Məhkəmə qərarları › İş №2(102)-1023/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1023/2022

15.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1023/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı10, İddiaçı9, İddiaçı18, İddiaçı23, İddiaçı21, İddiaçı3, İddiaçı20, İddiaçı5, İddiaçı15, İddiaçı12, İddiaçı13, İddiaçı8, İddiaçı17, İddiaçı19, İddiaçı11, İddiaçı6, İddiaçı14, İddiaçı4, İddiaçı30, İddiaçı1, İddiaçı7 və Vəkil1 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5764/2021 nömrəli iş ü zrə 30 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh MMC tərəfindən valideynlərə ünvanlandırılmış 01 iyul 2020-ci il tarixli bildirişdə göstərilmişdir ki, “Hörmətli valideyn, nəzərinizə çatdırırıq ki, Dünya məktəbinin Pedaqoji Şurasının 25 iyun tarixli onlayn iclasının qərarını və təsisçilərin tövsiyyəsini rəhbər tutaraq 25 iyun tarixli 6 saylı əmrə əsasən, Sizinlə Dünya məktəbi arasında 2019/2020-ci tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqavilənin qüvvədə olma müddəti bitdiyinə görə növbəti 2020/2021-ci tədris ili üçün uzadılmaması barədə sərəncam verilmişdir. Cavabdeh MMC tərəfindən valideynlərə ünvanlandırılmış elektron qaydada məktubda 2019/2020-ci dərs ili üçün ödənilməli olan məbləğin 15 iyun tarixinə kimi tam ödənilməsi tələb olunmuş, şagirdlərin qidalanmalarını təmin etmək öhdəliyi məktəb tərəfindən yerinə yetirilmədiyindən ödənişlərə 300 manat güzəşt tətbiq edilmiş, borcun qalan hissəsi 15 iyun tarixədək ödənilmədiyi halda şagirdlərin sinifdən-sinfə keçirilmələrinin əmrləşdirilməyəcəyi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı10, İddiaçı9, İddiaçı18, İddiaçı23, İddiaçı21, İddiaçı3, İddiaçı20, İddiaçı5, İddiaçı15, İddiaçı12, İddiaçı13, İddiaçı8, İddiaçı17, İddiaçı19, İddiaçı11, İddiaçı6, İddiaçı14, İddiaçı4, İddiaçı30, İddiaçı1 və İddiaçı7 birgə iddiaçılar şəklində Cavabdeh MMC-y ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məktəbin Pedoqoji Şurasının 25 iyun tarixli onlayn iclasının qərarı, həmin tarixli 6 saylı əmri və məktəbin valideynlərə ünvanladığı 01 iyul 2020-ci il tarixli bildirişlərin məktəb ilə 2019/2020-ci il tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqaviləyə zidd və qanunsuz hesab edilərək etibarsız sayılması, iddiaçıların övladlarının – şagirdlərin müqavilə şərtlərinə əsasən təhsilinin Dünya Məktəbində davam etdirilməsinin cavabdeh tərəfindən təmin olunması, cavabdeh məktəbdə onlayn qaydada keçirilən dərslərə görə xərclərin nədən ibarət olduğunun valideynlərə təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehin onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən, məktəbə dövlət tərəfind ən edilmiş yardımlar nəzərə alınaraq, qalan məbləğlərin tam şəkildə güzəşt edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, məktəbin pandemiya ilə əlaqədar karantin dövründə növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsi ilə əlaqədar tələbinin etibarsız hesab edilməsi və həmin ödənişin müqavilə şərtləri üzrə həyata keçirilmə vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçıların övladlarının təhsil aldıqları Cavabdeh (bundan sonra məktəb) tərəfindən 01 iyul 2020-ci il tarixdə bəzi valideynlərə onlayn qaydada aşağıdakı məzmunda bildiriş göndərilmişdir: “Hörmətli valideyn, nəzərinizə çatdırırıq ki, Dünya məktəbinin Pedaqoji Şurasının 25 iyun tarixli onlayn iclasını n qərarını və təsisçilərin tövsiyyələrini rəhbər tutaraq 25 iyun tarixli əmrə əsasən, Sizinlə Dünya Məktəbi arasında 2019/2020-ci il tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqavilənin qüvvədə olma müddəti bitdiyinə görə növbəti 2020/2021-ci il tədris ili üçün uzadılmaması barədə sərəncam verilmişdir.” Bildirişi almış valideynlər məktəbin həm elektron ünvanına, həm də poçt ünvanına yazılı müraciət ünvanlayaraq bildirişdə göstərilən Pedaqoji Şuranın 25 iyun tarixli onlayn qərarının və həmin tarixli əmrin surətlərinin valideynlərə təqdim edilməsini, habelə valideynlərlə bağlanmış müqavilənin uzadılmamasının səbəbləri və əsasları barədə rəsmi məlumat verilməsini tələb etsələr də, onlara heç bir cavab verilməmişdir. Valideynlərə göndərilmiş bildiriş müqav ilə şərtlərinə zidd olmaqla tamamilə qanunsuzdur. Belə ki, valideynlərlə məktəb arasında 2019/2020-ci il tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanılmış müqavilənin tarixi və nömrəsi, bitmə tarixi və növbəti 2020/2021 tədris ili üçün həmin müqavilənin uzadılmamasının nə müqavilə, nə də qanuni əsasları bildirişdə göstərilməmişdir. Digər tərəfdən, valideynlərlə məktəb arasında 2019/2020-ci tədris ili üçün bağlanmış müqavilənin 6.2-ci bəndinin tələblərinə əsasən, həmin “müqaviləni imzalayan hər iki tərəf müqavilə şərtləri ilə tam razı olarsa, müqavilənin bitməsinə 10 gün qalmış heç bir dəyişiklik təklif edilməzsə, müqavilə növbəti tədris ili üçün uzadılmış hesab edilir.” Nəzərə alsaq ki, tərəflər müqaviləyə rəsmi olaraq hər-hansı dəyişiklik təklif etməmişlər, be lə vəziyyətdə müqavilənin müddətinin bitməsindən söhbət gedə bilməz. Bundan başqa, valideynlərlə məktəb arasında 2019/2020-ci tədris ili üçün bağlanmış müqavilədə, ümumiyyətlə həmin müqavilənin uzadılmamasının əsasları nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyası və təhsil qanunvericiliyi ilə icbari hesab edilmiş ümumi orta təhsil hüququnun Dövlət tərəfindən təmin edildiyini, qüvvədə olan qanunvericiliyin təhsil alanların hüquqlarının müdafiəsini müəyyən edən normalarını nəzərə alaraq, belə qənaətə gəlinir ki, məktəb tərəfindən yetkinlik yaşına çatmayan şagirdlərin, başqa sözlə, uşaqların, xüsusən pandemiya dövründə təhsildən kənarda qalmasına və bunun da nəticədə hazırki təhsil müəssisəsinə alınmış uşaqların ciddi psixoloji sarsıntı keçirmələrinə səbəb ola biləcək 25 iyun tarixli qərar və əmr qəbul edilməsi üçün ciddi əsasların olması tələb olunur. Bundan əlavə, məktəb ilə valideynlər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinin tələblərini və ölkədə elan edilmiş karantin vəziyyətini nəzərə alaraq valideynlər məktəbə müraciət edərək təhsil haqqlarında güzəştlər edilməsini xahiş etmişlər. Məktəb valideynlərin bu müraciətlərini cavablandıraraq, təhsil haqqlarının tam ödənilməsinin zəruriliyini bildirmiş, hətta növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləği tam ödəyərək şagirdlərin qeydiyyatdan keçməsinin təmin edilməsini tələb etmiş, əks halda qeydiyyatdan keçməyən şagirlərin məktəbin ümumi şagird siyahısına daxil edilməyəcəklərini bəyan etmişdir. Məktəbin göstərilən mövqeyi ilə bağlı iddiaçılar məktəbin həm elektron ünvanına, həm də poç t ünvanına yazılı müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz olduğunu bildirmiş, onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən, məktəbə dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq qalan məbləğlərin tam şəkildə güzəşt edilməsi xahiş olunmuşdur. Lakin, cavabdeh tərəfindən yazılı müraciətə heç bir cavab verilməmişdir. Cavabdehin ödənişlərlə bağlı yuxarıda göstərilən cavabı müqavilə şərtlərinə tamamilə ziddir. Belə ki, müqavilənin şərtlərindən görünür ki, tərəflər bir-birinə münasibətdə qarşılıqlı öhdəliklər götürmüş və bu öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehlik daşıyırlar. Məktəb 2020-ci ilin mart ayından etibarən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmir. Məsələn, müqavilənin 2-ci hissəsində məktəbin vəzifələri müəyyən olunmuşdur ki, onlardan şagirdlərin təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, ibtidai sinif şagirdlərinin gün ərzində səhər yeməyi, günorta isti naharla və günün ikinci yarısı qəlyanaltı ilə təmin etmək, V-Xİ sinif şagirdlərini səhər çay saatı, günorta isə isti naharla təmin etmək, valideynləri müntəzəm olaraq şagirdlərin nizam-intizam və tədris fəaliyyəti barədə məlumatlandırmaq, şagirdlərin psixoloji dəstəyini (lazım gələrsə) təşkil etmək, şagirdlərin sağlamlığı ilə əlaqədar profilaktik tədbirləri həyata keçirmək məktəbin vəzifələri kimi müəyyən olunmuşdur. Göstərilən vəzifələri isə məktəb mart ayından bəri yerinə yetirməmiş, təhsil yalnız onlayn qaydada aparılmışdır. Məktəb tərəfindən vəzifələrin icra edilməməsi karantinlə əlaqədar olsa da, karantin qaydaları yalnız məkt əbə deyil, həm də valideynlərə də aiddir. Öhdəliklərini tam şəkildə icra etməyən məktəb valideynlərdən təhsil haqqını tam şəkildə ödəmələrini tələb etmişdir. Bu azmış kimi, məktəb valideynlərdən növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləği tam ödəyərək şagirdlərin qeydiyyatdan keçməsinin təmin edilməsini də tələb edir və əks halda qeydiyyatdan keçməyən şagirdlərin məktəbin ümumi şagird siyahısına daxil edilməyəcəklərini bəyan edir. Cavabdeh bu tələbləri irəli sürərkən nəzərə almamışdır ki, növbəti dərs ilkin birinci yarımil üçün müəyyən edilmiş məbləğin tam ödənilməsini tələb etmək valideynlərlə bağlanmış müqavilədə nəzərədə tutulmamış və müqavilə şərtlərinə ziddir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev, iş № 2(001)-518/2021) iddia təmin edilərək, Xəzər Universiteti Dünya Məktəbinin Pedaqoji Şurasının 25 iyun tarixli onlayn iclasının qərarı, 25 iyun tarixli 6 saylı əmrinin və Dünya Məktəbinin valideynlərə ünvanladığı 01 iyul 2020-ci il tarixli bildirişlərin etibarsız sayılması, İddiaçı10, İddiaçı9, İddiaçı18, İddiaçı23, İddiaçı21, İddiaçı3, İddiaçı20, İddiaçı5, İddiaçı15, İddiaçı12, İddiaçı13, İddiaçı8, İddiaçı17, İddiaçı19, İddiaçı11, İddiaçı6, İddiaçı14, İddiaçı4, İddiaçı30, İddiaçı1 və İddiaçı7 övladlarının – şagirdlərin “ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqavilə şərtlərinə əsasən təhsillərinin Xəzər Universiteti Dünya Məktəbində davam etdirilməsi Cavabdeh MMC tərəfindən təmin olunması, Xəzər Universiteti Dünya Məktəbində onlayn qaydada keçirilən dərslərə görə xərclərin nədən ibarət olduğu barədə Cavabdeh MMC tərəfindən İddiaçı10, İddiaçı9, İddiaçı18, İddiaçı23, İddiaçı21, İddiaçı3, İddiaçı20, İddiaçı5, İddiaçı15, İddiaçı12, İddiaçı13, İddiaçı8, İddiaçı17, İddiaçı19, İddiaçı11, İddiaçı6, İddiaçı14, İddiaçı4, İddiaçı30, İddiaçı1 və İddiaçı7 məlumat verilməsi, Xəzər Universiteti Dünya Məktəbində onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən məktəbə pandemiya ilə bağlı dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq, qalan məbləğlərin tam şəkildə güzəşt edilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi, Xəzər Universiteti Dünya Məktəbinin pandemiya ilə əlaqədar karantin dövründə növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsi ilə əlaqədar tələbinin etibarsız hesab edilməsi, həmin ödənişlərin müqavilə şərtləri üzrə həyata keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar 01 iyul 2020-ci il tarixli bildirişdə göstərilən Pedaqoji Şuranın 25 iyun tarixli onlayn qərarını və məktəbin bunun əsasında çıxardığı 6 saylı əmri ala bilmədiklərindən onların məhkəməyə təqdim edilməsini cavabdeh icra etməlidir, cavabdeh isə məhkəmə iclaslarının məhz onun səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi ilə bağlı təxirə salınmasına baxmayaraq, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, iddia ərizəsinə münasibət bildirilməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış “ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilənin şərtləri baxımından məhkəmə qeyd edir ki, həmin müqavilələrin qüvvədə olma müddətləri bitdiyin ə görə müqavilə o halda uzadılmaya bilərdi ki, müqavilənin müddətinin bitməsinə 10 gün qalmış tərəflərdən hər-hansı biri müqavilənin şərtlərinə dəyişikliklər edilməsi ilə bağlı təklif irəli sürmüş olsun və bu təklif digər tərəfdən qəbul edilməsin. İşin halları ilə belə bir təklifin mövcud olması sübuta yetirilmir. Belə olan halda müqavilə uzadılmış hesab edilməli idi. Valideyn olan iddiaçılara müqavilənin uzadılmaması ilə bağlı göndərilmiş bildirişdə məhz müqavilənin qüvvədə olma vaxtının bitməsi əsas kimi göstərildiyindən məhkəmə müqavilənin uzadılmaması üçün digər hansısa əsas olub-olmamasını araşdırmağı zəruri hesab etmir. Cavabdeh tərəfindən valideynlərə ünvanlandırılmış 01 iyul 2020-ci il tarixli bildirişdə “təsisçilərin tövsiyyəsi”nə istinad edilsə də valideynlərin və ya digər qanu ni nümayəndələrin rəylərinin alınması iş üzrə sübut olunmur, halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 5.3-cü bəndinə əsasən ümumtəhsil məktəbinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə məktəbdə idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmimetodiki, valideynlər, təhsilalanlar, valideyn şuraları) yaradıla bilər. Həmin qurumların yaradılması qaydaları və səlahiyyətləri ümumtəhsil məktəbinin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmin Qərarın 6.1-ci və 6.1.3-cü bəndlərində valideynlər və ya digər qanuni nümayəndələr ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları kimi müəyyən edilmişlər. Xəzər Universiteti D ünya Məktəbi tərəfindən iddiaçılara ünvanlandırılmış 01 iyul 2020-ci il tarixli, 443 saylı bildirişdə göstərilənlər tərəflər arasında bağlanmış “ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilənin şərtlərinə, habelə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə zidd olduğundan etibarsız hesab edilməlidir. Məhkəmə iddiaçıların cavabdeh hüquqi şəxsin onlayn qaydada keçirilən dərslərə görə xərclərin nədən ibarət olduğunun valideynlərə təqdim edilməsi, cavabdehin onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən, məktəbə dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq, qalan məbləğlərin tam şəkildə güzəşt edilməsi, məktəbin pandemiya ilə əlaqədar karantin dövründə növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsi ilə əlaqədar tələbinin etibarsız hesab edilməsi və həmin ödənişin müqavilə şərtləri üzrə həyata keçirilmə vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı dəlilləri ilə razılaşaraq qeyd edir ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci və 24.1.3-cü maddələrinə əsasən təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin hüquqlarından biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikas ında ümumi təhsilin dövlət standartları”nın 3.1-ci bəndinə əsasən ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir. Təhsil müəssisəsinin fəaliyyətinin düzgün və səmərəli planlaşdırılması idarəetmənin keyfiyyətini təmin edən başlıca şərtlərdən biri hesab olunur. Həmin Qərarın 13.1-ci maddəsinə əsasən ümumi təhsil sistemində təlim-tərbiyə prosesinin təşkili öyrədənlərlə öyrənənlər arasında “subyekt-subyekt” prinsipinə uyğun qarşılıqlı əməkdaşlıq əsasında aşağıdakı tələblər nəzərə alınmaqla qurulur: (13.1.9.) məktəb-valideyn əlaqələrinin tənzimlənməsi - təhsil müəssisəsinin idarə edilməsində, təlim-tərbiyə prosesinin təşkili ilə bağlı problemlərin aradan qaldırılmasında, müəssisənin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində valideynlərin rolunun təmin edilməsi. Lakin hazırki halda cavabdeh tərəfindən ümumi təhsilin dövlət standartlarında nəzərdə tutulan “subyektsubyekt” prinsipinə əməl etməsi iş üzrə müəyyən olunmur. Onlayn qaydada keçirilən dərslərə görə cavabdeh tərəfindən çəkilən xərclərin nədən ibarət olmasını, yəni valideynlər tərəfindən cavabdehə edilən ödənişlərin onlayn tədris zamanı hansı istiqamətlərdə xərclənməsini bilmələri valideynlərin hüquqlarıdır və bu məlumatlar cavabdeh tərəfindən iddiaçılara təqdim edilməlidir. Digər tərəfdən 2020-ci ilin mart ayından respublika ərazisində “Covid-19” pandemiyasının sürətlə yayılmağa başlaması nəticəsində tətbiq olunmuş karantin rejimində cavabdeh distant (məsafədən) təhsil növündə onlayn qaydada dərslər keçdiyindən valideynlərlə ar alarında bağlanmış müqavilənin şərtlərində nəzərdə tutulmuş vəzifələrini tam olaraq icra etməmiş, bununla da valideynlərin cavabdehin müqavilə üzrə bütün vəzifələrinin icrası qarşılığında məktəbə ödəməli olduqları illik ödənişdən güzəşt hüquqları yaranmışdır. Belə ki, bu reallıqdır ki, məktəb onlayn tədris zamanı şagirdlərə adi halda çəkilməli olduğu xərcləri tam çəkmədiyi halda, yəni öz öhdəliklərini tam icra etmədiyi halda ödəniş haqqlarını tam şəkildə ödənilməsini tələb etməsi mülki hüquq subyektlərinin bərabərliyi prinsipinə uyğun deyil. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov, iş № 2(103)-5764/2021) Cavabdeh apellyasiya şi kayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 fevral 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, Rayon Məhkəməsi eyni əsaslara görə eyni nəticəyə gəlməkdə və iddianın qalan hissəsini təmin etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh MMC (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5764/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun iddia tələbinə aid olmayan 12.2, 12.4, 15.4, 22.1, 24.1, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin iddia tələbinə aid olmayan 399.1, 421.1, 425.1, 425,2, 427.1, 441.1, 441.3, 442 və 447.1-ci maddələrinə, habelə iddiaçılardan biri ilə cavabdeh arasında bağlanmış 01 may 2019-cu il tarixli, 483 saylı müqavilənin 2, 4, 6, 7, 9.1-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin iddia tələbinə aid olmayan 5.3, 6.1, 6.3-cü bəndlərini rəhbər tutaraq hesab etmişdir ki, Cavabdeh MMC iddiaçılara ünvanlanmış 01 iyul 2020-ci il tarixli, 443 saylı bildirişdə göstərilənlər tərəflər arasında bağlanmış “ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilənin şərtlərinə, habelə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə zidd olduğundan etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyasının qətnamə ilə gəldiyi bu nəticəsini əsassız və qanunsuz hesab edirlər, ona görə ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmək üçün hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, yaxud qanunu səhv təfsir etmişdir. Belə ki, məhkəmə nin istinad etdiyi “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.2, 12.4, 15.4, 22.1, 24.1-ci maddələri, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1, 421.1, 425.1, 425,2, 427.1, 441.1, 441.3, 442 və 447.1-ci maddələri, iddiaçılardan biri ilə cavabdeh arasında bağlanmış 01 may 2019-cu il tarixli, 483 saylı müqavilənin 2, 4, 6, 7, 9.1-ci bəndləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 5.3, 6.1, 6.3-cü bəndləri sözügedən nəticəyə gəlmək üçün əsas vermir. Tərəflərindən adı çəkilən bildirişlə ödəniş haqqlarını vaxtında ödəməyən, başqa sözlə valideynlə aralarındakı “Ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilənin 2.11 (“Valideyn” (qəy yum və ya himayəçi) tərəfindən təhsil haqqı vaxtında ödənilmədikdə, şagirdi dərslərə, imtahanlara buraxmamaq və ya məktəbdən xaric olmaq istərkən sənədlərini verməmək hüququnu məktəb özündə saxlayır) və 7.2.1-ci bəndlərinin, (7.2. “Məktəb” aşağıdakı hallarda birtərəfli qaydada məhkəməyə müraciət etmədən bu Müqaviləyə xitam verə bilər: 7.2.1. “Valideyn” (qəyyum və ya himayəçi) təhsil haqqı və digər xərcləri ödəmədikdə) eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89, 91, 390, 441.3-cü maddələrinin, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.5, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 30.3-cü maddələrinin və cavabdehin Nizamnaməsinin 5.4.-cü bəndinin tələblərinə uyğun olaraq müqavilə üzrə öhdəliklərinin vaxtında və lazımınca icra etməyən valideynlərə vaxtı nda xəbərdarlıq edilib ki, onlarla bağlanmış müqavilələr müddəti bitdikdən sonra uzadılmayacaq və ya onların tərəfindən yeni müqavilə bağlanmayacaqdır. Bildirişlər 01 iyul tarixində ödəniş etməyən və ya cavabdehdən ödəniş üçün ən azı 50% güzəşt tələb edən valideynlərə ona görə göndərilmişdir ki, onlar öz uşaqlarının təhsillərini davam etdirməsi üçün növbəti 2 ay ərzində yeni məktəbi müəyyənləşdirsinlər. Bu bildirişi alan çoxsaylı valideynlər zamanında övladlarının sənədlərini onlardan qəbul edərək başqa məktəbə vermişlər. Hətta onu da bildirirlər ki, xeyli sayda valideyn 2019-2020-ci tədris ili üçün ikinci yarımilin ödənişlərini etməmiş, cavabdehin təsisçisinin tövsiyəsi ilə məktəb həmin valideynlərdən ödəniş haqqlarını almadan onların övladlarının sənədlərini verərək başqa məktəbdə təhsil lərini davam etdirmələrinə şərait yaratmışdır. Buna baxmayaraq məhkəmə kollegiyası yuxarıda qeyd edilən nəticəyə gəlmək üçün iddia tələbinə və nəticəyə tamam aid olmayan normativ hüquqi aktlara, habelə maddi hüquq normalarına istinad etmişdir. Məsələn, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.2, 12.4, 15.4, 22.1, 24.1-ci maddələri, yaxud da “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 5.3, 6.1, 6.3-cü bəndləri onlara qadağan edirmi ki, valideynə sözügedən bildirişləri təqdim edə bilmərlər? Əsla belə deyildir. Nümunə kimi götürsək, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.2, 12.4, 15.4, 22.1, 24.1-ci maddələri tamam başqa məsələləri tənzimləyir və bu maddələrdə məktəb tərəfindən valideynə müqaviləni uzatmamaq barədə hər hansı bildirişin təqdim edil məsini qadağan edən tələb yoxdur. Eləcə də, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 5.3, 6.1, 6.3-cü bəndləri də tamam başqa məsələləri tənzimləyir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin Pedaqoji Şurasının 25 iyun 2020-ci il tarixli iclasının qərarını, 25 iyun 2020-ci il tarixli, 6 saylı əmrini və valideynlərə ünvanlanan 01 iyul 2020-ci il tarixli bildirişi etibarsız hesab edərkən hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunları, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89, 91, 390, 441.3-cü maddələrini, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.5, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 30.3-cü maddələrini, habelə “Ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilənin 2.11 və 7.2.1-ci bəndlərini və cavabdehin Nizamnaməsinin 5.4.-cü bəndini tətbiq etməmiş, eləcə də qətnamədə istinad edilən qanunları səhv təfsir etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu bölmənin 1-ci sırasında sadalalan normativ hüquqi aktlara, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın iddia tələbinə aid olmayan 3.1 və 13.1-ci bəndlərini rəhbər tutmaqla hesab etmişdir ki, onlayn qaydada keçirilən dərslərə görə cavabdeh tərəfindən cəkilən xərclərin nədən ibarət olmasını, yəni valideynlər tərəfindən cavabdehə edilən ödənişlərin onlayn tədris zamanı hansı istiqamətlərə xərclənməsini bilmələri valideynlərin hüquqlarıdır və bu məlumatlar cavabdeh tərəfindən iddiaçılara t əqdim edilməlidir. Məhkəmə kollegiyasının qətnamə ilə gəldiyi bu nəticəsini də əsassız və qanunsuz hesab edirlər ona görə ki, bu nəticəyə gəlmək üçün hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, yaxud qanunu səhv təfsir etmişdir. Kollegiya sözügedən nəticəyə gəlmək üçün bu şikayətin 1.1-ci bəndlərində sadalalan normativ-hüquqi aktlara, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın 3.1, 13.1-ci bəndlərini rəhbər tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsil in dövlət standartları”nın 3.1-ci bəndinə görə ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir. Təhsil müəssisəsinin fəaliyyətinin düzgün və səmərəli planlaşdırılması idarəetmənin keyfiyyətini təmin edən başlıca şərtlərdən biri hesab olunur. “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın 13.1-ci bəndinə görə ümumi təhsil sistemində təlim-tərbiyə prosesinin təşkili öyrədənlərlə öyrənənlər arasında “subyekt-subyekt” prinsipinə uyğun qarşılıqlı əməkdaşlıq əsasında aşağıdakı tələblər nəzərə alınmaqla qurulur: 13.1.1. pedaqoji prosesin tamlığı – təhsil məqsədlərinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşıması; 13.1.2. təhsildə bərabər imkanların yaradılması – müəssisənin tə hsil infrastrukturuna uyğun olaraq, təhsilalanlar üçün eyni təlim şəraitinin təmin edilməsi, təhsil prosesinin şagirdlərin meyil-marağı və potensial imkanları nəzərə alınmaqla tənzimlənməsi; 13.1.3. şəxsiyyət yönümlülük - təhsilalanların idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə, onlarda milli və bəşəri dəyərlərin formalaşdırılması; 13.1.4. şagirdyönümlülük - təhsil fəaliyyətlərinin bilavasitə təhsilalanların mənafeyinin müdafiəsinə, təhsil tələbatlarının ödənilməsinə, istedadlarının reallaşmasına, şəxsiyyətlərinin formalaşmasına yönəldilməsi; 13.1.5. inkişafyönümlülük - şagirdlərin təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında onların inkişaf perspektivlərini ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsi; 13.1.6. fə aliyyətin stimullaşdırılması - təhsil prosesinin səmərəliliyinin artırılması, şagirdlərin təlim marağının yüksəldilməsi üçün onların nailiyyətlərinin izlənilməsi və dəyərləndirilməsi istiqamətində tədbirlərin görülməsi; 13.1.7. dəstəkləyici mühitin yaradılması - təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün zəruri infrastrukturun, sağlam mənəvi-psixoloji mühitin, yaradıcı və təhlükəsiz təhsil şəraitinin təmin edilməsi; 13.1.8. inklüzivlik fiziki, psixi, intellektual xüsusiyyətlərindən və sağlamlıq imkanlarından asılı olmayaraq təhsilin bütün uşaqlar üçün əlçatan olması; 13.1.9. məktəbvalideyn əlaqələrinin tənzimlənməsi - təhsil müəssisəsinin idarə edilməsində, təlim-tərbiyə prosesinin təşkili ilə bağlı problemlərin aradan qaldırılmasında, müəssisənin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində valideynlərin rolunun təmin edilməsi. Sual olunur? Bu şikayətdə göstərilən normativ-hüquqi aktlarda və “Ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilənin şərtlərində, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın 3.1 və 13.1-ci bəndlərində onlayn qaydada keçirilən dərslərə görə cavabdeh tərəfindən cəkilən xərclərin nədən ibarət olması, yəni valideynlər tərəfindən cavabdehə edilən ödənişlərin onlayn tədris zamanı hansı istiqamətlərə xərclənməsini bilmələri barədə valideynlərin hüquqları nəzərdə tutulubmu? Cavab birmənalıdır! Yox! Məhkəmənin qətnamədə istinad etdiyi heç bir normativ-hüquqi aktda və adı çəkilən mü qavilədə valideynlərin belə bir hüququ nəzərdə tutulmamışdır. İddiaçıların övladlarının – şagirdlərin “Ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” bağlanmış müqavilə şərtlərinə əsasən təhsillərini “X2 Məktəbində” davam etdirməsinin cavabdeh tərəfindən təmin edilməsinin qət edilməsi apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1 və 390.3-cü maddələrinin, “Ümumi təhsil haqqında” Qanunun 20.5-ci maddəsinin, habelə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 5.6 və 10.8-ci bəndlərinin tələblərinin kobud şəkildə pozulması hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. “Ümumi təhsil haqqında” Qanunun 20.5-ci maddəsinə görə bələdiyyə və özəl ümumi təhsil müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 5.6-cı bəndinə görə ümumtəhsil məktəbinin idarə olunması ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.8-ci bəndinə görə özəl ümumtəhsil məktəbi ilə valid eynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. Xəzər Universiteti Dünya Məktəbində onlayn qaydada keçirilən dərslərə görə xərclərin nədən ibarət olduğu barədə cavabdeh tərəfindən iddiaçılara məlumat verilməsinin, habelə Cavabdehndə onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən məktəbə pandemiya ilə bağlı dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq qalan məbləğin tam şəkildə güzəşt edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinin, cavabdehin pandemiya ilə əlaqədar karantin dovründə növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsi ilə əlaqədar tələbinin etibarsız hesab edilməsinin qət edilməsi tamam absurd olmaqla cavabdehin kommersiya maraqlarının, mülkiyyət hüquqlarının, habelə aşağıdakı qanunl arın kobud şəkildə pozulması hesab edilməlidir. Belə ki, əvvəla Azərbaycan Respublikasının hər hansı normativ-hüquqi aktında, nə də iddiaçılarla bağlanmış “Ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilədə cavabdehin sözügedən vəzifələri nəzərdə tutulmamışdır. Adıçəkilən müqavilədə məktəbin vəzifəsi aşağıdakılardan ibarətdir: 2.1. Şagirdlərin təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, 2.2. İbtidai sinif şagirdlərini gün ərzində səhər yeməyi, günorta isti naharla və günün ikinci yarısı qəlyanaltı ilə təmin etmək, 2.3. V-Xİ sinif şagirdlərini səhər çay saatı, günorta isə isti naharla təmin etmək, 2.4.Valideynləri müntəzəm olaraq şagirdlərin nizam-intizam və tədris fəaliyyəti barədə məlumatlandırmaq, 2.5. Şagirdlərə psixoloq dəstəyini (lazım gələrsə) təşkil etmək, 2.6. Şagirdlərin sağlamlığı ilə əlaqədar profilaktik tədbirləri həyata keçirmək. Belə olan halda məhkəmə hansı əsasla cavabdehin üzərinə belə vəzifə qoya bilər? Bundan başqa, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.5-ci bəndinə görə özəl ümumtəhsil məktəbi aşağıdakı mənbələrdən maliyyələşdirilir: 10.5.1. təhsil xidmətlərinə görə əldə edilən vəsaitlər; 10.5.2. təsisçilərin (himayəçilərin) vəsaitləri; 10.5.3. qanunvericiliyə uyğun olaraq aldıqları qrant və kreditlərin məbləğləri; 10.5.4. hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr; 10.5.5. təhsil, istehsal, məsləhət xidmətlərindən və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə edilən vəsaitlər; 10.5.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əl də olunan vəsaitlər. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.6-cı bəndinə görə özəl ümumtəhsil məktəbi öz maliyyə vəsaitlərini sərbəst idarə edir. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.7-ci bəndinə görə özəl ümumtəhsil məktəbi təhsil haqqının məbləğini hər bir təhsil səviyyəsi üzrə təhsil proqramlarına (kurikulumlarına) uyğun olaraq sərbəst müəyyən edir. Bundan başqa, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir: 4.1.1. dövlət sirrini təşkil edən məlumatlar; 4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındak ı payları barədə məlumatlar istisna olmaqla), 4.1.3. sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar, 4.1.4. qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar, 4.1.5. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə vergi sirri hesab olunmayan məlumatlar. Bu halda hansı qanuna uyğun olaraq cavabdeh özünün kommersiya sirrini - maliyyə hesabatlarında olan və vergi sirri hesab olunmayan məlumatları iddiaçılara verməlidir? Bundan başqa məhkəmə nəzərə almamışdır ki, cavabdeh sahibkardır və fəaliyyətində təbii olaraq mənfəət əldə etmək məqsədi var. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə sahibkarlıq fəaliyy əti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 6-cı maddəsinə görə sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə aşağıdakı hüquqlara malikdir: - təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək; - öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək; - sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən (gəlirdən) ver gilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etmək. Həmin Qanunun 7-ci maddəsində sahibkarın vəzifələri nəzərdə tutulmuş, lakin bu maddədə göstərilən xidmətə görə xərclərin nədən ibarət olması barədə məlumatın xidmət göstərilən şəxslərə verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli, 2(103)-8494/2020 saylı qanuni qüvvədə olan qərardadına görə “iddiaçıların cavabdeh məktəblə “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” bağlamış olduqları müqavilələrdə nəzərdə tutulan öhdəlikləri, yəni təhsil haqqlarını tam ödəməsi öhdəliyini yerinə yetirmələri şərtilə onların övladlarının təhsildən kənarlaşdırılması cavabdehə qadağan edilmişdir. Belə olan halda məhkəmənin sahibkarlıq subyektinin üzərinə xərclər barədə məlumat verilməsi vəzifəsinin qoyulması, habelə Cavabdehndə onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən məktəbə pandemiya ilə bağlı dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq qalan məbləğin tam şəkildə güzəşt edilməsi vəzifəsinin həvalə edilməsi, cavabdehin pandemiya ilə əlaqədar karantin dovründə növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsi ilə əlaqədar tələbinin etibarsız hesab edilməsi yuxarıda qeyd edilən normativ-hüquqi aktların və məhkəmə aktının tələblərinə ziddir. Məhkəmə kollegiyasının qətnamə ilə gəldiyi “məktəb onlayn tədris zamanı şagirdlərə adi halda cəkilməli olduğu xərcləri tam çəkmədiyi halda, yəni öz öhdəliklərini tam icra etmədiyi halda ödəniş haqqlarını tam şək ildə ödənilməsini tələb etməsi mülki hüquq subyektlərinin bərabərliyi prinsipinə uyğun deyil” nəticəsi də əsassız və qanunsuzdur ona görə ki, bu nəticəyə gəlmək üçün rəhbər tutduğu qanunları və normativ hüquqi aktları göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən nəzərə almamışdır ki, şagirdlər Nəsirli Nurlan, Abdullayeva Aydan, Bayramova Sevda, Bayramova Dəniz, Babayeva Mələkxanım, Abdulla Amira, Abdulla Validə, Hüseynov Turan, Cəfərli Amin, Cəfərli Zəhra, Zeynalov Zakir, Həsənova Fərəh, Kərimova Sunay, Əzimzadə Məryəm, Əyyubov Maqsud, Mirzayeva Aylin, Sərəcov Hüseyn, Şərbətov Kənan, Həsənli Cavidan, Həsənli Tamerlan, Rain Əli və Saracev Cahangirin iddiaçı valideynləri məktəblə aralarındakı müqaviləni uzatmaq istəməmiş və övladlarına məxsus aidiyyatı sənədləri məkt əbdən götürərək başqa məktəbə vermiş və adları çəkilən şagirdlər hazırda ayrı-ayrı məktəblərdə icbari təhsilllərini davam etdirirlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, “COVİD-19” pandemiyası ilə əlaqədar, yəni üzürlü səbəbdən mart 2020-ci ildən cavabdehdə ənənəvi dərslər onlayn dərslərlə əvəz edilmiş, bu konteksdə cavabdeh “Ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilənin 2.2 və 2.3-cü bəndlərində nəzərdə tutulan vəzifələrini yerinə yetirə bilmədiyindən təhsil haqqlarında bütün valideynlərə mart - may 2020-ci il müddətinə, hər bir şagirdin aylıq iaşə xərcləri təxminən 100 manat təşkil etdiyindən 300 manat güzəşt etmişdir. Habelə, 2020-2021-ci tədris ili üçün valideynlərlə bağlanmış müqavilələrə “Əlavə” edilmiş və müqavilənin tərkib hissəsi olan bu “Əlavə”də 2020-ci ilin sentyabr və oktyabr aylarında dərslər əyani və online formada keçirildiyinə görə həmin ayların hər birinə 10%, noyabr ayından isə dərslər tam online olduğuna görə 1-9-cu sinif şagirdlərinin təhsil haqqına hər ay üçün 15%, 10-11-ci sinif şagirdlərinin təhsil haqqına hər ay üçün 10% endirim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələndirmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdehin şikayətində göstərilənlərə münasibətdə tam yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələri ndə ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, çəkişmə prinsipi təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şə rtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.3-cü maddəsinə əsa sən, əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən, mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, ümumi təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, öz nizamnaməsi əsasında həyata keçirilir. 12.4-cü maddəsinə əsasən, ümumi təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır. 15.4-cü maddəsinə əsasən, təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Publik hüquqi şəxslər haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. 22.1-ci maddəsinə əsasən, ümumi təhsil sahəsində təhsilalanların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir. 24.1 və 24.1.3-cü maddələrinə əsasən, ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək və s. kimi hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3.-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və ob yektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. İddiaçıların tələbləri: - məktəbin Pedoqoji Şurasının 25 iyun tarixli onlayn iclasının qərarı, həmin tarixli 6 saylı əmri və məktəbin valideynlərə ünvanladığı 01 iyul 2020-ci il tarixli bildirişlərin məktəb ilə 2019/2020-ci tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqaviləyə zidd və qanunsuz hesab edilərək etibarsız sayılması, - iddiaçıların övladlarının – şagirdlərin müqavilə şərtlərinə əsasən təhsilinin Dünya Məktəbində davam etdirməsinin cavabdeh tərəfindən təmin olunması, - cavabdeh məktəbdə onlayn qaydada keçirilən dərslərə görə xərclərin nədən ibarət olduğunun valideynlərə təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, - cavabdehin onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən, məktəbə dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq, qalan məbləğlərin tam şəkildə güzəşt edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, - məktəbin pandemiya ilə əlaqədar karantin dövründə növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsi ilə əlaqədar tələbinin etibarsız hesab edilməsi və həmin ödənişin müqavilə şərtləri üzrə həyata keçirilmə vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. İddiaçılardan X1 ilə cavabdeh arasında 01.05.2019-cu ildə bağlanmış “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” müqavilənin 1.1-ci bəndindən görünü r ki, məktəb ödənişli əsaslarla müvafiq təhsil proqramlarına və bu müqavilənin şərtlərinə uyğun olaraq şagirdə tam orta təhsil verməyi, valideyn isə müəyyənləşdirdiyi bu müqavilənin 1-2-ci bəndində qeyd olunan qiymətlər üzrə təhsil haqqını və zəruri olduğu halda təhsil haqqı artımlarını məktəbə ödəməyi və digər xərclərin ödənilməsini təmin etməyi öhdələrinə götürürlər. Müqavilənin 2.11-ci bəndinə əsasən valideyn (himayəçi) tərəfindən təhsil haqqı vaxtında ödənilmədikdə, şagirdi dərslərə, imtahanlara buraxmamaq və ya məktəbdən xaric olmaq istərkən sənədlərini verməmək hüququnu məktəb özündə saxlayır. Müqavilənin 4.5-ci bəndinə əsasən şagird məktəbdə təhsilini davam etdirərsə növbət tədris ili üçün may ayının 1-dək depozit ödəməlidir. Depozit vaxtında ödənilməzsə, şagirdin adı cari şagird si yahısından çıxarılacaqdır. Valideyn «yeni» şagird kimi ödəniş etməli olacaqdır. Müqavilənin 7.2.1-ci bəndinə əsasən təhsil haqqı və digər xərclər ödənilmədikdə məktəb birtərəfli qaydada məhkəməyə müraciət etmədən bu Müqaviləyə xitam verə bilər. Qeyd edilməlidir ki, digər iddiaçılarla bağlanmış müqavilələr məhkəməyə təqdim olunmamışdır. İşə baxan məhkəmələr həmin şəxslərlə bağlanmış müqavilələri tələb edərək onların şərtlərinin nədən ibarət olması və tərəflərin qarşılıqlı öhdəliklərinin həddini müəyyən etməli olduğu halda müvafiq müqavilələrin təqdim edilməsini tərəflərə təklif etməmiş, istinad olunan müqavilə əsasında bütün iddiaçılarla cavabdehlərin eyni şərtlər daxilində müqavilə bağlamalarını qeyd etmişdir. İddia tələbləri müqavilə şərtləri baxımından qiymətləndirilməli olduğu halda i şə baxan məhkəmələr mübahisənin həlli zamanı müqavilə şərtlərini nəzərə almamış, yalnız formal mülahizələrdən çıxış edərək və tətbiq olunmalı olmayan maddi hüquq normalarını tətbiq etməklə iddianın təmin olunması nəticəsinə gəlmişdir. İddiaçı adı çəkilən bildirişlə “Ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etməyən valideynlərə xəbərdarlığında qeyd edir ki, onlarla bağlanmış müqavilələr müddəti bitdikdən sonra uzadılmayacaq və ya yeni müqavilə bağlanmayacaqdır. Bildirişlərin göndərilməsinin məqsədi ödənişlərin həyata keçirilməsi, belə ödənişin edilməsini həyata keçirməyənlər üçünsə öz uşaqlarının təhsillərini davam etdirməsi üçün növbəti 2 ay ərzində yeni məktəbin müəyyənləşdirilməsinə imkan yaradılması ilə bağlı olmuşdur. Bu m əzmunda bildirişin göndərilməsi isə məhz müqavilə şərtlərinə uyğun olmuş və məhkəmələr tərəfindən isə bu hal müəyyən olunsa da mümkün qiymətləndirməni təmin etməmişlər. Məhkəmə kollegiyası nəticəyə gələrkən aiddiyyəti müəyyən olmayan normativ hüquqi aktlara, habelə maddi hüquq normalarına istinad etmişdir. Lakin nəzərə alınmamışdır ki, həmin normalar özlüyündə müqaviləni uzatmamaq barədə hər hansı bildirişin təqdim edilməsini qadağan etmir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli, 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın iddia tələbinə aid olmayan 3.1 və 13.1-ci bəndlərini rəhbər tutmaqla hesab etmişdir ki, onlayn qaydada keçirilən dərslərə görə cavabdeh tə rəfindən çəkilən xərclərin nədən ibarət olmasını, yəni valideynlər tərəfindən cavabdehə edilən ödənişlərin onlayn tədris zamanı hansı istiqamətlərə xərclənməsini bilmələri valideynlərin hüquqlarıdır və bu məlumatlar cavabdeh tərəfindən iddiaçılara təqdim edilməlidir. İddiaçıların övladlarının – şagirdlərin “Ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” bağlanmış müqavilə şərtlərinə əsasən təhsillərini “Xəzər Universiteti Dünya Məktəbində” davam etdirməsinin cavabdeh tərəfindən təmin edilməsinin qət edilməsi zamanı apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1 və 390.3-cü maddələrinin, “Ümumi təhsil haqqında” Qanunun 20.5-ci maddəsinin, habelə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 5.6 və 10.8-ci bəndlərinin tələblərini nəzərə almamışdır. M ülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. “Ümumi təhsil haqqında” Qanunun 20.5-ci maddəsinə görə bələdiyyə və özəl ümumi təhsil müəssisəsində ali idarəetmə orqanı həmin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 5.6-cı bəndinə görə ümumtəhsil məktəbinin idarə olunması ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna o lmaqla, dövlət və yerli özünüidarə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.8-ci bəndinə görə özəl ümumtəhsil məktəbi ilə valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. Kassasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, Xəzər Universiteti Dünya Məktəbində onlayn qaydada keçirilən dərslərə görə xərclərin nədən ibarət olduğu barədə cavabdeh tərəfindən iddiaçılara məlumat verilməsi, habelə Cavabdehndə onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən məktəbə pandemiya ilə bağlı dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq qalan məbləğin tam şəkildə güzəşt edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehin pandemiya ilə əlaqədar karantin dovrün də növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsi ilə əlaqədar tələbinin etibarsız hesab edilməsinin qət edilməsi cavabdehin kommersiya maraqlarının, mülkiyyət hüquqlarının pozulmasıdır. İddiaçılarla bağlanmış “Ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilədə cavabdehin sözügedən vəzifələri aşağıdakılardan ibarətdir: 2.1. Şagirdlərin təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, 2.2. İbtidai sinif şagirdlərini gün ərzində səhər yeməyi, günorta isti naharla və günün ikinci yarısı qəlyanaltı ilə təmin etmək, 2.3. V-Xİ sinif şagirdlərini səhər çay saatı, günorta isə isti naharla təmin etmək, 2.4. Valideynləri müntəzəm olaraq şagirdlərin nizam-intizam və tədris fəaliyyəti barədə məlumatlandırmaq, 2.5. Şagirdlərə psixoloq dəstəyini (lazım gələrsə) təşkil etmək, 2.6. Şagirdlərin sağlamlığı ilə əlaqədar profilaktik tədbirləri həyata keçirmək. Belə olan halda məhkəmə hansı əsasla cavabdehin üzərinə belə vəzifə qoya bilər? Bundan başqa, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.5-ci bəndinə görə özəl ümumtəhsil məktəbi aşağıdakı mənbələrdən maliyyələşdirilir: 10.5.1. təhsil xidmətlərinə görə əldə edilən vəsaitlər; 10.5.2. təsisçilərin (himayəçilərin) vəsaitləri; 10.5.3. qanunvericiliyə uyğun olaraq aldıqları qrant və kreditlərin məbləğləri; 10.5.4. hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və bağışladıqları hədiyyələr; 10.5.5. təhsil, istehsal, məsləhət xidmətlərindən və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə edilən vəsaitlər; 10.5.6. qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan vəsaitlər. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.6-cı bəndinə görə özəl ümumtəhsil məktəbi öz maliyyə vəsaitlərini sərbəst idarə edir. “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.7-ci bəndinə görə özəl ümumtəhsil məktəbi təhsil haqqının məbləğini hər bir təhsil səviyyəsi üzrə təhsil proqramlarına (kurikulumlarına) uyğun olaraq sərbəst müəyyən edir. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir: 4.1.1. dövlət sirrini təşkil edən məlumatlar; 4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla), 4.1.3. sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar, 4.1.4. qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar, 4.1.5. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə vergi sirri hesab olunmayan məlumatlar. Belə olan halda aşkar deyildir ki, həmin məlumatların müqavilənin hansı şərtlərinə uyğun olaraq vermək öhdəliyinin olması müəyyən edilmədən təmin olunması yolverilən hesab edilir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalı ndan və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 6-cı maddəsinə görə sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə aşağıdakı hüquqlara malikdir: - təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək; - öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək; - sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən (gəlirdən) vergilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etmək. Qeyd edilmə lidir ki, həmin Qanunun 7-ci maddəsində sahibkarın vəzifələri nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilən xidmətə görə xərclərin nədən ibarət olması barədə məlumatın xidmət göstərilən şəxslərə verilməsinin mümkünlüyü araşdırılmalı, cavabdehə dövlət tərəfindən edilən yardımlar, onların təyinatı (bunların həmin müəssisənin saxlanması üçün xərclərə və ya təhsil alanlarının təhsil xərclərinə aid olması) müəyyən olunmalı və ümumiyyətlə göstərildiyi kimi irəli sürülən tələblərin müqavilə şərtləri ilə uzlaşıb-uzlaşmaması aydınlaşdırılmalı idi. Kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən nəzərə almamışdır ki, şagirdlər Nəsirli Nurlan, Abdullayeva Aydan, Bayramova Sevda, Bayramova Dəniz, Babayeva Mələkxanım, Abdulla Amira, Abdulla Validə, Hüseynov Turan, Cəfərli Amin, Cəfərli Zəhra, Zeynalov Zakir, Həsənova Fərəh, Kərimova Sunay, Əzimzadə Məryəm, Əyyubov Maqsud, Mirzayeva Aylin, Sərəcov Hüseyn, Şərbətov Kənan, Həsənli Cavidan, Həsənli Tamerlan, Rain Əli və Saracev Cahangirin iddiaçı valideynləri məktəblə aralarındakı müqaviləni uzatmaq istəməmiş və övladlarına məxsus aidiyyatı sənədləri məktəbdən götürərək başqa məktəbə vermiş və adları çəkilən şagirdlər hazırda ayrı-ayrı məktəblərdə icbari təhsilllərini davam etdirirlər. Yuxarıda göstərilən dəlillər eyni ilə apellyasiya şikayətində də göstərilmiş olsa da, məhkəmə tərəfindən bu dəlilin və ümumiyətlə digər dəlillərin araşdırılması üçün heç bir cəhd göstərilməmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübu tları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı) İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mə hkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Odur ki, qətnamə ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli və Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5764/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə geri qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar