeh MMC-nin SƏTƏM mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2021-ci il tarixdən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi və son haqq-hesab aparılaraq ona istifad ə etmədiyi xx.xx.2018xx.xx.2019-cu iş ili üçün 23, xx.xx.2019-xx.xx.2020-ci il iş ili üçün 30 və xx.xx.2020xx.xx.2021-ci il tarixədək 12 təqvim günü (cəmi 65 təqvim günü) əsas əmək məzuniyyəti üçün pul əvəzinin ödənilməsi əmr edilmişdir. Əsas: xx.xx.2021-ci il tarixli təqdimat, xx.xx.2021-ci il tarixli 15/k-21 №-li bildiriş.
10. Cavabdeh MMC-nin direktoru Elçin Məmmədov tərəfindən İddiaçı ünvanlanmış bildirişə əsasən Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmiş və İddiaçılə son haqq-hesab aparılmışdır. Əmək müqaviləsinin xitam verilməsinin sənədləşdirilməsi qaydasına əsasən xitam haqqında əmr ilə tanış olmaq üçün və əmək kitabçasını təhvil almaq üçün ondan ofisə yaxınlaşması xahiş olunmuşdur.
11. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xxxxxxx005X0 saylı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən Cavabdeh MMC-nin 103-A saylı, xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir.
12. X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərara əsasən İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Cavabdeh MMC-nin direktoru X3 barəsində 1000 manat inzibati cərimə növü tətbiq edilmişdir.
13. İddiaçı əmək haqqı hesabdan çıxarışına əsasən ona müəyyən aralıqlarla əmək haqqları ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh və ya MMC) qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin direktoru X1 xx.xx.2021-ci il tarixli, 103/A saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması və işə bərpa olunan günədək boşdayanmaya, əlavə iş saatlarında və qeyri-iş günlərində işlədiyinə, əmək haqqı vaxtında ödənilmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək haqqının və digər ödənişlərin hesablanaraq 34.229,8 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, işlədiyi müddətdə heç bir nöqsanı olmamış, eləcə də işi ilə bağlı hər hansı şifahi yaxud yazılı irad bildirilməmişdir. 2020-ci il iyulun 16-da şirkətin bu layihədəki işi kəskin azalmış (əsas podratçı şirkət URBN (Gilan Holding) tərəfindən ödəniş olunmadığı deyilmişdir). İşçilərin 90%-i, eləcə də iddiaçı öz hesabına ödənişsiz məzuniyyət ərizəsi yazdıraraq evə göndərilmişdir. İmzaladığı ərizədə işlərin başlanmamasının qeyrimüəyyən olması səbəbindən hansı müddət ərzində məzuniyyətə göndərilməsi göstərilməmişdir. xx.xx.2020-ci il tarixdən bu vaxta qədər boşdayanmaya görə (kütləvi şəkildə işçilərin işinin dayanmasına görə) heç bir ödəniş olunmamışdır. 2021-ci il aprelin 29-da MMC-nin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 55/33 X12 yerləşən ofisinə gələrək (Əmək Məcəlləsinin 146-cı və 169-cu maddələri ilə tənzimlənən qaydaların) kütləvi şəkildə işçilərin məzuniyyətə göndərilməsi işəgötürən tərəfindən boşdayanma sayıldığını və qanunla bu dövrün əsas məzuniyyətin 2 illik müddətindən çox olmamalı olduğunu, buna görə şirkətin iddiaçıya ödəniş etməsini xahiş etmişdir. Rəhbərliyi təmsil edən Hacıyev Əli buna görə heç bir ödənişin edilməyəcəyini demişdir. xx.xx.2021-ci il tarixdə şəxsi mailto:azeribaijani@list.ruElektron ünvan 1 p oçt adresindən bunları yazılı şəkildə əsaslandıraraq, yenidən ödənişlə bağlı Elektron ünvan 2 və GElektron ünvan 3 rəsmi ünvanlarına yazmışdır. Cavab olaraq MMC-nin insan qaynaqları mütəxəssisi Cəmilə Yusifzadə Elektron ünvan 4 adresində yazaraq iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən azad olunduğunu bildirmişdir (kağız nüsxəsi yaşayış ünvanına göndərilmişdir). İddiaçı dərhal elektron adresindən yazaraq artıq 9 aydır ki, işdə olmadığı üçün 70-ci maddənin "xxxx" bəndinə uyğun gələ biləcək hansı pozuntu yol verdiyini əsaslandırmalarını xahiş etsə də, cavab verilməmişdir. Məzuniyyət müddətinin guya 2021-ci il martın 1-də başa çatdığı göstərilsə də, hər hansı bir şəkildə mobil telefonla zəng rəsmi olaraq iş üçün istifadə etdiyi Elektron ünvan 1 poçtuna, yaxud ev ünv anına Azərpoçtla heç bir məktub gəlməmiş, iş üçün olan WP qrupuna yazılmaqla bildirilməmişdir. Beləliklə, iddiaçıya göndərilən e-mail və poçtla göndərilən məktubla bilmişdir ki, xx.xx.2021-ci il tarixində guya əmək öhdəliyi yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. MMC heç bir sübutla təsdiq olunmayan ümumi sözlərlə ifadə edərək əmək müqaviləsini ləğv etmişdir. İşəgötürən bu əsasla əmək müqaviləsini ləğv edərkən ƏM-nin 71, 79, 80, 84 və 189-cu maddələrinin tələblərinə ciddi əməl etməli idi. Həmçinin işçi ilə əmək müqaviləsini ləğv etməkdən öncə işəgötürən ondan yazılı izahat almalıdır. Lakin iddiaçıdan izahat alınmamış, izahat alınması üçün onun yaşadığı ünvana hər hansı bildiriş göndərilməmişdir. İddiaçı mediasiya qanu nvericiliyinin tələblərinə tam əməl etmişdir, lakin cavabdeh mediasiya sessiyasına gəlmədiyi üçün mediasiya baş tutmamışdır. MMC-nin iddiaçının vəkili Vəkil göndərdiyi məktubla müəyyən olunmuşdur ki, işdən azad edilməsi barədə rəsmi şəkildə iddiaçıya xx.xx.2021-ci il tarixdə çatdırılmışdır. Daha sonra iddiaçı MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Əmək Məcəlləsinə əsasən boşdayanmaya görə ödənişin məbləği orta aylıq əmək haqqının üçdə iki hissəsindən az olmamaqla hesablandıqda 2020-ci il sentyabrın 15-dən başlamaqla, ümumilikdə oktyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr aylarını əhatə etmişdir. 2020-ci il sentyabrın 15-dən (faktiki olaraq ödənişsiz məzuni yyətin başa çatdığı gündən) 2021-ci il noyabrın 1-nə qədər 6206 manat ödəniş edilməlidir. İddiaçı vergi və sosial ayırmalar olmadan 697,92 manat, vergi və sosial müdafiəyə ayırmalar çıxdıqdan sonra qalan – 643 manat x 2/3 = 428 manat olaraq götürülməklə, əmək haqqının üçdə iki hissəsi 428 manat təşkil etmişdir. 2020-ci ilin sentyabr ayından indiyə qədər bütün bu ödənişlərin ödənmədiyi üçün Əmək Məcəlləsinin 172.5 maddəsi ilə cərimə ödənilməlidir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Ümumilikdə 12.583,2 manat cərimə ödənilməlidir. Qeyri-iş və bayram günlərində işləməyə görə bu günlərin əlavə iş saatı kimi hesablanması nə ticəsində 19 ay ərzində, ümumilikdə aşkar edilmiş 13 bayram və qeyri-iş günlərinin sayı – 1 iş günü üçün ödəniş nominalının 2 misli 13 x 29,2 x 2=759,2 manat, əmək müqaviləsində göstəriləndən artıq şənbə və bazar günlərində işə görə ödənişin alınmasına 19 aydan şənbə günlərinin sayı (ayda 4 dəfə) 1 iş günü üçün ödəniş nominalının 2 misli 19 x 4 x 29,2 x 2 = 4438 manat, 19 ayda bazar günlərinin sayı (ayda 3 dəfə) 1 iş günü üçün ödəniş nominalının 2 misli 19 x 3 x 29,2 x 2 = 3328,8 manat, əmək müqaviləsində göstəriləndən artıq olan iş saatlarının əlavə iş saatı kimi hesablanması, adi iş saatlarının 2 misli götürülməklə, 19 ayda (yalnız həftə içi götürülməklə) ümumilikdə 644 saat x 3,65 manat x 2 = 4701,2 manat, 19 ay yarımlıq iş dövründə istifadə olunmamış 39 gün üçün ödənişli məzuniyyət pul unun (qeyd: 7 gün istifadə olunur) 30 gün (697 manat) 9 gün üçün (210 manat) ümumilikdə 907 manat, ümumilikdə 34.229,8 manat məbləğ cavabdehdən tutulmalıdır.
16. MMC-nin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı heç bir üzrlü səbəb olmadan xx.xx.2021-ci il tarixdən işə gəlməmiş, özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və bununla əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İddiaçının heç bir səbəb olmadan işə gəlməməsi MMC-də əmək və icra intizamının normal ahəngini pozmuş, iş prosesi dayanmış və bununla MMC-yə ziyan dəymişdir. Ona görə də, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanaraq onun bank hesabına tam şəkildə ödənilmişdir. İddia tələbinin əsassız və qanuna zidd olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
17. MMC-nin nümayəndəsi həmçinin iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmiş və göstərmişdir ki, iddiaçı iddia ərizəsinin «əmrdən şikayət vermə müddətinin keçməməsi» hissəsində qeyd etmişdir ki, «Belə ki, cavabdehin vəkilim Vəkil göndərdiyi məktubdan müəyyən olunur ki, işdən azad edilməyim barədə əmr rəsmi şəkildə mənə xx.xx.2021-ci il tarixdə çatdırılmışdır». Bununla iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş 1 təqvim aylıq iddia müddətinin ötürmədiyini qeyd etmək istəmişdir. Lakin, iddiaçıya onun işdən azad olunması haqqında məlumat xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsinin «işin faktiki halları» hissəsinin 5-ci abzasında qeyd etdiyi kimi, o, xx.xx.2021-ci il tarixində şəxsi Elektron ünvan 1 poçt adresindən MMC-nin əməkdaşlarının Elektron ünvan 2 və GElektron ünvan 3 rəsmi ünvanlarına yazılı şəkildə ödənişlə bağlı müraciət etmişdir. İddianın həmin hissəsinin 9-cu abzasında iddiaçı qeyd etmişdir ki, «beləliklə mənə göndərilən e-mail və poçtla göndərilən məktubla bildim ki, xx.xx.2021-ci il tarixdə guya əmək öhdəliyimi yerinə yetirmədiyim üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə əmək müqaviləmə xitam verilmişdir». Bununla iddiaçı təsdiq etmişdir ki, ona əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsi haqqında məlumatı olmuşdur. Həqiqətən də, iddiaçının Elektron ünvan 1 elektron ünvanına x x.xx.2021-ci il tarixdə müqavilənin xitam verilməsi haqqında MMC-nin Direktorunun Qərarı bildiriş formasında göndərilmişdir. İddiaçı özü də iddiasında qeyd etdiyi kimi, bu qərar onun həm elektron ünvanına həm də ki, poçt vasitəsilə onun qeydiyyat ünvanına göndərilmişdir. Bundan əlavə, iddiaçıya xx.xx.2021-ci il tarixdə göndərilən xx.xx.2021-ci il tarixli 15/k/21 №-li xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında bildiriş»lə iddiaçıya onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi haqda məlumat verilmişdir. Bu bildirişdən göründüyü kimi iddiaçıya onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam veriləcəyi haqda məlumat artıq aprel ayının sonunda verilmiş və sonradan MMC-nin direktorunun qərarı bildiriş forması nda göndərilərək, onun əmək haqqı kartına istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya məbləği ödənilərək son haqq-hesab aparılmış və əmək kitabçasının təhvil alınması üçün dəvət edilmişdir. Göründüyü kimi, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş 1 təqvim aylıq iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlanmış və iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2021-ci il tarixdə artıq keçmişdir və iddiaçının tələbinin MMC-nin direktoru X1 xx.xx.2021-ci 103/A saylı əmrinin ləğv edilməsi, işə bərpa olunması» hissəsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti keçməsinə görə rədd edilməlidir. İddiaçının tələbinin «işə bərpa olunan günədək boşdayanmaya, əlavə iş saatlarına və qeyri-iş günlərində işlədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək haqqının və digər ödənişlərin hesablanaraq ona ödənilməsi" hissəsi üzrə isə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş 1 illik iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Belə ki, iddiaçı SƏTƏM mütəxəssisi vəzifəsində MMC-də işləmişdir, onun tərəfindən təqdim edilən ödənişsiz məzuniyyət haqqında ərizəyə əsasən ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər ödənişsiz məzuniyyət verilmişdir. İddiaçıya verilən ödənişsiz məzuniyyətinin müddəti xx.xx.2021-ci il tarixdə başa çatmış, lakin iddiaçı işə çıxmadığına görə nə də ki, işə çıxmamasını əsaslandıran hər hansı üzrlü səbəb təqdim etmədiyinə görə onunla bağlanılan Əmək Müqaviləsinə xitam verilmişdir. Deməli, MMC-nə əmək funksiyalarını sonuncu dəfə xx.xx.2020-ci il tarixinə kimi yerinə yetirmiş və həmin tarixə kimi əmək haqqı almaq hüququ olmuşdur. xx.xx.2020-ci il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2021-ci il tarixə kimi Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş 1 illik iddia müddəti keçmişdir. Göstərilənlərə əsasən iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
18. İddiaçının vəsatəti əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/546 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə ə sasən ekspertizaya təqdim olunmuş mülki işin 159-cu vərəqində İddiaçı adından olan 15 iyul 2020-ci il tarixli ərizədə «təqvim» sözünün qarşısındakı «228» rəqəmləri - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
19. Məhkəmənin sorğusuna cavab olaraq mediator X6 tərəfindən verilmiş məktuba əsasən icraatına xx.xx.2021-ci ildə Mediasiya Şurası tərəfindən əmək mübahisəsinə ilkin mediasiya sessiyasında baxılması üçün daxil olmuşdur. Həmin iş üzrə Medasiya Şurasına müraciət internet səhifə üzərindən Elektron ünvan 5. elektron poçt vasitəsilə daxil olmuşdur. Mediasiya üçün müraciətlər xx.xx.2021-ci il tarixdən kağız formasında və ya sözügedən poçt vasitəsilə aparılmışdır. Müraciət üçün tərəflər İddiaçı (nümayəndəsi Vəkil tərəfindən müraciət edilib) və MMC olmaqla, mübahisənin pre dmeti «işə bərpa, son haqqhesabın ödənilməsi və əlavə iş saatlarının ödənilməsi» olmuşdur. İş icraatına daxil olduqdan sonra tərəfindən mediasiya işinə nömrə verilmiş (Nömrə: TY-Ə-003 həmin dövrdə sayt üzərindən şəxsi kabinet vasitəsilə iş nömrəsi almaq mümkün deyildi və işlərə tapşırığa əsasən mediatorlar tərəfindən nömrə verilirdi) və qarşı tərəfə xx.xx.2021-ci ildə mediasiyaya dəvət məktubu göndərilmişdir. Mediasiya prosesi xx.xx.2021-ci il tarixinə təyin edilmiş, eyni zamanda MMC-nin nümayəndəsi ilə telefon nömrəsi ilə əlaqə saxlanaraq mediasiya prosesi barədə ətraflı məlumat verilmişdir. Nəticədə ilkin müraciət edən tərəfin nümayəndəsi iclasda iştirak etmiş, lakin MMC ona qarşı İddiaçı tərəfindən əmək mübahisəsinə dair iddiası üzrə xx.xx.2021-ci il tarixdə, 10.00-10.30 saatlarında keç irilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Qanunvericiliyə müvafiq olaraq T.Yadigara (nümayəndəsi Vəkil) bu barədə arayış verilmişdir.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-409/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia qismən təmin edilərək, MMC-nin xx.xx.2021-ci il tarixli, 103/A saylı əmrinin ləğv edilməsi, iddiaçının MMC-də SƏTƏM mütəxəssisi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti xx.xx.2021-ci il tarixdən hesablanmaqla ona əmək haqqının ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ərizə ilə cavabdeh təşkilata müraciət edərək ona xx.xx.2 020-ci il tarixdən ödənişsiz məzuniyyətinə çıxmağa icazə verilməsini xahiş etmişdir. İddiaçı həmin ərizəni özü imzalansa da, günü müəyyən olunmamış və ərizədə «228» rəqəmləri yazmamış və onun tərəfindən günlər barədə qeydlər ona məxsus olmamışdır. Həmin hal ekspert rəyi ilə təsdiq edilmişdir. İddiaçı tərəfin həqiqətən ödənişsiz məzuniyyətə çıxmaq barəsində iradə ifadəsi real olmuş, lakin həmin müddətin son tarixi isə ekspert rəyini əsas götürməklə qeyri müəyyən qalmışdır. Göründüyü kimi qeyd olunan ərizə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş şərtlərin kobud şəkildə pozulması ilə tərtib edilmişdir.
22. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh təşkilatın iddiaçının işdən azad olunmasına əsas kimi təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizədə «228» rəqəmləri iddiaçı tər əfindən yazılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və bu ərizə iddiaçının işdən azad olunmasına əsas ola bilməz. Məhkəmə prosesi zamanı cavabdeh təşkilat tərəfindən həqiqətən iddiaçının son ödənişsiz məzuniyyət müddətinin nə zaman olması, olduğu təqdirdə bu barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsi onun bilavasitə vəzifəsi olmuş, lakin bu məlumatların ona verilməsi barədə heç bir mötəbər sübutu isə məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf prosessual və hüquq pozuntuları həyata keçirməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunsuz yolla xitam vermişdir.
23. Məhkəmə iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı işdən azad olunduğu xx.xx.2021-ci il tarixdən sonra məhkəməyə müraciət etmə zdən əvvəl qanunun yeni qəbul edilmiş müddəasına uyğun mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət etmişdir. Belə ki, mediasiyaya dəvət məktubu xx.xx.2021-ci il tarixdə işəgötürənə göndərmiş, mediasiya prosesi xx.xx.2021-ci il tarixə təyin edilmiş və eyni zamanda MMC-nin nümayəndəsi ilə telefon nömrəsi ilə əlaqə saxlanaraq mediasiya prosesi barədə ətraflı məlumat verilmiş, lakin MMC-nin nümayəndəsi xx.xx.2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, bununla əlaqədar ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə həmin tarixdə arayış tərtib edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı qanunda nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmiş, ötürülmüş müddət isə üzrlü səbəbdən baş vermişdir. Bununla da məhkəmə iddia mü ddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsinə dair MMC-nin nümayəndəsinin dəlillərini tam əsassız hesab etmişdir.
24. Məhkəmə boşdayanma üçün verilmiş iddia tələbi ilə bağlı qeyd etmişdir ki, bu halda (koronavirus pandemiyası) işə götürənin təqsirindən hər hansı bir işin dayandırılması halı baş verməmiş, yalnız tərəflərin arasında bağlanmış qarşılıqlı razılıq əsasında ödənişsiz məzuniyyət halı baş vermişdir ki, bu halda da iddiaçı tərəf hər hansı bir boşdayanmaya görə əmək haqqının ödənilməsi tələbi ilə iddiası əsassız hesab edilməklə təmin edilə bilməz.
25. Məhkəmə iddianın əlavə iş saatlarında və qeyri-iş günlərində işlədiyinə, əmək haqqı vaxtında ödənilmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək haqqının və digər ödənişlərin hesablanaraq 34.229,8 manat məbləğində pulun ona ödənilməsi hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının həqiqətən də əlavə iş saatlarında, qeyri-iş günlərində işləməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, işlədiyi təqdirdə belə bunun məcburi olması, olduğu və ya olmadığı təqdirdə onunla bu barədə rəsmi müqaviləsinin olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf yalnız “Whatsapp” yazışmalarını təqdim edə bilmişdir ki, bu da rəsmi razılaşma olmaması səbəbindən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz.
26. Məhkəmə iddiaçının məcburi iş buraxmağa görə ona əmək haqqının ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş ki, iddiaçı tərəf öz ərizəsi əsasında 15 iyul 2020-ci il tarixdən ödənişsiz məzuniyyətə buraxılmı ş, lakin qayıtma zamanı qeyri-müəyyən qaldığından və qanunvericiliyin tələbinə əsasən isə bu müddət altı aydan çox davam etməməsi məcburiliyindən iddiaçının bu tələbi qismən təmin edilməklə, yalnız altı aylıq müddət bitdikdən sonra yəni 15 yanvar 2021-ci il tarixdən məcburi iş buraxma halı baş verdiyindən əmək haqqı hesablanmaqla ona ödənilməlidir.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 70, 71, 72, 129.2, 146, 296-cı, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. İddiaçı apellyasiya şikayəti və daha sonra apellyasiya şikayətinə əlavə verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5947/2022 nömrəli mülki iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev və Rafael Eyvazov) iddiaçının apellyasiya şikayətinin təmin olunmaması, cavabdehin apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd olunması qət edilmişdir.
31. Apellyasiya instansiya məhkəməsinin mövqe yi ondan ibarət olmuşdur ki, cavabdeh təşkilatın iddiaçının işdən azad olunmasına əsas kimi təqdim etdiyi xx.xx.2020ci il tarixli ərizədə «228» rəqəmləri iddiaçı tərəfindən yazılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır və bu ərizə iddiaçının işdən azad olunmasına əsas ola bilməz. İşəgötürən MMC tərəfindən iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən vəzifədən azad olunması qanunsuz və əsassız olmuşdur.
32. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və vəkilinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək qeyd etmişdir ki, X7 Xidmətinin Bakı şəhər İdarəsində iddiaçının vediyi xx.xx.2021-ci il tarixli izahatında (i/v-56) iddiaçı bildirmişdir ki, son olaraq onun maaş kartına 405 AZN pul cavabdeh şirkət tərəfindən yüklənmişdir. Həmçinin, "xxxx" ASC-nin xx.xx.2020-xx.xx.2021ci il tarixi üzrə iddiaçının əmək haqqı hesabları ilə bağlı “Hesabdan çıxarış”a əsasən (i/v57) son olaraq iddiaçının maaş kartına 405,01 AZN pul cavabdeh şirkət tərəfindən yüklənmişdir. Apellyasiya baxışı zamanı iddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixində ona göndərilən e-mail və poçtla göndərilən məktubla bilmişdir ki, xx.xx.2021-ci il tarixdə guya əmək öhdəliyini yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə əmək müqaviləmə xitam verilmişdir. Səhəri günü yəni xx.xx.2021-ci il tarixdə bilmişdir ki, son haqq-hesab olaraq iddiaçının maaş kartına 405,01 AZN pul cavabdeh şirkət tərəfindən yüklənmişdir. B eləliklə, mediasiyaya dəvət məktubu xx.xx.2021-ci il tarixdə işəgötürənə göndərilmiş, mediasiya prosesi xx.xx.2021-ci il tarixə təyin edilmiş və eyni zamanda MMC-nin nümayəndəsi ilə telefon nömrəsi ilə əlaqə saxlanaraq mediasiya prosesi barədə ətraflı məlumat verilmiş, lakin MMC-nin nümayəndəsi xx.xx.2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, bununla əlaqədar ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə həmin tarixdə arayış tərtib edilmişdir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün onunla son haqq-hesab aparıldığını bildiyi gün, yəni 5 may 2021-ci il tarixi olmuşdur. İddiaçı xx.xx.2021-ci il ta rixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "xxxx" bəndi ilə onunla əmək müqaviləsinə xitam verildiyini və səhəri günü, yəni xx.xx.2021-ci il tarixdə isə son haqq-hesab olaraq iddiaçının maaş kartına 405,01 AZN pul cavabdeh şirkət tərəfindən yükləndiyini bildiyi halda, Mediasiya Şurasına xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. İddiaçı qanunda nəzərdə tutulmuş iddia müddət ərzində Mediasiya Şurasına, bununla da bağlı məhkəməyə müraciət etməmiş, ötürülmüş müddətin isə üzrlü səbəbdən baş verməsi üçün hallar müəyyən olunmamışdır.
34. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndində nəzərdə tutulan üzrlü hallar müəyyən olunmamışdır.
35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsin in 11, 70, 71, 72, 129.2, 146, 294, 296-cı, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 2021-ci il 30 iyul tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Şikayət onunla əsaslandırılmışdır ki, X7 Xidmətinin Bakı şəhər İdarəsi iddiaçının işdən azad edildiyi xx.xx.2021-ci il tarixdən 3 gün sonra x x.xx.2021-ci il tarixdə azad edilmə əmrinin ləğv edilməsi müraciətinin araşdırılmasının onun səlahiyyətinə aid olmaması və məhkəməyə müraciət edilməsi barədə vaxtında iddiaçıya məlumat verməmişdir. Halbuki mövcud qanunvericiliyə əsasən X7 Xidməti işçinin hüquqlarının qorunması baxımından vaxtında iddiaçıya məlumat verməli idi ki, sonuncu məhkəməyə müraciət etsin. Lakin müfəttişlik belə bir məlumatı yalnız iddiaçı Prezident Adminstrasiyasına şikayət etdikdən sonra ona vermişdir. Belə ki, xx.xx.2021-ci ildə X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya məktub göndərilmişdir. Məktubun sonunda iddiaçının məhkəməyə müraciət etmək hüququnun olduğu vurğulanmışdır.
38. Kassator qeyd etmişdir ki, mediator tərəfindən mediasiyaya dəvət məktubu xx.xx.2021-ci ildə tarixində MMC-yə göndərilmiş v ə cəmiyyətin nümayəndəsi ilə əlaqə saxlanaraq məlumat verilmiş, lakin ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və bu barədə arayış tərtib edilmişdir. xx.xx.2021-ci ildə nəhayət MMC iddiaçı ilə bağlanmış müqaviləyə xitam verilməsi barədə əmrin, aktların, təqdimatların və komissiya protokollarının sürətlərini iddiaçının nümayəndəsinə göndərmişdir. Beləliklə müqaviləyə xitam verilməsi barədə əmrin sürətini aldıqdan sonra iddiaçının işdən çıxarılmasının əsasları tam müəyyən edilmiş və tələb olunan sənədlər iddia ərizəsinə əlavə olunaraq məhkəməyə göndərilmişdir.
39. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, “Məhkəmə Kollegiyası əlavə olaraq onu da qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndində nəzərdə tutulan üzrlü hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296cı maddəsinin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər”. (bax: 116-117-cı bəndlər). Lakin iddiaçı hüquqlarının pozulduğunu öyrəndiyi ilk vaxtdan X7 Xidmətinə işdən azad edilmə barədə əmrin ləğv edilməsi məqsədilə müraciət etmiş və iddia müddətinin axımından xəbərsiz şəkildə bu orqan tərəfindən aparılan araşdırmaların nəticələnməsini gözləmişdir. Həmin orqan isə vaxtında ona işdən azad edilmə əmrinin ləğv edilməsi barədə səlahiyyətinin olmamasını məlumat verməmiş və bu barədə yalnız 23 iyul 2022-ci il tarixdə məlumat vermişdir. Belə olan halda iddiaçının iddia müddətindən xəbəri olmamış və mediatora müraciət etməli oluğunu bilməmişdir.
40. Kassator qeyd etmişdir ki, nə X7 Xidməti, nə də cavabdeh hansı əsasla və nə üçün işdən azad edilməsi barədə əmri və onun verilməsinə səbəb olan sənədləri həm iddiaçı tərəfindən, həm də vəkil tərəfindən tələb olunmasına baxmayaraq, vaxtında təqdim etməmişlər. Bununla da iddiaçının iddia müddətini ötürməməsi, ötürmüşdürsə, üzrlü səbəbdən ötürməsi müəyyən edilir.
41. Kassator əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən verilən vəsatətlər məhkəmə kollegiyası tərəfindən müzakirə edilməmişdir.
42. Kassator şikayətini Azərbaycan Re spublikası Əmək Məcəlləsinin 71, 80, 129.2, 146.2, 294-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22, 88, 377-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. MMC kassasiya şikayətinə etiraz edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
44. Maddə 11.1 «b». Əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.
45. Maddə 70 "xxxx". Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadal anan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.
46. Maddə
71. Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
47. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb ol madan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni m ənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
48. Maddə 129.2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
49. Maddə 146.2 İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilmə zdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.
50. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
51. Maddə 294.2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.
52. Maddə 294.5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisə ləri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
53. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
54. Maddə 296.2. Bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
55. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (ki tabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür.
56. Maddə 296.5. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən–iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər.
57. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu
58. Maddə 35.1. Me diasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair “2021-ci il 30 iyul tarixli Qərarı
59. Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll e dilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Yuxarıda qeyd olunduğu kimi, qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəz ərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir. Belə ki, Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 417. 1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən ape llyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
71. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
72. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5947/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.