Məhkəmə qərarları › İş №2(102)-1041/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1041/2025

08.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1041/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əşyanın lombardda girovu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6214/2024 nömrəli iş üzrə 26 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 8 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1. 326417 saylı 30 aprel 2021-ci il tarixli girov biletinə əsasən İddiaçı 2407 manat dəyəri olan 17,3 qram üzük dəstini və 23,5 qram çəkidə, 585 əyarlı qızıl üzüyü girov qoyaraq cavabdehdən 2250 manat pul götürmüşdür. 2. 326684 saylı 9 mart 2022-ci il tarixli girov biletinə əsasən İddiaçı 1872 manat dəyəri olan 4,4 qram çəkidə, 583 əyarlı üzüyü və 26,2 qram çəkidə, 750 əyarlı sırğanı girov qoyaraq cavabdehdən 1750 manat pul almışdır.

3. İddiaçı ilə Cavabdeh MMC arasında 30 aprel 2021-ci il və 9 fevral 2022-ci il tarixli girov müqavilələri (girov biletləri) bağlanmış və həmin müqavilə ilə İddiaçı 326417 və 326684 saylı girov biletləri ilə lombarda qoyduğu girov əşyalarının qarşılığında götürdüyü ssudanın faizini 2 ay müddətində ard ıcıl olaraq ödəmədiyi halda lombard tərəfindən ona xəbərdarlıq edilmədən əşyalvarın satışa çıxarılmasına etiraz etməmişdir.

4. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 8000 manat əsas borc və dövlət rüsumu olaraq ödədiyi 100 manat, cəmi 8100 manat pul tutulub ona ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(008)-1894/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X2 510 manat məbləğində pulun və 30 manat dövlət rüsumuun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat məbləğində ekspertiza xərcinin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına k öçürülməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-473/2024 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(008)-1894/2023 saylı qətnaməsinin cavabdehdən tutulmalı olan borc və dövlət rüsumunun məbləğləri ilə bağlı hissələrdə dəyişdirilməsi, borcun 2100 manat, dövlət rüsumunun əvəzinin 26 manat məbləğində müəyyən edilməsi, qətnamənin ekspertiza xərcinin tutulması hissəsində dəyişdirilərək, aparılmış ekspertiza tədqiqatlanın dəyəri olan 180 manatın 47 manatının cavabdeh X2, 133 manatının İddiaçı tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməsi və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət ed ilmişdir.

7. Həmçinin həmin qətnamədə qeyd edilmişdir ki, iddiaçı cavabdehin təkidi ilə kənar şəxslərdən borc pul götürməsi, cavabdehin təqsiri ucbatından qızıllarını satması ilə bağlı qeyd edilən halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 30 aprel 2021-ci il tarixli 326417 saylı girov bileti üzrə cəmi 41,94 qram, 9 fevral 2022-ci il tarixli 326684 saylı girov bileti üzrə cəmi 33,33 qram, ümumilikdə isə 75,27 qram qızıl-zinət əşyalarının ona qaytarılması, həmçinin dövlət rüsumu kimi ödədiyi 110 manatın cavabdehdən onun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi işi n yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlə onun arasında bağlanmış 30 aprel 2021-ci il tarixli 326417 saylı girov bileti üzrə cəmi 41,94 qram qızıl-zinət əşyalaranı qoyaraq 7 faiz olmaqla hər ayda 157,5 manat ödəmək şərtilə 2250 manat məbləğində pul götürmüşdür. xx.xx.2022-ci il tarixli 326684 saylı girov bileti üzrə cəmi 30,6 qram, faktiki olaraq cəmi 33,33 qram qızıl-zinət əşyalarını qoyaraq 7 faiz olmaqla hər ay 122,5 manat ödəmək şərti ilə 1750 manat məbləğində pul götürmüşdür. Lombard kimi fəaliyyət göstərən "xxxx" MMC-nin 2017-ci ildən müştərisidir. Dəfələrlə 7-8-9 faiz olmaqla qızıl-zinət əşyaları qoyub pul götürmüş, sonra isə tam pulu ödəmişdir. Hətta karonavirus dövründə belə lombardın bütün aylıq ödənişlərini vax tında ödəmişdir. 13 may 2024-cü il tarixdə lombardın iş yerinə getmiş və oranın sahibi Manaf adlı şəxsdən nə qədər borcunun olduğunu soruşduqda, o, qızılların satıldığını bildirmişdir. Bununla bağlı öz etirazını bildirərək qızıllar satıldığı təqdirdə vətəndaşın özünə təklif olunmasını bildirmişdir. Manaf isə bununla bağlı heç kimə xəbərdarlıq və zəng etmədən qızılları satdığını və şikayət olarsa, tez öz aralarında aktlaşdırıb satılmış kimi qızıl-zinət əşyalarının qırağa qoyulduğunu bildirmişdir. Ondan qızıl-zinət əşyalarını tələb etdikdə Manaf müəllim səhərisi gun gəlməsini bildirmişdir. Sabahı gün 9 fevral 2022-ci il tarixli 326684 saylı girov bileti üzrə üzük-sırğa komplektini gətirmiş və anasının yadigarı olan halqa üzüyünün satıldığını, 30 aprel 2021-ci il tarixli 326417 saylı girov bi letindəki 40,8 qram qızılını isə banka qoyub 8000 manat pul götürdüyünü bildirmişdir. Bundan sonra 326684 saylı girov biletindəki 33,33 qram olan üzük-sırğa brilyant komplektini və 5000 manat verəcəyini, o biri qızılları bankdan alaraq gətirdikdən sonra ödədiklərindən əlavə 4000 manat götürdüyünə qarşı 10960 manat 15 iyul 2024-cü ilə qədər ödəməsini, ödəniş olunmadığı təqdirdə qızıl-zinət əşyalarının satılacağını bildirmişdir.

10. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 10 ilə yaxındır, lombarddan pul götürüb ödəyir. Lakin son zamanlar ödənişlər edə bilməmişdir. Qızılları girov qoyub 1750 və 2250 manat pul götürmüşdür. İndi isə ondan 11874 manat pul tələb olunur. O, həmçinin bildirmişdir ki, lombarddan pulu götürüb başqa şəxsə vermiş, həmin şəxs isə ödəniş etməmişdir. İddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, iddia qismən təmin olunmuşdur. Daha sonra apellyasiya şikayəti vermiş və onun şikayəti qismən təmin olunmuşdur. Həmin şəxs ona pulu qaytarmalıdır.

11. Cavabdehin nümayəndəsi (direktor) Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbinə etiraz edərək göstərmişdir ki, girov bileti müqaviləni əvəz edir və 1 aylıq müddət nəzərdə tutulur, əlavə olaraq 1 ay müddətində gözlənilir. Lakin 3 ilə yaxındır, ödəniş olunmamışdır. İddiaçıya mesaj yazılmışdır ki, ödəniş olmazsa, qızıl-zinət əşyaları satılacaq. İddiaçının götürdüyü pul məbləği ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində mülki iş olmuşdur, iddiaçı pulu götürüb başqa şəxsə vermişdir və həmin şəxs ona pulu qaytarmamışdır. Bu səbəbdən ödənişlər etməmiş, yekun məhkəmə aktının çıxarılmasını gözləmiş, lakin yekun qərar çıxarılmış, iddiaçı isə ödənişləri bərpa etməmişdir. Yalnız bir dəfə 19 yanvar 2022-ci ildə ödəniş etmişdir. Lombard 1 aylıq müqavilə (girov bileti) ilə pul verir. Cavabdeh isə elə bilir ki, qızılı qoyduqda, onlar saxlamalıdırlar, iddiaçı ödəniş etməsə də, istədiyi vaxt gəlib götürə bilər.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(001)- 4815/2024 nömrəli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsin öz mövqeyini onunla əsaslandırmışdır ki, lombard girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə iddiaçı tərəfindən qaytarılmadığından lombard həmin əşyaları satmışdır. Bu fakt məhkəmə araşdırması zamanı hər iki tərəflərin göstərdiyi dəlillər lə öz təsdiqini tapdığından İddiaçı Elfəddin qızı qeyd edilən müqaviləyə əsasən cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyindən hazırkı tələblə çıxış etməsi üçün qanuni əsas yoxdur.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçı üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyindən, eləcə də girovverən müqavilədə 2 ay müddətində ardıcıl olaraq ödəmədiyi təqdirdə, lombard tərəfindən ona xəbərdarlıq edilmədən qızıllarının satışa çıxarılmasına etiraz etmədiyindən, Cavabdeh MMC-nin girov biletində qeyd edilən qızıl-zinət əşyalarını satmağa tam hüququ yaranmışdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 276.1, 295, 279, 302, 390, 427 və 442.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya ş ikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, lombard tərəfindən verilmiş kredit ssuda müqaviləsində girov biletində göstərilmiş müddətdə qaytarılmadıqda girovqoyana əvvəlcədən xəbərdarlıq edilməklə əlavə 10 günədək vaxt verilir. Əlavə verilmiş vaxt 30 gün müddətində kredit ssuda qaytarılmazsa, girov lombardın mülkiyyətinə keçir. Lombard tərəfindən girov satışa çıxarılır və müqavilədə nəzərdə tutulan qiymətlə birinci olaraq girov qoyana təklif olunur. Lakin cavabdeh təşkilat girovu satarkən ona heç bir təklif etmədən məhkəməyə şikayət olunacağı təqdirdə girov predmetinin aktlaşdırılaraq satışa çıxaracağını bildirmişdir. Girov bileti” (forma GB-1) dəsti üç hissədən: “Girov Bileti”ndən, “Girov biletinin surəti”ndən və “Girov biletinin kötüyündən və üç əlavə “Kassa orderi”, “Hesablaşma talonu” və “Anbar talonu” hissələrindən ibarətdir. Bütün hissələr eyni seriya və nömrələrə malik olmaqla mətbəə tərəfindən elə çap edilir ki, onları üst-üstə qoyub dolduran zaman “Girov biletinin (Forma N GB-1) əsas hissəsinin surəti digər əsas hissələrə “Girov biletinin surəti”nə və “Girov biletinin kötüyünə çıxa bilsin. “Girov bileti” (forma GB-1) girov verənə təqdim edilir. Girov qoyulan əşyalar (qiymətlilər) “Girov biletinin surəti” ilə anbara təhvil verilir və anbardar “Girov bileti”ni imzalayıb tarix yazır. Sonra isə girov verən kassa orderini kassaya verir və krediti (ssudanı) alır. “Girov bileti” onun qalan əlavələri (“Hesablaşma ta lonu” və “Anbar talonu”) ilə birlikdə girovverəndə qalır. “Girov biletinin kötüyü” kassada girovun çıxarılma vaxtınadək saxlanılır və sonra isə hesabat üçün icraçıda qalır. Yuxarıda qeyd olunan normadan da göründüyü kimi Girov Biletinin girov verənə təqdim edildiyi göstərilsə də lombard təşkilatı tərəfindən mənə təqdim edilməmişdir. Qaydalara əməl edilməyərək biletin surəti və kötüyü hazırlanmamışdır. Mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Hazırda lombardlar nəzarət mexanizmlərinin olmamasından istifadə edərək müxtəlif qanun pozuntularına yol verir, xaotik vəziyyət yaradır. Onlar vətəndaşların aktivlərini, yəni qızıl-z inyət əşyalarını girov götürəndə çox aşağı qiymətləndirməsi, bəzən müştərilərin xəbəri olmadan onları pula çeviriməsi hallarının olması hamıya məlumdur. Bu səbəbdən lombard təşkilatı ilə əlaqə saxladıqda girov qoyulmuş qızıllarının heç bir xəbərdarlıq olunmadan satıldığı ona bildirilmişdir. Hazırkı iddia ərizəsi tam qanuni və əsaslıdır, iddia tələbi təmin edilməli olduğu halda məhkəmə tərəfindən bu edilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatda tərəfindən 3 ildən artıqdır ki, ödəniş edilmədiyini əsas gətirələrək girov qoyulmuş qızılların satılmalı olduğu bildirilmişdir. Halbuki, iş məhkəmə tərəfindən tam hərtərəfli araşdırılsaydı, tərəfindən 19 yanvar 2022-ci il tarixdə 8 ayın ödənişinin birdəfəlik həyata keçirildiyi müəyyənləşdirilərdi. Həmçinin digər ödəniş qəbzi üzrə 500 manat ödəniş etdiyi halda 240 manat ödəniş edildiyi qeyd edilmiş, sonradan təkidi ilə müvafiq yanlışlıq düzəldilmiş, ödəniş qəzinin üzərində isə ödəniş ili olaraq 2020-ci il göstərilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6214/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətinin əsası kimi “Girov biletinin forma və rekvizitləri və onlardan istifadə Qaydaları”na istinad edərək bildirmişdir ki, lombard tərəfindən verilmiş kredit (ssuda) müqavilədə (“Girov bile ti”ndə) göstərilmiş müddətdə qaytarılmadıqda girovqoyana əvvəlcədən xəbərdarlıq edilməklə əlavə (10 günədək) vaxt verilir. Əlavə verilmiş vaxt (30 gün) müddətində kredit (ssuda) qaytarılmazsa, girov lombardın mülkiyyətinə keçir. Bu halda lombard tərəfindən girov satışa çıxarılır və müqavilədə nəzərdə tutulan qiymətlə birinci olaraq girov qoyana təklif olunur. Lakin cavabdeh təşkilat girovu satarkən ona heç bir təklif etmədən məhkəməyə şikayət olunacağı təqdirdə girov predmetinin aktlaşdırılaraq satışa çıxaracağını bildirmişdir.

20. İddiaçının istinad etdiyi bu arqumentlər “Girov biletinin forma və rekvizitləri və onlardan istifadə Qaydaları”nın 5-ci bəndində nəzərdə tutulmuşdur ki, “Girov bileti” müqavilə xarakterli olduğu üçün onda aşağıdakı şərtlər nəzərdə tutula bilər; - Lombard tərəf indən kreditlər (ssudalar) 1 ay müddətindən 3 ay müddətinədək verilir; - Lombard tərəfindən verilmiş ssuda müqavilədə (“Girov bileti”ndə) göstərilmiş müddətdə qaytarılmadıqda girov qoyana əvvəlcədən xəbərdarlıq edilməklə əlavə (ən azı 30 günədək) vaxt verilir; - Əlavə verilmiş vaxt müddətində ssuda qaytarılmazsa, girov lombardın mülkiyyətinə keçir. Bu halda lombard tərəfindən girov satışa çıxarılır və müqavilədə nəzərdə tutulan qiymətlə birinci olaraq girovqoyana təklif olunur; - Şeylərin satılmasından hasil olan pul qalığı məbləğindən Lombarda çatacaq bütün borc pul məbləği (girov qoyulmaqla alınmış pul, saxlanılmaq üçün faiz və satılma xərci) çıxıldıqdan sonra girovverənə verilir; - Girovverən müqavilədə (“Girov biletində) göstərilən vaxt müddətində və ona əlavə verilmiş vaxt ərzində kre diti (ssudam) qaytarmazsa və ya ümumiyyətlə Lombarda gəlməzsə, bu halda girovverən həmin əmlakı geri tələb etmək və girovun satışında iştirak etmək hüquqlarından məhrum olunur. Belə olan təqdirdə girov istənilən hüquqi və fiziki şəxslərə bazar qiymətlərinə uyğun satılır.

21. Göründüyü kimi, bu prosedurların aparılması üçün girov biletində həmin şərtlər nəzərdə tutulmalıdır.

22. Lakin iş materiallarının 28-ci vərəqində olan və iddiaçının özü tərəfindən imzalanmış şərtlərdə hər 2 müqavilə (girov bileti) üzrə aşağıdakılar nəzərdə tutulmuşdur: - “Mən, İddiaçı 30 aprel 2021-ci il tarixində GJN 326417 saylı girov bileti ilə lombarda girov qoyduğum girov əşyalarının qarşılığında götürdüyüm ssudanın faizini 2 (iki) ay müddətində ardıcıl olaraq ödəmədiyim halda, lombard tərəfindən mənə heç bir xəbə rdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmirəm”. - “Mən, İddiaçı 09 fevral 2022-ci il tarixində GJN 326684 saylı girov bileti ilə lombarda girov qoyduğum girov əşyalarının qarşılığında götürdüyüm ssudanın faizini 2 (iki) ay müddətində ardıcıl olaraq ödəmədiyim halda lombard tərəfindən mənə heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmirəm”.

23. Məhkəmə ilkin olaraq bu şərtləri Mülki Məcəllənin 302.9-cu maddəsinin tələbləri baxımından qiymətləndirərək qeyd etmişdir ki, bu şərtlər mülki qanunvericiliyin tələblərinə uyğundur və həmin Məcəllənin 302.7-ci maddəsində qeyd olunmuşdur ki, əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın gi rov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.

24. Girov biletində nəzərdə tutulmuş bu şərtlərə uyğun olaraq ssudanın faizinin 2 ay müddətində ardıcıl olaraq ödənilməməsi işin mübahisələndirilməyən halıdır, mübahisələndirildiyi təqdirdə belə iddiaçı tərəfindən hər hansı məbləğdə pul vəsaitinin ödənilməsi ilə bağlı heç bir sənəd təqdim olunmamışdır.

25. İddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, “13 may 2024-cü il tarixində lombardın yuxarıda qeyd olunan iş yerinə getdim və oranın sahibi Manaf müəllimə nə qədər borcum olduğunu soruşduqda o, mənə qızılların satıldığını bildirdi”. Bu xüsusatın özü də təsdiq edir ki, iddiaçı nəinki borcunu ödəmək, borcun məbləği ilə maraqlan maq üçün 1-ci müqaviləni bağladıqdan 3 il sonra, 2-ci müqaviləni bağladıqdan 2 il 2 ay sonra müraciət etmişdir.

26. Apellyasiyas məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən öhdəliklər icra olunmadığından cavabdeh tərəfindən girov qoyulmuş əşyaların satılması zamanı müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə zidd hər hansı bir pozuntuya yol verilməmişdir. Həmçinin, iddiaçının tələbi ssudanın və faizlərin ödənilməsi şərtilə qızıl – zinət əyşalarının qaytarılması deyildir, iddiaçı cavabdehə borcunu ödəmədiyi, yəni öhdəliklərini icra etmədiyi halda qızıl – zinət əşyalarının qaytarılması tələbini irəli sürür.

27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14.1, 16.1, 276.1, 279, 295, 302.1-302.9, 390.1, 427.3 və 442.1-ci maddələrinə istinadla əsasland ırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 5.3, 16.1, 302-ci, o cümlədən 302.7 - 302.9-cu maddələrinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-61 nömrəli 30 mart 2000- ci il tarixli Əmri ilə təsdiq edilmiş “Girov biletinin (Forma N GB-1) forma və rekvizitləri və onlardan istifadə Qaydaları”nın, Mülki Prosessual Məcəllənin 9 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. b)

30. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

33. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

34. Maddə 276.1. İpoteka predmet i olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.

35. Maddə

279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə, həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

36. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərini n ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

37. Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər.

38. Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Maddə 302.3. Saxlanca qoyulan əşyalar lombarda verilir.

39. Maddə 302.5. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur.

40. Maddə 302.6. Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır.

41. Maddə 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.

42. Maddə 302.8. Lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Maddə 302.9. Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir.

43. Maddə 390.1. Fiziki və hüquqi şəxs lər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

44. Maddə 427.3. əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

45. Maddə 442.1. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

58. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşd ırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

59. Kassasiya şikayətinin digər dəlilləri isə işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmaması barədədir, bu dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən mad di və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6214/2024 nömrəli iş üzrə 26 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar