Məhkəmə qərarları › İş №2(102)-1027/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1027/2023

08.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1027/2023 08.02.2023 ALİ MƏHKƏMƏ  QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X2 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-318/2021 nömrəli 27 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz hərəkətlərə son qoyulması, bələdiyyə tərəfindən ona ayrılmış torpaq üzərində mülkiyyət və istifadə hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı olan qanunsuz hərəkətlərə son qoyulması, bələdiyyə tərəfindən ona ayrılmış torpaq üzərində mülkiyyət və istifadə hüququnun bərpa edilməsi, torpaq sahəsinin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-300/2020 nömrəli mülki iş üzrə 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim X1) iddia tələbi rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-318/2021 nömrəli 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-300/2020 nömrəli iş üzrə 06 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının vəkili Vəkil apellyasiya instansiyasının qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsini x ahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, elektron qaydada verilmiş kassasiya şikayətindən görünür ki, kassasiya şikayətini elektron qaydada iddiaçı özü imzalamış, elektron kabinetə yalnız iddiaçı tərəfindən imzalanmış kassasiya şikayətinin PDF variantı əlavə edilmişdir. Hər iki variantda kassasiya şikayətində iddiaçının vəkili Vəkil imzası mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsivə ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Həmçinin kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə, həmin normaların düzgün tətbiq edil məməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hazırki kassasiya şikayətində isə maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxudhüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, 408.1.5-ci maddəsinə görə kassasiya şik ayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, apellyasiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından qeyri-mümkün hesab edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407.3, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 2(103)-318/2021 nömrəli 27 aprel 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar