Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1030/2023 10.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6562/2022 saylı mülki iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qa ydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məlikov küçəsi, 9 saylı evin 2 saylı mənzilinə dair İddiaçı2 ½ hissədə, İddiaçı1 ½ hissədə paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 1212 saylı reyestr kitabının 110285 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Bakı şəhəri MKTD 3 saylı XTMKTB-nin 145 saylı MKTS-nin xx.xx.2022-ci il tarixli 38 saylı arayışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qə səbəsi, Ə.Məlikov küçəsi 9 saylı evin 2 saylı mənzilində Cavabdeh3 xx.xx.1958-ci ildən, Cavabdeh2 xx.xx.1978-ci ildən, Cavabdeh1 xx.xx.1986-cı ildən, X6 xx.xx.2021-ci ildən daimi qeydiyyatda olmaqla yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 15000 manat kompensasiya verilməklə azyaşlı X6 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 9 saylı evin 2 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsini, mənzildən çıxarılmalarını, mənzildən çıxarılma ilə 15000 manat kompensasiyanın ödənilməsinin eyni vaxtda icra edilməsini xahiş etmişlər.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məlikov küçəsi, 9 saylı evin ümumi sahəsi 53,71 m2 olan 1 mərtəbəli, 2 otaqlı, 2 saylı mənzil xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, paylı mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur və uzun müddətdir ki, həmin mənzil iddiaçıların istifadələrində və sərəncamlarındadır. Cavabdehlər bir ailə üzvü olmaqla iddiaçıların mənzilində qeydiyyatadırlar. Cavabdehlərin təqsiri üzündən iddiaçılar mənzil üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmirlər. Bunun nəticəsində mənzil və kommunal xidmətləri haqqını artıq məbləğdə ödəməyə məcburdurlar. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçılar pozulmuş hüquqlarının bərpa edilməsini istəyirlər. Cavabdehlərdən Cavabdeh1 hə min ünvanda özünə məxsus evi vardır.
5. Məhkəmə baxışı zamanı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məlikov küçəsi, 9 saylı evin 2 saylı mənzilinin bazar dəyərinin, həmin ərazidə bu kateqoriya mənzillərin kirayə haqlarının müəyyən edilməsi üçün mülki iş üzrə mütəxəssis rəyi alınmışdır. “Legal Prime MMC”-nin xx.xx.2022-ci il tarixli LP-086/2022 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Ə.Məlikov küçəsi 9 saylı evin 2 saylı mənzilinin bazar qiyməti 120000 manat, orta aylıq kirayə qiyməti 300-350 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir.
6. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi Vəkil1 Rüfət oğlu iddia ərizəsini müdafiə edərək izahatında bildir mişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məlikov küçəsi, 9 saylı evin ümumi sahəsi 53,71 m2 olan 1 mərtəbəli 2 otaqlı 2 saylı mənzil xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur və uzun müddətdir ki, həmin mənzil iddiaçıların istifadələrində və sərəncamlarındadır. Cavabdehlər bir ailə üzvü olmaqla iddiaçıların mənzilində qeydiyyatdadırlar. Cavabdehlərin təqsiri üzündən iddiaçılar mənzil üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmirlər. Bunun nəticəsində mənzil və kommunal xidmətləri haqqını artıq məbləğdə ödəməyə məcburdurlar. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçılar pozulmuş hüquqlarının bərpa edilməsini istəyirlər. Cav abdehlərdən Cavabdeh1 həmin ünvanda özünə məxsus evi vardır. İş üzrə keçirilən qiymətləndirmə ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məlikov küçəsi, 9 saylı evin ümumi sahəsi 53,71 m2 olan 1 mərtəbəli 2 otaqlı 2 saylı mənzilin qiymətinin 120 000 manat, orta aylıq kirayə qiymətinin 300-350 manat olması müəyyən edilmişdir. İddiaçıların təqdim etdikləri 15000 manata cavabdehlər 3 ildən çox kirayədə yaşaya bilərlər.
7. Məhkəmə iclasında cavabdehlərin vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçılar Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Ə.Məlikov küçəsi 9 saylı evin 2 saylı mənzilini mərhum analarından vərəsəlik yolu ilə qəbul edərək mülkiyyət hüquqlarını rəsmiləşdirmişlər. Mübahisəli mənzildə iddiaçılar bir gü n belə yaşamamış və həmin evdə onlara aid heç bir əşya mövcud deyildir. Cavabdehlərdən Cavabdeh3 xx.xx.1958-ci il tarixdən, Cavabdeh2 xx.xx.1978-ci il tarixdən, Cavabdeh1 isə xx.xx.1986-ci il tarixdən həmin mənzildə rəsmi qeydiyyatda olmaqla hal-hazıradək yaşayırlar. Cavabdehlərin bu mənzildən başqa yaşayacaq yerləri yoxdur. Cavabdehlər uzun müddət yaşadıqları mənzilin illərdir ki, əsaslı təmiri üçün bütün qazanclarını xərcləmiş və mənzili bugünkü abad vəziyyətə gətirmişlər. Sonuncu dəfə təmirə Cavabdeh2 tərəfindən 35000 manat vəsait sərf olunmuşdur. Bunun qarşılığında isə mənzili miras alan iddiaçılar cavabdehlərə cəmi 15000 manat kompensasiya məbləği təklif edirlər. Halbuki cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 ər-arvad olmaqla birgə təsərrüfatı idarə etdikləri halda, onların oğlu Cavabd eh1 da ailədir və azyaşlı övladı olmaqla ayrıca təsərrüfatdadır. Bundan başqa həmin ərazidə eyni şəraitli mənzillərin aylıq kirayə haqqı da çox yüksəkdir. Mənzillə bağlı bütün kommunal xərclər və vergilər Cavabdeh2 tərəfindən ödənilmişdir. İş üzrə keçirilən qiymətləndirmə ilə müəyyən olunan qiymət və kirayə haqqı real bazar qiymətlərinə uyğun deyildir. Hesab etmişdir ki, iddiaçılar cavabdehlərə ən azı 35000 manat kompensasiya təklif etməlidirlər.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(001)-1775/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə (S.Səlimova) iddia təmin edilməmişdir.
9. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib qeyd etmişdir ki, uzun müddət Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 9 say lı evin 2 saylı mənzilində yaşayan, həmin mənzilin saxlanmasında, kommunal xidmətlərin, vergilərin ödənilməsində iştirak edən cavabdehlərə istifadə hüquqlarının əvəzləşdirilməsi üçün mülkiyyətçilərin təklif etdikləri kompensasiya bu hüququn əvəzləşdirilməsi üçün yetərli olmadığından iddia tələbləri təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Belə ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
10. Məhkəmə gəldiyi nəticəni İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinın Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü, 228.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilən qiymətləndirmə ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məlikov küçəsi 9 saylı evin ümumi sahəsi 53,71 kv-m-dən ibarət 1 mərtəbəli, 2 otaqlı olan 2 saylı mənzilin qiymətinin 120.000,00 manat, orta aylıq kirayə haqqı qiymətinin isə 300-350 manat olması müəyyən edilmişdir. İddiaçıların təqdim etdikləri 15.000,00 manat məbləği ilə cavabdehlərin 3 ildən artıq müddətdə oxşar şəraitdə kirayədə yaşaması mümkündür. Bundan başqa, cavabdehlərin həmin ünvana ərazidə özlərinə məxsus fərdi yaşayış evi tikilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, kompensasiya məbləğinin hansı səbəbdən az məbləğ təşkil etdiyini və iddiaçılar tərəfindən təklif olunan kompensasiya məbləği ilə cavabdehlərin oxşar şəraitdən kirayə yaşayacaqları halda yəni ümumi sahəsi 53.7 kv.m-dən az olan sahəsi ilə təmin olunacaqları qənaətini əsaslandırmamışdır. Digər tərəfdən, məhkəmə kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi tələb olunan şəxslərin ayrı-ayrı şəxslər olmadığını, bir ailənin üzvləri yəni ata, ana və oğul olması, onların birlikdə yaşaması və birgə təsərrüfat aparması və onlar kompensasiya məbləği alacağı təqdirdə birlikdə yaşamaqla kirayə mənzil tutulacağı halları bu isə həmin məbləğ ilə onların uzun müddət davamlı şəkildə yaşamasını təmin edir. Bununla yanaşı birinci instansiya məhkəməsi iddiaçılar tərəfindən verilmiş - məhkəmə təhqiqat obyektinə və həmin obyektə bitişik olan fərdi yaşayış evinin yerində müayinə edilməsi barədə vəsatətini təmin etməməklə mülki işin qərəzli, hərtərəfli natamam baxaraq sübutlara düzgün qiymət verməməklə prosessual hüquq normaların pozuntusuna yol vermişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi eyni zamanda vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, kompensasiya institutunun istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüqu qunu verməməsini nəzərə almamışdır. İddia ərizəsində təklif edilən kompensasiyanın məbləği onların 3 ildən artıq müddətdə oxşar şəraitdə kirayədə yaşamasını təmin edirdi. Bununla belə iddiaçılar hazırda kompensasiya məbləğini artıraraq 20000 manat kompensasiya verilməklə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini xahiş etmişlər.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6562/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X4) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, iddiaçılar tərəfindən cavabdehlərə 20000 manat kompensasiya verilmək lə azyaşlı X6 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 9 saylı evin 2 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi, Cavabdehlər azyaşlı X6 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 9 saylı evin 2 saylı mənzilindən çıxarılması, mənzildən çıxarılma ilə 20000 manat kompensasiyanın ödənilməsinin eyni vaxtda icra edilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumlarının məbləğlərinin iddiaçıların özlərinə aid edilməsi, iddiaçılardan, həmçinin cavabdehlərdən iş üzrə keçirilən qiymətləndirmə tədqiqatının dəyərinə görə 300 manatın bərabər qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
15. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya baxışı zamanı kompensasi ya məbləğinin artırılmasına münasibətdə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
16. Məhkəmə kollegiyası işin qeyd olunan hallarını, cavabdehlərin istifadə hüquqlarının mülkiyyətçinin mülkiyyətində olan mənzilə müstəqil sərəncam vermək hüququnu məhdudlaşdırdığını, təqdim olunan 20000 manat kompensasiya məbləğinin ədalətli əvəzləşdirmə olduğunu nəzərə alaraq hesab etmişdir ki, kompensasiyanın məbləği cavabdehlərə təklif olunan kompensasiya hesabına davamlı sürətdə və müəyyən müddət daxilində, başqa yerdə, mübahisəli evdən istifadə edilən sahəyə xas olan şəraitə oxşar şəraitdə yaşamalarına imkan verir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməlidir.
17. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİİ və İV hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.3, 217.4, 372.4, 372.6, 384.0.2, 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehlər (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və ya faktiki halların daha dəqiq araşdırılması məqsədilə işin apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsi qətnaməsində Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarına istinad edərək göstərmişdir ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göst ərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olu nmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Belə nəticəyə gəlmək olar ki, kompensasiya institutunun tətbiq edilməsi zamanı həm mülkiyyətçinin, həm də istifadə hüququ olan şəxsin hüquqları bərpa və müdafiə edilməklə yanaşı əsas nəzərə alınmalı məqam kompensasiya məbləğini hesablayarkən bazar qiymətlərini nəzər almaqdır. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza nəticəsində "xxxx" MMC-ninxx.xx.2022-ci il tarixli LP086/2022 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məlikov küçəsi 9 saylı evin 2 saylı mənzilinin bazar qiyməti 120000 manat, orta aylıq kirayə qiyməti 300-350 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Rəy bütünlüklə natamam və qanunsuz rəydir. Belə ki, bazar iqtisadiyyatının tələbi olaraq 120.000 manat dəyəri olan evi heç kim300-350 manata kirayəyə verməz, bu tip evlərin kirayə haqqı daha yüksəkdir. Bundan başqa, Bakı şəhərində mərkəzdə və mərkəzə yaxın hətta bina evlərində bu qiymətə kirayə ev tapmaq mümkün deyil. Mərkəzdən kənar evlərin kirayə haqqı 400-450 manat təşkil edir. Mübahisəli mənzilin yerləşdiyi ərazidə həmin şəraitli mənzilin kirayə haqqı 500-600 manat təşkil edir. Bununla bağlı mülki iş Binəqədi rayon Məhkəməsinin icraatında olarkən cavabdeh elektron kabinet vasitəsilə xx.xx.2022-ci tarixli ərizə ilə məhkəməyə müraciət edərək, ekspertizanın rəyi ilə razı olmadığını, təkrar ekspertizanın təyin edilməsini xahiş etsə də, vəsatəti təmin edilməmiş, həmin gün də iddia əri zəsinin rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Lakin apellyasiya instansiyasında iştirakı təmin edilməmiş, təxirə salınması ilə bağlı ərizəsi isə təmin edilməyərək, bir məhkəmə iclasına yekunlaşdırılaraq qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********90 N-li xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən bildirmişdir ki, cavabdehlərin adına Azərbaycan Respublikası (Bakı şəhəri daxil olmaqla) ərazisində qeydiyyatdan keçmiş əmlak aşkar edilməmişdir. Eyni zamanda, mübahisəli ev cavabdehlərin yeganə yaşayış yeridir. Cavabdeh1 ailə həyatı qurmuşdur, həyat yoldaşı və azyaşlı övladı Rə sul ilə birlikdə yaşayır. Gələcəkdə cavabdehlərə kompensasiya məbləği hesablanarkən cavabdehlər öz ailəsi ilə ayrı təsərrüfat olduğundan ayrı-ayrı yaşayacaqları da nəzərə alınmalıdır. Ən önəmlisi Apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən heç bir mötəbər sübuta əsaslanmadan formal mülahizələrə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
28. Kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olun ması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
31. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araş dırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
32. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6562/2022 nömrəli mülki iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.