Məhkəmə qərarları › İş №2(102)-1035/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1035/2023

27.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1035/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2(103)7690/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı təsisçisi və direktoru olduğu "xxxx" MM C-nin xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilədək olan dövrdəki fəaliyyəti üzrə səyyar vergi yoxlaması aparılarkən vergi orqanının əməkdaşları tərəfindən İddiaçı 15564 manat məbləğində vergi borcundan yayınması barədə akt tərtib edilmiş, həmin faktla bağlı Vergilər Nazirliyi tərəfindən cinayət işi başlanılmış, 2012-2015-ci illər ərzində istintaq və məhkəmə araşdırmaları olmuş, vergi borcundan yayınma halının olub-olmamasının aydınlaşdırılması məqsədilə bir neçə dəfə müvafiq ekspertizalar keçirilmişdir. Cinayət işinə məhkəmədə baxılarkən dövlət ittihamçısı cinayət təqibindən, Vergilər Nazirliyi isə mülki iddiadan imtina etmiş, Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2016-cı il tarixli qərarı ilə dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi əsası ilə İddiaçı Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş və mülki iddiaçı mülki iddiadan imtina etdiyinə görə 15564,64 manat məbləğində olan mülki iddiaya xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-903/2017 saylı 31 may 2017-ci il tarixli qərarı ilə təqsirləndirilən İddiaçı qarşı Cinayət Məcəlləsinin 213.1- ci maddəsi ilə cinayət təqibinə xitam verilsin” sözləri “cinayət hadisəsi olmadığına və dövlət ittihamçısı cinayət təqibindən imtina etdiyinə görə təqsirləndirilən İddiaçı qarşı Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin” sözləri ilə əvəz edilmişdir. Nəticə etibarilə İddiaçı barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-643/2018 saylı qətnaməsi ilə İd diaçı “təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz həkətələri nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən onun xeyrinə 2000 manat məbləğində pulun tutulması qət edilmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2018-ci il tarixli, 2(103)-4708/2018 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)6694/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 15 may 2018-ci il tarixli, 2(103)-4708/18 saylı qətnaməsi qismən - mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apelly asiya baxışına qaytarılmışdır. Qətnamənin qalan hissəsi iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2018-ci il tarixli, 2(103)-12731/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-643/2018 saylı qətnaməsi mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin olunmuş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən İddiaçı xeyrinə 1000 manat məbləğində pulun tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pul tələbi"nə dair iddia əriz əsi məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona, yəni direktoru və təsisçisi olduğu "xxxx" MMC-yə vurulmuş 48.580 manat məbləğində zərərin dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(006)3310/2022 saylı qərardadı ilə (hakim Rəşid Səmədov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilməsi qərara alınmışdır.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının hazırda tələb etdiyi 48.580 manat Nəsimi Rayon Məhkəməsinin qətnaməsində qeyd olunan ümumi iddia məbləğini n 133.360 manatın daxilində olmaqla (bunu iddiaçı özü də məhkəmə iclasında təsdiq etmişdir), ona artıq hüquqi qiymət verilmiş və bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. İddiaçı mübahisələndirdiyi hallar yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində müəyyən olunmuş hallarla mahiyyət etibarı ilə eynilik təşkil edir.

8. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 170.1, 261.0.2 və 262.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və mülki işin məhkəmə baxışına qəbulu barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Ape llyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsində maddi ziyan, itirilmiş mənfəət (əldən çıxmış fayda) olan 48580 manatın rədd edilməsi barədə bir cümlə də olsun yazılmamışdır. Belə ki, həmin qətnamədə məhkəmə tərəfindən 2000 manatın təmin edilməsi üçün təqdim edilmiş hüquqi yardımın göstərilməsi, həmçinin poçt, teleqraf, telefon və s. xərclərinin sənədlərini sübut kimi qəbul edilərək MPM-in 14.2-ci maddəsinə əsasən ondan istifadə edildiyi halda, maddi ziyan olan itirilmiş mənfəət (əldən çıxmış fayda) kimi ödənilməsi iddia olunan 48580 manatın sübutu kimi təqdim olunmuş MEM-nin 07 fevral 2014-cü il tarixli, 20896 nömrəli ekspert rəyinə heç bir münasibət bildirilməmişdir, hansı ki, həmin rəyin iş materiallarının içərisində olduğu qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir. Münasibət bildirilməyən həmin hissə barədə əlavə qətnamənin çıxarılması üçün ərizə ilə müraciət etsə də məhkəmə tərəfindən ərizədən imtina edilməsi haqqında 20 fevral 2018-ci il tarixli qərardad qəbul etmişdir. Apellyasiya və Ali Məhkəmələrə etdiyi şikayətlərə baxılan zaman da itirilmiş mənfəət (əldən çıxmış fayda) kimi ödənilməsi iddia olunan 48580 mant haqqında bir münasibət bldirilməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7690/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Şeyda Məhərrəmova-sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Rəşad Həsənov) şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(006)-3310/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı “hazırda tələb etdiyi 48.580 manat Nəsimi Rayon Məhkəməsinin qətnaməsində qeyd olunan ümumi iddia məbləğinin 133.360 manatın daxilində olmasını” qeyd etmişdir. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hazırda İddiaçı mübahisələndirdiyi hallar yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində müəyyən olunmuş hallarla mahiyyət etibarı ilə eynilik təşkil edir.

13. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd etmişdir ki, şikayət formal mülahizələrdən ibarət olmuşdur və şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, qan uni qüvvəsini almış qətnamələrlə iddiaçının hazırda mübahisələndiriyi - təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona, yəni direktoru və təsisçisi olduğu "xxxx" MMC-yə vurulmuş 48.580 manat məbləğində zərərin dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi barədə iddiasına qiymət verilmiş, yekun olaraq həmin hissədə kassasiya instansiyası məhkəməsi (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərarı) apellyasiya instansiya məhkəməsinin (Bakı Apellyasiya Məhkəməsinin 15 may 2018-ci il tarixli qətnaməsi) gəldiyi nəticə ilə razılaşmışdır. Həmin hissədə apellyasiya instansiya məhkəməsi isə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində cinayət məsuliyyətinə cəlb edilməsi və uzu n müddət araşdırma aparılması nəticəsində ona 2000 manatdan əlavə, 131.360 manat maddi-mənəvi zərər dəyməsini bildirsə də, istinad etdiyi məbləğlə və əsaslarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

14. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1, 261.0.2, 262.4 və 398.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Qərardaddan İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlilləri apelyasiyanın dəlilləri ilə eynilik təşkil etməklə tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazı lı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə:

18. Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.

19. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

20. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsin də məhkəməyə müraciət edilməsinə yol verilmir. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətindəki dəlillərə hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

26. Belə ki, məhkəmələr iddiaçının eyniməzmunlu tələbinə əvvəlki məhkəmə aktları ilə baxıldığı üçün işin icraatına xitam vermişlər. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni müba hisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.

27. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2(103)7690/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar