Məhkəmə qərarları › İş №2(102)-1027/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1027/2022

22.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1027/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10111/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş in halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 68000 manat pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(005)1758/2019 saylı qətnaməsinə əsasən, Bakı şəhəri 14 saylı Notariat Kontorunda 21.11.2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış Cavabdeh2 və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması; AR ƏMDK yanında DƏDRX-nin Bakı şhəəri Ərazi İdarəsi tərəfind ən Cavabdeh2 və Cavabdeh1 adlarına verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 26.11.2014cü il tarixli çıxarışın ləğv olunması; 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması; Cavabdeh3 DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların ləğv edilməsi; 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X17 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması; 27.04.1995-ci il tarixdə ölmüş X3 miras qalmış E saylı fərdi yaşayış evi üzərində İddiaçı ½ hissədə miras payının müəyyən edilməsi; 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X17 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılmaları; Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 55000 manat, Cavabdeh3 isə X10 136000 manat məbləğində pulu qaytarmaları qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməs inin 17 iyun 2020-ci il tarixli, 2(103)-3535/2020 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019cu il tarixli, 2(005)-1758/2019 saylı qətnaməsi 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması; Cavabdeh3 DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların ləğv edilməsi; 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X17 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması; 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X17 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılmaları; Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 55000 manat, Cavabdeh3 isə X10 136000 manat məbləğində pulu qaytarmaları hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, X14, X11, X12, İddiaçı, X15, X13 və X6 Cavabdeh2, Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Kontoru, Cavabdeh3, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru, X17 və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların etibarsız hesab olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(102)-431/2021 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(103)-3535/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, E saylı fərdi yaşayış evi 16.03.1988-ci il tarixdə mərhum atası X4 adına ilkin qeydiyyatdan keçmişdir. X7 7 saylı Dövlət notariat kontorunun 21.04.1988-ci il tarixli, kn-1-23 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən E sa ylı fərdi yaşayış evinin 2 otağını X1. Digər hissəsi isə X4 mülkiyyətində qalmışdır. O və onun digər ailə üzvləri həmin evdə onunla birlikdə yaşamışlar. Onun mərhum atası X7 27.04.1995-ci ildə rəhmətə getmişdir. Bundan sonra onun ailə üzvləri, o cümlədən o, mərhumun miras əmlakını faktiki qəbul edərək idarə etməyə başlamışdır. Aralarında olan razılaşmaya əsasən gələcəkdə vərəsəlik işi açılarsa hamının payı qeyd ediləcək və payı veriləcəkdi. Həmçinin aralarında razılaşmaya əsasən bu məsələlərlə onun qardaşı X16 məşğul olacaqdı. Lakin qardaşı X16 06.11.2009-cu ildə vəfat etdiyindən vərəsəlik işinin açılması və payların müəyyən edilməsi təxirə salınmışdır. Məlum olmuşdur ki, Bakı şəhəri, 14 saylı Notariat Kontorunda 21.11.2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış, qa nun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 27.04.1995-ci il tarixdə vəfat etmiş X3 miras qalmış göstərilən fərdi yaşayış evi vərəsəlik qaydasında mərhumun nəvələri Cavabdeh2 və Cavabdeh1 keçmişdir. Həmin vərəsəlik işi zamanı bir sıra qanun pozuntularına yol verilmişdir. Belə ki, 27.04.1995-ci il tarixdə vəfat etmiş X4 ölümündən 9 il keçməsinə baxmayaraq notariat işində hər hansı bir sübut olmadan onun vərəsələri kimi yalnız Cavabdeh2 və Cavabdeh1 tanınmışdır. Digər tərəfdən Xəzər rayon İcra Nümayəndəliyi Mənzil-Kommunal Təsərrüfat İdarəsi Mənzil İstismar sahəsinin arayışında ünvan 1 ünvanında yalnız 3 nəfərin qeydiyyatda olmasını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 055-25059-1218 nömrəli, 20.09.2018-ci il tarixli və Xəzər RİHB-nın Şüvəlan qəsəbəsi i nzibati ərazi idarəsi üzrə nümayəndəliyinin 112 nömrəli, 14.09.2018-ci il tarixli məktublarında isə əksinə ünvan 1 ünvanında daha çox şəxsin, o cümlədən onun da qeydiyyatda olduğunu qeyd edilir. Həmçinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 notariat işində olan ərizələrində digər vərəsələlərin olmaması barədə yalan ərizə verərək, vərəsələrin dairəsini qəsdən gizlətmişlər. Bakı şəhəri 14 Saylı Notariat Kontoru tərəfindən digər vərəsələrin axtarılması üçün heç bir tədbir görülməmiş və nəticədə qanunsuz vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim olunmuşdur. Vərəsəlik işini etibarnamə əsasında Cavabdeh3 aparmışdır. Bundan sonra, AR DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh2 və Cavabdeh1 RX Seriyalı, ******* №li, ********** qeydiyyat nömrəli, 26.11.2014-cü il tarixli çıxarış verilmişd ir. Bundan sonra, 1 saylı ASAN Xidmət Mərkəzinin notariat kontorunda 11 yanvar 2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi Maliqin küçəsi, dalan 1, ev 3 saylı fərdi yaşayış evi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən digər Cavabdeh3 satılmışdır. Daha sonra 4 saylı ASAN Xidmət Mərkəzinin notariat kontorunda 9 mart 2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evi Cavabdeh3 tərəfindən X2. Bundan sonra Natiqə Əliyeva, Xalidə Əsgərova, Kamilə Babayeva, o, Rəfiqə Əliyeva, Nəzirə Yaqubova və İradə Əlizadə Bakı şəhəri 14 saylı Notariat Kontorunda 21.11.2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış Cavabdeh2 və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 və Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 26.11.2014-cü il tarixli çıxarışın etibarsız hesab olunması, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların etibarsız hesab o lunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə Natiq Məmmədov arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, 27.04.1995-ci ildə ölmüş X3 miras qalmış E saylı fərdi yaşayış evi üzərində iddiaçıların miras paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.10.2019-cu il tarixli 2(005)-1758/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri 14 saylı Notariat Kontorunda 21.11.2014-cü il tarixli, qeydiyyatı 2V/164 reyestr nömrəsi ilə aparılmış Cavabdeh2 və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, DƏDRX-nin Bakı şəhəri Ərazi İda rəsi tərəfindən Cavabdeh2 və Cavabdeh1 adlarına verilmiş RX seriyalı, ******* saylı ********** qeydiyyat nömrəli, 26.11.2014-cü il tarixli çıxarışın ləğv olunması, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların ləğv olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə Natiq Məmmədov arasında bağlanmış 09.03.2018ci il tarixli, AN-İ s eriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, 27.04.1995-ci il tarixdə ölmüş X3 miras qalmış E saylı fərdi yaşayış evi üzərində İddiaçı 1/2 hissədə miras payının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə Natiq Məmmədov arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 55.000 manat, Cavabdeh3 isə Natiq Məmmədova 136.000 manat məbləğində pulun qaytarması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Natiq Məmmədov ayrı-ayrılıqda apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3535/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X8 apelyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 oktyabr 2019-ci il tarixli qətnaməsinin 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin e tibarsız hesab olunması, Cavabdeh3 AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016-cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların ləğv edilməsi, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X17 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab olunması, 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və 4 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh 3 ilə X17 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə tərəflərin əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 55.000 manat, Cavabdeh3 isə X10 136.000 manat məbləğində pulu qaytarması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar X14, X11, X12, İddiaçı, X15, X13 və X6 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Kontoru, Cavabdeh3, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontoru, X17 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh2 və Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış 11.01.2015-ci il tarixli, AN-İ ser iyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, Cavabdeh3 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 13.01.2016- cı il tarixli və RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, 01.12.2016-cı il tarixli çıxarışların etibarsız hesab olunması, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda Cavabdeh3 ilə X17 arasında bağlanmış 09.03.2018-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti A zərbaycan Respublikası Ali Məhkəməsinin 22.02.2021-ci il tarixli 2(102)-431/2021 saylı qərarı ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə sübuta yetirilir ki, cavabdehlər qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi əldə edərək miras əmlakın satışını həyata keçirmiş və bununla 136000 manat məbləğində gəlir əldə etmişlər. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən görünür ki, iddiaçının miras əmlakda ½ hissədə payı olmuşdur. Cavabdehlər qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi əldə edərək miras əmlakın satışını həyata keçirmiş və bununla iddiaçıya 68.000 manat məbləğində maddi ziyan vurmuşlar. Xüsusilə qeyd etmək lazımdır ki, vərəsəlik işini etibarnamə əsasında hazırki mülki iş üzrə cavabdeh olan Cavabdeh3 aparmışdır. Bununla bağlı mülki iş materiallarında Cavabdeh3 15.11.2014-cü il tarixli ərizəsi də mövcuddur. Cavabdeh3 15.11.2014-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh3 27.04.1995-ci il tarixdə ölmüş X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istədiyini bildirmişdir. Yəni Cavabdeh3 əvvəlcədən mübahisə edilən əmlaka dair məlumatlı olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10.06.2014-cü il tarixli, 2(003)-1855/2014 nömrəli qətnaməsindən görünür ki, ərizəçi X26 hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, X4 27.04.1995-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizə üzrə ərizəçinin nümayəndəsi hazırki mülki iş üzrə cava bdeh olan şəxs Cavabdeh3 olmuşdur. Sonradan həmin qətnamədən yuxarı intansiyaya verilmiş şikayət təmin edilmiş və müəyyən edilmişdir ki, həmin iş üzrə ölüm şəhadətnaməsi qanunsuz yolla əldə edilmişdir. Bu fakt bir daha onu sübut edir ki, Cavabdeh3 əvvəlcədən mübahisə edilən əmlaka dair məlumatlı olmuşdur. Cavabdehlər yuxarıdakı faktalara əsasən onun pullarını mənimsəmişlər. Burada əsassız varlanmanın əlamətləri mövcuddur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 iyul 2021-ci il tarixli 2(001)-4502/2021 nömrəli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 27500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəm əsi qənaətini onunla əsaslandırmışdır ki, işin halları ilə müəyyən olunur ki, Cavabdeh2 və Cavabdeh1 E saylı fərdi yaşayış evini 55000 manata Cavabdeh3 satmışlar, Aytən və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və onun əsasında DƏDRX tərəfindən verilmiş çıxarış məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında etibarsız hesab edilərək ləğv edilsə də, onlarla Cavabdeh3 arasındakı alqı-satqı müqaviləsi ləğv edilməmiş, Cavabdeh3 məhkəmə qətnaməsi ilə vicdanlı alıcı hesab edilmişdir. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, 27.04.1995-ci il tarixdə ölmüş X3 miras qalmış E saylı fərdi yaşayış evi üzərində İddiaçı ½ hissədə miras payı müəyyən edilmişdir. Hazırda həmin əmlak üçüncü şəxslərin mülkiyyətində olduğundan əmlakın satışınd an əldə edilmiş vəsaitin miras payı həcmində hissəsi, yəni ½ hissəsi İddiaçı ödənilməlidir. Əmlakın 136000 manata satılması ilə bağlı Cavabdeh3 ilə X17 arasında bağlanmış alqısatqı müqaviləsinin ləğv edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin olunmadığından hazırki iddia tələbi 68000 manat pulun, yəni 136000 manatın ½ hissəsinin ödənilməsi hissəsində əsassızdır. Belə ki, Cavabdeh2 və Cavabdeh1 bu hüquqlarının sonradan məhkəmə tərəfindən olmadığı müəyyən edilməsinə baxmayaraq, sözügedən miras əmlakı 55000 manata Cavabdeh3 satdıqlarından və Cavabdeh3 vicdanlı alıcı kimi əmlakı qəbul etdiyindən 55000 manatın ½ hissəsi, yəni 27500 manat məbləğində pul vəsaiti yalnız Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiy i qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2, 1092.1, 1092.2, 1092.3 1094-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 119.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmovasədr lik edən və məruzəçi, Vəfaddin İbayev, Rəşad Həsənov) 03.11.2021-ci il tarixli, 2(103)10111/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2(001)-4502/2021 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarına əsasən Cavabdeh2 və Cavabdeh1 E saylı fərdi yaşayış evini 55000 manata Cavabdeh3 satmışlar, Aytən və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və onun əsasında DƏDRX tərəfindən verilmiş çıxarış məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında etibarsız hesab edilərək ləğv edilsə də, onlarla Cavabdeh3 arasındakı alqı-sat qı müqaviləsi ləğv edilməmiş, Cavabdeh3 məhkəmə qətnaməsi ilə vicdanlı alıcı hesab edilmişdir. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, 27.04.1995-ci il tarixdə ölmüş X3 miras qalmış E saylı fərdi yaşayış evi üzərində İddiaçı ½ hissədə miras payı müəyyən edilmişdir. Həmçinin qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(103)-3535/2020 saylı qətnaməsi ilə əmlakın 136000 manata satılması ilə bağlı Cavabdeh3 ilə X17 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən göründüyü kimi Cavabdeh3 vicdanlı alıcı kimi tanınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh3 əmlakı 136000 manat məbləğində satmasına istinad etməklə həmin məbləğin ½ hi ssəsinin onun xeyrinə tutulması hissəsində iddiasının əsassız olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(102)-431/2021 saylı qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh3 hüquqşünas olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vərəsəliyin qəbul edilməsində nümayəndə kimi iştirak etməsi onun vicdanlı olmamasına dəlalət etmir. Belə ki, Cavabdeh3 miras əmlakla bağlı mirasqoyanın vərəsələri arasında mübahisənin olması, hətta iddiaçıların mövcudluğu barədə məlumatlı olması barədə hər hansı sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır. Göründüyü kimi vicdanlı alıcı olaraq tanı nmış Cavabdeh3 E saylı fərdi yaşayış evinin satması nəticəsində əldə edilmiş 136000 manatın yarısının iddiaçının xeyrinə tutulması barədə iddiası əsassız olmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Nümayəndə) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinni təmin edilməmiş hissəsində ləğv edilərək iddia tələbinni tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçının pullarını mənimsəmişlər. Burada əsassız varlanmanın əlamətləri mövcuddur. Məhkəmə Cavabdeh3 vicdanlı alıcı olmasına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə Cavabdeh3 tərəfindən həmin əmlakd a yaxşılaşdırma işlərinin aparılmaması, əmlakı mülkiyyətinə keçirən zaman əmlakın qiymətinin az olması, həmin əmlakın bir il sonra iki qat yuxarı məbləğə satılmasına hüquqi qiymət verməmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, vərəsəlik işini etibarnamə əsasında hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh3 aparmışdır. Bununla bağlı miilki iş materiallarında Cavabdeh3 15.11.2014-cü il tarixli ərizəsi də mövcuddur. Cavabdeh3 15.11.2014-cü il tarixli ərizəsindən görünür ki, Cavabdeh3 27 04.1995-ci il tarixdə ölmüş X3 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istədiyini bildirmişdir. Yəni Cavabdeh3 əvvəlcədən mübahisə edilən əmlaka dair məlumatlı olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10.06.2014-cü il tarixli, 2(0031-1855/201 4 nömrəli qətnaməsindən görünür ki, ərizəçi X26 hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək, X4 27.04.1995-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizə üzrə ərizəçinin nümayəndəsi hazırki mülki iş üzrə cavabdeh olan şəxs Cavabdeh3 olmuşdur. Sonradan həmin qətnamədən yuxarı instansiya məhkəməsinə verilmiş şikayət təmin edilmiş və müəyyən edilmişdir ki, həmin iş üzrə ölüm şəhadətnaməsi qanunsuz yolla əldə edilmişdir. Bu fakt bir daha sübut edir ki, Cavabdeh3 əvvəlcədən mübahisə edilən əmlaka dair məlumatlı olmuşdur. Məhkəmə işin hərtərəfli araşdırılması üçün qeyd edilən hallara qiymət verməmişdir. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmamışdır. Miras əmlaka dair qanunsuz yolla və rəsəlik şəhadətnaməsi alınması və həmin əmlakın cavabdehlərin mülkiyyətinə keçməsi, onun sonradan satılaraq iddiaçıya 68000 manat maddi ziyan vurulması Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3535/2020 saylı iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə tam sübuta yetirilir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmədən baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddia tələbinni təmin edilmədiyi hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi ləğvi xahiş edildiyindən məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1091.1, 1091.2 və 1092.1. Əsassız varlanan o şəxs (varlanm ış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də cavabdehlərdən X9 vicdanlı alıcı olmadığına, onun əvvəldən mübahisəli mənzillə bağlı hallar üzrə məlumatlı olduğuna, ona görə də mənzilin sonuncu satışından, yəni 136000 manat satılmasından əldə edilən gəlirin yarısının, yəni 68000 manat pulun cavabdehlərdən alınıb ona verilməli olmasına istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iş materiallarında olan və qanuni q üvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə vicdanlı alıcı kimi müəyyən edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(102)-431/2021 saylı qərarı bu mövqeni bir qədər də möhkəmlədərək göstərmişdir ki, Cavabdeh3 hüquqşünas olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vərəsəliyin qəbul edilməsində nümayəndə kimi iştirak etməsi onun vicdanlı olmamasına dəlalət etmir. Belə ki, Cavabdeh3 miras əmlakla bağlı mirasqoyanın vərəsələri arasında mübahisənin olması, hətta iddiaçıların mövcudluğu barədə məlumatlı olması barədə hər hansı sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır. Göstərilənlərdən də aydın olur ki, Cavabdeh3 vicdanlı alıcı olması hazırki halda mü bahisə predmeti ola bilməz. Cavabdeh3 qüvvəsini almış məhkəmə qətnamələri ilə vicdanlı alıcı kimi müəyyən edildiyindən, onunla digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alıq-satqı müqaviləsi üzrə sonuncu cavabdehlərin əldə etmiş olduqları 55000 manat pulun yarsının, yəni 27500 manat pulun iddiaçıya ödənilməli olması ilə bağlı düzgün nəticəyə gəlmiş, apelyasiya kollegiyası da qətnamə qəbul edərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmal ı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10111/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar