Məhkəmə qərarları › İş №2(102)-103/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-103/2025

15.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-103/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi, mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin başqasının qanunsuz sahibliyindən tələb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsində payın naturada ayrılmaqla bölgünün aparılması və naturada ayrılmış sahənin boşaldılaraq iddiaçının istifadəsinə verilməsi” tələbinə dair mülki iş üzrə Bakı A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-527/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları 1. ünvan 1 ünvandakı çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələrinin ümumi sahəsi 600 kv.m. hesab edilməklə "xxxx" MMC (sifarişçi) və "xxxx" şirkəti (podratçı) arasında bağlanmış xx.xx.1999-cu il tarixli müqaviləyə əsasən tərəflər arasında bərabər olmaqla, paritet qaydada pilləkən qəfəsindən sağda və solda olmaqla simmetrik həm faktiki, həm də hüquqi olaraq bölünmüşdür. 2. ünvan 2 ünvanda yerləşən 600 kv.m sahəsi olan qeyri-yaşayış sahələri ilkin olaraq 300 kv.m. hissəi "xxxx" firmasının, 300 k v.m hissəsi "xxxx" MMC-nin adına mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. 3. 13 dekabr 2001-ci il tarixli alqı-satqı müqaviləsi ilə "xxxx" şirkəti 228,0 kv.m. qeyriyaşayış sahəsini X1. Sonuncu həmin sahəni 6 fevral 2004-cü il tarixdə X5, o isə öz növbəsində 4 may 2010- cu il tarixdə Cavabdeh2 satmışdır. Hazırda həmin 228,0 kv.m. qeyriyaşayış sahəsi Cavabdeh2 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

4. Qeyri-yaşayış sahəsinin 72,0 kv.m. hissəsi 29 iyul 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə "xxxx" şirkəti tərəfindən Cavabdeh1 satılmış və həmin sahə sonuncunun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 5. 3 may 2003-cü il tarixli müqavilə ilə isə "xxxx" MMC 300 kv.m. qeyri-yaşayış sahəsini İddiaçı bağışla mış və həmin sahə sonuncunun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin naturada ayrılmaqla, həmin sahənin iddiaçının istifadəsinə verilməsi, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilm əsinin cavabdehin hesabına həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələri yerləşən zirzəmi və birinci mərtəbələrinin ümumi sahəsi 600 kv.m. təşkil edir. Həmin çoxmərtəbəli yaşayış binası "xxxx" MMC (sifarişçi) və "xxxx" şirkəti (podratçı) arasında bağlanmış 8 yanvar 1999-cu il tarixli müqaviləyə əsasən tikilmişdir. Müqavilənin şərtlərinə görə, binanın ümumi sahəsi 600 kv.m. olan qeyri-yaşayış sahələri bərabər şəkildə hər tərəf üçün 300 kv.m. olmaqla bölünmüşdür. 3 may 2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçisi X6 binanın qeyri- yaşayış sahələrinin bu şirkətin payına düşən sahəsi 300 kv.m. olan hissəsini iddiaçıya bağış lamışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri- yaşayış sahələri yerləşən zirzəmi və birinci mərtəbələrinin ümumi sahəsi 300 kv.m. hissəsinə iddiaçının xüsusi mülkiyyət hüquqları tanınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. 29 iyul 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən "xxxx" şirkəti binanın qeyri-yaşayış sahələrinin həmin şirkətin payına düşən 300 kv.m. sahəsinin 72 kv.m. hissəsini Cavabdeh1 satmış və sonuncunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçının faktiki istifadəsində 195,5 kv.m. qeyri-yaşayış sahəsi vardır ki, bu da xüsusi mülkiyyət hüququ əsasında məxsus olan sahədən 104.5 kv.m. azdır. Cavabdehlər iddiaçıya məxsus olan sahəl ərdən istifadə edirlər və mübahisənin yeganə həlli ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrinin qeyri-yaşayış sahələrinin (ümumi sahəsi 600 kv.m.) mülkiyyətçiləri arasında naturada bölgüsü aparılmasıdır.

8. İddiaçı ərizəsinə əsasən cavabdeh "xxxx" Şirkəti əsl Cavabdeh2 ilə əvəz olunmuşdur.

9. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 17 fevral 2022-ci il tarixli rəyinə əsasən, ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının baxış zamanı təqdim olunmuş zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 485,25 kv.m. (214,15 kv.m yarımzirzəmi, 261,1 kv.m. birinci mərtəbə) təşkil etdiyi müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 198,5 kv.m., Cavabdeh2 mülkiyyətinə olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 204,65 kv.m., Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 82,1 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrində tərəflərin qeydə alınmış xüsusi mülkiyyətində olan sahələrinə uyğun (600 kv.m.) qeyri-yaşayış sahəsi faktiki vəziyyətdə mövcud olmadığından, həmin qeyri-yaşayış sahələrinin tərəflərin xüsusi mülkiyyətində olan sahələrinə uyğun bölgüsü barədə tədqiqat aparılmadı. Qeyd olunur ki, ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi və birinci mərtəbələrində yerləşən qeyriyaşayış sahələri faktiki vəziyyətdə bölünmü şdür. Belə ki, Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 204,65 kv.m. olmaqla, həmin qeyri-yaşayış sahəsinin 02 iyun 2010-cu il tarixli çıxarış sənədinə əsasən uyğundur. Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 82,1 kv.m. olmaqla, həmin qeyri-yaşayış sahəsi 10 aprel 2019-cu il tarixli çıxarış sənədində göstərilən sahədən (72 kv.m.) 10,1 kv.m. çoxdur. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 198,5 kv.m. olmaqla, həmin qeyri-yaşayış sahəsi qeydiyyat vəsiqəsində göstərilən (300 kv.m.) sahədən 101,5 kv.m. az təşkil edir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(004)27/2022 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi təmin edilərək, ünvan 1 ünvanda yerləş ən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə` pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin naturada ayrılmaqla, həmin sahənin İddiaçı istifadəsinə verilməsi, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsinin cavabdehin hesabına həyata keçirilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvandakı çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələrinin ümumi sahəsi 600 kv.m. hesab edilməklə "xxxx" MMC (sifarişçi) və "xxxx" şirkəti (podratçı) arasında bağlanmış xx.xx.1999 -cu il tarixli müqaviləyə əsasən tərəflər arasında bərabər olmaqla, paritet qaydada pilləkən qəfəsindən sağda və solda olmaqla simmetrik həm faktiki, həm də hüquqi olaraq bölünmüşdür. Hazırda həmin qeyri-yaşayış sahələrinin hər iki mərtəbə üzrə ümumi sahəsi 590,4 kv.m. (zirzəmi hissəsi üzrə 306,0 kv.m., birinci mərtəbə üzrə 284,4 kv.m.) təşkil edir ki, bu da müqavilədə nəzərdə tutulandan cəmi 8,7 kv.m. fərq edir (üç mülkiyyətçiyə münasibətdə hər birinə 2,9 kv.m. olmaqla). Eyni zamanda, iddiaçıya məxsus olan sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağda yerləşir, binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən solda isə digər iki mülkiyyətçiyə məxsus olan qeyri-yaşayış sahələri yerləşir.

12. Məhkəmə və ekspertiza tədqiqatı, ke çirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, pilləkən qəfəsinin sağ və sol tərəfində yerləşən sahələr simmetrikdir. Həmçinin, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 82,1 kv.m. olmaqla həmin qeyri-yaşayış sahəsinin **********80-05301- 083003 reyestr nömrəli, 10 aprel 2019-cu il tarixli çıxarış sənədində göstərilən sahədən (72 kv.m.) 10,1 kv.m. çox olmaqla, pilləkən qəfəsinin həm sağ, həm də sol tərəfində yerləşir ki, bu da onu göstərir ki, Cavabdeh1 08 yanvar 1999-cu il tarixli müqavilə ilə müəyyən edilmiş şərti bölgü sərhədini keçməklə iddiaçının istifadəsinə düşmüş qeyri-yaşayış sahəsini zəbt edərək istifadə edir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnun yaranmasının ilkin əsası 08 yanvar 1999-cu il tarixli müqavilədir ki, hazırkı halda iddianın “naturada bölgünün aparılması” tələbinə dair hissədə həmin müqavilənin şərtlərinə uyğun təmin edilməsi qanuna, tərəflərin qarşılıqlı münasibətlərinə və işin hallarına uyğundur. Tərəflərin həmin qeyri-yaşayış sahəsi üzrə hazırkı faktiki istifadə vəziyyətində iddiaçı və Cavabdeh2 arasında mübahisə mövcud deyildir, eyni zamanda iddiaçı da 1-ci mərtəbədə yerləşən özünə məxsus olan sahədən sərbəst istifadə edir. Mübahisə yalnız digər Cavabdeh1 zirzəmi mərtəbədə pilləkən qəfəsinin həm sağ, həm də sol tərəfində (pilləkən qəfəsinə aid dəhlizi divara almaqla otaq kimi istifadə etməsi də daxil olmaqla) sahəni zəbt etməsi nəticəsində yaranmışdır.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın Cavabdeh1 binanın əsas gir işinə münasibətdə pilləkən qəfəsindən sağdakı qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin cavabdehin hesabına boşaldılmaqla əvvəlki vəziyyətinə bərpa edilməsi barədə hissəsi də əsaslıdır.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.6, 213.2, 215.1, 215.2, 220.2 və 220.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(004)-27/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 04 oktyabr 2022-ci il tarixli, 2(103)-5281/2022 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovun və F.Ş.Talışinskinin iştirakı ilə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)27/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiya məhkəməsi iddiaçının özünün çatışmadığını iddia etdiyi 105 kv.m. sahənin Cavabdeh1 tərəfindən zəbt olunmasının və həmin sahənin Cavabdeh1 olduğunun sübut edə bilmədiyi, məhkəmənin işin faktiki hallarını nəzərə almaması, iş materiallarında iddiaçıya məxsus sahənin cavabdeh tərəfindən zəbt olunmasına dair sübut və dəlillərin olmaması barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-577/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər E.Y.Şamayev (sədrlik edən və mərizəçi), E.R.Vəliyeva və A.Ə.Abbasov) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2022-ci il tarixli, 2(103)-5281/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

20. Məhkəmə kollegiyası ilk olaraq qeyd etmişdir ki, iddianı təmin edən birinci instansiyası məhkəməsi və cavabdehin apellyasiya şikayətini rəd d edən apellyasiya məhkəməsi qətnamələrin əsaslandırılması zamanı Mülki Məcəllənin 213.2, 215.1, 215.2, 220.2 və 220.3-cü maddələrinə istinad etmişlər. Lakin nəzərə alınmalıdır ki, məhkəmələrin istinad etdikləri həmin maddi hüquq normaları paylı mülkiyyəçilərinin ümumi əmlakdan öz paylarını ayrılmasını tənzimləyir. Hazırkı işdən isə mübahisəli qeyri-yaşayış sahəsinin tərəflərin ümumi paylı mülkiyyətlərində olması müəyyən olunmamışdır. Əksinə iş materiallarına əsasən həm iddiaçının, həm də, cavabdehlərin hər birinin mülkiyyətlərində konkret ölçüdə qeyri-yaşayış sahələri mövcuddur və həmin sahələr onların adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən istifadə olunan ərazinin məhz iddiaçıya məxsus ol masını təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Belə ki, iş materialları ilə İddiaçı 300 kv.m. qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun 3 may 2005-ci il tarixli müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı müəyyən olunsa da, iddiaçının hüquqları qeydə alınarkən həmin ərazinin texniki göstəricilərini əks etdirən müvafiq sənədin (texniki pasportun) tərtib edilməsi araşdırılmamışdır. Əksinə, iş materiallarından görünür ki, Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair 9 aprel 2019-cu il tarixdə texniki pasport tərtib olunmuşdur. Texniki pasportla cavabdehin faktiki sahibliyində olan sahə 82,1 kv.m. göstərilmişdir ki, bu, mülkiyyətində olan sahədən artıq olmuşdur. Bununla belə, iddiaçının tələb etdiyi və məhkəmələrin cavabdehin çıxarılmasını qət etdikləri ərazinin sonuncunun texniki pasportu ilə əhatə olunan ərazi olması və ya həmin ərazidən kənarda olması araşdırılmamış və qətnamələrdə bu məsələ ilə bağlı əsaslandırma aparılmamışdır. Halbuki, qeyd olunan texniki pasportdan görünür ki, cavabdehin qeyri-yaşayış sahəsinə giriş kimi göstərilən qapıdan (qətnamədə qeyd olunan əsas girişinə münasibətdə pilləkən qəfəsinin həmin qapı olması qəbul edildiyi halda) sağdakı otağın (5 nömrəli otağın) sahəsi 26,2 kv.m. təşkil edir ki, Cavabdeh1 həmin ərazidən çıxarılması ilə zəbt etdiyi faktiki 10,1 kv.m. sahədən artıq, yəni qanuni mülkiyyətində olan sahədən də məhrum olunacaqdır.

22. Digər tərəfdən qətnamələrdən görünür ki, Cavabdeh1 çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmidən və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrindən çıxarılması qət olunmuşdur. Lakin həm texniki pasportla, həm də iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə müəyyən olunur ki, cavabdehin istifadəsində yalnız binanın yarımzirzəmisində 82,1 kv.m. sahəsi mövcuddur. Cavabdehin binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsini zəbt etməsi müəyyən olunmamışdır.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan nöqsanların aradan qaldırılması üçün ilk olaraq iddia tələbi dəqiqləşdirilməli və cavabdehin binadakı qeyriyaşayış sahələrinin hansı hissəsinin qanunsuz olaraq zəbt olunması araşdırılmalı idi ki, nə birinci instansiya, nə də ki, apellyasiya məhkəmələri tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmiş və nəticə olaraq qətnamə işin müəyyən edilmiş hallarına və tərəfl ərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

24. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, göründüyü kimi, iddiaçı əvvəllər də, hazırki cavabdehlərdən biri olan Cavabdeh1 qarşı qeyri-yaşayış sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin olunmamışdır. Hazırkı iddiada cavabdeh qismində Cavabdeh2 da qeyd olunsa da, ona qarşı faktiki olaraq tələb irəli sürülməmişdir. Tələb yalnız Cavabdeh1 qarşı yönəlmiş və sonuncuya münasibətdə də təmin olunmuşdur.

25. Kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmə əvvəlki və hazırkı iddiaların müxtəlif qaydada ifadə olunsa da, faktiki eyni tələbi nəzərdə tutulmasını, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2015-ci il tarixli qətnaməsinin qəbul edilməsi üçün əsas olmuş halların aradan qalxıb-qalxmamasını araşdırmamış və hazırki iddiaya baxılmasının Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinin dispozisiya şərtlərinə əsasən mümkünlüyünə hüquqi qiymət verməmişdir. ç)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Namiq Cəfərov sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov) 2(103)-2555/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsində payın naturada ayrılmaqla bölgünün aparılması və naturada ayrılmış sahənin boşaldılaraq iddiaçının istifadəsinə verilməsi barədə” iddiasının rədd edilməsi qət edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyri-yaşayış sahələri ümumi mülkiyyət deyildir. Belə ki, Mülki Məcəllənin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Lakin reyestr qeydlərindən görünür ki, hər 3 şəxsin – iddiaçının və iki cavabdehin qeyri-yaşayış sahələri ayrıca mülkiyyət kimi qeydə alınıb və onların hər birinə məxsus sahənin ölçüsü qeyd olunub. Buna baxmayaraq iddiaçı “payının” naturada ayrılmasını tələb edib, birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin ümumi mülkiyyətə aid normalarını (213, 215 və 220-ci maddələri) tətbiq edərək iddianı təmin edib. Mülki Məcəllənin 220.2 və 220.3-cü maddələrinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının nat urada ayrılmasını tələb edə bilər. Göründüyü kimi, payın naturada ayrılmasını tələb etmək hüququ paylı mülkiyyətin mülkiyyətçisinə mənsubdur. Qeyri-yaşayış sahələri paylı mülkiyyətdə olmadığına görə, iddia əsassızıdır.

28. Əgər iddiaçı hesab edirsə ki, onun mülkiyyəti kimi qeydə alnmış 300 kv.m sahənin hər hansı hissəsi cavabdehlərin qanunsuz sahibliyindədir, belə halda o, qanunsuz sahiblikdən öz əmlakının tələb edilməsi barədə iddia verə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsində qeyd olunub ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə halda həmin iddiada hansı cavabdehin hansı ölçüdə sahəyə qanunsuz sahiblik etdiyi qeyd edilməli və həmin sahənin iddiaçının mülkiyyətinə (300 kv.metrə) aid olduğunu təsdiq edən sənəd (texniki pasport və s.) məhkəm əyə təqdim edilməlidir. Hazırda iddiaçının yalnız qeydiyyat vəsiqəsi var, həmin vəsiqədə isə qeyd olunub ki, 300 kv.m sahə iddiaçının mülkiyyətidir. Texniki pasport olmadığına görə, 300 kv.m sahənin binada yerləşdiyi yer (binanın zirzəmisi, binanın 1-ci mərtəbəsi və s.) və hüdudları bəlli deyil. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3290/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər Əhliman Xıdırov (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və Əhməd Nurməmmədov) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2 555/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

31. Kassasiya instansiyası məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, işə əvvəl kassasiya qaydasında baxan məhkəmə tərkibinin göstərişlərindən biri ondan ibarət olmuşdur ki, ilk olaraq iddia tələbi dəqiqləşdirilməli və cavabdehin binadakı qeyri-yaşayış sahələrinin hansı hissəsinin qanunsuz olaraq zəbt olunması araşdırılmalı idi ki, nə birinci instansiya, nə də ki, apellyasiya məhkəmələri tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmiş və nəticə olaraq qətnamə işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Lakin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi həmin göstərişin icrası ilə əlaqədar tədbirlər görməmişdir.

32. İşə əvvəl kassasiya qaydasında baxan məhkəmə tərkibinin göstərişlərindən biri də ondan ibarət olmuşdur ki, Mülki Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin hazırki mülkiyyətçinin işə cavabdehin hüquq varisi kimi cəlb edilməsi məsələsi də müzakirə olunmalıdır. Lakin işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi həmin göstərişin icrası üçün də tədbirlər görməmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi işə əvvəllər kassasiya qaydasında baxmış məhkəmə tərkibinin iş materialları ilə İddiaçı 300 kv.m. qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun 3 may 2005-ci il tarixli müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı müəyyən olunsa da, iddiaçının hüquqları q eydə alınarkən həmin ərazinin texniki göstəricilərini əks etdirən müvafiq sənədin (texniki pasportun) tərtib edilməsi araşdırılmadığı ilə əlaqədar olan göstərişinin də icrası ilə əlaqədar tədbirlər görməmişdir. İş materiallarına əsasən həm iddiaçının, həm də, cavabdehlərin hər birinin mülkiyyətlərində konkret ölçüdə qeyri-yaşayış sahələri mövcuddur və həmin sahələr onların adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, hazırkı iddia tələbinin qanuni əsası kimi mülkiyyətçinin öz mülkiyyətini başqasının qanunsuz sahibliyindən tələb edilməsi nəzərdən keçirilə bilər (Mülki Məcəllənin 157.2-ci maddəsi).

33. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının tələbinin mahiyyəti onu tələb edir ki, qonşu mülkiyyətçilər arasındakı sərhədlər müəyyənləşdirilsin. Bu i sə xüsusi bilik tələb edən məsələdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu halın araşdırılması üçün lazımi tədbirlər görməmişdir. Eləcə də apellyasiya instansiyası məhkəməsi müvafiq sahələrin iddiaçı və cavabdehlərin mülkiyyətinə verilərkən hansı ilkin sənədlərin mövcud olduğunu araşdırmamışdır. Nəzərə alınmalıdır ki, həm iddiaçının, həm də, cavabdehlərin hər birinin mülkiyyətlərində konkret ölçüdə qeyri-yaşayış sahələri mövcuddur və həmin sahələr onların adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan təqdirdə hansı sahələrin kimin adına qeydə alındığına dair ilkin sənədlərin mövcudluğu istisna deyildir. e)Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

34. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/9955 saylı ekspert rəyinə əsasən, ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının baxış zamanı təqdim olunmuş zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 591.3 m2 təşkil edir. İddiaçı faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 195,5 m2, Cavabdeh2 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 204,0 m2, Cavabdeh3 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin isə 82,1 m2 təşkil etdiyi müəyyən edilmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-527/2024 nömrəli, 21 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev sədrlik edən və məruzəçi, Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti qis mən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbi qismən təmin edilərək, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyriyaşayış sahəsi İddiaçı istifadəsinə verilməsi, Cavabdeh3 ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin hissənin əvvəlki vəziyyətinə bərpa edilməsi cavabdehin hesabına həyata keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

36. Kollegiya qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin hazırki mülkiyyətçisinin Cavabdeh1 de yil, onun oğlu Cavabdeh3 olması müəyyən edildiyindən və bu hal öz təsbitini iş materiallarında olan hüquqmüəyyənedici sənədlərlə tapdığından Mülki Prosessual Məcəllənin 58-ci maddəsinin tələblərinə əsasən sonuncunun cavabdeh olaraq Cavabdeh1 hüquq varisi kimi işə cəlb edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

37. Hazırki apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/9955 saylı ekspert rəyinə əsasən müəyyən edilir ki, ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının baxış zamanı təqdim olunmuş zirzəmi və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinin ümumi sahəsinin 591.3 m2 təşkil edir. İddiaçı faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 195,5 m2, Cavabdeh2 faktiki isti fadəsində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 204,0 m2, Cavabdeh3 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin isə 82,1 m2 təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********80-05301-083001 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli çıxarış sənədinə əsasən ünvan 3 ünvanda yarımzirzəmi və 1-ci mərtəbədə yerləşən və Cavabdeh2 məxsus olan qeyri-yaşayış sahəsinin ölçüsü 204,0 m2 təşkil edir. Yuxarıda adı çəkilən ekspert rəyindən də Cavabdeh2 faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin ölçüsünün də məhz 204,0 m2 olduğu görünür. Bu da o deməkdir ki, Cavabdeh2 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki istifadə olunan hissəsi ona verilmiş 02 iyun 2010-cu il tarixli çıxarış sənədinə əsasən uyğundur və iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi olan 198,5 kv.m. ilə Qeydiyyat vəsiqəsində göstərilən 300 kv.m. sahə arasında yaranan 101,5 kv.m. fərq Cavabdeh2 mülkiyyətində olan sahədən aparılmış hansısa kənarlaşma nəticəsində yaranmamışdır. Keçirilmiş ekspertiza tədqiqatları nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 82,1 kv.m. olmaqla 10 aprel 2019-cu il tarixli çıxarış sənədində göstərilən sahədən (72 kv.m.) 10,1 kv.m. çoxdur. Göründüyü kimi iddiaçıya məxsus qeyriyaşayış sahəsinin çıxarışla və faktiki olaraq müəyyən edilən ölçüləri arasında fərq daha böyük olsa da, hər bir halda Cavabdeh3 faktiki istifadə etdiyi sahənin çıxarışa əsas ən mülkiyyət hüququ təsbit olunmuş sahədən 10,1 kv.m. çox olması və digər Cavabdeh2 istifadəsində olan sahə ilə çıxarışa əsasən mülkiyyət hüququ qeydə alınan sahə ölçülərinin tam olaraq üst-üstə düşməsi onu deməyə əsas verir ki, Cavabdeh3 tərəfindən üzərində mülkiyyət hüququ tanınmadığı sahədən (ona məxsus qeyri-yaşayış sahəsinin həmin hissəsindən) faktiki istifadə etməsi nəticəsində iddiaçının qanunla qorunan mənafelərinə zərər dəymişdir və onun öz mülkiyyətini başqasının qanunsuz sahibliyindən tələb etmək hüququ yaranmışdır.

38. Həmçinin cavabdehin qeyd edilən 82,1 kv.metr sahəyə dair texniki pasportunun olması və həmin ölçünün qeyd edilən sənədlə rəsmiləşdirilməsinə dair apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsinin gö stərişləri də nəzərə alınaraq hazırki apellyasiya baxışı gedişində müvafiq sahələrin iddiaçı və cavabdehlərin mülkiyyətinə verilərkən hansı ilkin sənədlərin mövcud olması barədə DƏDKR-İN 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ilə müraciət edilmiş, xx.xx.2023-cü il tarixli cavab məktubunda İddiaçı adına texniki pasportun tərtib edilməsinə dair məlumatın aşkar olunmadığı, cavabdehlərə məxsus sahələrə dair isə texiki pasportların mövcud olması qeyd edilmişdir.

39. Kollegiya göstərilənlərə münasibətdə qeyd etmişdir ki, texniki pasport adından da göründüyü kimi əmlakın sırf texniki göstəricilərinin – ölçü, sahə və s. əks olunduğu sənəddir və həmin sənəd şəxsin əmlaka mülkiyyət hüquqlarını birbaşa təsbit edən sənəd olmamaqla bərabər bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məhz bu barədə çıxarışın verilməsi ilə nəticələnir. Hazırki işin hallarından da göründüyü kimi Cavabdeh3 məxsus (öncədən Cavabdeh1) qeyri-yaşayış sahəsinin texniki pasportda göstərilən ümumi sahəsi 82,1 kv.m. olsa da, 10 aprel 2019- cu il tarixli çıxarışda bu sahə 72,0 kv.m. olaraq göstərilmişdir və sonradan sahənin yeni göstəricilərinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində yeni bir çıxarışla rəsmiləşdirilməmişdir.

40. Bundan əlavə iş materiallarında olan aşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daxil olmuş məktubda da sözügedən sahənin ölçüləri kimi 72,0 kv.m kimi deyil, 82,1 kv.m göstərilməsinin texniki yanlışlıq nəticəsində baş verməsi qeyd olunmuşdur. Qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdehin barəsində mülkiyyət hüquqlarının rəsmiləşdirildiyi ölçüdə qeyr i-yaşayış sahəsindən həmin ölçüdən daha çox həcmdə istifadə edə bilməsi üçün hər hansı qanuni əsası mövcud olmamışdır. 41. ünvan 1 ünvandakı çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələrinin ümumi sahəsi 600 kv.m. hesab edilməklə "xxxx" MMC (sifarişçi) və "xxxx" şirkəti (podratçı) arasında bağlanmış xx.xx.1999-cu il tarixli müqaviləyə əsasən tərəflər arasında bərabər olmaqla, paritet qaydada pilləkən qəfəsindən sağda və solda olmaqla simmetrik həm faktiki, həm də hüquqi olaraq bölünmüş, iddiaçıya məxsus olan sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağda, cavabdehlərə məxsus sahələr isə pilləkən qəfəsindən solda müəyyənləşdirilmişdir. Yuxarıda qeyd edildiyi kimi istər birinci instansiya məhkəməsi və hazırki apellyasiya icraatı zamanı keçirilən ekspertiza tədqiqatları, istərsə də mübahisəli sahəyə keçirilən yerli baxışlar nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 82,1 kv.m. olmaqla həmin qeyri-yaşayış sahəsinin **********80-05301- 083003 reyestr nömrəli, 10 aprel 2019-cu il tarixli çıxarış sənədində göstərilən sahədən (72 kv.m.) 10,1 kv.m. çox olmaqla, pilləkən qəfəsinin həm sağ, həm də sol tərəfində yerləşir (pilləkən qəfəsinə aid dəhlizi divara almaqla otaq kimi istifadə etməsi də daxil olmaqla).

42. Beləliklə, kollegiya bütün qeyd edilən sübutları və işin faktiki hallarını məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Cavabdeh3 08 yanvar 1999-cu il tarixli müqavilə ilə müəyyən edilmiş şərti bölgü sərhədini keçməklə iddiaçının istifadəsinə düşmüş qeyriyaşayış sahəsinə müdaxilə etmiş və onun qanunla qorunan mənafelərini pozmuşdur.

43. Kollegiya hesab etmişdir ki, qeyri-yaşayış sahəsinin naturada ayrılaraq iddiaçının istifadəsinə verilməsi hissəsində əsassız hesab olunmalıdır. Belə ki, Mülki Məcəllənin 213.1ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1, 220.2 və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə j lan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyəti n mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

55. Yuxarıda qeyd edilən maddələrin məzmunundan da göründüyü kimi əmlak müəyyən şəxslər dairəsinə məhz paylı mülkiyyət hüququ ilə mənsub olduqda həmin şəxslər ümumi əşyadan öz payının ayrılmasını tələb etmək hüququna malik olurlar. Lakin hazırki işin hallarından görünür ki, istər iddiaçıya, istərsə də, cavabdehlərə məxsus sahələr onlara ümumi mülkiyyət hüququ əsasında mənsub olmamış, hər üçünün özlərinə aid sahələri daşınmaz əmlakın dövlət reyestrində ayrıca qeydiyyata alınmaqla və ölçüləri göstərilməklə onların adlarına rəsmiləşdirilmişdir. Buna görə də hazırda iddiaçının özünə məxsus olan, ayrılıqda dövlət qeydiyyata alınmış əmlakın naturada bölünməsini tələb etmək hüququ qanunvericiliklə təsbit olunmamış, buna zərurət də qalmamışdır.

44. Beləliklə, məhkəmə hesab etmişdir ki, Cavabdeh3 məxsus sahədə aparılan tikinti işləri nəticəsində zirzəmi mərtəbədə pilləkən qəfəsinin həm sağ, həm də sol tərəfində (pilləkən qəfəsinə aid dəhlizi divara almaqla otaq kimi istifadə etməsi də daxil olmaqla) sahəni zəbt etməsi ilə iddiaçının qanunla qo runan mənafeləri pozulduğundan iddia Cavabdeh3 binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağdakı qeyri-yaşayış sahəsindən çıxarılması və həmin hissənin cavabdehin hesabına boşaldılmaqla əvvəlki vəziyyətinə bərpa edilməsi barədə hissəsi əsaslı olmaqla apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassız, qeyri-yaşayış sahəsinin naturada ayrılaraq iddiaçının istifadəsinə verilməsi hissəsində isə həmin sahənin tərəflərin paylı mülkiyyətində olmaması səbəbindən isə əsaslı hesab edilməlidir.

45. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.7, 157.2, 213.1, 220.1, 220.2 və 220.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. Cavabdeh3 (Vəkil4) kassasiya şikayəti verərək qətnamənin ləğv e dilməsi və mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal rayonu, Muxtarov küçəsi 185 saylı ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələrinin bölgüsü üzrə işə baxılmasına baxmayaraq ilkin mülkiyyətçi ATS şirkətini cavabdeh və ya 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb etmədiyindən ATS şirkətinin hüquqlarını pozmuşdur. ATS şirkətinin mülkiyyət hüquqlarının itməsinə səbəb olmuşdur. ATS şirkəti podratçı olmaqla sifarişçi AMT LTD” MMC ilə bağlanmış 08 yanvar 1999-cu il tarixli podrat müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasını inşa edib təhvil vermişdir. Müqavilə şərtlərinə əsasən AMT şirkəti podra tçı ATS şirkətinə ödənişi ona yaşayış sahələri ilə yanaşı 1-ci mərtəbədən 300 kv.m. qeyri-yaşayış sahəsi verməlidir. Sifarişçi podratçıya 1-ci mərtəbədən 300 kv.m qeyri-yaşayış sahəsini təhvil vermişdirmi? Zirzəmi layihədə qeyriyaşayış obyekti kimi təsdiq edilməmişdir. Tərəflər arasında bağlanmış 08 yanvar 1999-cu il tarixli podrat müqaviləsində sifarişçi özünə çatacaq əmlakların siyahısını da qeyd etmişdir ki, bu podratçı üçün heç bir öhdəlik yaratmır. Podrartçı gördüyü işin müqabilində muzd əvəzi 1ci mərtəbədən 300 kv.m qeyri-yaşayış sahəsi əldə etməlidir. Çoxmərtəbəli yaşayış binasında 1-ci mərtəbə qeyri-yaşayış obyekti kimi layihədə əks olunsa da qanunvericiliyə əsasən ümumi istifadədə olan zirzəmi və məhkəmə proseslərində iştirak etmişdir. Lakin dəfələrlə AMT şirkəti ilə ATS şirkəti a rasında müqavilə tələblərinin icrası ilə bağlı, icraçıya verilən əmlaklar barədə sualları cavablandırmadan, ilkin sənədləri olmayan sonrakı mülkiyyətçinin əldə etdiyi çıxarışla mübahisəni davam etdirməsi mübahisənin yaranma səbəblərinin gizlədilməsinə xidmət edir. Məhkəmədə bu məsələlər dəfələrlə qaldırılmasına baxmayaraq məhkəmə ATS şirkətini cəlb etmədiyindən 1-ci mərtəbədə ona veriləcək qeyri-yaşayış obyektinin tən yarısının ATM şirkətinə verilməsini müəyyən edə bilməmişdir. Zirzəmi ilə mansardın tərəflər arasında hansı şərtlərə bölünməsinə ümumiyyətlə toxunmamışdır. 300 kv.m sahəsi olan mansard hal-hazırda ki, AMT şirkətinin varisi iddiaçının istifadəsindədir. Sonuncu mərtəbədə yerləşən 2 mənzilə sahiblik edən iddiaçı mənzillərin daxilindən mansarda pilləkən qoymuş, mansarda girişləri bağlamışdır. Məhkəmə 1-ci mərtəbədən AMT şirkətinə qeyri-yaşayış sahəsinin və 300 kv.m qeyri-yaşayış sahəsi olan mansardın hansı ilkin hüquqmüəyyənedici sənədlərlə iddiaçı tərəfindən əldə etməsini müəyyən etməmişdir. Məhkəmə tərəfindən təyin edilən əlavə məhkəmə mühəndis-texniki ekspertizası, tikinti-texniki obyektlərin tədqiqinin nəticəsi olan rəydə ekspertin 600 kv.m. faktiki vəziyyətdə mövcud olmadığınadan həmin qeyri-yaşayış sahələrinin tərəflərin xüsusi mülkiyyətində olan sahələrinə uyğun bölgüsü barədə tədqiqat aparılmadığını qeyd edir. Bu qeydi daim yalnış məlumatlarla iddiaçının xeyrinə rəy verməyə çalışan ekspert yazır. Ona görə iddiaçının xeyrinə çalışan ifadəsini işlətdik ki, tərəflər arasında gedən bütün mübahisələrdə təyin edilən ekspertizalar yalnız bu ekspertə həvalə edilir. Yasamal rayon məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərardadı ilə mübahisəli binanın mansardına maneənin olub-olmamasının müəyyən edilməsi üçün təyin edilən ekspertiza yenə X3 həvalə edilmişdir. Səidov Zirəddin verdiyi 27 yanvar 2023-cü il tarixli rəyində liftin motorunun yerləşdiyi 8 kv.m sahəyə qalxan dəmirdən hazırlanmış nərdivanın foto şəkilini çəkərək 300 kv.m sahəsi olan mansara (mansar üstü bağlı, qıraxları açıq sakinlərin istirahət edə biləcəyi mənzərəli qeyri-yaşayış sahəsidir) gedən yolda maneə olmadığına dair rəy vermişdir. 8 kv.m motorxanaya giriş təhlükəlidir. Orada işləyən motor və hərəkət edən troslar vardır. Motorxana dört bir tərəfi hörgü ilə bağlı, qapalı yerdir. Hazırkı mübahisə üzrə də 2 dəfə ekspertiza təyin edilmiş və hər 2 ekspertizanın aparılması yenə Səidov E lmara həvalə edilmişdir. Məhkəmədən yerli baxış təyin edilməsi tələb edilsədə nədənsə məhkəmə yerli baxış keçirməmişdir. “ATS şirkətinin varisi mövcud olduğundan İddiaçı ərizəsinə əsasən cavabdeh "xxxx" Şirkəti əsl Cavabdeh2 ilə əvəz olunmuşdur”. Cavabdeh2 ATS şirkətinə çatacaq 300 kv.m qeyri-yaşayış sahəsinin 1ci mərtəbəsində 138,8 kv.m. sahəsini, zirzəmidən isə 65.2 kv.m almışdırsa, Cavabdeh3 isə zirzəmidən 72 kv.m almışdırsa ATS şirkəti 24 kv.m-dən hansı əsaslarla məhrum edə bilər (300-138,8-65,2-72=24 kv.m.)? İlkin sənəd olan AMT və ATS arasında bağlanmış 01 avqust 2000-ci il tarixli müqavilədə zirzəminin bölgüsü olmadığı halda məhkəmə hansı əsasla AMT şirkətinin zirzəmiyə mülkiyyət iddiası (ümumi istifadəyə görə yox, mülkiyyət hüququ ilə) çıxış edir? AMT şirkətinin zirzəmiyə subyektiv hüququ mövcud deyil. AMT şirkətinin texniki pasportu olmadığından ona məxsus qeyri-yaşayış sahələrini müəyyən etmək mümkün deyil. AMT şirkəti ilə ATS şirkəti arasında podrat müqaviləsinin şərtlərinin icrasında, podratçıya müzd əvəzi veriləcək əmlakları hər iki hüquqi şəxs müəyyən etməlidir, yoxsa məhkəmə? Məhkəmə yalnız bölgü barədə mübahisə olduqda tərəflərdən birinin iddiası əsasında baxa bilər. Mülki hüquq müqavilə tərəflərinə mübahisəni öz aralarında həll etmək üçün pretenziya hüququnu tanımışdır. AMT və ATS şirkətləri hüquqi şəxs olaraq dövlət qeydiyyatından keçmiş və sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Şirkətinə qarşı iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərkən məhkəmə aidiyyət məsələlərinə diqqət etməmiş, yalnış olar aq icraata qəbul etmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən hüquqi şəxslər arasında sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə kommersiya məhkəmələrində baxılır. Məhkəmələr tərəfindən aidiyyət tələbləri pozulmuşdur. ATS şirkətinin verdiyi məlumata əsasən 1-ci mərtəbədən 204 kv.m, zirzəmidən 96 kv.m müzd əvəzi onalara verilmişdir. Göründüyü kimi işə ümumi məhkəmələrdə deyil, kommersiya məhkəməsində baxılmalı olduğu halda ümumi məhkəmə işə baxmış, AMT şirkəti tərəfindən podrat müqaviləsindən irəli gələn öhdəliklərin icra edilərək ATS şirkətinə verilən 300 kv.m qeyri-yaşayış sahəsinin yerini müəyyən edə bilmədən, ATS şirkətinin mülkiyyət hüquqlarının itməsinə gətirib çıxarmış, layihədə zirzəmi və mansardın qeyriyaşayış kimi təsdiq edilməməsini nəzərə almamış, qeyri-yaşayışa ç evrilməsini müəyyən etməmiş, tərəflər arasında bərabər bölgünü əsas götürdüyü təqdirdə 400 kv.m (136,68 kv.m qapalı, qalan hissə açıq) qeyri-yaşayış kimi istifadə edilən mansardın iddiaçıya verilmə səbəblərini müəyyən etməmiş, ən əsası yerində müayinə keçirmədən, obyekti görmədən qiyabi təsvirlə qərar qəbul etmişdir. Vəkil sorğusuna 1 saylı Bakı Ərazi İdarəsininqərardadı ilə ekspert qarşısında ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi (yarımzirzəmi) və birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin ümumi (tikintialtı sahələr də daxil olmaqla) və istifadə edilə bilən faktiki sahəsi (tikintialtı sahələr çıxılmaqla) nə qədər olmasının müəyyən edilməsi tapşırığı qoyulmuşdur. Ekspert zirzəmi və 1-ci mərtəbədə qeyri-yaşayış sahəsinin 591,3 kv.m olduğunu müəyyən etm işdir. Eyni zamanda ekspert rəydə müəyyən edir ki, 195,5 kv.m İddiaçı, 204 kv.m. Cavabdeh2, 82.1 kv.m Cavabdeh3 istifadəsindədir. Ekspertin ilkin rəyi ilə sonrakı rəyi üst-üstə düşmür. Belə ki, 195,5+204+82,1= 481,6 kv.m. 591,3 kv.m. – 481,6 kv.m. = 109,7 kv.m. fərq yaranmışdır. İlkin ekspertiza rəyində isə zirzəmi və 1-ci mərtəbədə qeyri-yaşayış sahəsinin 485,25 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə isə işi araşdırmadığından bu fərqlərə münasibət bildirməmişdir. Göründüyü kimi, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-3290/2023 nömrəliqərarı ilə Apellyasiya Məhkəməsi qarşısında qoyulmuş suallardan biri kimi əvvəlki Ali Məhkəmə aktında İddiaçı 300 kv.m. qeyri-yaşayış sahəsi xx.xx.2005-ci il tarixdə dövlət reyestrində qeydiyyata alındığı, lakin həmin hüquqlar qeydə alınarkə n həmin ərazinin texniki göstəricilərini əks etdirən müvafiq sənədin (texniki pasportun) tərtib edilməsinin araşdırılması qoyulsa da həmin göstərişin icrası ilə bağlı tədbirlər görülmədiyi qeyd edilmişdir. Lakin işə yenidən baxan Bakı Apellyasiya məhkəməsi həmin tapşırığı nəzərə almamış müvafiq araşdırma aparmadan qətnamə qəbul etmişdir. İddiaçı AMT və ATS şirkətləri arasında bağlanmış müqavilə şərtlərindən irəli gələn öhdəlikləri unudaraq, öhdəliklərdən yayınaraq, ATS şirkətinin gedən proseslərdən məlumatsızlığından faydalanaraq suni şəkildə subyektiv hüquq yaratmağa çalışmaqdadır. Hesab edirik ki, qətnamə ləğv edilməli, aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməli və yuxarıda qeyd etdiyimiz məsələlərə hüquqi qiymət verilməklə qətnamə qəbul edilməlidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2(103)-527/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

50. Maddə 152.7. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər

51. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakın ı geri tələb edə bilər.

52. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

53. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

54. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

55. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 407.2.Kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində q ətnamə cavabdeh iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verməklə, Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 82,1 kv.m. olmaqla 10 aprel 2019-cu il tarixli çıxarış sənədində göstərilən sahədən (72 kv.m.) 10,1 kv.m. çox olması müəyyən edilmişdir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin çıxarışla və faktiki olaraq müəyyən edilən ölçüləri arasında fərq daha böyük olsa da, hər bir halda Cavabdeh3 faktiki istifadə etdiyi sahənin çıxarışa əsasən mülkiyyət hüququ təsbit olunmuş sahədən 10,1 kv.m. çox olması və digər Cavabdeh2 istifadəsində olan sahə ilə çıxarışa əsasən mülkiyyət hüququ qeydə alınan sahə ölçülərinin tam olaraq üst-üstə düşməsi onu deməyə əsas verir ki, Cavabdeh3 tərəfindən üzərində mülkiyyət hüququ tanınmadığı sahəd ən (ona məxsus qeyriyaşayış sahəsinin həmin hissəsindən) faktiki istifadə etməsi nəticəsində iddiaçının qanunla qorunan mənafelərinə zərər dəymişdir və onun öz mülkiyyətini başqasının qanunsuz sahibliyindən tələb etmək hüququ yaranmışdır.

69. Cavabdeh istifadə etdiyi sahəyə texniki pasportunun olmasını və istifadənin qanuni əsaslarla həyata keçirildiyini göstərmişdir. Bu dəlilərlə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, texniki pasport adından da göründüyü kimi əmlakın sırf texniki göstəricilərinin – ölçü, sahə və s. əks olunduğu sənəddir və həmin sənəd şəxsin əmlaka mülkiyyət hüquqlarını birbaşa təsbit edən sənəd olmamaqla bərabər bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məhz bu barədə çıxarışın verilməsi ilə nəticələnir. Hazırki işin hallarından da göründü yü kimi Cavabdeh3 məxsus (öncədən Cavabdeh1) qeyri-yaşayış sahəsinin texniki pasportda göstərilən ümumi sahəsi 82,1 kv.m. olsa da, 10 aprel 2019-cu il tarixli çıxarışda bu sahə 72,0 kv.m. olaraq göstərilmişdir və sonradan sahənin yeni göstəricilərinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində yeni bir çıxarışla rəsmiləşdirilməmişdir.

70. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarında aydın olur ki, ünvan 1 ünvandakı çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələrinin ümumi sahəsi 600 kv.m. hesab edilməklə "xxxx" MMC (sifarişçi) və "xxxx" şirkəti (podratçı) arasında bağlanmış xx.xx.1999-cu il tarixli müqaviləyə əsasən tərəflər arasında bərabər olmaqla, paritet qaydada pilləkən qəfəsindən sağda və solda olmaqla simmetrik həm faktiki, həm də hüquqi olaraq bölünmüş, iddiaç ıya məxsus olan sahəsi 300 kv.m. olan qeyri-yaşayış sahəsi binanın əsas girişinə münasibətdə pilləkən qəfəsindən sağda, cavabdehlərə məxsus sahələr isə pilləkən qəfəsindən solda müəyyənləşdirilmişdir. Yuxarıda qeyd edildiyi kimi istər birinci instansiya məhkəməsi və hazırki apellyasiya icraatı zamanı keçirilən ekspertiza tədqiqatları, istərsə də mübahisəli sahəyə keçirilən yerli baxışlar nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh3 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 82,1 kv.m. olmaqla həmin qeyri-yaşayış sahəsinin **********80-05301- 083003 reyestr nömrəli, 10 aprel 2019-cu il tarixli çıxarış sənədində göstərilən sahədən (72 kv.m.) 10,1 kv.m. çox olmaqla, pilləkən qəfəsinin həm sağ, həm də sol tərəfində yerləşir (pilləkən qəfəsinə aid dəhlizi divara almaqla ota q kimi istifadə etməsi də daxil olmaqla).

71. Bununla yanaşı qeyd edilməlidir ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmə texniki pasport vermək səlahiyyətinə malik olan orqanın məktubuna əsaslanaraq həmin texniki pasportun tərtibi zamanı səhvlərə yol verildiyini müəyyən etmişdir.

72. Cavabdeh tərəf istifadə edilən sahə üzərində hüququnun qanuni əsaslarla əldə edildiyini göstərsə də işin faktiki hallarını araşdıran məhkəmələrə bununla bağlı mötəbər sübut təqdim etməmişdir.

73. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

74. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 15 sentyabr 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarə t olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

75. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

76. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hes ab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2024-cü il tarixli, 2(103)527/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi and

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar