Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1017/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.09.2018-ci il tarixli 2(107)1878/2018 saylı qətnaməsindən iş üzrə üçüncü şəxslər X1, X4 və X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.H.Məmmədov, iş № 2(033)-346/2018) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İda rəsinə və üçüncü şəxslər X1, X4 və X2 qarşı torpağa mülkiyyət hüququ barədə şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilərək torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə İddiaçı qanuni istifadəsində olan N kəndində yerləşən 1948 (1950)-ci ildə inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi 0,30 ha torpaq sahəsinin naturada yerləşmə koordinatlarına münasibətdə, yəni yaşayış evinin yerləşdiyi yola yaxın hissədə etibarsız hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.F.Quliyev, Ə.T.Məcidov və M.A.Əsədli) üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala rayon məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi onlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin hal ları: Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə Zaqatala rayonunun Əli Bayramlı kəndində yerləşən 0,12 ha, 0,15 ha və 0,47 ha həyətyanı torpaq sahələri iş üzrə üçüncü şəxslərin istifadələrinə verilmiş və bununla əlaqədar 2006-cı ildə onların adına torpaqların mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. 2018-ci ilin yanvar ayında İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və üçüncü şəxslərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin torpaq sahəsinin (0,30 ha) mərhum atasına məxsus olmaqla onun qanuni istifadəsində olmasını, həmin torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətinə verilməsinin qanunsuz olmasını əsas göstərməklə onların adlarına verilmiş şəhadətnamələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə üçüncü şəxslər kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs N və onun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı və onun vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Zaqatala rayonunun Qarqay kəndində yerləşən 0,30 hektar ölçüdə torpaq sahəsi və həmin torpaq sahəsində 1948-ci ildə inşa edilmiş üç otaqlı yaşayış evi kənd təsərrüfat başına kitablarına görə iddiaçının atası Hazman Hazmanova məxsus olmuş, iddiaçının qardaşı Telman Hazmanov ailəsi ilə həmin təsərrüfatdan ayrılaraq müstəqil təsərrüfatı olmuş, iddiaçı isə atasının ölümündən sonra da həmin təsərrüfatda qalaraq evin altında o lan 0,30 ha torpaq sahəsindən istifadə etmişdir. Lakin torpaq islahatı zamanı iddiaçının atasından qalmış evin altında yerləşən 0,30 ha torpaq sahəsi qanunsuz olaraq üçüncü şəxslərin mülkiyyətinə verilmişdir. Nəticədə mübahisələndirilən 0,47 ha torpaq sahəsi üçüncü şəxslərin, 3 otaqlı fərdi yaşayış evi isə iddiaçının mülkiyyətindədir. İşin həmin halı 06 noyabr 2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla təsdiq olunur (səh.90). Həmin Çıxarış isə heç kim tərəfindən mübahisələndirilməməklə qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İşin müəyyən olunmuş hallarına əsaslanıb iddianın qismən təmin olunmasını əsaslı sayarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 33, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsaslanmışdır. Kollegiya hesab edir ki, məhkəmənin müəyyən etdiyi hallar və istinad etdiyi maddi hüquq normaları mübahisənin göstərilən qaydada həlli üçün əsas verdiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassas iya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 24 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. ləfov
Məhkəmə qərarları › İş №2(102)-1017/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1017/2019
06.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver