Məhkəmə qərarları › İş №2(102)-1031/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1031/2022

10.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1031/2022 10.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Kassasiya şikayətinin baxışdan çıxarılması haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş materiallarını nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.09.2021-ci il tarixli, 2(103)7518/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mül ki Kollegiyasının 2(102)-1031/2022 saylı 10 yanvar 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Aşağıdakı əsaslara görə 10.01.2022-ci il tarixli qərardad ləğv edilməli, cavabdehin kassasiya şikayəti kassasiya baxışından çıxarılmalı və geri qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Haz ırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin 27.09.2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti cavabdehin vəkili tərəfindən 15.12.2021-ci il tarixdə tərtib edilmiş, həmin tarixdə Bakı Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, kassasiya şikayəti Mülki Prosessual Məcəlləyə yuxarıda qeyd edilmiş dəyişikliklər qanuni qüvvəyə mindikdən sonra verilmişdir. Belə olan halda, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlük məsələsi həll edilərkən Mülki Prosessual Məcəlləyə edilmiş yuxarıda qeyd edilən əlavə və dəyişikliklərin tələbləri nəzərə alınmalıdır. 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-nin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından görünür ki, İddiaçı mənəvi ziyana görə 17000 manat, maddi ziyana görə isə 750 manat pulun cavabdeh "xxxx" ASC-d ən tutulmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 27.09.2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia qismən təmin edilmiş və cavabdehdən 500 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaitinin alınması haqqında iddialarda alınan məbləğlə müəyyən edilib. Göründüyü kimi, hazırki kassasiya şikayəti ilə mübahisələndirilən məbləğ 500 manat olmaqla MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş məbləğdən azdır. Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1031/2022 saylı 10.01.2022-ci il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və geri qaytarılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar