Məhkəmə qərarları › İş №2(102)-1036/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1036/2022

21.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1036/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (qətnamə ilə maraqlarına toxunan şəxs kimi X3 cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qeyri yaşayış sahəsinə sahiblik və istifadə hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1344/2019 nömrəli iş üzrə 16 avqust 2019-cu il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X4 t ərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh MTK (bundan sonra – cavabdeh və ya MTK) ilə arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” 16 mart 2009cu il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasının 1 mərtəbəsində yerləşən 120 kvadrat metr qeyri-yaşayış sahəsini (bundan sonra – mübahisəli qeyri-yaşayış sahəsi) iddiaçıya verməyi, iddiaçı isə mənzili qəbul edib 168000 manat pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. MTK tərəfindən verilmiş 16 mart 2009-cu il tarixli maliyyə arayışına əsasən, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmiş və hazırda MTK-yə borcu qalmamışdır. MTK ilə X5 (bundan sonra – maraqlı şəxs) arasında “Yaşayış binasında mənzil tikintisi haqqında” 24 yanvar 2013-cü il tarixli müqaviləyə əsasən MTK mübahisəli qeyriyaşayış sahəsini alıcıya verməyi, alıcı isə mənzili qəbul edib135000 manat pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. MTK tərəfindən verilmiş 24 yanvar 2013-cü il tarixli maliyyə arayışına əsasən qeyriyaşayış sahəsinin pay dəyəri maraqlı şəxs tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 16 mart 2009-cu il tarixli müqaviləyə əsasən, mübahisəli qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanı nması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, bu günə qədər şəxsi vəsaitiylə aldığı qeyriyaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər əldə edə bilməmişdir. Buna görə də onun həmin sahəyə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməli, mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyi cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) 2(004)5944/ 2017 saylı, 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması və qeyriyaşayış sahəsinin iddiaçı tərəfindən istifadə etməyinə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzrərinə qoyulması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi müqavilə ilə MTK tərəfindən iddiaçıya satılmış, müqavilə ilə müəyyənləşdirilmiş pay haqqı tamamilə ödənilmiş, iddiaçının MTK-yə heç bir borcu qalmamışdır. Buna baxmayaraq iddiaçı bu günə kimi mübahisəli qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüquqlarını reallaşdıra bilmir. İddiaçı haqlı olaraq qeyri-yaşayış sahəsinə olan sahiblik və istifadə hüquqlarının pozulmasını iddi a edir. Həmçinin cavabdehin nümayəndəsi də iddia tələbini qəbul edib onun təmin edilməsinə etirazının olmadığını bildirdi. MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs X4 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən 14 avqust 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh, “Yüksəliş-C” və “Badu-Kübə” tikinti şirkə tlərinin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər əsasında mənzillərin şatılmaqla vətəndaşların pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktları üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313, 320.2 və 322.1-ci maddələri ilə ********* N-li cinayət işi istintaq olunur. Cavabdeh MTK-nın inşa etdiyi binadan mənzillərin satışı haqqında qeydiyyatların aparıldığı hər hansı bir kitab müəyyən edilməmiş və istintaq orqanı tərəfindən götürülməmişdir. Sorğularda qeyd olunan qeyri-yaşayış sahəsinin İddiaçı, yaxud ə faktiki olaraq nə vaxt satılması, onların MTK-ya pul vəsaitlərini ödəyib-ödəməmələri barədə hallar üzrə araşdırma davam etdirilməklə, nəticəsindən asılı olaraq müvafiq qərar qəbu l edəiləcəkdir. İddiaçı və ə qeyri-yaşayış sahəsinin satılması haqqında müqavilə və maliyyə arayışlarının surətləri Sizə göndərilir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 10 sentyabr 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh, “Yüksəliş-C” və “Badu-Kübər” tikinti şirkətlərinin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər əsasında mənzillərin satılmaqla vətəndaşların pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktları üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313, 320.2 və 322.1-ci maddələri ilə ********* N-li cinayət işi istintaq olunur. Cavabdeh MTK-nın inşa etdiyi binadan mənzillərin satışı ilə bağlı audit rəyi hələ hazır olmadı ğından Sizə təqdim edilməsi qeyri-mümkündür. İddiaçı və ə qeyri-yaşayış sahəsinin satılması haqqında araşdırmanın nəticəsi ilə bağlı Sizə əlavə məlumat veriləcəkdir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş 06 dekabr 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh, “Yüksəliş-C” və “BaduKübə” tikinti şirkətlərinin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər əsasında mənzillərin satılmaqla vətəndaşların pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktları üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313, 320.2 və 322.1 -ci maddələri ilə ********* N-li cinayət işi istintaq olunur. Sorğuda qeyd olunan 120 kvadrat metr qeyri-yaşayış sahəsinin “Ye ni Yasamal MTK-nın rəhbərliyi tərəfindən 16 mart 2009-cu il tarixli müqavilə və 168000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında İddiaçı, 24 yanvar 2013-cü il tarixli müqavilə və 135000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X1 müəyyən edilmişdir. Qeyd olunan hallarla bağlı olaraq audit rəyi alınmamışdır. İddiaçı və V.Abiyevə həmin qeyri-yaşayış sahələrinin faktiki olaraq nə vaxt satılması, pul vəsaitlərini faktiki olaraq ödəyib-ödəməmələri və digər hallar üzrə araşdırma davam etdirilməklə nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcəkdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühəndistexniki və tikinti texniki ekspertizasının 1567 saylı 28 iyun 2019-cu il larixli rəyində qeyd edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin s ahəsinin (market) ərazisi faktiki olaraq 135 kvadrat metr təşkil edir. İddiaçı ilə cavabdeh MTK arasında 16 mart 2019-cu il tarixdə bağlanmış müqavilədə göstərilən 120,0 kvadrat metr qeyri-yaşayış sahəsinə dair verilmiş plan-sxemlə ekspertə təqdim olunmuş sahənin üst-üstə düşdüyü müəyyən edilir. Lakin maraqlı şəxs ilə MTK arasında 24 yanvar 2013-cü tarixdə bağlanmış müqavilədəki qeyriyaşayış sahəsinə dair plan-sxem əlavə olunmadığı üçün həmin qeyri-yaşayış sahəsinin birinci mərtəbədə hansı hissədə yerləşməsini müəyyən etmək mümkün olmadı. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) 16 avqust 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, maraqlı şəxs iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara dair nə birinci instansiya məhkəməsinə, nədəki apellyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim etməmiş, eləcə də bu hallara dair şikayətində mötəbər dəlillərə istinad elməmişdir. Belə ki, təqdim edilmiş müqavilələrdən görünür ki, MTK ilə ilk müqavilə iddiaçı ilə bağlanmışdır. İddiaçı ilə cavabdehin qərəzli olaraq birgə mövqedən çıxış etmələrinə dair də məhkəməyə hansısa sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə mühəndis-texniki və tikinti texniki ekspertizasının rəyi ilə də, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçı ilə cavabdeh MTK arasında bağlanm ış müqavilədə göstərilən 120,0 kvadrat metr qeyri-yaşayış sahəsinə dair verilmiş plansxemlə ekspertə təqdim olunmuş sahənin üst-üstə düşdüyü, lakin maraqlı şəxs ilə MTK arasında bağlanmış müqavilədəki qeyri-yaşayış sahəsinə dair plans-sxem əlavə olunmadığı üçün, həmin qeyri-yaşayış sahəsinin birinci mərtəbədə hansı hissədə yerləşməsini müəyyən etməyin mümkün olmadığı təsdiq olunmuşdur. Belə vəziyyədə maraqlı şəxsin məhz mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzrə iddia tələbinə etiraz etmək üçün subyektiv hüququ da yarana bilməz. Çünki, o, məhz mübahisələndirilən qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində olan hissəsinin müqavilə ilə ona verildiyini sübut etməlidir. Bundan başqa maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçıya qarşı hər hansı bir tələb irəli sürm əmiş, o cümlədən mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı iddiaçı ilə bağlanmış müqaviəni hər hansı bir formada mübahisələndirməmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cinayət mühakimə icraatı qaydasında aparılan istintaq zamanı da mübahisəli qeyri-yaşayış sahəsinin ilkin olaraq iddiaçıya satıldığı təsdiq olunmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, sənədlərin texniki ekspertizasının keçirilməsi üçün iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin əslinin işdə, o cümlədən iddiaçıda olmaması da iddianın təmin edilməməsi üçün əsas ola bilməzdi. Çünki, iddiaçı tərəfindən həmin sənədin notarial qaydada təsdiq olunmuş surəti işə əlavə edilmişdir. Bundan əlavə, iddiaçıya verilmiş 16 mart 2009-cu il tarixli notarial qaydada təsdiq olunmuş maliyyə arayışının tarix hissəsində hər hans ı bir düzəlişin edilməməsi də müqavilənin həmin tarixdə bağlandığını bilavasitə təsdiq edir. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X4 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Dəfələrlə MTK-ya müraciət edərək qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb etmiş, lakin MTKnın rəhbərliyi və təsisçiləri tərəfindən həmin sahənin heç bir əsas olmadan təhvil verilməsi ləngidilmişdir. Məcburiyyət qarşısında q alıb, 15.11.2017-ci il tarixdə MTK-ya yazılı müraciət etmiş, nəhayət 2017-ci ilin dekabr ayında mübahisəli sahədən MTK-nın əşyaları boşaldılıb, ona təhvil verilmişdir. Bir neçə həftədən sonra məlum oldu ki, MTK-nın vəzifəli şəxsləri həbs olunmuşlar. Bundan bir neçə gün sonra isə naməlum şəxslər ona verilmiş sahənin giriş qapısını sındırmış və qıfılı dəyişmişlər. Müəyyən etmişdir ki, iddiaçı həmin sahəyə iddialıdır. Nümayəndəsi iddiaçını tapmış və öyrənmişdir ki, iddiaçı guya mübahisəli yeri almış və yerə dair qətnamə çıxarılmasına nail olmuşdur. İddiaçı ilə MTK arasında heç bir müqavilə olmamış, sahə ona satılarkən kooperativ rəhbərliyi sahənin başqa şəxsə satıldığı bildirməmiş, mübahisəli sahə uzun illər boş qalmış, iddiaçı ora iddialı olmamışdır. Onların arasında guya ki, 16.03.2009-cu i l tarixdə bağlanmış müqavilənin saxta olması faktı həmçinin onunla təsdiq edilir ki, müqavilənin yuxarı sağ tərəfindəki tarix hissəsinə əl ilə kobud düzəliş edilmiş, «201_» rəqəmləri «200» dəyişdirilmişdir. Adi gözlə görünən bu fakt onu göstərir ki, müqavilə 2010-cu ildən, onun kooperativdən mübahisəli sahəni tələb etdiyi vaxtdan sonra, arxa tarixlə bağlanmışdır. Kooperativ rəhbərliyi bu cinayət əməlini eyni yerdən 2-ci dəfə pul qazanmaq və həmin yerə hüququndan onu məhrum etmək məqsədi ilə etmişdir. Ehtimal var ki, İstintaq orqanı tərəfindən kooperativ rəhbərliyindən möhür alınarkən onlar boş blanklara möhür vurmuşlar ki, sonra ondan istifadə edə bilsinlər, blankların üzərində isə hazır 201_ tarix olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin başqa bir saxtalığı ondan ib arətdir ki, həmin müqavilənin başqa hissələrində düzəliş və dəyişiklik edilmişdir. Belə ki, müqavilədək «İddiaçıov oğlu» sözlərinin yerində əvvəl başqa ad olmuş və silinmişdir. Eyni zamanda müqavilədəki İddiaçı adından imza yerindəki imzanın vərdiş və digər xüsusiyyətinə görə Kərimov tərəfindən deyil, başqa bir insan tərəfindən icraedildiyi görünür. Bununla yanaşı kooperativin sədri yerində C.Alışov tərəfindən imzanın kooperativin möhüründən sonra, möhürün üzərində icra edildiyi görünür. Halbuki, imza möhürün yox, möhür imzanın həqiqiliyini təsdiq etməlidir. Bu faktın özü də möhürün boş və hazır blanklara vurulması ehtimalını daha da artırır. Bütün bunların ətraflı araşdırılması üçün və vəsatətinə uyğun olaraq apellyasiya instansiyası məhkəmə tərəfindən iddiaçıya müqavilənin əslinin məhkəm əyə təqdim edilməsi tapşırılsa da, bununla əlaqədar məhkəmə iclası bir neçə dəfə təxirə alınsa da, iddiaçı müqaviləni məhkəməyə təqdim etməmiş və özünə məlum olan yollarla onun notariusda təsdiq edilməsinə nail olmuşdur. Müqavilənin əsli təqdim ediləcəyi halda bu məsələlərə ekspert tərəfindən daha dəqiq qiymət verilə bilərdi və iddiaçının müqaviləni təqdim etməməsi müqavilənin mötəbərli olmadığının göstəricisidir və onun ziyanına olan hal kimi qiymətləndirilməli idi. İddiaçı özünə arxayın olsaydı, təbii ki, müqaviləni məhkəməyə təqdim edər və sənədin əslinə əsasən ekspertizanın keçirilməsinin qarşısını almazdı. Bununla bağlı işə obyektiv baxılması, həqiqətin üzə çıxarılması məqsədi ilə iş üzrə məhkəmə texniki ekspertizasının təyin edilməsi və müqavilədəki tarixə düzəliş edilib-edilməməsi v ə s. sualların qoyulması barədə vəsatəti təssüflər olsun ki, məhkəmə tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verə n V.Abıyev qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata ke çirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (mübahisə yaranan zaman qüvvdə olan redaksiya). Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin ş ərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasi ya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclası nda baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Baxılan işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə, mübahisəli qeyri-yaşayış sahəsinə dair MTK ilə həm iddiaçı arasında, həm də maraqlı şəxs arasında ayrı-ayrı müqavilələr bağlanmışdır. İddiaçı ilə 16 mart 2009-cu il tarixli, maraqlı şəxs ilə 24 yanvar 2013-cü il tarixli müqavilələri məhkəməyə təqdim edilmişdir. İddiaçı 16 mart 2009-cu il tarixli müqaviləyə istina d edərək mübahisəli qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan məhkəmələr iddiaçının iddia tələbinin faktiki əsası kimi istinad etdiyi halları araşdırmamış, iddiaçı ilə MTK arasında müqabbilə bağlandığı halda sahiblik və istifadə hüququnun tanınmasının məhkəmədə təsdiq edilməsinin hansı zərurətdən irəli gəlməsi, eyni zamanda MTK tərəfindən iddiaçıya hansı manelərin yaradılması müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsini əsaslandırarkən ona mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı hüquq müəyyənedici sənədlərin verilməsi üçün sahiblik və istifadə hüququnun yaranmasının müəyyən edilmə sini göstərmiş, yaşayış sahəsinə dair sənədlərin verilməsinin DƏDRX üzrərinə öhdəliyin qoyulmalı olmasını göstərmişdir. Lakin mübahisə yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edir. İddiaçı isə MTK ilə müqavilə bağlanmasına və pay haqqını tam ödəməsinə istinad edir. İşə baxan məhkəmələr isə iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə hansı hüququnun təsdiq e dilməsini, MTK ilə aralarında müqavilə bağlandığı və pay haqqı ödənildiyi halda hansı hüququn pozulmasını araşdırmamış, həmçinin mübahisəli qeyri-yaşayış sahəsinə dair iddiaçıya cavabdeh MTK tərəfindən hər hansı bir maneə yaradıldığı da müəyyən edilməmişdir. MPM-in 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bundan başqa işdən göründüyü kimi, iş üzrə maraqlı şəxs də mübahisəli qeyriyaşayış sahəsinə dair onunla MTK arasında müqavilə bağlanmasına istinad etmiş və həmin müqaviləni və pay haqının ödənilməsi barədə maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəmə si maraqlı şəxsin iddiaçı ilə MTK arasında bağladığı müqaviləni mübahisələndirmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaətini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tələbinin faktiki əsası kimi MTK ilə aralarında bağlanmış müqabiləyə istinad edərək hazırki tələbini irəli sürmüşdür. Maraqlı şəxs isə iddiaçı ilə MTK arasında bağlanmış müqavilənin etibarlılığı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində mübahisələndirmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırki tələbi irəli sürmək üşün subyetkiv hüququnun olub-olmamasını müəyyən etmək üçün iddiaçının sübut kimi təqdim etdiyi, iddia tələbinin faktiki əsası kimi istinad etdiyi müqavilənin etibarlılığını yoxlaması məhkəmənin vəzi fəsi idi. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən “..istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasın dan, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etib arlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir”. Göründüyü kimi, maraqlı şəxsin iddiaçı ilə MTK arasında bağlanmış müqaviləni mübahisə ləndirməməsi barədə qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında ifadə edilmiş hüquqi mövqeyə ziddir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi maraqlı şəxsin iddia tələbinə etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etmədiyini qeyd etmiş, təqdim edilmiş müqavilələrdən MTK ilə iddiaçı ilə arasında bağlanmış müqavilənin daha əvvəl böağlandığını qeyd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, maraqlı şəxs iddiaçı ilə MTK arasında bağlanmış müqavilənin saxtalığını irəli sürmüş və həmin sənəd üzərində ekspert tədqiqatının aparılmasına dair məhkəməyə vəsatət vermişdir. Apellyasiya instansiyası məhkəməsi müqavilənin əslinin təqdim edilməsə də, notarial qaydada təsdiq edilmiş surətinin təqdim edildiyini göstərməklə kifaytələn miş, bununla bağlı qeyd etmişdir ki, MPM-in 89.3-cü maddəsinə görə, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsaəsn sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilənin tarixində düzəliş edildiyini qeyd etmişdir. Bu halı müəyyən edilməsi isə sənədin notarial qaydada təsdiq edilmiş surəti ilə deyil, yalnız sənədinin əslinin məhkəməyə təqdim edilməsi və həmin sənəd üzərində texniki tədqiqat aparılma sı ilə mümkündür. Digər tərəfdən iddiaçı və ya cavabdeh məhkəməyə onlar arasında bağlanmış müqavilənin əslini təqdim etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Mülki Prosessual Məcəlləsi 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Bunda n başqa məhkəmən maraqlı şəxsin vəsatətini təmin edərək ekspertizanın keçiriməsini təmin etsə də, həmin müqavilədəki tarix yerində düzəliş edilib-edilməməsini müəyyən etmək və digər hallarla bağlı kompleks məhkəmə sənədlərin texniki və tikintitexniki ekspertizası təyin etmiş, lakin iş üzrə yalnız məhkəmə mühəndis-texniki ekspertizası keçirilmiş, bu səbəbdən də müqavilədəki tarix yerində düzəlişin edilibedilməməsi həmin ekspertin səlahiyyətinə aid olmadığı üçün rəy verilməkdən imtina olunmuşdur. Belə olan halda qeyd edilən fakt araşdırılmamış qalmış, məhkəmə sübutların qiymətləndirilməsi ilə bağlı MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaf iq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə həmçinin ibtidai istintaq orqanında aparılmış araşdırma ilə bağlı sənədlərə istinad edərək MPM-in 82.4 və 88-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə qeyd etmişdir ki, cinayət mühakimə icraatı qaydasında aparılan istintaq zamanı da mübahisəli qeyri-yaşayış sahəsinin ilkin olaraq iddiaçıya satıldığı təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, 82.4-cü madəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən cinayət işi üzrə hər hansı bir qanuni qüvvəyə minmiş hö km və həmin hökmlə müəyyən edilmiş hal iş materiallarında mövcud olmadığı halda apellyasiya instansiyası məhkəməsi cinayət təqibi orqanını məktubuna istinad edərək mübahisəli qeyri-yaşayış sahəsinin ilkin olaraq iddiaçıya satıldığı qənaətinə gəlmişdir ki, bu hal qeyd edilən prosessual normanın tələbinə zidd olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində g östərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiy a şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1344/2019 nömrəli iş üzrə 16 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar