Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1026/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil1 və cavabdeh “xxxx” MMC nümayəndəsi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim E.Ağayev) xx.xx.2018-ci il tari xli, 2(010)-****/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx” MMC-yə qarşı “maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh "xxxx” MMC-dən avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 18000 manatın, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən 1500 manatın, əldən çıxmış faydaya görə 6000 manatın, mənəvi zərərə görə 500 manatın və dövlət rüsumuna görə 30 manatın, cəmi 26030 manatın alınaraq İddiaçına verilməsi, ekseprtiza tədqiqatının dəyəri olan 75 manatın cavabdeh "xxxx” MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim E.Ağayev) xx.xx.2018-ci il tarixli, 2(010)-***/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməs inin xx.xx.2018-ci il tarixli, 2(010)-****/2018 nömrəli qətnaməsində yol verilmiş yazı xətasının düzəldilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)****/2018 nömrəli qətnaməsində cavabdeh hüquqi şəxsin "xxxx” MMC kimi göstərilmiş adının "xxxx” MMC olaraq oxunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, X.Cəmilova, İ.Kərimli) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-****/2018 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş maddi ziyanın və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 12000 manat maddi zərərin, cavabdeh tərəfindən müqavilə şərtlərinin tam və vaxtında icra edilməməsi nəticəsində 7500 manat məbləğində itirilmiş faydanın, 3000 manat məbləğində dəyərləndirdiyi mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tam həcmdə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 20000 manat maddi zərərin, öhdəliyin icra edilməməsi nəticəs ində vurulmuş 7500 manat məbləğində əldən çıxmış faydanın, mənəvi zərərə görə 3000 manatın və 30 manat dəvlət rüsumunun, cəmi 30530 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus avtomobil elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində baş vermiş hadisədə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Lakin apellyasiya kollegiyasının bu mövqeyi əsassızdır. Belə ki, mikroavtobusda baş verən yanğın hadisəsinin səbəbi və bu hadisədə cavabdehin təqsirinin olub-o lmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Apellyasiya kollegiyası gəldiyi nəticənin konkret səbələrini qətnamədə açıqlamamış və qətnamə ilə müəyyən edilmiş bu hal mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Yanğın hadisəsi, bu hadisədə cavabdehin təqsirinin olubolmaması ancaq iş üzrə məhkəmə-avtotexniki ekspertizası təyin edilməklə əldə ediləcək ekspert rəyi ilə müəyyən edilə bilər. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş et dilər. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan RespublikasıMPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilib həmin hissədə iddianın təmin edilməməsi barədə gəlmiş olduğu qənaətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin və tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən iddiaçıya məxsus icarə predmetinə dəymiş zərərə görə cavabdeh o halda məsuli yyət daşıyır həmin əmlaka dəymiş zərər cavabdehin, onun işçisinin, yaxud istifadə üçün verdiyi üçüncü şəxsin təqsiri səbəbindən yaranmış olsun. Lakin baxılan iş üzrə iddiaçıya məxsus avtomobil elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində yanmış, baş vermiş hadisədə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı həmin qərardan şikayət verməmiş, yanğın hadisəsinin cavabdehin, yaxud istifadə üçün verdiyi üçüncü şəxsin qəsdən və ya kobud ehtiyatsızlığı rəbindən yaranmış olduğu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan baş vermiş yanğın nəticəsində iddiaçıya dəymiş zərərin əvəzinin cavabdehdən tutulması tələbi əsassızdır və təmin oluna bilməz. Eyni zamanda xx.xx.2017-ci tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçıya mə xsus avtomobil istifadəyə yararsız vəziyyətə düşdüyündən və iş üzrə yanğın zamanı cavabdehin təqsiri müəyyən müəyyən edilmədiyindən yanğın hadisəsindən sonrakı dövr üçün əldə çıxmış fayda və mənəvi zərər şəbləri də təmin oluna bilməz. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlillləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə yoxlanılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən e dilməmişdir. Apellyasiya kollegiyası düzgün olaraq mövqeyini onunla izah etmişdir ki, xx.xx.2017-ci tarixdə baş vermiş yanğın hadisəsi zamanı cavabdehin təqsiri müəyyən müəyyən edilmədiyindən iddia tələbinin təmin edilmiş hissəsi təmin edilməməlidir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərba ycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1026/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1026/2020
17.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver