Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-102/2023 23.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Ümumi Təhsil Müəssisəsi Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğvi və dəyişdirilməsi, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, müqavilənin standart şərtləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Ümumi Təhsil Müəssisəsi Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqaviləyə xitam verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4724/2022 nömrəli mülki iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Ümumi Təhsil Müəssisəsi Qapalı Səhmdar Cəmiyyəti ilə (bundan sonra cavabdeh və ya Məktəb) İddiaçı (bundan sonra iddiaçı) arasında bağlanmış 2 iyul 2018-ci il tarixli, S19/225 nömrəli “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə əsasən iddiaçının oğlu X7 10 sentyabr 2019-cu il tarixdən Təhsil proqramı yekunlaşanadək təhsil müəssisəsinə İGCSE-1, 8-ci sinif, “High School” Proqramı üzrə qəbul olunmuşdur.
2. Müqaviləyə əsasən xx.xx.2019-cu ildən Təhsil Proqramı yekunlaşanadək Məktəbə qəbul olunur, Təhsil Proqramının və bu müqavilənin qüvvədə olma müddəti tələbənin təh sil müəssisəsinə qəbul olduğu vaxt təhsil səviyyəsi nəzərə alınmaqla müəyyən olunur (bənd 2.3). Təhsil müəssisəsinin təhsil haqqının vaxtından ödənilməsini valideyn və tələbədən tələb etmək; bu Müqavilənin şərtləri və Təhsil müəssisəsinin qaydaları tələbə və ya valideyn tərəfindən kobud şəkildə pozulduqda, Müqaviləyə heç bir əlavə məsuliyyət və öhdəlik daşımadan, o cümlədən və bununla məhdudlaşmamaqla, heç bir təhsil haqlarını və ya digər ödənişləri geri ödəmədən birtərəfli qaydada xitam vermək hüququ vardır (bənd 3.1.1 və 3.1.3). İllik təhsil haqqı 8000 manat təşkil edir, təhsil haqqı qabaqcadan tam şəkildə və ya 25% öncədən və 75% iyul ayının 15-ci gününədək, bu Müqavilənin bağlandığı tarixdən asılı olmayaraq müvafiq tədris ili üzrə illik ödənilməlidir (bənd 4.1, 4.6, 4.8), müqaviləyə hə r hansı üzrlü səbəbdən xitam verilərsə, müqaviləyə xitam verildiyi təhsil ayı çıxılmaqla sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququ təhsil müəssisəsində saxlanılır (bənd 4.9), müqavilənin qüvvəyə minməsindən sonra 10 təqvim günü keçdiyi andan etibarən hər hansı səbəbdən valideyn və ya tələbənin təqsiri və ya təşəbbüsü ilə bu müqaviləyə xitam verildiyi təqdirdə heç bir ödənilmiş təhsil haqları və digər ödənişlər təhsil müəssisəsi tərəfindən geri ödənilmir. Aydınlıq gətirilməsi üçün tərəflər razılaşırlar ki, təhsil müəssisəsi valideyn və ya tələbə tərəfindən ödənilməmiş hər hansı ödənişlərin ödənilməsini tələb edə bilər (bənd 4.13). Tərəflərin bir-birinə ünvanladıqları bildirişlər, xəbərdarlıqlar və digər sənədlər bu Müqavilənin 12-ci bəndində göstərilən (tərəfləri n rekvizitləri) əlaqə məlumatlarına əsasən sifarişli məktub, elektron poçt və ya faks vasitəsi ilə göndərilir (bənd 11.3).
3. İddiaçı 2021/2022-ci tədris ili üçün 8000 manat illik təhsil haqqının 1000 manat hissəsini özünün "xxxx" ASC-də olan 01749234 hesabından cavabdehin "xxxx" ASC-də olan AZ55A11B******************** nömrəli hesabına 3 iyun 2021-ci il tarixdə, 3000 manatını isə 19 iyul 2021-ci il tarixdə köçürmüşdür. Ötən tədris ilindəki təhsil haqqına edilən endirimlə bağlı əvvəlki ildən iddiaçının hesabında 600 manat qalmışdır.
4. İddiaçı cavabdehə məktub ünvanlayaraq (məktubun üzərində tarix qeyd edilməmişdir) bildirmişdir ki, oğlu Səid Kərimliyə bir il deyil, yarım il təhsil verilməsini tələb edir və bu barədə 6 ay öncədən məlumat verir, qanunvericilikdə müəyyən edilmiş qaydada işin həcmi azaldılığından yeni qiymətlər tərəflər arasında razılaşdırılmalıdır. Hal-hazırda 4600 manat təhsil haqqı ödədiyini bildirərək bu məbləğin 2022-ci il tarixə kimi dövr üçün nəzərdə tutulan təhsil haqqı kimi razılaşdırmağı xahiş edir.
5. Məktəbin direktoru Timur Leznikin 14 sentyabr 2021-ci il tarixli cavab məktubunda iddiaçıdan ödəniş müddətinin keçməsinə baxmayaraq əlavə olaraq 10 iş günü ərzində 29 sentyabr 2021-ci il tarixədək müddət verilməklə təhsil haqqı borcunun qalan hisssəsinin ödənilməsi və ya müvafiq ödəniş üsullarının tətbiq edilməsi üçün təhsil müəssisəsinə müraciət etməsi təkrarən xahiş olunmuş, əks təqdirdə tərəflər arasında bağlanılan müqavilənin 8.1.2, 8.1.3-cü yarımbəndlərinə uyğun olaraq müqaviləyə həmin tarixdən xitam veriləcəyini, tərəflərin hüquq və öhdəliklərini n qüvvədən düşərək, ödənilmiş təhsil haqlarının geri qaytarılmayacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 8 may 2019-cu il tarixli, 429 nömrəli “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə 1 yanvar 2022-ci il tarixdə xitam verilməsi və X5 2021-ci il sentyabr ayının 15-dən dekabr ayının 31-dək 10 A2 sinfində təhsil alması üçün cavabdehə ödəniləcək təhsil haqqının 4600 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 15 avqust 2021-ci il tarixdə oğlu Kərimli Səid məktəbdə 10 A2 sinfində təhsilinə “A level” proqr amı üzrə başlamalıdır. Oğlu 2018-ci ildə cavabdehin “Pre Landau” kurslarında təhsil almış və 2019-cu ildən etibarən həmin məktəbdə təhsil alır. Hal-hazırda ailəsi ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar X1 Dubay şəhərinə köçmək niyyətindədir. 1 yanvar 2022-ci il tarixdən (2-ci yarımillikdən) oğlu təhsilini Dubaydakı məktəbdə davam etdirəcək. Bu barədə bir ay əvvəl sinif rəhbəri Pərvin Zeynalovanı və Zahirə xanımı məlumatlandırmış, bundan başqa, bu barədə onlayn qaydada cavabdehin internet saytı vasitəsilə müraciət etmişdir. Təhsil haqqının ödənilməsi ilə əlaqədar cavabdehin əməkdaşı Cəmil müəllim ilə aralarında anlaşılmazlıq meydana gəlmişdir. İlin ortasında deyil, hələ təhsil ili başlamamış, altı ay öncədən cavabdehi xəbərdar etmişdir ki, müqaviləyə 1 yanvar 2022-ci il tarixdən xitam ver əcək. Belə hal müqavilədə nəzərdə tutulmamışdır. Lakin, bu vəziyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 753cü maddəsi ilə tənzimlənir. Sifarişçi olaraq sərəncam verir ki, oğluna bir il deyil, yarım il təhsil verilsin və bu barədə 6 ay öncədən məlumatlandırır. Belə olan halda, yuxarıda qeyd edilən maddənin tələblərinə əsasən işin həcmi azaldığından yeni qiymət tərəflər arasında razılaşdırılmalıdır. Hal-hazırda artıq 4600 manat təhsil haqqı ödəmişdir. Bu məbləğ illik təhsil haqqının yarısından çoxdur. Lakin, Cəmil müəllim ona hədə-qorxu gəlir ki, əgər illik təhsil haqqının qalan hissəsini ödəməsə, oğlu dərsə buraxılmayacaq. Bu cür təzyiqi qanunsuz və ədalətsiz hesab edir. Ödədiyi vəsait oğlunun 1 yanvar 2022-ci il tarixə kimi təhsil alması üçün tamamilə ədalətlidir. Cavabdeh ona ünvanlanan xahişi rədd edərək iki əsas gətirmişdir. Birinci əsas ondan ibarətdir ki, guya tərəflər arasında bağlanmış müqavilə podrat müqaviləsi deyil. Bu dəlil yanlışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.1ci bəndinə əsasən, cavabdehin vəzifəsi müasir təhsil texnologiyalarını tətbiq etməklə təhsil prosesini yüksək səviyyədə təşkil etməkdir. Buradan görünür ki, cavabdeh həmin müqaviləyə əsasən onun tapşırığı ilə işləri icra etmək öhdəliyini üzərinə götürmüşdür. İş dedikdə, hazırkı müqavilədə onun övladına təhsil verilməsi başa düşülür. Cavabdehin məktubda gətirdiyi ikinci dəlil faktiki olaraq onun ilkin dəlilini inkar edir, çünki bir tərəfdən cavabdeh deyir ki, Mülki Məcəllənin 753.2-ci maddəsi ona qarşı tətbiq edilə bilməz, digər tərəfdən isə deyir ki, həmin maddəyə əsasən işin həcmi azaldıldıqda muzdu azaltmaq onun öhdəliyi deyil, hüququdur. Bu dəlil də yanlışdır. Qanun tələb edir ki, işin həcmi azaldıldıqda tərəflər buna mütənasib olaraq muzdun azaldılmasını razılaşdırmalıdırlar. Qanunverici “razılaşdıra bilərlər” deyil, məhz “razılaşdırmalıdırlar” ifadəsini işlətmişdir. Bu o deməkdir ki, razılaşdırmaq tərəflərin vəzifəsidir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(004)-6239/2021 nömrəli mülki iş üzrə 2 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi təmin edilmişdir.
9. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və Mülki Məcəllənin 16.1, 324.1, 324.5, 390.1, 421.1, 421.2, 422.1, 423.2, 424.2, 425.1, 752.2, 753.2-ci maddələrinə istinad edərək, belə qənaətə gəlmişdir ki, 2021-2022-ci tədris ilində şagird X7 məktəbdə təhsil almış, təhsil haqqı 1 il üçün 8000 manat olmaqla, iddiaçı tərəfindən həmin məbləğdən 4600 manat ödənilmişdir. Həmin məbləğ tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən yarım illik təhsil haqqından da artıqdır. Cavabdeh tərəfindən təhsil haqqının qalan hissəsi ödənilmədiyi təqdirdə, müqavilə öhdəliklərinə xitam verilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılmaması, habelə şagird X5 dərsə buraxılmayacağı barədə mülahizələri hüquqdan sui-istifadədir. İddiaçının ailəsi ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar X4 şəhərinə köçmək niyyətində olması müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün əsasdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı müqavilə münasibətlərinə hüquqi qiymət verərkən, “Təhsil xidməti göstərilməsi haqqında” müqavilə üzrə tərəflər arasında yaranan münasibətləri podrat münasibətlərinə şamil etmiş, lakin bunu öz qətnaməsində düzgün əsaslandıra bilməmişdir. Hesab edirlər ki, həmin müqavilə münasibətlərinin podrat münasibətlərinə şamil olunmasının qanuni əsasları mövcud deyil. Belə ki, podratı digər növ xidmət göstərilməsi üzrə münasibətlərdən fərqləndirən əsas xüsusiyyət, podrat müqaviləsi üzrə işlərin icrasının əsas məqsədinin müəyyən maddi nəticəyə nail olmaqdır: yeni əşya yaratmaq və ya əşyanın keyfiyyətini dəyişməkdir. Ə vəzli xidmət göstərilməsinə dair müqavilədə isə xidmətin maddi nəticəsi deyil, xidmət göstərənin maddi nəticə yaradılmasına gətirib çıxarmayan fəaliyyəti, xidmətin icrası prosesinin özü əhəmiyyət kəsb edir. Hesab edir ki, Mülki Məcəllənin 753.2-ci maddəsi bu münasibətlərə tətbiq oluna bilməz. Mübahisəyə Mülki Məcəlləsinin 777.1-ci maddəsi tətbiq edilməli idi. Təhsil verilməsi üzrə müqavilə tələbənin verilən təhsili mənimsəyib-mənimsəməməsindən asılı olmayaraq, xidmətlərin göstərilməsini nəzərdə tutur. Yəni burada tələbənin verilən təhsili tam və ya qismən mənimsədiyi, yaxud mənimsəmədiyi əsas deyil, tapşırıq üzrə tələbəyə (şagirdə) müqavilə üzrə keyfiyyətli təhsil xidməti göstərilməsi üzrə təhsil müəssisəsinin görməli olduğu işlərin yerinə yetirilib-yetirilmədiyi nəzərə alınır. Müqavilədə təhsil haqqı ödənilməsi və ödəniş qaydası şərtləşdirilmişdir. Cavabdeh təhsil xidmətləri göstərilməsi sahəsində ixtisaslaşmış özəl təhsil müəssisəsi olmaqla, təhsil xidmətlərini ödənişli əsaslar ilə təqdim edir. Təhsil haqqı əvvəlcədən ödəniş qaydasında hər növbəti tədris ili üçün iyul ayında ödənilməlidir. Təhsil haqqının əvvəlcədən ödənilməsi müqavilənin icrası baxımından əhəmiyyətlidir. Belə ki, təhsil haqqının əvvəlcədən ödənilmədiyi halda, təhsil müəssisəsinin tələbəni (şagirdi) təhsilə buraxmamaq hüququ vardır. Digər tərəfdən, iddiaçının övladının təhsil haqqını gecikdirməsi və hazırkı iş üzrə məhkəmədə qaldırdığı iddia üzrə təhsil haqqının qalığını ödəməkdən boyun qaçırması nəticəsində cavabdeh 2021-2022-ci tədris ili üzrə tələbə (şagird) X7 üçün əldə etməyə ümid etdiyi, yaxud əldə edə biləcəyi gəlirlərdən məhrum olmasına, başqa sözlə, cavabdehin maddi zərərə (itkiyə) məruz qalmasına gətirib çıxarır. Müqavilədə iddiaçının istinad etdiyi kimi, sifarişin dəyişdirilməsi şərtləşdirilməmişdir. Yəni, əgər Müqaviləyə vaxtından əvvəl xitam verilməsi nəzərdə tutulursa, xitam anınadək tərəflər Müqavilə üzrə yarımçıq qalmış öhdəliklərini yerinə yetirməlidirlər.
12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz və iddiaçının övladının 2022-ci ilin yanvar ayından X2 “Sunmarke School” təhsil müəssisəsinə qəbul olunduğu və təhsil aldığı barədə sənədlər təqdim edilmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, o, ilin ortasında deyil, hələ təhsil ili başlamamış, altı ay öncədən cavabdehi xəbərdar etmişdir ki, müqavilələrinə 1 yanvar 2022-ci il tarixdən xitam verəcək. Belə hal tərtib etdikləri müqavilədə nəzərdə tutulmamışdır. Lakin bu vəziyyət Mülki Məcəllənin 753-cü maddəsi ilə tənzimlənir. Səid Kərimli X1 Dubay şəhərində yerləşən “Sunmarke School” orta məktəbinə qəbul olunmuşdur və 1 yanvar 2022-ci il tarixdən etibarən həmin məktəbdə təhsil alır. Səid Kərimliyə təhsil xidməti başqa hüquqi şəxs tərəfindən göstərilir və buna görə həmin hüquqi şəxsə muzd ödənilir. Cavabdeh isə tələb edir ki, onun göstərmədiyi xidmətə görə ona muzd ödənilsin. Cavabdehin bu hərəkətləri və niyyəti əsassız varlanmaya yönəlmiş hərəkətlər kimi qiymətləndirilməlidir. Köçürmə sertifikatı 2021-ci ilin dekabr ayında cavabdeh tərəfindən ona təqdim edilmişdir, X3 viza və qeydiyyat vəsiqəsi 2022-ci ilin yanvar ayında alınmışdır. Bu səbəbdən həmin sənədləri birinci instansiya məhkəməsind ə işə baxılarkən təqdim edə bilməzdi.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4724/2022 nömrəli iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tərəflər arasındakı münasibətləri podrat müqaviləsindən irəli gələn münasibətlərə şamil etməsinə dair mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, qanunvericilik podrat üzrə işlərin icrasını məhz nəticəvi xüsusiyyətinə görə digər oxşar tipli münasibətlərdən fərqləndirmişdir. Podrat müqaviləsi üzr ə işlərin əsas məqsədi müəyyən maddi (əşyaya) nəticəyə nail olmaqdır. Əvəzli xidmət göstərilməsinə dair müqavilədə isə xidmətin maddi nəticəsi deyil, yerinə yetirilmiş olan qeyri-maddi nəticəli hərəkət, fəaliyyət, proses çıxış edir. Hazırkı mübahisə üzrə tərəflər arasında münasibətlərin nəticəsi kimi qeyri-maddi nəticəli hərəkət, fəaliyyətin özü çıxış etdiyindən, burada podrat münasibətlərindən söhbət gedə bilməz.
16. Məhkəmə nəzərə almışdır ki, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən tərəflər həmin Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
17. Məhkəmə kollegiyası mülki mübahisənin mahiyyəti ilə bağlı öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilə bağlanmış, müqavilənin şərtləri qarşılıqlı razılıq əsasında müəyyənləşdirilmiş v ə razılaşdırılmış şərtlərə əsasən müqaviləyə hər hansı üzrlü səbəbdən xitam verilərsə, müqaviləyə xitam verildiyi təhsil ayı çıxmaqla, sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququ təhsil müəssisəsində saxlanılmış, müqavilənin şərtləri və təhsil müəssisəsinin qaydaları tələbə və ya valideyn tərəfindən kobud şəkildə pozulduqda, müqaviləyə heç bir əlavə məsuliyyət və öhdəlik daşımadan, o cümlədən və bununla məhdudlaşmamaqla, heç bir təhsil haqlarını və ya digər ödənişləri geri ödəmədən birtərəfli qaydada xitam vermək təhsil müəssisəsinin hüququ olması müəyyənləşdirilmişdir.
18. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilə bağlandıqdan və müqavilənin şərtlərinin bir hissəsi iddiaçı tərəfindən yerinə yetirildikdən (təhsil haqqının bir hissəsi ödənildikd ən) sonra, iddiaçının övladının təhsilini cavabdeh müəssisədə xx.xx.2022-ci il tarixədək davam etdirəcəyi, həmin tarixdən isə xarici ölkəyə köçməsi ilə bağlı təhsil müəssisəsini tərk edəcəyi, bu səbəbdən də təhsil haqqının həmin müddətə qədər hesablanmalı olması barədə mövqeyi onunla cavabdeh təhsil müəssisəsi arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmamışdır. Belə ki, yaranmış şəraitdə təhsil haqqının qalıq hissəsinin güzəşt edilməsi hüququ cavabdehə məxsus olmuş, o isə öz növbəsində, hüququndan istifadə edərək bundan imtina etmişdir.
19. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, iddiaçının hazırkı iddiasının qanuni əsası və ya müqavilə əsası mövcud olmamış, birinci instansiya məhkəməsi həmin iddianı təmin etməklə maddi və prosessual hüquq normalarının pozmuşdur. Ona görə də mübahisələndirilən qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir.
20. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi tərəflər arasında bağlanmış müqavilə müddəalarına və Mülki Məcəllənin 386.1, 390.1, 390.5, 405.1, 405.2ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilərək, iddianın təmin olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti iddianın və apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin tələb ləri pozulmuşdur. Məhkəmə iddiaçının cavabdehin övladının “High School” proqramı üzrə təhsil almasından imtina etməsini qəbul etməmişdir və iddia tələbini təmin etməməklə Səid Kərimlinin üzərinə vəzifə qoymuşdur ki, o həmin proqram üzrə təhsili 2023-cü ilin iyun ayına kimi davam etsin.
23. Mülki Məcəlləsinin 390.6, 753.2, 786.1-ci maddələrinin tələbləri pozulmuşdur. Səid Kərimli “High School” proqramı üzrə təhsil alır və təhsili bitirməli idi. Məhkəmə müqaviləyə xitam verməməklə Səid Kərimlinin təhsilinin təhsil müəssisəsində davam etməsinə məcbur etmişdir. Məhkəmə tərəflər arasında münasibətlərə podrat müqaviləsinin deyil, tapşırıq müqaviləsinin normalarını tətbiq etmişdir. Lakin, tapşırıq müqaviləsini tənzimləyən norma da cavabdehə yalnız zərərinin əvəzinin ödənilməsini tələb etmək hüq uqu verir. Cavabdeh zərərçəkmə ilə bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Hazırda cavabdeh təhsil xidmətləri göstərmədiyi dövrlər üçün xidmət haqqının ödənilməsini tələb edir. Cavabdehin bu hərəkəti əsassız varlanma ilə müşayiət olunur.
24. MPM-in 402.1-ci maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnamədən kassasiya şikayəti verilə bilməməsinə dair mövqeyi yanlışdır. Belə ki, iddiaçı iki tələblə məhkəməyə müraciət etmişdir-tərəflər arasında bağlanmış müqaviləyə xitam verilməsi, Səid Kərimlinin təhsil alması üçün cavabdehə ödəniləcək məbləğin 4600 manat müəyyən edilməsi. Birinci tələb əmlak xarakterli deyil, hüquqi xarakterlidir, qətnamədən kassasiya şikayəti verilə bilər. İllik ödəniləcək təhsil haqqının qiyməti 8000 manatdır. Beləliklə, m übahisələndirilən məbləğ 8000 manatdır, qətnamədən kassasiya şikayəti verilə bilər.
25. İddiaçı, həmçinin əlavə yazılı izahat təqdim edərək bildirmişdir ki, aralarında bağlanmış müqavilə cavabdeh tərəfindən təqdim edilmiş, onun müqaviləyə düzəlişlər etmək imkanı olmamışdır. Çünki əks halda övladı Məktəbə qəbul edilməyəcəkdi. Bu baxımdan, müqavilə azadlığından söhbət gedə bilməz. Beləliklə, cavabdeh beynəlxalq təcrübəyə zidd olaraq valideyni tamamilə məktəbin müdiriyyətindən, onun lütfündən, istəyindən asılı vəziyyətə salmış, bu vəziyyətin yaranmasına səbəb isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lazımi tənzimləmə tədbirlərini həyata keçirməməsi (oxşar halları nizama salan normativ hüquqi akt qəbul etməməsi) olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış mü qavilənin 4.9-cu maddəsini düzgün təfsir etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur.
27. Etirazda bildirilmişdir ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən müqavilənin şərtlərinə uyğun müqaviləyə vaxtından əvvəl xitam verilməsi tərəfləri öhdəliklərindən azad etmir. İddiaçı tərəfindən 3400 manat məbləğində vəsaitin ödənilməsi onun öhdəliyidir. Kassasiya şikayətinin Səid Kərimlinin təhsil almaq hüququnun cavabdeh tərəfindən pozulmasına dair dəlili əsassızdır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini hər bir təhsil pilləsi üzrə təhsil proqramlarına uyğun olaraq sərbəst müəyyən edir. Özəl təhsil müəssisəsi ilə təhsilal anlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.
28. Kassasiya şikayətinin əsassız varlanmaya dair dəlili əsassızdır. Belə ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Təhsil haqqının əvvəlcədən tam məbləğdə ödənilməsi sözügedən müqavilənin şərtlərindən biridir. Tətbiq edilən hüquq Mülki Məcəllə
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onl ar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
32. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
33. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
34. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.
35. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
36. Maddə 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. 3
7. Maddə 419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir.
38. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.
39. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
40. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
41. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
42. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyiş miş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.
43. Maddə 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.
44. Maddə 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmə nin qərarı ilə yol verilir.
45. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
46. Maddə 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.
47. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
48. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qay dasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
49. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
50. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM)
51. Maddə 14.2. Məhkəmə y alnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddin də baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli Qərarı
57. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın fakt iki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunu b-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya icraatı üzrə iddianın rədd olunması barədə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış münasibətin podrat hüquq münasibəti olmadığı və Mülki Məcəllənin 390-cı maddəsinə əsasən tərəflərin həmin Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarına malik olduqları barədə qanuni və əsaslı qənaətə gəlmişdir.
61. Buna baxmayaraq məhkəmə bağlanmış müqavilənin şərtləri əsasında belə qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilə bağlandıqdan və müqavilənin şərtlərinin bir hissəsi iddiaçı tərəfindən yerinə yetirildikdən (təhsil haqqının bir hissəsi ödənildikdən) sonra, iddiaçının davranışları bağlanmış müqavilənin şərtlərinə uyğun olmamışdır. Belə ki, yaranmış şəraitdə təhsil haqqının qalıq hissəsinin güzəşt edilməsi hüququ cavabdehə məxsus olmuş, o isə öz növbəsində, hüququndan istifadə edərək, bundan imtina etmişdir.
62. Halbuki iddiaçı iddia tələbində aralarında bağlanmış “Təhsil xidməti göstərilməsi haqqında” müqaviləyə 1 yanvar 2022-ci il tarixdə xitam verilməsi və övladının 2021-ci il sentyabr ayının 15-dən dekabr ayını n 31-dək 10 A2 sinfində təhsil alması üçün cavabdehə ödəniləcək təhsil haqqının 4600 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsası ondan ibarət olmuşdur ki, hal-hazırda ailəsi ilə birlikdə ailə vəziyyəti ilə əlaqədar X1 Dubay şəhərinə köçmək niyyətindədir. 1 yanvar 2022-ci il tarixdən (2-ci yarımillikdən) oğlu təhsilini Dubaydakı məktəbdə davam etdirəcək. Bu barədə bir ay əvvəl sinif rəhbəri Pərvin Zeynalovanı və Zahirə xanımı məlumatlandırmış, bundan başqa, bu barədə onlayn qaydada cavabdehin internet saytı vasitəsilə müraciət etmişdir.
63. Cavabdeh iddiaya etirazını müqaviləyə hər hansı üzrlü səbəbdən xitam verildiyi halda, müqaviləyə xitam verildiyi təhsil ayı çıxılmaqla sonrakı aylar üçün ödənilmiş təhsil haqqının geri qaytarılması hüququ nun təhsil müəssisəsində saxlanıldığı barədə aralarında bağlanmış müqavilənin 4.9-cu maddəsi ilə əsaslandırmışdır.
64. Göründüyü kimi iddiaçının öz tələbini əsaslandırmaq üçün istinad etdiyi maddi hüquq normalarından asılı olmayaraq iddia tələbi cavabdehlə aralarında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsindən (şərtlərinin dəyişdirilməsindən) ibarətdir.
65. Nəzərə alınmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər n ormativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir (§ 57).
66. İddianın faktiki əsaslarından fərqli olaraq məhkəmə işə baxarkən iddiaçının istinad etdiyi hüquqi əsaslara bağlı deyil və “məhkəmə hüququ bilir” prinsipinə əsasən iddia tələbinin hüquqi əsaslarını müəyyən etməkdə sərbəstdir.
67. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikd ə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (§ 40).
68. Həmçinin Mülki Məcəlləyə müvafiq olaraq müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar (maddə 422.1). Məcəllənin 422.2-ci maddəsində qeyd olunan əsasla müqavilənin məhkəmə tərəfindən ləğv edilməsi və dəyişdirilməsi əsasları sadalanm ışdır (§ 41-42).
69. Tərəflər arasında bağlanmış müqavilədə tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə xitam verilməsi istisna edilməmişdir. Belə ki, müqavilənin 4.13-cü bəndinə əsasən müqavilənin qüvvəyə minməsindən sonra 10 təqvim günü keçdiyi andan etibarən hər hansı səbəbdən valideyn və ya tələbənin təqsiri və ya təşəbbüsü ilə bu müqaviləyə xitam verildiyi təqdirdə heç bir ödənilmiş təhsil haqları və digər ödənişlər təhsil müəssisəsi tərəfindən geri ödənilmir.
70. Belə mübahisəyə baxan məhkəmənin əsas vəzifələrindən biri də məhz iddiaçının konkret tarixdən müqavilədən imtina etməsinin mülki qanunvericiliyin müddəalarına və müqavilə şərtlərinə uyğun olub-olmadığına, yaxud iddiaçının istinad etdiyi müqavilənin ləğvi və ya dəyişdirilməsi əsaslarının mülki qanunvericilik normalarının dis pozisiya şərtləri ilə uyğun olub-olmadığına qiymət verməkdən ibarətdir.
71. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı kimi müqavilənin ləğvi və ya dəyişdirilməsi tələbini irəli sürmüş tərəfin davranışlarının bağlanmış müqavilənin şərtlərinə uyğun olmaması özü-özlüyündə iddianın rədd olunması üçün əsas sayıla bilməz. Lakin işə baxmış apellyasiya instansiya məhkəməsi istinad olunan məsələ, o cümlədən iddiaçının müqavilədən birtərəfli imtina etməsi, yaxud müqavilələrin ləğv edilməsi (dəyişdirilməsi) üçün qanunla müəyyən edilmiş şərtlərə riayət edib-etmədiyi barədə hər hansı hüquqi dəyərləndirmə aparmamışdır.
72. Halbuki işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək işə baxan məhk əmənin əsas prosessual vəzifələri sırasındadır (§ 53).
73. Yuxarıda göstərilən məsələyə veriləcək hüquqi qiymətin nəticəsindən asılı olaraq, məhkəmə tərəfindən iddiaçının ödədiyi vəsaitin müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməsi kimi qəbul edilməsinin mümkünlüyü ilə bağlı hüquqi dəyərləndirmə aparılmalıdır.
74. Sonuncu hal isə mülki qanunvericilik müddəalarının tətbiqi ilə yanaşı, müqavilə şərtlərinin Mülki Məcəllənin 404-cü maddəsinə uyğun olaraq təfsirini tələb edə bilər.
75. Hazırkı mübahisə üzrə müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda ödənilməli olan təhsil haqqının məbləğinə dair müqavilə şərtlərinin tətbiqi ilə bağlı, həmçinin qeyd olunmalıdır ki, təcrübədə təhsilalanlarla təhsil müəssisələri arasında xidmətin göstərilməsinə dair bağlanan müqavilələr bir qayda olaraq təhsil müəssisələri tərəfindən təklif edilir, həmin müqavilələr özündə, eyni zamanda əvvəlcədən ifadə edilən və dəfələrlə istifadə üçün nəzərdə tutulan standart şərtləri də ehtiva edir (§ 35).
76. Mülki qanunvericiliyə əsasən müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qey ri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır (§ 36-39).
77. Bu baxımdan standart şərtli müqavilələrdən irəli gələn mübahisəni həll edən məhkəmə həmin mübahisəyə tətbiq etdiyi müqavilə müddəalarını təfsir edərkən standart şərtlərin müqavilənin tərkib hissəsinə çevrilib-çevrilmədiyinə, etibarlı olub-olmadığına da hüquqi qiymət verməlidir.
78. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassas iya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.
79. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4724/2022 nömrəli mülki iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.