Məhkəmə qərarları › İş №2(102)-102/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-102/2022

10.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-102/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyan tələbi, sübutetmə, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(103)5950/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 saylı mənzilin 1 otağı üzərində İddiaçı mülkiyyət hüququ Abşeron rayon İH şəhər XDS İcraiyyə Komitəsinin 124 nömrəli, 24 fevral 1995-ci il tarixli qərarı əsasında adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzil üzərində mülkiyyət hüquqları 24 mart 1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9, 29 dekabr 1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 və 18 iyul 1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə ibtidai istintaqla müəyyən olunmuşdur ki, X1 xxxoğlunun adından Bakı şəhəri 12 saylı Notariat Kontoru tərəfindən verilmiş 14 fevral 1995-ci il tarixli 4E6 1830 reyestr nömrəli saxta etibarnamədən istifadə edərək, ünvan 1 saylı mənzilin 1 otağı İddiaçı adına özəlləşdirmiş və 24 mart 1995-ci il tarixdə 02 saylı Dövlət Notariat Kontorunda bağlanmış müqavilə ilə arvadı X11 satmışdır. Abşeron rayon prokurorluğunun 13 noyabr 1997-ci il tarixli qərarı ilə X7 Azərbaycan Respublikasının həmin dövrdə qüvvədə olmuş CM-in 194-cü maddəsinin 2-ci hissəsi və 199-cu maddəsi ilə ittiham elan edilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarışı elan edilmişdir. Həmin qərara əsasən həmçinin 12 saylı Dövlət Notariat Kontorunun notariusu Cavabdeh Azərbaycan Respublikası həmin dövrdə qüvvədə olmuş CM-in 169-cu maddəsi ilə ittiham elan olu nmuş və Azərbaycan Respublikası Milli Məclisinin “Amnistiya haqqında” 22 may 1996-cı il tarixli qərarına əsasən barəsində cinayət təqibinə xitam verilmişdir. İddiaçı əvvəllər Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu işləmiş Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 fevral 1995-ci il tarixdə 12-ci DNK-da təsdiq edilmiş və reyestrdə 4-E-6-1830 nömrə ilə qeydə alınmış, üzərində onun tərəfindən X12 verilməsi qeyd edilmiş etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamədən təqsirli şəxslərin istifadəsi nəticəsində ona vurulmuş cəmi 37400 manat məbləğində maddi zərərin əvəzinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 yanvar 2010-cu il tarixli qətnaməsi ilə i ddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2010-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 yanvar 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “etibarnamənin etibarsız hesab edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərər üçün 37400 manat və mənəvi zərər üçün 10000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişd ir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ünvan 2 saylı evdə yerləşən, bazar qiyməti 36000 manat olan 14“A” nömrəli mənzil və həmin mənzildə ümumi dəyəri 1400 manat təşkil edən 42 adda ev əşyaları X7 verilmiş saxta etibarnamə əsasında satılması nəticəsində iddiaçıya 37400 manat maddi ziyan dəymişdir. İddiaçı cavabdehin tərtib etdiyi saxta etibarnamə əsasında mənzilindən məhrum olunmuş və ona ziyan vurulmuşdur. İddiaçı bunun nəticəsində stress, əsəb keçirmiş, xəstəlik tapmış, gözləri kor olmuş və gözdən 1-ci qrup əlildir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(009)-311/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Süleymanova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəs inə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinad edərək göstərilmişdir ki, iddiaçının nümayəndəsinin və vəkilinin izahatından və işdə olan sənədlərdən fərz edilir ki, iddiaçının hüququnun pozulması Etibar Həsənovun hərəkəti nəticəsində baş verdiyi ehtimal olunur. Məhkəmə hesab etmişdir ki, irəli sürdüyü iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsinə razılıq vermədiyindən təmin edilə bilməz; iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qəra r verə bilər. Həmçinin məhkəmə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73 və 78-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçı hüququnun pozulmasını 1997-ci ildən bilmiş, lakin 23 il sonra 11 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının ilkin məhkəməyə müraciətini nəzərə alsaq, belə yenə də müddət ötürülmüş, o, 12 il sonra müraciət etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı xxx oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(009)-311/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(103)-5950/2021 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və Ş.A.xxxovadan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(009)-311/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, artıq məhkəmə müstəvisində müzakirə predmeti olmuş mübahisə edilən məsələlər cavabdehin cinayət əməllərinə istinad edilməsi ilə bağlıdır. Yəni notarius işləmiş şəxsin vəzifə və ya saxta sənədlər tərtib edilməsində təqsirli olması sübuta yetirildikdən sonra onun əməllərinə mülki hüquqi müstəvidə qiymət verilməsi mümkündür. Digər qaydada onun əməllərinin birmənalı təfsir edilərək mülki icraat həddində təqsirlilik dərəcəsinə qiymət verilməsi diskression səlahiyyətlərdən və dispozitiv imkandan kənar sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyası ilə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ təsbit edilmişdir. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı xxx oğlu kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(103)-5950/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, məhkəmə cavabdehin saxta sənəd tərtib edilməsində təqsirli olmasını, onun dəfələrlə cavabde hlərə qarşı məhkəmələrə müraciət etməsini, istintaq sənədlərinin sürətlərini uzun müddət ərzində ala bilmədiyini nəzərə almamış və iddia müddətini tətbiq etməklə maddi hüquq normasını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh, habelə vəkili gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılma sını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəl alət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. 77-ci maddəsinə əsasən iddia müddəti tərəflərin bildirməsindən asılı olmayara q, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. 82-ci maddəsinə əsasən iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir. 442-ci maddəsinə əsasən vətəndaşın şəxsiyyətinə və ya əmlakına vurulmuş ziyan, habelə təşkilata vurulmuş ziyan qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu ziyanı vurmuş şəxs tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki,...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya ol madığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə i clasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, vurulmuş ziyanla bağlı iddianın sübutetmə v əzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: 1. zərərin mövcud olması, 2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, 4. zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər vurmasını iddia etsə də, bu ziyanın məhz cavabdehin qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabd ehin iddia olunan qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyanın vurulmasını qəbul etsək də, həmin hərəkətlər 1995-ci ildə baş vermiş, iddiaçının ona vurulmuş ziyana görə kimlərin məsuliyyət daşıması azı 1997-ci ilin noyabr ayından (istintaq orqanının yuxarıda qeyd edilən qərarı qəbul edildiyi tarixdən) bəlli olmuş, o hazırki məzmunlu iddia ilə əvvəllər də məhkəməyə müraciət etmiş və iddiası 08 yanvar 2010-cu il tarixdə baxılmamış saxlanılmışdır. Lakin iddiaçı hüquqlarının müdafiəsi üçün sonradan uzun müddət ərzində məhkəməyə müraciət etməmiş və yalnız 06 noyabr 2020-ci il tarixdə hazırki iddianı məhkəməyə verərək, mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş mülki qanunvericiliklə müəyyən edilən iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmə kollegiyası apellyasiya inst ansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(103)-5950/2021 nömrəl i qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar