Məhkəmə qərarları › İş №2(102)-1037/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1037/2021

10.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1037/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: razılaşmanın ləğvi, müqavilənin etibarsız sayılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili X2, Cavabdeh “xxxx” MMC-nin direktoru X3 və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5066/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ndən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə “xxxx” MMC arasında “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” xx.xx.2015-ci il tarixdə Razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən “door.az” domen adı onun istifadəsinə verilmiş və domen adların reyestrində qeydiyyata alınmışdır. Müqavilənin dəyəri 3 illik ödənilmişdir. Razılaşmanın müddəti xx.xx.2018-ci ildə bitmişdir. 2. xx.xx.2018-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanın surətindən görünür ki, “xxxx” MMC ilə “xxxx” MMC arasında “door.az” domen adı onun istifadəsinə verilməsi və domen adların reyestrində qeydiyyata al ınması barədə razılığa gəlmişlər, həmin tarixdə “door.az” domen adı “xxxx” MMC-də qeydiyyata alınmışdır.

3. Bununla bağlı iddiaçı cavabdehə “xxxx” MMC-yə pretenziya məktubu ünvanlamış, cavab olaraq bildirilmişdir ki, xidmət haqqı ödənilmədiyindən, onunla bağlanmış “door.az” domenin qeydiyyatı ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanın və həmçinin “xxxx” MMC-nin adına qeydə alınmış “door.az” domen adın reyestrinin qeydiyyatının etibarsız hesab edilməsi, xx.xx.2015-ci il tarixli “door.az” “Domen adla rın onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanın hüquqi qüvvəsinin, “door.az” domen adının İddiaçı adına qeydiyyatının bərpa edilməsi, onun texniki müşayiətinin və istifadə hüququnun cavabdeh “xxxx“MMC tərəfindən təmin edilməsi, İddiaçı işgüzar nüfuzuna dəyən 23315 manat məbləğində maddi, mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx“MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC iddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanı iddiaçıya heç bir məlumat vermədən xx.xx.2018-ci il tarixdə ləğv etmişdir. “xxxx” MMC id diaçı ilə bağladığı Razılaşmanı ləğv etdikdən sonra digər cavabdeh “xxxx” MMC “xxxx” MMC arasında xx.xx.2018-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşma bağlamışdır.

6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək və məhkəmə iclasında bildirmişdir ki, onlar müqavilənin bitməsi barədə iddiaçının mail və şəxsi kabinetinə məlumat göndərmişlər. Onlar bildiriş göndərmişlər, bu haqda çıxarış da təqdim edə bilərlər. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xxxx-la heç bir əlaqəsi yoxdur. “door.az” domen adı xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Qeyd edilən domen ada görə sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə aparılmış və xx.xx.2017-xx.xx.2018-ci il dövrü əhatə etmişdir. Domenin qeydiyyat müddəti xx.xx.2018-ci ild ə bitmiş və ödəniş olmaması səbəbindən xx.xx.2018-ci ildə domenin qeydiyyatı ləğv edilmişdir. xx.xx.2018-ci il tarixdə door.az domen adı “xxxx” MMC-də qeydiyyata alınmışdır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İ.Əliyev) xx xxx 2019-cu il tarixli, 2(001)3629/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı və cavabdeh “xxxx”-la “door.az” domen adına dair bağlanmış razılaşma birtərəfli şəkildə, iddiaçının xidmət haqqını ödəməməsi səbəbiylə ləğv edildiyindən, həmin domen ad sərbəst qalmış və müəyyən müddət sonra digər şirkət “xxxx” MMC tərəfindən “xxxx” MMC-nin razılaşdırılaraq istifadəsinə verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlə r-X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10545/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov) 2(102)-1426/2020 nömrəli iş üzrə xx xxxx 2020ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və i ş yeni apellyasiya baxışına göndərilmişdir.

12. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” xx xxxxxxxx 2015-ci il tarixli razılaşma “xxxx” MMC tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə birtərəfli qaydada ləğv edilib və işdə, iddiaçının bu barədə məlumatlandırılmasına dair heç bir mötəbər yazılı sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyinin tələblərini pozaraq, “xxxx” MMC“ tərəfindən iddiaçı ilə bağlınmış xx xxxxxxxx 2015-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” razılaşmanın birtərəfli qaydada ləğv edilməsinə əhəmiyyət vermədən, yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 63 s aylı Qərarı ilə təsdiq edilmiş “Az” ölkə kodlu yüksək səviyyəli domen adların qeydiyyatı və istifadəsi Qaydaları”na istinad edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.5-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi, cavabdehlərin təqsiri üzündən iddiaçıya maddi, mənəvi zərərin dəyib-dəyməməsi, eləcə də cavabdehlər arasında “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” bağlanmış razılaşmanın etibarlılığı ilə bağlı heç bir araşdırma apar madan və hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sədrlik edən və məruzəçi), V.Sadıqov və F.Babayev) xx xxxx 2020-ci il tarixli, 2(103)-5066/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)3629/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanın, həmçinin “xxxx” MMC-nin adına qeydə alınmış “door.az” domen adının reyestrinin qeydiyyatının etibarsız hesab edilməsi, xx.xx.2015-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanın hüquqi qüvvəsinin, “door.az” domen adının iddiaçının adına qeydiyyatının bərpa edilməsi, texniki müşayiətinin və istifadə hüququnun “xxxx“ MMC tərəfindən təmin edilməsi” tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunması, həmin iddia tələblərinin təmin edilməsi, “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşma, həmçinin “xxxx” MMC-nin adına qeydə alınmış “door.az” domen adının reyestrinin qeydiyyatı etibarsız hesab olunması, xx.xx.2015-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanın hüquqi qüvvəsini n, “door.az” domen adının İddiaçı adına qeydiyyatının bərpa, həmin domen adının texniki müşayiəti və istifadə hüququ “xxxx“ MMC tərəfindən təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödəmiş olduğu rüsum məbləğlərinin əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat “xxxx” MMC-dən tutularaq ona ödənilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi kassasiya instansiyası məhkəməsinin mövqeyinə uyğun olmuşdur. Məhkəmə kollegiyası mübahisənin kommersiya məhkəməsinin yurisdiksiyasına aid olub-olmaması ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsi ilə xx.xx.2018ci il tarixdə məhkəməyə müraciət etmiş, Mülki Prosessual Məcəllənin 26-cı maddəsinin hazırkı mətni isə Məcəlləy ə xx xxxx 2019-cu il tarixli“Qanunla əlavə olunmuşdur. Bu baxımdan mübahisəyə ümumi yurisdiksiyalı məhkəmədə baxılması qanunverciliyin pozuntusu hesab oluna bilməz. Çünki, Mülki Prosessual Məcəllənin 31.2-ci maddəsinə görə, aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 15. “xxxx” MMC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında yazılanlar hazırki iş üzrə birinci instansiya məhkəməsinin qeyd-şərtsiz ləğv edi lməsi üçün ola bilməz. Çünki, Ali Məhkəmə iş üzrə araşdırılması zəruri halların mövcudluğunu aşkarladığı üçün işi təkrar apellyasiya baxışına qaytarmışdır. Yalnız təkrar araşdırılması zəruri olan və Ali Məhkəmənin qərarında qeyd edilən hallar araşdırıldıqdan sonra apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün və obyektiv nəticəyə gələ bilərdi. İddiaçı xx.xx.2018-ci il tarixindən sonrakı müddət üçün heç bir ödəniş həyata keçirmədiyi üçün, “xxxx” MMC bu barədə “online.az” vasitəsilə İddiaçı elektron xəbərdarlıq məktubları göndərmişdir. İddiaçı “xxxx” MMC tərəfindən onun elektron poçt ünvanına göndərilmiş xəbərdarlıqlara əhəmiyyət verməmiş və heç bir ödəniş həyata keçirməmişdir. Bu səbəbdən də, “xxxx” MMC İddiaçılə aralarında bağlanmış Müqavilənin 4.2.2-ci bəndinə uyğun olaraq, Müqaviləyə birtərəfli qaydada xitam vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı tərəfindən kassasiya şikayətinə verilmiş etiraz onunla əsaslandırılmışdır ki, “xxxx” MMC iddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəyi haqında” Razılaşmanı iddiaçıya heç bir məlumat vermədən xx.xx.2018-ci il tarixdə ləğv etmişdir. Cavabdeh elektron xəbərdarlıq məktubuna iddiaçının poçt ünvanına müqavilənin bitməsi barədə xəbərdarlıq göndərməsini bildirsə də, poçt ünvanına müqavilənin bitməsi barədə cavabdeh tərəfindən hər hansı bir məktub göndərilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin direktoru Murad Musayev və vəkili Ramil Əliyev, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

19. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Emil Dadaşov, kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

22. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

23. Maddə 358.1 və 358.2. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

24. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

25. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

26. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İş materiallarında olan İddiaçı ilə “xxxx” MMC arasında “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” C1043622 saylı, xx.xx.2015- ci il tarixdə Razılaşmanın surətindən görünür ki, “xxxx“ MMC ilə İddiaçı arasında “door.az” domen adı onun istifadəsinə verilməsi və domen adların reyestrində qeydiyyata alınması barədə razılığa gəlmişlər. Müqavilənin 4.1-ci bəndinə əsasən bu Raz ılaşma Sifarişçi tərəfindən istənilən vaxt 7 gün əvvəlcədən Qeydiyyatçıya müraciət etməklə xitam verilə bilər. Müqavilənin 4.2.2-ci bəndinə əsasən göstərilən xidmət haqqı vaxtında ödənilmədikdə Razılaşmaya xitam verilə bilər. Müqavilənin 5.2ci bəndinə əsasən domen adının qeydiyyat müddətinin bitməsinə 1 ay qalmış Qeydiyyatçı Sifarişçiyə qeydiyyat müddətinin bitməsi barədə Bildiriş göndərir. Domen adın qeydiyyat müddətini uzatmaq üçün Sifarişçi İcraçı tərəfindən ona təqdim edilmiş hesabı domen adın qeydiyyat müddətinin bitməsinə ən geci 10 gün qalmış ödəməlidir. 5.3-cü bəndinə əsasən təqdim olunmuş hesab ödənilmədikdə domen adın fəaliyyəti dayandırılır və bir aydan sonra domen adların reyestrindən silinməklə Razılaşma ləğv olunur.

33. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “door.a z” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanın surətindən görünür ki, “xxxx” MMC ilə “xxxx” MMC arasında “door.az” domen adı onun istifadəsinə verilməsi və domen adların reyestrində qeydiyyata alınması barədə razılığa gəlmişlər.

34. İş materiallarında olan xx.xx.2018-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən “xxxx” MMC-nin direktoru Aytən Qasimiyə “door.az” domen səhifəsinə daxil olunan zaman həmin səhifədə “facebook.com” səhifəsi açılması və orada “tepe safe” seyf qapılarının reklamının göstərilməsi, baş verən bu xoşagəlməz hal aradan qaldırılsın və onun “door.az” domen səhifəsi bərpa edilməsi barədə məktub ünvanlanmış, bir gün ərzində bu hal aradan qaldırılmazsa, məhkəməyə müraciət olunacağı bildirilmişdir.

35. İş materialların a əlavə olunmuş xx.xx.2015-ci il tarixli ödəniş qəbzindən görünür ki, “door.az” domeni üçün İddiaçı tərəfindən xx.xx.2015-xx.xx.2016-cı il üçün 20 manat pul köçürülmüşdür.

36. İş materiallarına əlavə olunmuş “xx.xx.2016-cı il tarixli ödəniş qəbzindən görünür ki, “door.az” domeni üçün İddiaçı tərəfindən xx.xx.2016-xx.xx.2017-ci il üçün 20 manat pul köçürülmüşdür.

37. İş materiallarına əlavə olunmuş “xx.xx.2017-ci il tarixli ödəniş qəbzindən görünür ki, “door.az” domeni üçün İddiaçı tərəfindən xx.xx.2017-xx.xx.2018-ci il üçün 20 manat pul köçürülmüşdür.

38. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli ilə bağlı işə daha əvvəl baxmış kassasiya instansiyası məhkəməsinin aşağıdakı mövqeyinə istinad etmişdir: “..İşdən görünür ki, iddiaçı ilə “xxxx” MMC arasında bağlanmış “Domen adların o nlayn qeydiyyatı və texniki müşayiəti haqqında” xx xxxxxxxx 2015-ci il tarixli razılaşmaya əsasən onlar, “door.az” domen adın iddiaçının istifadəsinə verilməsi və domen adların reyestrində qeydiyyata alınması barədə razılığa gəliblər. Müqavilənin müddəti 1 il müəyyən edilib. Eyni zamanda xx xxxxxxx 2018-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” razılaşmaya əsasən, “xxxx” MMC ilə “xxxx” MMC arasında “door.az” domen adın onun istifadəsinə verilməsi və domen adların reyestrində qeydiyyata alınmasına dair razılığa gəliblər və müqavilənin müddəti 1 il müəyyən edilib. Həmçinin, xx xxxxxxx 2018-ci il tarixdə iddiaçı tərəfindən “xxxx” MMC pretenziya məktubu göndərilib və məktubda “door.az” domen səhifəsinə daxil olan zaman həmin səhifədə “facebook.com” səhifəsinin açıldığı, orada “tepe safe” seyf qapılarının reklamının göstərildiyi və bu səbəbdən də baş verən bu xoşagəlməz halın aradan qaldırılması, onun “door.az” domen səhifəsinin bərpa edilməsi və bir gün ərzində bu hal aradan qaldırılmazsa, məhkəməyə müraciət olunacağı bildirilib. İşə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, “door.az” domeni üçün iddiaçı tərəfindən xx xxxxxxxx 2015-ci ilxx xxxxxxxx 2018-ci illər üçün hər il 20 manat pul köçürülüb. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara istinad edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən xidmət haqqı ödənilmədiyi üçün onunla bağlanmış “door.az” domenin qeydiyyatı “xxxx” MMC tərəfindən ləğv edilib və xx xxxxxxx 2018-ci il tarixdə “door.az” domen adı “xxxx” MMC istifadəsinə verilməklə adına qeydə alınıb. Kas sasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin işin halları barədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, əvvəla, iddiaçı ilə bağlanmış “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” xx xxxxxxxx 2015-ci il tarixli razılaşma “xxxx” MMC tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə birtərəfli qaydada ləğv edilib və işdə, iddiaçının bu barədə məlumatlandırılmasına dair heç bir mötəbər yazılı sübut yoxdur. Halbuki, Mülki Məcəllənin 421.1-ci maddəsinin mənasına görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 420.2-ci maddəsinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə etibarsızdır. Bu z aman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Həmin Məcəllənin 422.2-ci maddəsində göstərilir ki, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi mülki qanunvercilikdə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsinin dəqiq prose dur qaydası müəyyən edilib göstərilib və mülki qanunvericiliyə görə, müqavilənin dəyişdirilməsinə və ya ləğv edilməsinə o, vaxt yol verilir ki, müqavilə üzrə tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlsinlər, belə razılıq olmadıqda isə müqavilə yalnız maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Maraqlı tərəf isə, belə iddia ilə məhkəməyə o, vaxt müraciət edə bilər ki, müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını almış olsun və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ona cavab verilməmiş olsun. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, “xxxx” MMC tərəfindən iddiaçı ilə bağlanmış xx xxxxxxxx 20 15-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” razılaşmanın birtərəfli qaydada ləğv edilməsinə əhəmiyyət vermədən, yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 63 saylı Qərarı ilə təsdiq edilmiş "Az” ölkə kodlu yüksək səviyyəli domen adların qeydiyyatı və istifadəsi Qaydaları”na istinad edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.5-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Həmin Qanunun 2.6-cı maddəsind ə göstərilir ki, fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Mülki Məcəllənin yuxarıda göstərilən normalarından fərqli olaraq sözügedən “Qaydalar“da göstərilir ki, domen adın qeydiyyat müddətinin bitəcəyi tarixdən ən azı bir ay əvvəl qeydiyyatçı domen adının sahibinin elektron poçt ünvanına və (və ya) istifadəçi hesabına qeydiyyat müddətinin bitməsi barədə xəbərdarlıq və qeydiyyat müddətinin uzadılması barədə sorğu göndərir. Sorğunu qəbul edən domen adının sahibi qeydiyyat müddətinin uzadılması üçün qeydiyyat müddəti bitənədək qeydiyyatçıya müraciət edə bilər. Qeydiyyat müddətinin uzadılması həmin dövr üçün mövcud qeydiyyat müqaviləsinin şərtləri nəzərə alınmaqla həyata keçirilir. Qeydiyyat müddətinin uzadılması ilə bağlı sorğuya domen adını n sahibi tərəfindən qeydiyyat müddəti bitənədək cavab verilmədikdə, qeydiyyat müddəti bitən domen adına texniki xidmət dayandırılır. Texniki xidmətin dayandırılmasından sonrakı 30 gün ərzində ödəniş həyata keçirilmədikdə, domen adının qeydiyyatı ləğv olunur. Apellyasiya instansiyası məhkəməsi, hazırki mülki mübahisəyə Mülki Məcəllənin normalarını tətbiq etmək əvəzinə, onunla ziddiyyət təşkil edən sözügedən “Qaydalar”ın tələblərini tətbiq etməklə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərini pozmuşdur. Bundan başqa, iddiaçı ilə bağlanmış "Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” xx xxxxxxxx 2015ci il tarixli razılaşma "xxxx” MMC tərəfindən xx xxxxxxx 2018-ci il tarixdən birtərəfli qaydada ləğv edilməsinə baxmayaraq, apelly asiya instansiyası məhkəməsi mülki mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 63 saylı Qərarı ilə təsdiq edilmiş "Az” ölkə kodlu yüksək səviyyəli domen adların qeydiyyatı və istifadəsi Qaydaları”nın tələblərini tətbiq etməklə maddi hüquq normasının tətbiqində də səhvə yol vermişdir. Belə ki, MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllənin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir....Göründüyü kimi apel lyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol verib və tətbiq edilməli olmayan normativ hüquqi aktı hazırki mülki mübahisəyə tətbiq edib, bu hal isə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün sözsüz əsasdır. Bundan başqa, işdən görünür ki, "xxxx“ MMC iddiaçı ilə bağladığı “Domen” adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” xx xxxxxxxx 2015-ci il tarixli razılaşmanı xx xxxxxxx 2018-ci il tarixdə birtərəfli qaydada ləğv etdikdən sonra, digər cavabdeh “xxxx” MMC ilə “xxxx” MMC arasında xx xxxxxxx 2018-ci il tarixli “door.az” “Domen adların onlayın qeydiyyatı və texniki müşayiəti haqqında” razılaşma bağlanmışdır. Mülki qanunvericilikdə əqdin etibarlılığı dedikdə- onun qanunun tələblərinə uyğun olaraq tərtib edi lməsi və bağlanması başa düşülür ki, yalnız bu halda o, müəyyən hüquqi nəticə doğura bilər. Nəzərə almaq lazımdır ki, əqdə tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir. Əqdin etibarlılığı üçün: əqdin subyektiv tərkibinin qanuniliyi; əqdin (qanuniliyi) məzmununun qanuniliyi; iradə və iradə ifadəsinin uyğunluğu; eləcə də əqdin formasının qanuniliyi şərtlərinin olması zəruridir. İradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, əqd mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan belə etibarsız sayıla bilər. Apellyasiya instansiyası məhkəməsi, cavabdehlərin təqsiri üzündən iddiaçıya maddi, mənəvi zərərin dəyib-dəyməməsi, eləcə də cavabdehlər arasında “Domen adların onlayn qeydiyyatı və texniki müşayiəti haqqında” bağlanmış razılaşmanın etibarlılığı ilə bağlı heç bir araşdırma aparmadan və hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya şikayəti təmin edilmədikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayəti təmin etmədiyini qətnamədə göstərməyə borcludur...”.

39. Kassasiya instansiyasının mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi hеsаb etmişdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmal ıdır ki, kassasiya instansiyası hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Bu mənada apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “xxxx” MMC və “xxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanın, həmçinin “xxxx” MMC-nin adına qeydə alınmış “door.az” domen adının reyestrinin qeydiyyatının etibarsız hesab edilməsi, xx.xx.2015-ci il tarixli “door.az” “Domen adların onlayn qeydiyyatı və Texniki Müşayiəti haqqında” Razılaşmanın hüquqi qüvvəsinin, “door.az” domen adının iddiaçının adına qeydiyyatının bərpa edilməsi, texniki müşayiətinin və istifadə hüququnun “xxxx“MMC tərəfindən təmin edilməsi” tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilərək həmin tələblər təmin edilməlidir.

40. Kollegiya, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, İddiaçı ilə “xxxx” MMC arasındakı xx.xx.2015-ci il tarixli razılaşmaya görə müqavilənin ləğv edilməsindən qabaq Qeydiyyatçı, domen adının qeydiyyat müddətinin bitməsinə bir ay qalmış Sifarişçiyə qeydiyyat müddətinin bitməsi barədə müvafiq bildiriş göndərməlidir (§ 32).

41. İddiaçı bu məzmunda bildirişin ona göndərilmədiyini bildirmişdir. Belə olan halda, həmin bildirişi iddiaçıya göndərdiyini sübuta yetirmək yükü “xxxx“MMC-nin üzərinə düşür (§ 27). 42. “xxxx” MMC elektron xəbərdarlıq məktublarının surətinə istinad edərək iddiaçının elektron poçt ünvanına müqavilə müddətinin bitməsinə dair xəbərdarlıqlar göndərdiyini bildirsə də, xəbərdarlığın iddiaçıya çatdırılmasını təsdiqləyən mötəbər və kifayətedici sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, həmin cavabdehin müqaviləni birtərəfli qaydada ləğv etməsi tərəflərin razılaşmasına və mülki qanunvericiliyə uyğun deyil. Belə olan halda, iddiaçının razılığı və ya sonradan bəyənməsi olmadan üzərində onun əmlak hüququ olan domen adına dair “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış müqavilə etibarlı sayıla bilməz (§ 23).

43. Beləliklə, Kollegiya bu qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5066/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar