Məhkəmə qərarları › İş №2(102)-1036/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1036/2024

02.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1036/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinə qarşı (üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) iş üzrə QƏRARİ iş № 2(102)-1036/2024 Açar sözlər: icra icraatından irəli gələn mübahisələr; qiymətləndirmə rəyinin mübahisələndirilməsi, iş məhkəmədə baxılmalı olmadığına görə işin icraatına xitam Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Hərrac Mərkəzi MMC-yə qarşı torpaq sahələ rinin və əmlak kompleksinin yenidən qiymətləndirilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2148/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Göygöl rayon İcra şöbəsinə və "xxxx" Hərrac Mərkəzi MMC-yə qarşı ona məxsus torpaq sahələrinin və əmlak kompleksinin qiymətləndirilməsinin və qiymətləndirmə barədə rəyin qanunsuz hesab edilərək, "xxxx" Hərrac Mərkəzi MMC ilə "xxxx" ASC arasında bağlanmış 16 aprel 2016-cı il tarixli, 17/02 nömrəli protokolun və həmin tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ona məxsus olan Göygöl rayonunda yerləşən t orpaq sahələrinin və əmlak kompleksinin yenidən qiymətləndirilməsinə dair qətnamə qəbul barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-1279/2016 nömrəli 24 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(104)49/2017 nömrəli 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilərək, iddiaçıya məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,10 ha torpaq sahəsində yerləşən əmlak kompleksi və 0,2004 ha, 0,0929 ha, 0,080036 ha və 0,04 ha torpaq sahələrinə dair "xxxx" MMC-nin (bundan sonra – Qiymətləndirmə şirkəti) 23 aprel 2012-ci il tarixli 330, 330/1, 330/2, 330/3, 330/4 saylı qiymətləndirm ə rəyləri, "xxxx" Hərrac Mərkəzi MMC ilə "xxxx" İKB ASC arasında bağlanmış 16 aprel 2016-cı il tarixli açıq hərracın yekunları barədə 17/02 nömrəli protokol və həmin tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, iddiaçıya məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,10 ha torpaq sahəsində yerləşən əmlak kompleksi və 0,2004 ha, 0,0929 ha, 0,080036 ha və 0,04 ha torpaq sahələrnin yenidən qiymətləndirilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22(102)-153/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə apelyasiya məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi qismən – iddiaçıya məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,10 ha torpaq sahəsində yerləşən əmlak kompleksi və 0,2004 ha, 0,0929 ha, 0,080036 ha və 0,04 ha torp aq sahələrinə dair Qiymətləndirmə şirkətinin 23 aprel 2012-ci il tarixli, 330, 330/1, 330/2, 330/3, 330/4 saylı qiymətləndirmə rəylərinin etibarsız hesab edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. 5. "xxxx" MMC-nin 392/3 nömrəli, 14 dekabr 2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən, iddiaçıya məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,0929 ha torpaq sahəsinin likvid qiyməti 13500 manat təşkil edir.

6. Həmin qiymətləndirmə şirkətinin 392/2 nömrəli, 14 dekabr 2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən, iddiaçıya məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,04 ha torpaq sahəsinin likvid qiyməti 6000 manat təşkil edir.

7. Həmin qiy mətləndirmə şirkətinin 392/4 nömrəli, 14 dekabr 2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən, iddiaçıya məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,2004 ha torpaq sahəsinin likvid qiyməti 30.000 manat təşkil edir.

8. Həmin qiymətləndirmə şirkətinin 392 nömrəli, 14 dekabr 2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən, iddiaçıya məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən əmlak kompleksinin 0,10 ha torpaq sahəsi ilə birlikdə likvid qiyməti 145.000 manat təşkil edir.

9. Həmin qiymətləndirmə şirkətinin 392/1 nömrəli, 14 dekabr 2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən, iddiaçıya məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0,080036 ha torpaq sahəsinin likvid qiyməti 12000 manat təşkil edir. İş üzrə q əbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 apardığı icra hərəkətləri üzrə ona məxsus olan Göygöl rayonunda yerləşən torpaq sahələrinin və əmlak kompleksinin yenidən qiymətləndirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Bankın Yevlax filialı ilə aralarında bağlanmış ipoteka müqaviləsinə əsasən "xxxx" MMC-nin bankdan götürdüyü kredit müqaviləsinə əsasən özünə məxsus torpaq sahələrini və əmlak kompleksini "xxxx" bank ASC-yə ipotekaya qoymuşdur. Bundan sonra "xxxx" MMC banka olan borcunu ödəyə bilmədiyindən Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-14/2011 nömrəli qətnaməsinə əsasən onun əmlaklarına tutma yönəldilmiş və qətnamə icra o lunması üçün cavabdeh Göygöl rayon İcra şöbəsinə göndərilmişdir. Lakin qeyd olunan obyektlərin dəyərləri ilə bağlı müvafiq iddialar qaldırılmış və həmin iddia üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarına əsasən onun əmlaklarının qiymətləndirilməsi ilə bağlı məsələnin müzakirə edilməsi cavabdeh icra qurumu tərəfindən cəlb olunmuş qiymətləndiricinin rəyi ilə tanış olduqdan sonra mübahisə açılması barədə göstəriş qoyulmuşdur. Lakin cavabdeh icra qurumu tərəfindən qiymətləndiricinin dəvət olunması və bununla bağlı icra tədbirinin və iddiaçının əmlaklarının yenidən qiymətləndirilməsi aparılmış və yaxud aparılsa belə iddiaçıya heç bir məlumat verilməmişdir. Həmçinin digər cavabdeh "xxxx" MMC tərəfindən aparılmış hərrac barədə iddiaçıya heç bir məlumat v erilməmiş və yekunda qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnən hərrac keçirilmişdir. Həmin əmlakların çox cüzi məbləğdə satılması iddiaçının hüquqlarını pozmuşdur. Qeyd olunan torpaq sahəsi və əmlak kompleksi iddiaçının və ailəsinin yeganə dolanışıq yeridir və həmin əmlakların dəyərinin böyük əhəmiyyəti vardır. Borc tələbi ilə iddiaçının əmlakları arasında olan fərq iddiaçının və onun ailəsinin gəliri üçün əhəmiyyət kəsb edir. Cavabdeh "xxxx" MMC tərəfindən 16 aprel 2016-ci il tarixdə iddiaçıya məxsus əmlakların qanunsuz hərrac keçirilərək həmin tarixdə "xxxx" ASC-yə satılması təmin edilmişdir.

12. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC (keçmiş "xxxx" Bank) iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir.

13. Göygöl Rayon Məhkəmə sinin 2(066)-261/2023 nömrəli 5 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Əyyub Kərimov).

14. Məhkəmə hesab etmişdir ki, məhkəmə qərarı əsasında ilkin qiymətləndirmə ləğv edildikdən sonra qanunvericiliyə uyğun olaraq qiymətləndirmə aparılmış, əmlak yenidən qiymətləndirilən zaman isə heç bir pozuntuya yol verilməmişdir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı əmlakın yenidən qiymətləndirilməsi üçün hansı əsasların olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

16. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra – Konstitusiya) 13, 29, 60-cı, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – İcra haqqında qanun) 53.2, 61.1, 61.2-ci (bundan sonra – İcra haqqında qanun), “İpoteka haqqın da” Azərbaycan Respublikası Qanununun 41.1, 41.2, 42, 44-cü (bundan sonra – İpoteka haqqında qanun), Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 414.1, 414.5, 415.1, 415.2, 415.1, 416.2-ci maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinad etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi v ə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmaqla dəlilləri aşağıdakılardan ibarət olmuşdur: a) Sözügedən əmlaklara dair bazar qiyməti mübahisələndirildiyi üçün məhkəmə ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. b) Ali Məhkəmənin müvafiq qərarı ilə nəzərdə tutulmuş göstərişlər yerinə yetirilməmişdir. Belə ki, cavabdeh icra qurumu tərəfindən qiymətləndirici dəvət olunmamış, əmlakların yenidən qiymətləndirilməsi aparılmamış, yaxud aparılsa da iddiaçıya məlumat verilməmişdir.

19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2148/2023 nömrəli 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilmiş, yeni qətnamə çıx arılaraq, iddia tələbi rədd edilmişdir (hakimlər Afiq Hüseynzadənin sədrliyi və məruzəsi ilə, Şamil Rzaquliyev, İslam Həsənovdan ibarət tərkibdə).

20. Məkəmə kollegiyası qeyd edir ki, icra qurumu Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını həyata keçirən orqan, hərrac təşkilatları isə icra məmurunun və ya digər şəxslərin sifarişinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada hərracları təşkil edən və keçirən təşkilatdır. İpoteka müqaviləsi isə əşya hüququnun məhdudlaşdırılması və öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq ipoteka qoyan və ipoteka saxlayan arasında bağlanmış müqavilə olmaqla, ipotekanın əmələ gəlməsi əsasları və icra müddəti, ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmeti nin satış üsulu, o cümlədən ipoteka predmetinin ilkin satış qiyməti və sair ipoteka müqaviləsinin şərtləri ilə bağlı yaranmış mübahisələr ipoteka qoyan və ipoteka saxlayan arasında olan mübahisələr hesab olunur. Hazırkı iş üzrə mübahisə predmeti ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı olmuşdur ki, ipotekanın ilkin satış qiymətinin hansı məbləğdə müəyyən edilməsinin icra qurumu və hərrac təşkilatı üçün mülki hüquq münasibətləri aspektindən hər hansı bir əhəmiyyəti mövcud deyildir.

21. İcra qurumu “İcra haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq icra hərəkətlərini həyata keçirmək vəzifəsi daşımaqla, icra qurumunun qərarlarından, o cümlədən icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsi qaydası da həmin qanunla tənzimlənməkdədir. Hərrac təşkilatlarının vəzifəsi isə qanunla müəyyən edilmiş qaydada hərracları təşkil etmək və keçirməkdir ki, hərrac təşkilaları hərracın etibarsızlığı tələbləri üzrə ipoteka müqaviləsinin tərəfləri, o cümlədən ipoteka qoyan başqa şəxs olduqda borcalan tərəfindən qaldırılan iddialar üzrə cavabdehlik daşımaqdadır. İpotekanın ilkin satış qiymətinin hansı məbləğdə müəyyən edilməsi müqavilə tərfləri, o cümlədən ipoteka qoyan başqa şəxs olduqda borcalan üçün əhəmiyyət kəsb etməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi iddiaya cavab verilməli olmayan şəxslərə qaldırılmışdır. Lakin, birinci instansiya məhkəməsi cavadbehlərin iddiaya cavab verməli olan şəxslər olub-olmamasını aydınlaşdırmadan, Mülki Prosessual Məcəllənin 54-cü maddəsinin tələbilərinə uyğun müva fiq prosessual hərəkətlər etmədən əmlakın yenidən qiymətləndirilməsi üçün hansı əsasların olması barədə iddiaçı tərəfindən heç bir sübutun təqdim edilməməsi və əmlakın yenidən qiymətləndirilməsi zamanı heç bir pozuntuya yol verilməməsi əsası ilə iddianı rədd etmişdir.

22. İddiaçı daha əvvəl Cavabdeh1nə və "xxxx" X1 Məsuliyyətli Cəmiyyətinə qarşı mövcud olmuş əmlakın yenidən qiymətlənirilməsi tələbinə dair mülki iş üzrə qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2-2(104)49/2017 saylı qətnaməsi mövcud olmuşdur. İddiaçının hazırkı iddiası isə "xxxx" MMC-nin 392, 392/1 392/2 392/3 və 392/4 nömrəli, 14 dekabr 2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatları (rəyləri) ilə razılaşmaması səbəbindən olduğundan Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tələbinə görə iş üzrə icraata xitam verilməsi üçün də əsas müəyyən edilməmişdir.

23. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi MM-in 416.1-ci, “İpoteka haqqında” Qanununun 39.3, 39.3.3, 41.1, 42.1-ci maddələrinə, eləcə də İcra haqqında qanunun 2.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnаməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsinə dаir qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, аpаrılmış icrа hərəkətləri, "xxxx" Hərrаc Mərkəzi MMC tərəfindən аpаrılmış əməliyyаtlаr qаnun pоzuntulаrı ilə аpаrıldığı üçün оnun nəticəsi оlаrаq mübаhisəli əmlаklаrın yеni mülkiyyətçisi оlаrаq "xxxx" ASC-nin аdınа аpаrılmış dövlət qеydiyyаtı da еtibаrsızdır. Məhkəmə iş üzrə əmlаkın yеnidənqiymətləndirilməsi bаrədə Gəncə Аpеllyаsiyа Məhkəməsinin qətnаməsinə istinа İpоtеkа hаqqındа qаnunun 1.0.7, 1.0.9, 10.5, 10.8, 38.2.2, 39.3.3 və 42.6-cı mаddəsinə münаsibətdə еtsə də məhkəmə həmin qətnаmədə yаlnız bir əmlаkın mübаhisəsinin аpаrılmаsını həmçinin yеnidən əmlаklаrа qоyulmuş qiymətlərin bаzаr qiymətlərinə uyğun оlmаyаrаq qаt-qаt аşаğı qiymətləndirməsi ilə bаğlı hаzırki mübаhisənin аçılmаsınа səbəb оlmuşdur. Bu bахımdаn məhkəmənin Gəncə Аpеllyаsiyа Məhkəməsinin 11 оktyаbr 2017ci i ltаriхli qətnаməsinə əsаslаnmаsı tаm əsаssızdır. Hаzırdа ona mə хsus оlаn Göygöl rаyоn Quşqаrа kənd ərаzisində yеrələşn əmlаklаrın likvid bаzаr dəyəri 1.000.000 mаnаt оlsа dа həmin tоrpаq sаhələrinin 13500, 6000, 30000 və 12000 mаnаt məbləğində, əmlаk kоmplеksinin isə dəyərinin 145.000 (bir yüz qırх bеş min mаnаt) məbləğində qiymətləndirilərək аlınmаsı аbsurd və tənqiddiir. Bеlə bir dəyərin qəbul еdilməsi və hərrаcа çıхаrılmаsı ədаlətli hеsаb еdilə bilməz.

26. Kassator şikayətinin hüquqi əsası kimi İpоtеkа hаqqındа qаnunun 1.0.7, 1.0.9, 10.5, 10.8, 38.2.2, 39.3.3, 42.6-cı, MM-in 337.1, 415.5, 416.1-ci, “Məhkəmə qərаrlаrının icrаsı hаqqındа” Azərbaycan Respublikası Qаnunun 19.1, 19.1.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya ş ikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respubliaksı Mülki Məcəlləsi

28. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunu

29. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 30. 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 31. 39.3.2. ipoteka predmetinin təsviri; 32. 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 33. 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri.

34. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

35. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının qanunu

36. Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən h əyata keçirilir.

37. Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kolleg iyaları İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 02/21 nömrəli 24 noyabr 2021-ci il tarixli qərardadı: Bənd

31. Qiymətin mübahisələndirilməsi qaydası ilə bağlı isə qeyd edilməlidir ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Bənd

32. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakın ın, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında mübahisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

40. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

41. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində müba hisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

42. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 418-1.3. Ali Məhkəmənin mülki və kommersiya kollegiyaları mübahisəli hüquqi məsələyə birgə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir.

46. Maddə 418-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmamış, iş üzrə icraat xitam verilməli olduğu halda, mahiyyəti üzrə işə baxılmışdır.

50. Belə ki, iddia tələbindən görü nür ki, iddiaçı tərəfindən onun əmlakına icra məmurunun sifarişi əsasında alınmış qiymətləndirmə rəyini mübahisələndiriərk, yeni qiymətləndirmənin keçirilməsini xahiş edir.

51. Məhkəmə kollegiyası hesab edir ki, icra icraatının gedişində icra məmuru tərəfindən alınmış qiymətləndirmə rəyinin mübahisələndirilməsi tələbi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Hazırki halda iddiaçı tərəfindən hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan rəyin mübahisələndirilməsinə yönəlmiş, ümumiyyətlə məhkəmə qaydasında baxılmasına yol verilməyən iddia qaldırıldığı üçün işin icraatına xitam verilməlidir.

52. Mülki prosessual qanunvericiliyin yuxarıda istinad olunan müddəalarının mənasından göründüyü kimi iki halda məhkəmədə mülki işə başlamaq mümkündür po zulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün.

53. Qeyd edilməlidir ki, hər hansı iddianı qaldırmaqla məhkəmədə müdafiə hüququndan istifadə etmək yalnız o halda yolveriləndir ki, şəxsin həmin iddiaya hüquqi marağı müəyyən olunsun. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudanyalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər.

54. Qanunvericiliyin buna dair yuxarıda göstərilmiş müddəalarından görünür ki, icra məmuru tələbin borclunun əmlakına yönəldilməsi prosedurları çərçivəsində əmlakın hərracda satılmasını təmin edə bilmək üçün əvvəlcə onun qiymətləndirməsini təşkil etməli və müvafiq rəy almalıdır. Bundan sonra isə o, hərracın keçirilməsinə dair ixtisaslaşmış müəssisəyə sifariş verməli və bu zaman hə min sifarişdə hərraca qoyulan əmlakın ilkin qiymətini göstərməlidir. Hərracı keçirən təşkilat isə bununla bağlı bildirişində digər məlumatlarla yanaşı habelə hərracın başlanğıc qiyməti barədə məlumat verməlidir, icra məmurunun sifarişi əsasında keçirilən hərraclardakı belə başlanğıc qiyməti kimi isə onun hərracın keçirilməsi ilə bağlı ixtisaslaşmış müəssisəyə verdiyi sifarişdə göstərdiyi ilkin qiymət çıxış edir. Mülki qanunvericilikdə icra məmurunun sifarişindən sonra həmişə hərracın keçiriləcəyi barədə imperativ müddəa yoxdur. Əksinə, müəyyən şərtlər daxilində hərracın keçirilməməsi də mümkündür. Hərrac baş tutduqda isə müqavilə qüvvəsinə malik olan hərracın nəticələri haqqında protokol imzalanır. Mülki qanunvericilik həmçinin həmin Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilə n hərracın maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla biləcəyini təsbit edir.

55. Məhkəmə kollegiyası hesab edir ki, icra icraatının gedişində əmlakın qiymətləndirilməsinə dair verilmiş rəy özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququna müdaxilənin baş verdiyi nəticəsinə gəlmək mümkün deyildir. Belə ki, digər növbəti icra hərəkətləri aparılmadığı halda yalnız əmlakın qiymətləndirilməsi faktının mövcudluğu özü-özlüyündə tələbkarın və ya borclunun hüququnun pozuntusunu yaratmır. Çünki “İcra haqqında” Qanunda mütləq məhz həmin ilkin qiymətləndirmə rəyi əsasında icra məmurunun növbəti icra hərəkətlərini aparmalı olduğuna dair impera tiv norma yoxdur, icra məmuru öz təşəbbüsünə əsasən və ya rəylə razılaşmayan tərəflərdən hər hansı birinin müraciəti əsasında yeni qiymətləndirmə təyin etməkdə və əldə edilmiş həmin yeni qiymətə əsasən növbəti icra hərəkətlərini aparmaqda sərbəstdir. Eyni zamanda “İcra haqqında” Qanunun 29-cu maddəsinin müddəalarından çıxış etməklə icra icraatının tərəfləri özlərinin əldə etdikləri qiymətləndirmə rəylərini icra məmuruna təqdim etməklə həmin qiymətin ilkin satış qiyməti kimi götürülməsini xahiş edə, eləcə də icra məmurunun sifarişi əsasında verilmiş rəyin əsassızlığına dair mülahizələrini təqdim edə bilərlər.

56. Beləliklə, qiymətləndirmə rəyinin mövcudluğu digər icra hərəkətləri (hərracın keçirilməsinə dair icra məmuru tərəfindən sifariş verilməsi və hərrac keçirilməklə əmlakın satılması) edilmədikdə müstəqil olaraq hər hansı hüquqi nəticə doğurmur. Ayrılıqda həmin rəy əsas götürülməklə əmlakın taleyi həll edilə bilməz. Əmlakın hüquqi müqəddəratı ilə bağlı məsələ yalnız digər növbəti icra hərəkətlərinin başa çatması nəticəsində həll edilir. Göründüyü kimi qiymətləndirmə rəyi özü-özlüyündə hüquqi vəziyyətə təsir imkanına malik olmadığı üçün həmin rəyin mübahisələndirilməsinə dair iddiaçının hüquqi marağı da yaranmır.

57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 02/21 nömrəli 24 noyabr 2021-ci il tarixli qərardadında da müəyyən edilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəld ilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsində icra məmurunun müvafiq qiymətləndiricini dəvət etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Bu baxımdan dəvət edilmiş qiymətləndiricinin rəyindəki müvafiq (başlanğıc) qiymətlə əmlakın hərraca çıxarılmasına dair sifariş vermək hüququ da icra məmuruna aiddir. Belə olan halda, hərrac keçirilənədək həmin qiymət, onu öz sifarişində əsas götürən icra məmurunun hərəkətindən verilən şikayət qaydasında müba hisələndirilə bilər. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir.

58. İddiaçı iddia tələbində "xxxx" MMC-ni cavabdeh kimi göstərsə də, yeni keçirilmiş qiymətləndirmə rəyləri əsasında keçirilmiş hərracı mübahisələndirməmiş, ümumiyyətlə belə hərracın keçirilməsi barədə məhkəməyə hər hansı məlumat və sübut verməmişdir.

59. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının hüquqi marağının müəyyən olunmadığı məhkəmə qaydasında baxılmasına yol verilməyən qiymətləndirmə rəyinin mübahisləndirilməsi və yeni qiymətləndirmənin keçirilməsi barədə iddia icraatı qaydasında iddia qaldırıldığı üçün hazırkı işin icraatına xitam verilməli, apelyasiya instansiyası m əhkəməsinin qətnaməsi ləğv edilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.

60. Məhkəmə kollegiyası izah edir ki,iddiaçı hərrac keçirilməmişdirsə, hərracı yuxarıda göstərilən qiymətləndirmə rəylərində göstərilən qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında mübahisələndirə, həmin qiymət əsasında artıq hərrac keçirilibsə, bu zaman həmin qiymət hərracın nəticələri ilə birlikdə iddia icraatı qaydasında mübahisələndirilə bilər.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261.0.1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 oktyabr 2023-cü il tarixli 2(104)-2148/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə icra ata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar