Məhkəmə qərarları › İş №2(102)-1017/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1017/2025

16.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1017/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Göyçay rayonu Potu Bələdiyyəsinə̇ qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Mülkiyyət hüququ-daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi- Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının aktının etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Göyçay rayonu Potu Bələdiyyəsinə̇ qarşı Göyçay rayonu Potu Bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş baş planından çıxarışın və yerquruluş u layihəsindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1189/2024 nömrəli, 4 dekabr 2024cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X8 mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, bununla bağlı «noyabr 2003-cü il» tarixli JN502F nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə hazırlanmışdır.

2. X13 həmin torpaq sahəsini xx.xx.2005-ci il tarixli müqavilə əsasında X1 və həmin alqı-satqı müqaviləsi əsasında onun mülkiyyət hüququ dövlət qeydi yyatına alınaraq, adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir.

3. X2 torpaq sahəsini xx.xx.2008-ci il tarixli müqavilə əsasında təmsil etdiyi şəxsə satmışdır. Təmsil etdiyi şəxs, Göyçay rayonu Potu kəndində yaşayan X3 23 iyun 2008-ci il tarixdə DƏDRX-nin 16 sayl, Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa və plan-ölçüyə əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha torpaq sahəsini 16550 manat ödəməklə alqı-satqı müqaviləsinə əsasən almışdır.

4. Həmin alqı-satqı müqaviləsi 23 jyun 2008-ci il tarixdə Ucar rayon Dövlət Notariat Kontorunun Dövlət Notariusu E.Ə Cəlalov tərəfindən imzalanaraq təsdiq edilmişdir.

5. Həmin torpaq sahəsi üzərində mülki yyət hüququnun dövlət qeydiyyatına alınması üçün DƏDRX-nin 16 saylı Ərazi idarəsinə müraciət etmişdir. Lakin, sonuncu Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mübahisəli halların olduğunu əsas gətirərək, 31 iyul 2015-ci il tarixli, **********54 nömrəli məktubla mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina etmişdir.

6. Təmsil etdiyi şəxs hüququnun əsassız olaraq qeydə alınmamasından narazı qalaraq cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «23 iyun 2008-ci il tarixdə notariat qaydada alqı-satqı müqaviləsi yolu ilə əldə etdiyi Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 saylı qərarına əsasən «23 iyun 2008-ci il tarixdə notariat qaydada alqısatqı müqaviləsi yolu ilə əldə etdiyi Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi təmin edilmiş, iddiaçı X15 23 iyun 2008-ci il tarixdə notariat qaydada alqı-satqı müqaviləsi yolu ilə əldə etdiyi, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması v ə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

8. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-3/2021 saylı qərarına əsasən üçüncü şəxs İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin nümayəndəsi Vəkil Şəki İnzibati-İqsitadi Məhkəməsinin 2-1(84)-477/2017 nömrəli iş üzrə 18 may 2017-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər Göyçay Rayon Potu Bələdiyyəsi və İddi açı qarşı “Göyçay Rayon Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən ona satılmış və daşınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə Göyçay Rayon Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçı Cavabdeh2 satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində da şınmaz əmlakın dövlət reyestrindən RX-0774497 nömrəli çıxarışa əsasən üçüncü şəxs İddiaçı adına aparılmış mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 18 may 2017-ci il tarixli 2-1(84)477/2017 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-909/2021 saylı qərarına əsasən üçüncü şəxs İddiaçı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarından verdiyi kassasiya şikayəti təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əvvəllər Göyçay rayonu Potu Bələdiy yə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxemindən çıxarışın və hazırkı bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarışın etibarsız hesab olunmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X8 mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, bununla bağlı «noyabr 2003-cü il» tarixli JN502F nömrəli (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə hazırlanmışdır. X13 həmin torpaq sahəsini xx.xx.2005-ci il tarixli müqavilə əsasında X1 və həmin alqı-satqı müqaviləsi əsasında onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, adına çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. X7 isə sözügedən torpaq sahə sini xx.xx.2008-ci il tarixli müqavilə əsasında təmsil etdiyi şəxsə satmışdır. Təmsil etdiyi şəxs, Göyçay rayonu Potu kəndində yaşayan X3 23 iyun 2008-ci il tarixdə DƏDRX-nin 16 sayl, Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa və plan-ölçüyə əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha torpaq sahəsini 16550 manat ödəməklə alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin alqı-satqı müqaviləsi 23 jyun 2008-ci il tarixdə Ucar rayon Dövlət Notariat Kontorunun Dövlət Notariusu E.Ə Cəlalov tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün DƏDRX-nin 16 saylı Ərazi idarəsinə müraciət etmişdir. Lakin, s onuncu Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mübahisəli halların olduğunu əsas gətirərək, 31 iyul 2015-ci il tarixli, **********54 nömrəli məktubla mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Təmsil etdiyi şəxs hüququnun əsassız olaraq qeydə alınmamasından narazı qalaraq cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «23 iyun 2008-ci il tarixdə notariat qaydada alqı-satqı müqaviləsi yolu ilə əldə etdiyi Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini m əhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli, 2-1 (84)-772/2015 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İcraata cəlb olunmuş Cavabdeh2 müraciəti əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərardadı ilə yeni açılmış hallarla bağlı icraat təzələnmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1 (84)-772/2015 nömrəli qərardadından təmsil etdiyi şəxsin verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1 (107)-94/2016 nömrəli qərardadı ilə təmin edilməmişdir. Məcbur qalıb, Ali Məhkəməyə kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixil qərardadının ləğv edilməsini xahiş etmişdir. Əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxemindən çıxarış və hazırki balədiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarış hüquqlarını pozmaqla bərabər həm də, qanunsuz olaraq verilmişdir. Belə ki, eyni torpaq sahəsinə verilməsi iddia olunan əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş planından çıxarış və hazırki bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu lay ihəsindən çıxarış əvvəllər bələdiyyə sədri işləmiş X14 tərəfindən imzalanmış torpaq sahəsindən planından adi gözlə görünəcək dərəcədə kəskin şəkildə fərqlənir. Əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev və hazırki bələdiyyə sədri Nümayəndə2 Cavabdeh2 torpaq sahəsini satılması iddia olunan dövrdə nə bələdiyyə sədri işləmiş, nə də bələdiyyə üzvü olmuşdur. Bu halı Mərkəzi Seçki Komissiyasının 88 saylı X16 dairə seçki komissiyasının xx.xx.2023-cü il tarixli,04 saylı məktubu təsdiq edir. Bu hal isə əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxemindən çıxarışın və hazırki bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarışın ona satılan torpaq sahəsində başqa şəxs tərəfindən inşa olunmuş qanunsuz tikilinin sökülməsinə və məhkəm ədə hüquqlarını müdafiə etməyinə və hüququnun dövlət qeydiyyatına alınmasına, həmçinin Şəki İnzibati-İqtisad Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli,2-1(84)-772/2015 saylı qərarının icrasına maneə yaratmaq üçün qanunsuz olaraq verildiyini təsdiq edir. Hüquqları pozulduğu üçün əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxemindən və hazırki bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarışın etibarsızlığı ilə bağlı tədbir görməyi barədə Potu Bələdiyyəsinə müracət etmişdir. Lakin cavabdeh ərizənin icrasından imtina etdiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X8 mülkiyyətinə 0,11 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə adına JN502F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Rövşən Zakirov həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən xx.xx.2005-ci il tarixdə X6, sonuncu isə həmin torpaq sahəsini xx.xx.2008-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Təmsil etdiyi şəxs Cavabdeh2 müraciəti əsasında ona Göyçay rayon Potu bələdiyyəsinin 10 mart 2007-ci il tarixli 06 saylı qərarı ilə həmin vaxt qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq fərdi yaşayış evi tikmək üçün 0,11 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin satılması ilə əlaqədar həmin vaxt mövcud olmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xərit əçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin mütəxəssisi və digər məsul şəxslərin iştirakı ilə cavabdeh satılması nəzərdə tutulan 0,11 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin satılması barədə rəy verilmiş, tələb olunan vəsait cavabdeh tərəfindən bələdiyyənin hesabına köçürülmüş, torpaq alqı-satqısı barədə akt tərtib edilmiş və alqı- satqı aktı imzalandıqdan və möhürlə təsdiq edildikdən sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsində qeydiyyata alınmışdır. Cavabdeh həmin torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirməklə torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə başlamışdır. Hazırki iş üzrə cavabdeh həmin torpaq sahəsini və üzərində inşa etdirdiyi fərdi yaşayış evini mülkiyyət hüququ əsasında adına qeydiyyata alınması üçün tələb olunan sənədlərlə birlikdə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsinin qeydə alınması ilə əlaqədar aparılmış araşdırılmalar zamanı məlum olmuşdur ki, cavabdehin qanuni əsaslarla əldə etdiyi və qanuni istifadəsində olan həmin 0,11 ha həyətyanı torpaq sahəsi üzərində başqasının, yəni hazırki iş üzrə İddiaçı mülkiyyət hüququ əsasında adına qeydiyyata alınmışdır. Ona görə də həmin torpağın mülkiyyət hüququ əsasında cavabdehin adına qeydiyyata alınmasından imtina edilmişdir. Bundan sonra cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən hazırki iş üzrə İddiaçı adına verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini xahiş etmişdir. Şəki İnzibati - İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli,21(84)-477/2017 saylı qərarı ilə iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayon Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 6 saylı qərarı ilə Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçı Cavabdeh2 satılmış, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyəti kimi göstərilmiş 0,11 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun ləğv edilməsi öhdəliyinin qo yulması qərara alınmışdır. İddiaçı qərardan verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-3/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(84)-477/2017 saylı qərarı dəyişdirilmiş, cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay rayon Potu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 6 saylı qərarına əsasən Göyçay rayonu Potu kəndinin ərazisindən iddiaçı Cavabdeh2 satılmış 0,11 ha həyətyanı torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı adına aparılmış mülkiyyət hüququ qeydiyyatının ləğv edilməsi öhdəliyi nin qoyulması, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli,2-1(84)- 477/2017 saylı qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi qərarını bununla əsaslandırmışdır ki, cavabdeh olan inzibati orqan daha əvvəl iddiaçı Cavabdeh2 bələdiyyə tərəfindən qanuni olaraq ayrıldığını özü təsdiq etdiyi və hüdudlarında fərdi yaşayış evi olan torpaq sahəsi üzərində başqa şəxsin- İddiaçı mülkiyyət hüququnu qeydiyyata almaqda səhvə yol vermişdir. Belə ki, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı mülkiyyət hüququnun məhz həmin torpaq sahəsinin üzərində qeydiyyata alınması öhdəliyi qoyulmamışdır. İnzibati orqan məhkəmənin qərarını düzgün icra etməmiş, nəticədə yeni məhkəmə mübahisəsi nə şərait yaratmışdır. Bundan başqa, mübahisəli torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması ilə iddiaçı Cavabdeh2 həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları, habelə gözlənilən (qanuni gözləntiyə əsaslanan) mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qərarını iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 10/1936 saylı ekspertiza rəyinə əsaslandırmışdır. Həmin rəylə müəyyən edilmişdir ki, Cavabdeh2 satılmış torpaq sahəsinin koordinatları X4 mülkiyyətində olmuş (sonradan İddiaçıyı satılmış) torpaq sahələri ilə üstüstə düşmür. Lakin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin 16 saylı Ərazi İdarəsi tərəfindən Göyçay rayonu Potu kəndində yerləşən Cavabdeh2 adına verilmiş 0,11 ha həy ətyanı torpaq sahəsində Daşınmaz əmlakın texniki vəziyyətinin əks etdirən müayinə Aktında qeyd edilən torpaq sahəsinin koordinatı mübahisəli olan və İddiaçı adına qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh inzibati orqan Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 saylı qərarına əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydiyyata alarkən notarial qaydada təsdiq edilmiş müqavilə və JN-502F saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında sahənin döngə nöqtələrinin koordinatlarının müəyyən edildiyini bildirsə də, əslində cavabdeh inzibati orqan şəhadətnamədə göstərilən koordinatlara uyğun olmayaraq bələdiyyə qərarı ilə Cavabdeh2 satılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirmişdir ki, bununla da həmin torpaq sahəsi üzərində E. Məlikovanın torpağa olan hüquqlarını pozaraq digər şəxsin adına əsassız qeydiyyatı həyata keçirmişdir. Şəki İnzibati Məhkəməsinin qeyd edilən qərarından narazı qalan İddiaçı və vəkili qərardan kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 21(102)-909/2021- ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayət təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-3/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının mövqeyi belə olmuşdur ki, Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən iddiaçıya 0,11 hektar həyətyanı torpaq sahəsi satılmışdır. Bundan sonra iddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək istəmiş, bu istəklə bağlı cavabdeh İdarəyə müraciət etmiş, lakin həmin inzibati orqan sözügedən torpaq sahəsi üzərində artıq başqasının, yəni üçüncü şəxsin mülkiyyət hüququnun rəsmiləşdirildiyini (həmin şəxsin adına müvafiq Çıxarışın verildiyini) göstərməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla yanaşı müəyyən olunmuşdur ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Rövşən Zakirovun mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, o həmin torpaq sahəsini xx.xx.2005-ci il tarixli müqavilə əsasında Qətibə Talıbovaya, sonuncu isə sözügedən torpaq sahəsini xx.xx.2008-ci il tarixli müqavilə əsasında hazırkı iş üzrə üçüncü şəxsə satmışdır. Həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğu üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi üçüncü şəxsin hüquqlarını qeydə almaqdan imtina etmiş və bu səbəbdən sonuncu cavabdeh olaraq həmin orqana qarşı 0,11 ha torpaq sahəsinin qeydə alınması üçün Şəki İnzibatiİqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015- ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı ilə üçüncü şəxsin 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuş, həmin qərar əsasında üçüncü şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX0774497 saylı çıxarış və A-030056 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı həmin çıxarışla üçüncü şəxsin adına qeydiyyata alınmış torpaq sahəsinin Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına əsasən ona satılmış torpaq sahəsi olmasına istinad edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi ilə üçüncü şəxsin adına dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin üstüstə düşüb-düşmədiyini müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş, həm iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 10/1936 nömrəli ekspert rəyindən, həm də xx.xx.2020-ci il tarixli 07/086 nömrəli mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, iddiaçıya satılmış torpaq sahəsinin koordinatları Qətibə Talıbovanın mülkiyyətində olmuş (sonradan üçüncü şəxsə satılmış) torpaq sahələri ilə üstüstə düşmür. Lakin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin 16 saylı ərazi idarəsi tərəfindən Göyçay rayonu Potu kəndində yerləşən iddiaçı Cavabdeh2 adına verilmiş 0,11 ha. həyətyanı torpaq sahəsində Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə Aktında qeyd edilən torpaq sahəsinin koordinatı mübahisəli olan və üçüncü şəxsin adına qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan Şəki İnzib ati-İqtisadi Məhkəməsinin xx.xx.2015- ci il tarixli, 2-1(84)-772/2015 nömrəli qərarına əsasən mübahisə predmeti olan torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnu qeydiyyata alarkən notarial qaydada təsdiq edilmiş müqavilə və JN-502F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında sahənin döngə nöqtələrinin koordinatlarının müəyyən edildiyini bildirsə də, əslində cavabdeh inzibati orqan şəhadətnamədə göstərilən koordinatlara uyğun olmayaraq bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirmişdir ki, bununla da həmin torpaq sahəsi üzərində iddiaçının torpağa olan hüquqlarını pozaraq digər şəxsin adına əsassız qeydiyyat həyata keçirmişdir. Cavabdeh inzibati orqanın bu hərəkəti hazırkı qərarın 38-ci bəndi ndə göstərilən normanın pozuntusudur. Belə ki, normanın tələbinə görə yalnız həmin maddədə göstərilən əsaslar olduğu təqdirdə şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alına bilər. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarından isə müəyyən olunur ki, üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi xx.xx.2008- ci il tarixli müqavilə qeyd edilsə də, üzərində mülkiyyət hüquqları qeydə alınan torpaq sahəsinin koordinatları həmin müqavilə ilə üçüncü şəxsə satılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Göründüyü kimi, cavabdeh orqan müqavilə ilə üçüncü şəxsə satılmış torpaq sahəsini onun adına dövlət reyestrində qeydiyyata alarkən səhvə yol vermiş, müqavilə ilə üçüncü şəxsə satılmış torpaq sahəsini yox, başqa torpaq sahəsini, yəni Cavabdeh2 satılmış 0,11 ha torpaq sahəsini onun adına qeydiyyata almışdır. Halbuki, cavabdeh inzibati orqan hazırkı qərarın 37-39-cu bəndlərində göstərilən maddələrin tələbinə görə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin olub-olmadığını müəyyən etməli, dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etməlidir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın hazırkı qərarın 37-39-cu bəndlərində göstərilən vəzifələrini tam icra etməməsi işə apellyasiya instansiyası məhkəməsində baxılarkən öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh inzibati orqan Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)- 772/2015 nömrəli qərarının icrasında səhvə yol verərək torpaq sahəsi üzərində iddiaçının torpağa olan hüquqlarını pozaraq digər şəxsin adına əsassız qeydiyyat həyata keçirmişdir. Mübahisə predmetini təşkil edən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hazırkı qərarın 38-ci bəndində göstərilən əsaslardan hər hansı birinin mövcudluğu iş materialları ilə təsdiq olunmur. Ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsi barədə qərar qəbul etmişdir. Üçüncü şəxsin (İddiaçı) kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixl i, 21(107)-3/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. (qərarlar elektron kabinet vasitəsi ilə işə əlavə olunur). Məhkəmə məlum qərar qəbul etmişdir. Yuxarıda qeyd edilən işin faktiki hallarından, eləcə də apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarlarından aydın olur ki, iş üzrə cavabdeh Göyçay rayon Potu bələdiyyəsi tərəfindən Cavabdeh2 fərdi yaşayış evinin tikintisi üçün Potu kəndi ərazisindən 0,11 ha həyətyanı torpaq sahəsi həmin vaxt qüvvədə olmuş qanunvericilik aktalarının tələblərinə tam əməl edilməklə verilmiş, torpaq sahəsi satılarkən heç bir qanun pozuntusuna yol verilməmiş, 0,11 ha həyətyanı torpaq sahəsinin Cavabdeh2 qanuni əsaslarla verilməsi qeyd edilən məhkəmələrin qərarı ilə öz təsdiqini tapmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nda təqdid edilən sənədlərlə, eyni zamanda ekspert rəyi ilə müəyyən edilmişdir ki, Göyçay Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə X8 mülkiyyətinə verilmiş 0,11 ha həyətyanı torpaq sahəsi və onun tərəfindən Qətibə Talıbovaya satılmış 0,11 ha torpaq sahələri ilə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmış 0,11 ha torpaq sahələrinin koordinatları üstüstə düşmür, həmin torpaq sahəsi qanuni yolla Cavabdeh2 satılmış torpaq sahəsi ilə üstüstə düşür. Yəni iddiaçının adına qeydiyyata alınmış torpaq sahəsi Qətibə Talıbova tərəfindən ona satılmış torpaq sahəsi deyil, Cavabdeh2 satılmış torpaq sahəsidir. İddiaçının iddia ərizəsində Cavabdeh2 qanuni yolla satılmış 0,11 ha həyətyanı torpaq sahəsinə münasibətdə Göyçay rayon Potu bələdiyyəsinin baş planından çıxarışı n və digər sənədlərin etibarsız hesab edilməsini mübahisələndirsə də, baş planından və yerquruluşu layihəsindən çıxarışların və digər sənədlərin etibarsız hesab edilməsini təsdiq edən mötəbər sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. Cavabdeh2 0,11 ha torpaq sahəsinin qanuni əsaslarla verilməsi və bunun əsasını təşkil edən sənədlər məhkəmələr tərəfindən qanuni hesab edildiyindən iddiaçının iddia ərizəsinin əsasını təşkil edən sənədlər sübut növü kimi qəbul edilə bilməz. Cavabdeh2 0,11 ha torpaq sahəsinin qanuni yolla satılmasına və bununla əlaqədar tərtib edilmiş sənədlərə artıq digər məhkəmələr tərəfindən qərarla hüquqi qiymət verildiyindən və məhkəmənin həmin qərarları qüvvədə olduğundan təkrar mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 233.3-cü maddəsini n tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər Yuxarda göstərilən işin hallarından görünür ki, iddiaçı iddia tələbinin predmetini dəyişməklə yeni məhkəmə mübahisəsi irəli sürsə də iddia tələbinin əsasını və mübahisənin predmetini Qətibə Talıbovadan aldığı torpaq sahəsi yox, cavabdehin qanuni əsaslarla əldə etdiyi və qanuni istifadəsində olan 0,11 ha torpaq sahəsi təşkil edir ki, buna da artıq digər məhkəmələrin qanuni qüvvəsini almış qərarlarında hüququ qiymət verilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən t ələblərinə görə hesab edir ki, iddiaçının mübahisələndirdiyi hallara digər məhkəmələr tərəfindən artıq hüquqi qiymət verildiyindən iddiaçının cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir subyektiv hüququ əsasları yoxdur. Ona görə də yuxarıda göstərdiklərini və iddia ərizəsinə qarşı etirazın əsaslarını təşkil edən sübutları nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh2 və Göyçay rayon Potu bələdiyyısinə qarşı “Göyçay rayonu Potu bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş Göyçay rayonu Potu Bələdiyyəsinin baş planından çıxarış və digər sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında cavabdeh Göyçay rayonu Potu Bələdiyyəsinin sədri Nümayəndə2 iddianı etiraf etməmiş, izahat verərək bildirmişdir ki, Cavabdeh2 satılmış torpaq sahəsinin layihəsinə əsasən əvvəlki bələdiyyə sədri Eldar Babayevin həmin torpaq sahəsinə aid verdiyi yerquruluşu layihəsindən çıxarış Potu bələdiyyəsinin arxiv sənədlərinin içərisində yoxdur. Həmin planın hansı koordinatlar əsasında verilməsinə dair heç bir məlumatları yoxdur. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasında mütəxəssis Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin yerquruluşunun təşkili şöbəsinin müdiri Nazim İbrahimov izahat verərək bildirmişdir ki, onlara verilən sualları sxemlə müəyyən edilməsi mümk ün deyildir. İşlə bağlı hazıda 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Şəki İnzibatiİqtisadi Məhkəməsində İddiaçı adına çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Halhazırda bununla bağlı iş gedir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/226 saylı ekspert rəyinə əsasən Göyçay rayonu Potu Bələdiyyəsinin sədri E.Babayev tərəfindən təsdiqlənmiş sxemdə göstərilən 1310B nömrəli kontur kimi qeyd olunan torpaq sahəsi ilə Göyçay rayonu Potu bələdiyyəsinin sədri A.Seyidov və ləğv edilmiş Dövlət Torpaq və Xəritəşəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən təsdiqlənmiş sxemdə koordinatlar və istinad nöqtəsi mövcud olmadığı üçün planların eynilik təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Göyçay rayonu Potu Bələdiy yəsinin sədri E.Babayev tərəfindən təsdiqlənmiş sxemdə göstərilən 1310B nömrəli kontur kimi qeyd olunan torpaq sahəsində koordinatlar mövcud olmadığı üçün üst-üstə düşmə halını müəyyən etmək mümkün olmamışdır. xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli çıxarışla İddiaçı adına qeydiyyata alınmış (xx.xx.2015-ci ildə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlara əsasən) 0,11 ha torpaq sahəsi ilə xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli çıxarışla X4 adına qeydiyyata alınmış (1206.2008-ci il tarixli AA 001094 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi) 0,11 ha torpaq sahəsinin 0, 01 ha hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir.

16. Göyçay Rayon Məhkəməsinin xx.xx.20 24-cü il tarixli, e-2(046)-88/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Göyçay rayonu Potu Bələdıyyəsinə qarşı Göyçay rayonu Potu Bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş baş planından çıxarışın və yerquruluşu layihəsindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, İddiaçı 100 manat ekspertiza xərcinin alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir.

17. Məhkəmə nəzərə almışdır ki, etibarsızlığı tələb edilən Göyçay rayonu Potu Bələdiyyəsinin baş planından çıxarış və yerquruluşu layihəsindən çıxarış yekun inzibati aktın qəbul edilməsinə (Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarının) yardım edən texniki sənədlər olmaqla birgə yoxlanılaraq qanuni qüvvəd ə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2-1 (107)-3/2021 nömrəli qərarı ilə hüquqi qiymət verilmişdir.

18. Məhkəmə Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilmir tələbini nəzərə alıb, hesab etmişdir ki, Cavabdeh2 0,11 hektar həyətyanı torpaq sahəsinin satılması barədə Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarına və qərarın qəbul edilməsi ilə əlaqədar istinad olunan sənədlərə (baş planından və yerquruluşu layihəsindən çıxarış) hüquqi qiymət qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli,21(107)-3/2021 nömrəli qərarı ilə verildiyindən, hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı iddiası təmin olunmamalı, iddia təmin olunmadığından məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 140, 146.1, 149.2, 152.1, 152.5, 178.1, 337.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına, “Seymur” X5 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 dekabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublik asının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 aprel 2021-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1 və 82.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

21. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-88/2024 saylı qətnaməsini qanunsuz və ədalətsiz hesab edir.

22. Hazırda mübahisələndirdiyi qanunsuz və əsassız verilmiş yerquruluşu sənədləri Şəki İnzibati-İqtisadi M əhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarının və qərardadının icrasına maneə yaradır. Məhkəmə iclaslarında dəfələrlə qeyd olunmasına baxmayaraq, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Təqdim edilən sübutlara ədalətsiz və laqeyd yanaşılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2-1 (107)-3/2021 nömrəli qərarına istinad etməklə iddia tələbinin rədd edilməsi əslində məhkəmə tərəfindən işə qərəzlə yanaşılmasını bir daha sübut edir. Onsuz da, bələdiyyə sədri sənədin qanunsuz verilməsini etiraf etmişdi. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarında Nümayəndə2 və Eldar Babayev tərəfindən verilmiş sxemlərin qanuni əsaslarla verilib-verilməməsi mübahisələndirilməyib. Yəni, həmin texniki sənədlərin qanu ni əsaslarla verilib-verilməməsi tərəfindən ilk dəfə mübahisələndirilir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarı ilə məsələ həllin tapmış olsaydı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarı və qərardadı DƏDKRPHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən icra olunardı. Açıq-aşkar şəkildə görünür ki, Şəki İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarını ləğv elətdirmək üçün X14 tərəfindən imzalanmış torpaq sahəsinin planının həmin əraziyə düşmədiyini bilən cavabdehlər qanunsuz olaraq, digər texniki “sənədləri” əldə etmişlər.

23. Mərkəzi Seçki Komissiyasının 88 saylı X16 dairə seçki komissiyasının xx.xx.2023cü il tarixli, 04 saylı məktubundan da məlum old uğu kimi Eldar Babayev və Nümayəndə2 2007-ci ildə nə bələdiyyə üzvü, nə də, bələdiyyə sədri olmamışdır. Belə olan halda məhkəmənin Eldar Babayev və Nümayəndə2 tərəfindən təsdiq edilən yerquruluşu sənədlərinin Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarının qəbul edilməsinə yardım edən texniki sənəd olması qənaətinə gəlməsinin heç bir hüquqi əsası yoxdur.

24. Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2-1(107)- 3/2021 nömrəli qərarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edəcəkdisə, 10 dəfə məhkəmə iclası keçirməyə, mütəxəssis və ekspert rəyi almağa nə ehtiyac var idi. Bu qədər süründürməçiliyə nə ehtiyac var idi. Cavabdehin nümayəndəsi olan bələdiyyə sədri Nümayəndə2, özü və Eldar Babayev tərəfindən verilmi ş sxemlərin heç bir ilkin texniki sənədə istinad olunmadan verildiyini etiraf etməsinin, bələdiyyə qərarı qəbul olunan zaman bələdiyyə sədri işləmiş X14 tərəfindən imzalanmış torpaq sahəsinin planı ilə həmin sənədlərin eyni yer olmasını müəyyən etməyin qeyri mümkün olduğunu bildirməsinin məhkəmə tərəfindən nəzərə alınmamasının qərəzli yanaşmadan başqa bir şey olmadığını düşünür. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarına istinad etməklə iddia tələbinin rədd edilməsinin əslində məhkəmənin mövqeyinin ilk gündən bəlli olmasından, onun üçün boşuna vaxt itkisi və maliyyə ziyanı vurmağa istiqamətləndiyini düşünür. Çünki, məhkəmə iddia tələbinin rədd edilməsinin əsası kimi təkcə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(107)-3/2021 n ömrəli qərarını göstərmişdir. 25. “DƏDKR” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəs tərəfindən verilən rəydə qüvvədə olmayan (ləğv edilmiş) İddiaçı adına verilmiş **********60 reyestr nömrəli çıxarışa və planölçü sənədinə istinad olunmaqla, məhkəmənin ədalətli araşdırma aparmasına maneə yaratmağa cəhd edilmişdir. Bu səbəbdən də, ədalətli məhkəmə araşdırmasının aparılması məqsədilə Göyçay rayon Məhkəməsinin qərardadı üzrə mütəxəssis rəyinin verilməsi üçün həmin qərardadı müvafiq sənədlərlə birlikdə “DƏDKR” PHŞ-nın 17 saylı Yevlax Ərazi İdarəsinə göndərməyi üçün vəsatət vermişlər.

26. Həmçinin, yuxarıda qeyd olunan məlum səbəbdən İddiaçı adına verilmiş **********60 reyestr nömrəli çıxarış və plan-ölçü sənədinin qüvvədə olub-olmaması, qüvvədə olmadığı halda həmin qüvvədə olmayan sənədə istinad olunm asına əsas olan hal barədə məlumat verilməsi üçün “DƏDKR” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə sorğu verməyi üçün vəsatət vermişlər. Hər 2 vəsatətin rədd və ya təmin edilməsi barədə qərardad qəbul edilməyib və ya qərardad qəbul edilib, lakin ona təqdim edilməmişdir.

27. Eyni torpaq sahəsinə verilməsi iddia olunan əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxEmindən çıxarış və hazırkı bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarış əvvəllər bələdiyyə sədri işləmiş X14 tərəfindən imzalanmış torpaq sahəsinin planından adi gözlə görünəcək dərəcədə kəskin şəkildə fərqlənir. Eldar Babayev və Nümayəndə2 tərəfindən verilmiş yerquruluşu sənədləri ilə Seyidov Ağaisa tərəfindən verilmiş planın eyni torpaq sahəsinə dair verilib-veri lməməsi, həmçinin bir-birinə uyğun olub-olmaması araşdırılmamışdır. 28. 2007-ci ildə bələdiyyə sədri işləmiş X14 tərəfindən imzalanmış torpaq sahəsinin planı olduğu halda həmin dövrdə bələdiyyə üzvü və bələdiyyə sədri olmamış Eldar Babayev və Nümayəndə2 tərəfindən həmin sxemlərin verilməsini zəruri edən hallar araşdırılmamışdır. Həmçinin, məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi olan bələdiyyə sədri Nümayəndə2, özü və Eldar Babayev tərəfindən verilmiş sxemlərin heç bir ilkin texniki sənədə istinad olunmadan verildiyini etiraf etmişdir.

29. Belə olan halda iddia tələbinin təmin edilməməsi üçün əsas qalmır. Lakin, məhkəmə öz mövqeyini işin əvvəlindən bəlli etmişdir. Belə ki, özünün xx.xx.2024-cü il tarixli, e-2(046)-88/2024 saylı qərardadı ilə iddia ərizəsinin icraatına xitam verib son ra şikayəti əsasında yenidən icraata qəbul edəndə artıq işin məlum nəticəsi aydınlaşmışdı.

30. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarını ləğv elətdirmək üçün X14 tərəfindən imzalanmış torpaq sahəsinin planının həmin əraziyə düşmədiyini bilən cavabdehlər qanunsuz olaraq, digər texniki “sənədləri” əldə etmişlər. Həmin texniki “sənədləri” əldə etməklə öz niyyətlərini uğurla həyata keçirməkləri nəticəsində dövlətin verdiyi çıxarışa və plan-ölçü sənədinə güvənərək, pulun dəyəri olan vaxt 16500 manat pul verərək aldığı torpaq sahəsi üzərində xeyirinə dövlətin adından qəbul edilmiş qərar olmasına baxmayaraq, hələ də mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıra bilmir.

31. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X9 (sədrlik edən və məruzəçi), X11 və X10)2(107)-1189/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(046)-88/2024 nömrəli qətnaməsinin İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

32. Kollegiya ilk öncə qeyd etmişdir ki, apellyasiya şikayətinin əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxemindən çıxarış və hazırkı bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarışın əvvəllər bələdiyyə sədri işləmiş X14 tərəfindən imzalanmış torpaq sahəsinin planından adi gözlə görünəcək dərəcədə kəskin şəkildə fərqlənməsi, Eldar Babayev və Nümayəndə2 tərəfindən verilmi ş yerquruluşu sənədləri ilə Seyidov Ağaisa tərəfindən verilmiş planın eyni torpaq sahəsinə dair verilib-verilməməsinin, həmçinin bir-birinə uyğun olub-olmamasının araşdırılmaması, məhkəmənin Eldar Babayev və Nümayəndə2 tərəfindən təsdiq edilən yerquruluşu sənədlərinin Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarının qəbul edilməsinə yardım edən texniki sənəd olması qənaətinə gəlməsinin heç bir hüquqi əsasının olmamasına dair dəlilləri əsaslı deyildir. Bu baxımdan Cavabdeh2 0,11 hektar həyətyanı torpaq sahəsinin satılması barədə Göyçay rayonu Potu Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2007-ci il tarixli 06 nömrəli qərarı, həmin qərar üzrə Cavabdeh2 Göyçay rayonu Potu Bələdiyyəsi tərəfindən 0,11 hektar həyətyanı torpaq sahəsinin satılması barədə müqavilə q üvvəsində olduqları halda, qeyd olunan sənədlərə əlavə, yaxud da onların ayrılmaz hissəsi olan baş sxemdən və yerquruluşu layihəsindən çıxarışların etibarsız hesab edilməsi əsaslı hesab edilə bilməz.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Göyçay Rayon Məhkəməsinin qərardadı üzrə mütəxəssis rəyinin verilməsi üçün həmin qərardadı müvafiq sənədlərlə birlikdə “DƏDKR” PHŞ-nın 17 saylı Yevlax Ərazi İdarəsinə göndərməyi üçün vəsatət vermələrinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından iddiaçı tərəfdən Göyçay Rayon Məhkəməsinin qərardadı üzrə mütəxəssis rəyinin verilməsi üçün həmin qərardadın müvafiq sənədlərlə birlikdə “DƏDKR” PHŞ-nın 17 saylı Yevlax Ərazi İdarəsinə göndərilməsi üçün vəsatət verilməsi halı müəyyən edilməmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya ş ikayətinin “DƏDKR” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilən rəydə qüvvədə olmayan (ləğv edilmiş) İddiaçı adına verilmiş **********60 reyestr nömrəli çıxarışa və plan-ölçü sənədinə istinad olunmaqla, məhkəmənin ədalətli araşdırma aparmasına maneə yaratmağa cəhd edilməsi, İddiaçı adına verilmiş **********60 reyestr nömrəli çıxarış və plan-ölçü sənədinin qüvvədə olub-olmaması, qüvvədə olmadığı halda həmin qüvvədə olmayan sənədə istinad olunmasına əsas olan hal barədə məlumat verilməsi üçün “DƏDKR” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə sorğu verməyi üçün vəsatət vermələri, vəsatət üzrə qərardadın ona təqdim edilməməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin ekspertizanın təyin edilmə sinə dair vəsatəti təmin edilərək, iş üzrə məhkəmə tikinti texniki ekspertizasının aparılması qərara alınmış, ekspertizanın təyin edilməsinə dair qərardadda ekspert qarşısında məhz iddiaçı tərəfin təklif etdiyi suallar qoyulmuşdur.

35. Birinci instansiya məhkəməsinin qərardadının icrası üzrə mütəxəssis “DƏDKR” PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş mütəxəssis və ekspertiza rəylərində məhkəmənin qərardadında qoyulmuş suallara cavab verilməklə yanaşı, həmin rəylərdə qeyd şəklində xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli çıxarışla İddiaçı adına qeydiyyata alınmış (xx.xx.2015-ci ildə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatl ara əsasən) 0,11 ha torpaq sahəsi ilə xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli, **********60 reyestr nömrəli çıxarışla X4 adına qeydiyyata alınmış (1206.2008-ci il tarixli AA 001094 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi) 0,11 ha torpaq sahəsinin 0, 01 ha hissəsinin üst-üstə düşdüyünün müəyyən edildiyi qeyd edilmişdir.

36. Kollegiya qeyd etmişdir ki, mütəxəssis və ekspert tərəfindən məhkəmənin qərardadında qoyulmuş suallara cavab verilməklə yanaşı əlavə qeyd şəklində qüvvədə olan və yaxud da qüvvədə olmayan bir sənəddən sitat gətirilməsi məhkəmənin ədalətli araşdırma aparmasına maneə yaratma kimi şərh edilə bilməz.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin öz mövqeyini işin əvvəlindən bəlli etməsi, özünün xx.xx.2024-cü il tarixli, e-2(046)-88/2024 say lı qərardadı ilə iddia ərizəsinin icraatına xitam verib sonra şikayəti əsasında yenidən icraata qəbul edəndə artıq işin məlum nəticəsinin aydınlaşmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, məhkəmənin aidiyyət qaydalarını pozmamaq naminə mübahisəyə baxıldığı dövrdə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməsi, sonradan isə həmin qərardadı məhz iddiaçı tərəfin şikayəti əsasında ləğv edərək, işə mahiyyəti üzrə baxılmalı olması nəticəsinə gəlməsi, məhkəmənin mübahisənin mahiyyəti üzrə yekun həllinə dair öz mövqeyini əvvəlcədən bəyan etməsi kimi şərh edilə bilməz və iş materiallarından da birinci instansiya məhkəməsinin yekunda mübahisənin mahiyyəti üzrə həllinə dair qəbul ediləcək qərarı qabaqcadan bəlli etməsi halları müəyyən edilməmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin aldığı torpaq sahəsi üzərində xeyirinə dövlətin adından qəbul edilmiş qərar olmasına baxmayaraq, hələ də mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıra bilməməsinə dair dəlilinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

39. Kollegiya izah etmişdir ki, iddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-772/2015 nömrəli qərarının icrası ilə bağlı aidiyyəti məhkəməyə müraciət etmək hüququna malikdir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin süründürməçiliyə yol verilməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarına diqqət yetirildikdə, hər bir iclasın təxirə salınması səbəbləri əsaslandırılmış, məhkəmə iclaslarının əsassız təxirə salınması halları müəyyən edilməmişdir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(107)-3/2021 nömrəli qərarında Nümayəndə2 və Eldar Babayev tərəfindən verilmiş sxemlərin qanuni əsaslarla verilib-verilməməsinin mübahisələndirilməməsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (107)3/2021 nömrəli qərarına istinad etməklə iddia tələbinin rədd edilməsinin məhkəmə tərəfindən işə qərəzlə yanaşılmasını sübut etməsi, bələdiyyə sədrinin sənədin qanunsuz verilməsini etiraf etməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, cavabdeh bələdiyyənin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında sənədin qanunsuz verilməsi barədə heç bir fikir ifadə etməmiş, Cavabdeh2 satılmış torpaq sahəsinin layihəsinə əsasən əvvəlki bələdiyyə sədri Eldar Babayevin həmin torpaq sahəsinə aid verdiyi yerquruluşu layihəsindən çıxarışın Potu bələdiyyəsinin arxiv sənədlərinin içərisində olmaması, həmin planın hansı koordinatlar əsasında verilməsinə dair heç bir məlumatlarının olmamasına dair izahat vermişdir.

42. Həmçinin eyni tərəflərin iştirak etdikləri mübahisənin nəticəsi üzrə qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (107)-3/2021 nömrəli qərarına istinad edilməsi də birinci instansiya məhkəməsinin mübahisə tərəfinə qərəz nümayiş etdirməsi kimi şərh edi lə bilməz.

43. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 19, 139.1, 140, 146.1, 146.2, 149.2, 152.1, 152.5, 178.1, 337.1-ci; Torpaq Məcəlləsinin 65, 66-cı; Mülki Prosesual Məcəllənin 9.1, 9.13, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384, 385.2, 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri:

44. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-1189/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

45. Kassator şikayəti onunla əsaslandırılmışdır ki, üzərinə 2007-ci il tarixi qoyulmuş torpaq sahəsinin p lanı və yerin seçim aktı naməlum əraziyə işlənilib. Bunu hazırkı bələdiyyə sədri də Göyçay Rayon Məhkəməsində keçirilən iclasda bildirdi. Həmin iclasda Ağaisa Seyidov tərəfindən verilmiş, üzərində 2007-ci il tarix qeyd olunan planla hazırda mübahisələndirilən sənədlərin eyni yeri göstərib-göstərməməsi barədə sualıma bələdiyyə sədri bunu müəyyən etməyin mümkün olmadığı cavabını vermişdir. Bu da onu deməyə əsas verirki, həmin yerquruluşu sənədləri sonradan hazırlandığı üçün 2007-ci il tarixli bələdiyyə qərarının tərkibi ola bilməz. İddiaçının mübahisələndirdiyi yerquruluşu sənədləri 2007-ci il tarixli bələdiyyə qərarının tərkib hissəsi necə ola bilər ki, həmin “sənəd”-lər 2007-ci ildə nə bələdiyyə üzvü, nə də, bələdiyyə sədri olmamış Eldar Babayev və Nümayəndə2 tərəfindən verilmişdir. Bu hal ı da təsdiq edən Mərkəzi Seçki Komissiyasının 88 saylı X16 dairə seçki komissiyasının xx.xx.2023-cü il tarixli, 04 saylıməktubunu məhkəməyə təqdim etmişdir.

46. Cavabdehin nümayəndəsi olan bələdiyyə sədri Nümayəndə2, özü və Eldar Babayev tərəfindən verilmiş sxemlərin heç bir ilkin texniki sənədə istinad olunmadan verildiyini etiraf etməsinin, bələdiyyə qərarı qəbul olunan zaman bələdiyyə sədri işləmiş X14 tərəfindən imzalanmış torpaq sahəsinin planı ilə həmin sənədlərin eyni yer olmasını müəyyən etməyin qeyri-mümkün olduğunu bildirməsinin məhkəmə tərəfindən nəzərə alınmamasının qərəzli yanaşmadan başqa bir şey olmadığını hesab edir. Həmçinin hesab edir ki, iddia tələbinə və apellyasiya şikayətinə qərəzlə yanaşılıb. Göyçay rayon Məhkəməsi tərəfindən mütəxəssis rəyi alınır, ekspertiza keçiri lir, dəfələrlə məhkəmə iclasları keçirilir, sonda Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(107)- 3/2021 nömrəli qərarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edir, apellyasiya şikayətində qeyd olunan bu hala isə Şəki Apellyasiya Məhkəməsi tərəfindən normal hal kimi yanaşılaraq, şikayət təmin edilməyib. Yuxarı instansiya məhkəməsi olaraq, birinci instansiya məhkəməsinin bu qədər uzun uzadı vaxt və xərc yaradaraq, sonda məlum qərara istinad olunmasındakıməqsədi araşdırılmayıb. Əksinə hal normal qarşılanıb.

47. Talıbova Qətibə tərəfindən satılmış torpaq sahəsinin üzərinə əvvəllər bələdiyyə sədri işləmiş Eldar Babayev tərəfindən verilmiş Potu Bələdiyyəsinin baş sxemindən çıxarış və hazırkı bələdiyyə sədri tərəfindən verilmiş yerquruluşu layihəsindən çıxarış əvvəllər bələdiyyə sədri işləmiş X14 tərəfindən imzalanmış torpaq sahəsinin planından adi gözlə görünəcək dərəcədə kəskin şəkildə fərqlənir. Lakin, bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi olan bələdiyyə sədri Nümayəndə2, özü və Eldar Babayev tərəfindən verilmiş sxemlərin heç bir ilkin texniki sənədə istinad olunmadan verildiyini etiraf etmiş, bələdiyyə qərarı qəbul olunan zaman bələdiyyə sədri işləmiş X14 tərəfindən imzalanmış torpaq sahəsinin planı ilə həmin sənədlərin eyni yer olmasını müəyyən etməyin qeyri-mümkün olduğunu bildirmişdir. Bu halı məhkəmə iclasında qeyd etməklərinə baxmayaraq, bu hissədə də heç bir araşdırma aparılmamışdır. Birinci instansiya məhkəməsinə təqdim e tdikləri DƏDKR PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 27/750 saylı mütəxəssis rəyi və Mərkəzi Seçki Komissiyasının 88 saylı X16 dairə seçki komissiyasının xx.xx.2023-cü il tarixli, 04 saylı məktubu subut kimi nəzərə alınmamışdır. Mərkəzi Seçki Komissiyasının 88 saylı X16 dairə seçki komissiyasının xx.xx.2023-cü il tarixli, 4 saylı məktubundan da məlum olduğu kimi Eldar Babayev və Nümayəndə2 2007-ci ildə nə bələdiyyə üzvü, nə də, bələdiyyə sədri olmamışdır. Belə olan halda məhkəmənin Eldar Babayev və Nümayəndə2 tərəfindən təsdiq edilən yerquruluşu sənədlərinin Göyçay rayonu Potu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 6 nömrəli qərarının qəbul edilməsinə yardım edən texniki sənəd olması qənaətinə gəlməsinin heç bir hüquqi əsası yoxdur. Bu hal da, məhkəmə tərəfindən araşdırılmamışdır. Hər iki məhkəmə instansiyasında araşdırma aparılmayıb. 2015-ci ildən sonra açıq aşkar qanunsuz verilmiş yerquruluşu sənədləri işə baxan məhkəmənin sayəsində qanuni “don” geyindi.

48. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində iş materiallarından iddiaçı tərəfdən Göyçay rayon Məhkəməsinin qərardadı üzrə mütəxəssis rəyinin verilməsi üçün həmin qərardadın müvafiq sənədlərlə birlikdə “DƏDKR” PHŞ-nın 17 saylı Yevlax Ərazi İdarəsinə göndərilməsi üçün vəsatət verilməsi halı müəyyən edilmədiyini qeyd etməsi həmin qətnamənin araşdırma aparılmadan, sübutlara və vəsatətlərə hüquqi qiymət verilmədən çıxarılmasını sübut edir. EMİS-də xx.xx.2024-cü il tarixdə əlavə etdiyi vəsatəti gördüyü halda məhkəmə necə görməyə bilərdi. “DƏDKR” PHŞnın 16 saylı Ucar Ərazi İdar əsi tərəfindən verilən rəydə qüvvədə olmayan (ləğv edilmiş) İddiaçı adına verilmiş **********60 reyestr nömrəli çıxarışa və plan-ölçü sənədinə istinad olunmaqla, məhkəmənin ədalətli araşdırma aparmasına maneə yaratmağa cəhd edilmişdir. Bu səbəbdən də, ədalətli məhkəmə araşdırmasının aparılması məqsədilə Göyçay rayon Məhkəməsinin qərardadı üzrə mütəxəssis rəyinin verilməsi üçün həmin qərardadı müvafiq sənədlərlə birlikdə “DƏDKR” PHŞ-nın 17 saylı Yevlax Ərazi İdarəsinə göndərməyi üçün vəsatət vermişdi. Həmçinin, yuxarıda qeyd olunan məlum səbəbdən İddiaçı adına verilmiş **********60 reyestr nömrəli çıxarış və plan-ölçü sənədinin qüvvədə olub-olmaması, qüvvədə olmadığı halda həmin qüvvədə olmayan sənədə istinad olunmasına əsas olan hal barədə məlumat verilməsi üçün “DƏDKR” PHŞ-nın 16 saylı Uc ar Ərazi İdarəsinə sorğu verməyi üçün vəsatət vermişdi. Hər 2 instansiya məhkəməsi tərəfindən verdiyi 2 ədəd vəsatətin rədd və ya təmin edilməsi barədə qərardad qəbul edilməyib. Hər iki instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilmədiyi bir tərəfə belə vəsatətin verilməməsinin qeyd olunması hesab edir ki, qəbul olunmaz haldır.

49. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilən bələdiyyə tərəfindən verilmiş bütün sənədlər ksero surətdir və notarial qaydada təsdiq edilməyib.

50. Məhkəmənin Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(107)3/2021 nömrəli qərarına istinad etməklə apellyasiya şikayətini təmin etməməsi, iş üzrə sübutların və cavabdehin nümayəndəsinin (bələdiyyə sədri Nümayəndə2) Göyçay rayon Məhkəməsində keçirilən məhkəmə iclası zamanı verdiyi ifadənin nəzərə alınmaması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbi pozulmaqla, qətnamə qəbul olunmasını təsdiq edir. Çünki, hazırda mübahisələndirilən yer quruluşu sənədləri əvvəllər mübahisələndirilməyib və 2007-ci ildən uzun müddət sonra (təxmini 2015-ci ildən sonra) 2007-ci ildə bələdiyyə üzvü olmayan şəxslər tərəfindən verilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

52. Maddə

19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilə r.

53. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

54. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

55. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

56. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

57. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmi r. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

58. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

59. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

60. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

61. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

62. Maddə

65. Bənd İ.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyek tlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

63. Bənd İİ. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

64. Bənd İİİ.Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

65. Bənd V.Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hak imiyyəti orqanı tərəfindən təsdiq edilir.

66. Bənd Vİ.Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.

67. Bənd Vİİİ. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.

68. Maddə

66. Bənd İ. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

69. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

70. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.

75. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olma lıdır.

76. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

77. Maddə 217.4. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.

78. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

79. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

80. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olu nmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

81. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

82. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

83. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

84. Hazırkı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, akt bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

86. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddia tələbində göstərilən sənədlərin etibarsız hesab edilməsi üçün hər hansı əsaslar müəyyən edilməmişdir Həmin sənədlərin qanuni əsaslarla verilməsi və etibarlılığı qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar olmamışdır.

87. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məh kəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

88. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

89. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya m əhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

90. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

91. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1189/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar