Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1020/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 13 fevral 2019-cu il iş № 2(102)- 1020/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə,ACnun katibliyi, İddiaçı, iddiaçının vəkili ŞN, Cavabdeh və onun vəkili ŞTnın iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 fevral 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov, iş № 2(051)-908/2018 saylı mülki iş) iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzrə Cavabdeh verilmiş reystrdən çıxarışın ləğv edilməsi tələbinə dair hissədə təmin edilməməsi, Mingəçevir şəhəri A.Məmmədov küçəsi, 10 saylı evin, 12 saylı mənzilində yerləşən mənzilin satışından əldə olunmuş 29520 (iyirmi doqquz min beş yüz iyirmi) manat məbləğində pulun X10 tutulub İddiaçı verilməsi qət edilmiş, iddia tələbinin qalan hissədə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən, məruzəçi), M.Əsədli və İ.Quliyev, 2(107)-1965/2018 saylı mülki iş) hazırki iş üzrə Mingəçevir şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi qismən-iddianın tə min olunmuş hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri, A.Məmmədov küçəsindəki 10 saylı evin, 12 saylı mənzilinin satışından əldə olunmuş 30000 (otuz min) ABŞ dolları məbləğində pulun Cavabdeh tutulub ona verilməsi tələbinə dair iddiası rədd edilmiş, qətnamə qalan hissədə dəüyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzrə Cavabdeh adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi və həmin mənzilə aid ona verilmiş yeni çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətn aməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, iddiaçının vəkili ŞN kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili ŞT kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddia tələbinin qismən təmin olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddia tələbini rədd edən apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh X9 doğma atasıdır. X1 iddiaçının arvadı, cavabdehin isə anasıdır. İddiaçı LM ilə nikahda olduqları dövrdə ÜNVAN1ni almışlar. Mənzil mərhum X6 adına rəsmiləşdirilmişdir. İddiaçı həmin mənzil özgəninkiləşdirilənə qədər mərhum həyat yoldaşı L və qızı Glə birlikdə Rusiya Federasiyasında, G isə Mingəçevir şəhərində yaşamışlar. Gın və Lnin xəstəliyi ilə bağlı zərurət yarandığından mübahisəli mənzilin satılması üçün L onun adında çıxış etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən qızı Ga etibarnamə göndərmişdir. Cavabdeh anasının ona verdiyi etibarnamə əsasında həmin mənzili 30 may 2008-ci ildə, 29520 manata X2. Daha sonra o, mənzilin satışdan əldə etdiyi puldan 10 000 (on min)manatını ayrı-ayrı adamların adından Muğanbank vasitəsi ilə iddiaçıya göndərmişdir. Həmin vaxt X3 vəziyyəti ağırlaşdığı üçün iddiaçı onu Mingəçevir şəhərinə gətirmiş, qızı Ga və sonuncunun xalaları olan Lnin bacılarına təhvil verib Rusiya Federasiyasına qayıtmışdır. G mənzilin satışından əldə etdiyi pulun qalan hissəsini anası L vermişdir. Daha sonra Cavabdeh özündə olan pullar, xalalarının ona etdikləri pul yardımları və anasının ona verdiyi cəmi məbləği 14 000 manat olan pula 03 iyun 2008-ci ildə Mingəçevir şəhəri X27 küçəsindəki 23 saylı evin, 4 saylı, 2 otaqlı mənzilini X11 almış və anası ilə birlikdə yaşamaq üçün həmin evə köçmüşdür. Cavabdeh “dializ”-böyrək çatışmamazlığı xəstəliyindən əziyyət çəkdiyi halda anasının səhhəti surətlə pisləşmiş və 14 avqust 2008-ci ildə vəfat etmişdir. İddiaçı 2012-ci ildə Azərbaycana köçərək X18 ilə evlənmiş və onunla birlikdə yaşamaq üçün Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri X27 küçəsindəki 23 saylı evin,4 saylı,2 otaqlı mənzilinə köçmüşlər.Onlar 2016-cı ilə qədər həmin evdə mehriban yaşasalar da,sonradan münasibətləri korlanmış və Cavabdeh iddiası əsasında 10.04.2017-ci ildə Ali Məhkəmənin qərarı ilə qüvvədə saxlanılmış Şəki Apellyasiya Məhkəməsinin 13.10.2016-cı il tarixli qətnaməsinə əsasən X12 Gın mənzilindən çıxarılması qət edilmişdir. Hazırki iddia tələbi ilə iddiaçı məhkəməyə müraciət edənə qədə r nə iddiaçı, nə də Gın etibarnamə əsasında satdığı evin mülkiyyətçisi olmuş L nə evin alqı- satqısını, nə də alqı-satqı nəticəsində alınmış pulu mübahisələndirməmişlər. X7 onun adında çıxış etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən qızı Ga göndərdiyi etibarnamədə sonuncuya özünə məxsus Mingəçevir şəhəri A.Məmmədov küçəsindəki 10 saylı evin 12 saylı mənzili ilə bağlı sərəncam vermək hüquqlarını verdiyi halda,həmin mənzilin neçəyə satılması və satışdan əldə ediləcək pulun ona göndərilməsi barədə heç bir göstəriş verməmişdir.Bütün bunlara baxmayaraq X7 ona məxsus mənzilin satılmasından dərhal sonra Azərbaycana gəlmiş,mənzilin satılmasının şahidi olmuş,onun və bacılarının birgə verdikləri pul vəsaitləri və özündə olan pul vəsaiti hesabına Gın 14000 manata mənzil almasının ş ahidi olmuş,həmin mənzildə Gla birlikdə yaşamış və ölən günədək Gla aralarında heç bir mübahisə olmamışdır.X5,nə də G ÜNVAN1nin satılmasından əldə ediləcək pulun İddiaçı verilməsi barədə heç bir öhdəlik götürməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.O,həmçinin,kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh təmsil etdiyi anasının adından özü barəsində deyil X19 barəsində əqd bağlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qar şılıqlı münasibətlərinə uyğun olmamaqla qətnamə maddi hüquq normaları düzgün tətbiq edilməməklə qəbul edilmişdir İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* npmrəli 04.08.2008-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri X27 küçəsi 23 saylı evin, 4 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reystrində 1 nömrəli reystr kitabının 114 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş sənədlərin surətindən görünür ki, X7 doğma qızı olan Cavabdeh onun adından alqı-satqı aparılması üçün etibarnamə verilmişdir. İşə əlavə olunmuş AN-l № ******* saylı 30 may 2008-ci il tarixli daş ınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X4 adından verilmiş etibarnamə əsasında Məmmədova X13 şəhəri A.Məmmədov küçəsi 10 saylı evin 12 saylı mənzilini 29520 manata X2. İşə əlavə olunmuş Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 avqust 2017-ci il tarixli arayışdan görünür ki,X8 14 avqust 2008-ci ildə ölmüşdür. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, iddiaçı ÜNVAN1i LM ilə birgə nikah dövründə əldə etmiş, L.Manın verdiyi etibarnamə əsasında mübahisəli mənzili satmışdır və öz adına yeni mənzil almışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən əsaslandırdığı L.Mnın və Cavabdeh mübahisəli evin satılmasından əldə edilərək pulun İddiaçı verilməsi barədə heç bir öhdəlik götürmədiyi L.anın Cavabdeh verdiyi etibarn amədə mənzilin neçəyə satılması və satışdan əldə edilərək pulun ona göndərilməsi barədə heç bir göstəriş verməməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına və qanunvericiliyin tələblərinə uyğun olmamaqla əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən “Ər- arvadın birgə nikah müddətində əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə,onların hər birinin əmlak,sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvad qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq,əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermə k hüquqlarından ibarətdir.Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında”Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq sürətdə, belə şərtlər və tələblər olmaqdıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin)etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edən) adından bağladığı əd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını ö zündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə qiymət verərək belə nəticəyə gəlir ki, iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən obyektiv hallarını, mübahisəli evin satılması ilə əlaqədar iddiaçının heç bir pul olmamasını, mübahisəli evin satılmasından əldə edilən pula cavabdehin öz adına ev olmasını nəzərə almamış və əsaslandırmadan iddianın rədd edilməsinə dair qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərər əməl edilməklə iş üzrə qanuni qərar qəbul edilməlidir Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Hakimlər Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyev
Məhkəmə qərarları › İş №2(102)-1020/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1020/2019
13.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver