Məhkəmə qərarları › İş №2(102)-1020/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1020/2025

10.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1020/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanmanın hüquqi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 2(103)5362/2024 nömrəli 24 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gülüstan küçəsində yerləşən 38 saylı evin 1 otağına X1 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. 14.12.2022-ci il tarixli etibarnaməyə əsasən cavabdeh İmanova X3 X10 tərəfindən etibarnamə əsasında ona verilmiş səlahiyyətləri (hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə verilmiş **********03-1030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evindən ona məxsus bir otağın özgəninkiləşdirilməsi ilə əlaqədar yüklülük arayışını almağı, mülkiyyətə sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı, bu işlə əlaqədar banklardan onlara çatası pulu almağı, buna dair müqavilə imzalamağı, həmin torpaq sahəsindən ona məxsus hissəyə dair notariat öfisində bütün növ notariat əməliyyatlarını yerinə yetirməyi, o cümlədən istənilən məzmunda ərizə və müqavilələri imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və bu işlə əlaqədar bütün hərəkətləri etməyi) İddiaçı etibar etmişdir.

3. X1 xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən həmin etibarnaməyə Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ev satmaq bəhanəsi ilə ondan aldığı 14.000 manat pulun və hüquqi xidmətlə bağlı müqavilə bağlamaq üçün ödədiyi 2.500 manat pulun, cəmi 16.500 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Balaxanı qəsəbəsi, Gülüstan küçəsində yerləşən 29A sayı evdə yaşayır. Cavabdeh evini satmaq barədə qonşulara demiş və müştəri tapmaqda köməklik etmələrini xahiş etmişdir. O da mənzil şəraiti yaxşı olmadığından həmin evi almaq qərarına gəlmişdir. Bu məqsədlə də qonşusu Tamilla ilə birlikdə onlara getm iş, evi almaq istədiyini bildirmiş, qiymətini soruşmuşdur. Cavabdeh evi 30.000 manata satacağını bildirmişdir. Ev özbaşına tikili olmuşdur. O, razılaşmışdır. Cavabdeh ona bildirmişdir ki, ilkin olaraq ona 14.000 manat pul verməlidir, çünki pula böyük ehtiyacı vardır. Onlar razılığa gəlmiş, cavabdehə 14.000 manat pul vermiş, cavabdeh isə notariat kontoruna gedərək orada ona etibarnamə vermişdir. Cavabdehdən qalan hissəni verib evin sənədləşdirilməsini xahiş etsə də, müxtəlif bəhanələrlə bu işi uzatmağa çalışmışdır. Cavabdehin boş yerə sənədləşdirməni uzatdığını görüb pulunu geri istəmiş, cavabdeh pulunu verməkdən imtina etmişdir. Dəfələrlə Tamilla ilə birlikdə onun evində olmuş, lakin cavabdeh ondan aldığı 14.000 manat pulu geri qaytarmamışdır. Nəticədə o, hüquqlarını məhkəmədə müdafiə etmə k məqsədilə vəkilə müraciət etmiş, vəkil sənədlərini tərtib etmiş və məhkəməyə müraciət etmişdir. Cavabdehin ondan ev satmaq bəhanəsi ilə 14.000 manat almasını qonşuları X4 və Ülviyyə Dadaşova da təsdiq edə bilərlər. Sonradan məlum olmuşdur ki, Gülxarənin oğlu ilə bağlı problemi olmuş və ondan ev satmaq bəhanəsilə 14.000 manat pul alıb işini düzəltmişdir. Bu niyyətinə çatmaq üçün ona Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, ev 3-də qeydiyyatda olan X5 kömək etmişdir. Belə ki, X5 cavabdehə xx.xx.2032-ci il müddətinədək etibarnamə vermiş, cavabdeh isə ona etibarnamə vermişdir ki, guya ev onundur. Cavabdehdən pulunu geri qaytarmasını tələb etdikdə, o, X5 ilə əlbir olaraq ona verilən etibarnaməni ləğv etdirmiş, pulunu isə geri qaytarmaqdan imtina etmişdir.

6. Cava bdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirib ki, heç bir müqavilə bağlamadan, yalnız etibarnamə ilə mübahisəli evi satarkən iddiaçıdan ümumilikdə 14.000 manat pul almış, 10.000 manatını qaytarmışdır. Hal-hazırda iddiaçıya 4000 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilməsini xahiş edir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(008)3885/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Qədirova) iddia təmin edilmiş, Cavabdeh 14.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 140 manat dövlət rüsumunun 132 manatının İddiaçı aid edilməsi, dövlət rüsumunun artıq ödənilmiş 8 manatının dövlət büdcəsindən İddiaçı qaytarılması qət edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı və cavabdeh sonuncuya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 30.000 manata alınmasına dair razılıq əldə etmişlər. İddiaçı ilkin olaraq cavabdehə 14.000 manat məbləğində pul vermiş, cavabdeh isə notariat kontorunda ünvan 1 ünvanında yerləşən yaşayış evinin X2 məxsus 1 (bir) otağının özgəninkiləşdirilməsi ilə əlaqədar yüklülük arayışını almağı, mülkiyyətə sərəncam verməyi, satmağı, bağışlamağı, ipoteka (girov) qoymağı və digər hərəkətləri etmək səlahiyyətlərinə dair sonuncunun adından İddiaçı etibarnamə vermişdir. İddiaçı pulun qalan hissəni verib evin sənədləşdirilməsini cavabdehdən xahiş etsə də, sonuncu iddiaçı ilə aralarındakı şifahi razılaşmanın şərtlərinə əməl etməmiş, həmçinin, aldığı 14.000 manat pulu iddiaçıya qaytarmamışdır. Bununla iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Cavabde h mübahisəli evi satarkən iddiaçıdan ümumilikdə 14.000 manat pul aldığını, həmin puldan 10.000 manatı qaytardığını, hazırda iddiaçıya 4.000 manat borcunun qaldığını bildirsə də, 10.000 manat pulu qaytarmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə də hesab etmişdir ki, müəyyən olunmuş faktiki halları tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh öhdəliyini icra etmədiyindən, sonuncudan 14.000 manat pul tutulub iddiaçıya ödənilməlidir.

9. Məhkəmə, iddia tələbinin hüquqi xidmətin göstərilməsinə görə ödənilən pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı hüquqi xidmətlə bağlı vəkilə ödədiyi 2.500 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etsə də, həmin pul vəsaitinin ödənilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 439.4, 442, 1091, 1092, 1093-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115, 119.1, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında araşdırılmış sübutlarla və onun izahatı və qismən etirafı ilə təsdiq olunmuşdur ki, iddiaçı ilə onun arasında heç bir müqavilə bağlanmadan, yəni şifahi formada, yalnız etibarnamə ilə mübahisəli evin satışı olmuş və b u zaman o, iddiaçıdan ümumilikdə 14.000 manat pul almış, həmin məbləğin 10.000 manatını isə iddiaçıya geri qaytarmışdır. Onun hazırda iddiaçıya 4.000 manat borcu qalmışdır. Onun tərəfindən öhdəliyin qismən yerinə yetirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmiş, onun iddiaçıya olan borcunun tam şəkildə qalması qənaətinə gələrək qismən əsassız qətnamə qəbul edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5362/2024 nömrəli 24 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - F.Abdıyev (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)3885/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanı lmışdır.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, sərəncam vermək səlahiyyəti də daxil olmaqla həmin əmlakla bağlı cavabdeh tərəfindən iddiaçıya etibarnamənin verilməsi onların arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması anlamına gəlmir və gələ də bilməz. Belə ki, tərəflər arasında Mülki Məcəllə ilə müəyyən edilmiş forma tələblərinə (notarial qaydada təsdiq edilmədiyindən) uyğun olmayan və hüquqi nəticə etibarı ilə daşınmaz əmlakın alqısatqısı müqaviləsi kimi qiymətləndirilməsi mümkün olmayan bir əqd bağlanmışdır. Qeyd edilənlər öz növbəsində həmin əqdin əhəmiyyətsiz olduğunu təsdiq edir.

15. Bu baxımdan həmin münasibətlər çərçivəsində cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçıdan pul almış və bügünədək özündə saxlamışdır. Bu hal da birmənalı şəkildə onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etməsi və nəticə etibarı ilə əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh hər hansı hüquqi əsas olmadan, yəni əhəmiyyətsiz əqd üzrə əldə etdiyi pulu iddiaçıya qaytarmalıdır.

16. Bu baxımdan iddiaçı qeyd edilən münasibətlər çərçivəsində cavabdehə ilkin olaraq 4.000 manat, sonra isə 10.000 manat olmaqla, cəmi 14.000 manat məbləğində pulun verildiyini sübut etməli idi. Lakin cavabdeh yaranmış münasibətlərlə yanaşı, həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən ona 14.000 manat pulun verilməsini etiraf etmiş, lakin onun 10.000 manat hissəsini qaytardığını bildirməklə, hüquqi nəticə etibarı ilə bu məbləğin ona verilməsinin sübut edilməsi yükündən iddiaçını azad etmişdi r. Nəticədə cavabdehin özünün həmin məbləğin 10.000 manat hissəsini iddiaçıya qaytarılmasını sübut etmək vəzifəsi yaranmışdır. Ancaq cavabdeh bu mövqedən çıxış etsə də, irəli sürdüyü arqumentləri təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Onun birinci instansiya məhkəməsində bu barədə ərizə verməklə qeyd edilən məbləğin 4.000 manat hissəsinin qaytarılmamasını etiraf etməsi, qalan 10.000 manat pulun onun tərəfindən qaytarılması kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə məhz 14.000 manat məbləğində pul tutulmalıdır.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 144.2, 329.1, 337.1, 337.5, 386.1, 439.4, 646.1, 1091.1, 1091.2, 1092.1-ci, MPM-nin 14.2, 77.1, 217.3, 217.4-cü maddələr inə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

24. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

25. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.7. Əsassız varlanma....

26. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yan lışlığı üçün məsuliyyət daşıyır.

27. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.

28. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyy ən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin ə mələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

33. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

34. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

35. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

36. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəl illərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayə ti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

46. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılm ası vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5362/2024 nömrəli 24 oktyabr 2024- cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar