Məhkəmə qərarları › İş №2(102)-1020/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1020/2022

18.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1020/2022 18.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh6 MTK, Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5-yə qarşı iş üzrə QƏRARDADİ iş № 2(102)-1020/21 (Açar sözlər: müqavilə öhdəliyinin yerinə yetirilməsi, iddiadan imtina) Bakı şəhəri, 18 mart 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh6 MTK, Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5-yə qarşı “mülkiyyət hüquq larının müdafiəsi və müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7510/2021 nömrəli, 22 sentyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh6 MTK-nın kassasiya şikayətinə 18 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinin, Cavabdeh6 MTK-nın və Cavabdeh6 MTK-nın rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin, o cümlədən Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5-nin üzərinə onunla "xxxx" MMC ilə bağladığı 09.06.2008-ci il tarixli müqa vilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 92,05 kv.m. olan mənzillə təmin etmək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Yasamal Rayon Məhkəməsinin 22(004)-6469/2019 saylı, 28.11.2019 tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh6 MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin 26.12.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh6 MTKnın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29.03.2012ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 09.06.2008-ci il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda inşa edilməli olan 12 mərtəbəli yaşayış evinin 1-ci blokunda 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 92,05 kv.m. olan 2 otaqlı 5 nömrəli mənzilinin (1 kv.m. sahə üçün 536 manat hesablanmaqla ümumi dəyəri 49.338 manat təşkil edən) əvəzində İddiaçı tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan 49.338 manatdan ümumilikdə ödənilmiş 34.914 manat pul vəsaitinə uyğun olaraq (1 kv.m. sahə üçün 536 manat hesablanmaqla 34.914 manat: 536 manat = 65,0 kv.m.) İddiaçı ünvan 1 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 65,0 (altmış beş) kvadrat metr təşkil edən mənzillə təmin edilməsi öhdəliyi Cavabdeh6 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmuş, iddia tələbinin Cavabdeh6 Mənzil Tikinti Kooperativinə qarşı qalan hissədə və iddia tələbinin digər cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Cavabdeh2 MTK, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5-yə qarşı olan hissədə tam rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki İ icraat

3. Cavabdeh6 Mənzil Tikinti Kooperativi apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2809/2020 nömrəli, 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 22(004)-6469/2019 saylı, 28.11.2019 tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmişdir. c) Kassasiya instansiyası məhkəməsi ndəki İ icraat

5. İddiaçı qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi nin xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki Kollegiyasının 2(102)3228/2021 saylı, 20 may 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2809/2020 nömrəli, 28 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmıdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki İİ icraat

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7510/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh6 Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 22(004)-6469/2019 saylı, 28.11.2019 tarixli qətnaməsi mübahisələndirilən hissədə d əyişdirilmədən saxlanmışdır. d) Kassasiya şikayətinin dəlilləri

8. Cavabdeh Şərur” Mənzil Tikinti Kooperativi qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, yeni qərar çıxarılmasını xahiş etmişdir. e) Kassasiya şikayətinə qarşı etiraz

9. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Lakin İddiaçı (və onun vəkili Vəkil2) məhkəmənin dəftərxanası və elektron məhkəmə sistemi vasitəsilə məhkəmə kollegiyasına müraciət edərək, iddiadan imtina etdiyini, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmiş və imtinanın hüquqi nəticələrinin vəkili tərəfindən ona izah edilməsini göstərmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5. İd diaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 2 61.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin normalarına (MPM, 52.1, 52.5, 191.1) əsasən hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi və onun iddiadan imtina sı qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir.

11. İddiaçı iddiadan imtina etməsi barədə ərizəsinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyasının qətnaməsi ləğv edilməli, iş üzrə icraata MPM-in 261.0.4-cü maddəsinə uyğun olaraq xitam verilməlidir.

12. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi ilə yanaşı, onu da izah edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

13. Yuxarıda göstərilənləri və MPM-in 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddia tələbindən imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 2(103)-7510/2021 nömrəli, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar