Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1045/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “X8” klinikasına və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Vəkil Fikrət oğlunun, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6575/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhk əmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı stress sidik saxlamama, Uretrocele Sistocele, uşaqlıq boynunun elonqasiyası diaqnozu ilə xx.xx.2018-ci il tarixində “X8” Tibb Mərkəzi klinikasına qəbul olunmuş, onun üzərində xx.xx.2018-ci ildə spinal anesteziyası altında “Mançester əməliyyatı, kolporafiya, kolpoperineorafiya. Levatoroplastika TOT əməliyyatı aparılmış, xx.xx.2018-ci ildə kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılmışdır. Bundan sonra göstərilən tibbi xidmətin keyfiyyəti ilə bağlı tərəflər arasında mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək (iddia tələbinin həcmi artırılmışdır), dərmanlara, aparatura müayinələrinə, ambulator, stasionar müalicələrə sərf etdiyi 3000 manat pulun, səhhəti ilə əlaqədar iş fəaliyyətinin dayandırılması ilə bağlı dəymiş 1350 manat maddi ziyanın, əməliyyata daxil olmağı ilə əlaqədar kapital bankdan götürdüyü 2500 manat pulun və həmin pulun müqabilində ödədiyi 1165 manat faiz pulunun, maddi ziyanın əvəzi olaraq 10000 manat pulun, mənəvi zərərin əvəzi olaraq 5000 manat pulun, dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun cavabdehlər “X8” klinikası və Cavabdeh2 müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Mirqasımov adına Respublika Klinik xəstəxanasında çalışan mama-ginekoloq Cavabdeh2 müraciət etmiş, həkim onun vagina yoluna gözlə baxış etmiş və əməliyyat olunmalı olduğunu bi ldirmiş, söz vermişdir ki, əməliyyat yolu ilə bu xəstəliyə 90-100 faiz son qoyulacaq, ona inanıb xx.xx.2018-ci il tarixdə əməliyyata getmişdir. Əməliyyat üçün kapital bankdan kreditə 2500 manat pul götürmüşdür. Hələ də banka borcunu ödəyə bilməmiş, əsas borc məbləğindən əlavə olaraq 1165 manat da faiz ödəmək məcburiyyətində qalmışdır. Klinikanın bütün xərclərini borc hesabına ödəmişdir, üstəlik daimi iş yerindəki qazancını da itirmiş, buna görə isə 1350 manat ziyana düşmüşdür. Himayəsində atasız azyaşlı qız övladı var, əməliyyatdan öncə və sonra həkim ona iki resept blankı yazmış, hər iki dərmanın xaricdən gətirilməsi üçün sifariş vermiş, üç ay həmin dərmanları mütəmadi qəbul etsə də, dərmanların heç biri nəticə verməmişdir, vəziyyəti daha da pisləşmiş, sonrasında Cavabdeh2 müraciət edərək, əməliyyatdan öncəki vəziyyətin aradan qalxmadığını, əməliyyatın fəsadlarının xəstəliyini daha da ağırlaşdırdığını bildirmişdir. Cavabdeh2 onu yenidən müalicə etməyəcəyini, başqa həkimə müraciət etməyini məsləhət görmüşdür. Əvvəllər ancaq çölə çıxanda pampersdən istifadə edirdisə, indi evdə də pampersdən istifadə etmək məcburiyyətindədir, ekspertlər ekspertizanın keçirilməsi zamanı ona qərəzli münasibət göstərmişlər, məhkəmə iclasında da Ekspertiza Mərkəzinin eksperti onun suallarına cavab verə bilməmiş, rəyin hazırlanmasında istifadə olunan müayinə kağızları məhkəməyə təqdim edilməmiş, onu düzgün müayinə etməmişlər, onlar Cavabdeh2 təsiri altında belə rəy vermişlər.
4. Cavabdeh2 nümayəndəsi və vəkili X3 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, əməliyyat düzgün icra olun ub, iddiaçı sağlamdır, əgər onda hər hansı bir xəstəlik varsa da bu əməliyyatın nəticəsindən irəli gəlmir, bu halların qiymətləndirilməsi xüsusi biliyə malik olan şəxslərin köməyi ilə olmalıdır ki, bu məqsədlə də iddiaçının vəsatəti ilə iki dəfə məhkəmə-tibbi ekspertizası keçirilmiş, ekspert dinlənilmiş və s., həmin sübutlardan da görünür ki, həkimin bu münasibətlərdə peşə fəaliyyətindən irəli gələn hər hansı bir qüsur olmamışdır. Həmçinin M.İmanov izahatında bildirdi ki, iddiaçı bu məsələdə qərəzlidir, belə ki, iddiaçı İlahə xanıma müraciət edərək ona saxta arayış verməsini xahiş etmişdir, hətta həmin sənədin hansı yazılış mətnini də İlahə xanıma göndərmişdir, İlahə xanım isə əməliyyatın uğurlu ola-ola yalandan uğursuzluğu barədə verilməsini mümkün saymamışdır, lakin iddiaçı bu barədə dəf ələrlə həkimdən xahiş etmişdir, qeyd edilənlər məhkəməyə təqdim edilmiş whatsapp yazışmalarından da görünür. Lakin bunların heç bir nəticə verməyəcəyinə tam əmin olduqdan sonra iddiaçı cavabdehə qarşı belə iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh nüfuzlu həkimdir, o, xaricdə təhsil alıb, peşəkardır, ölkəmizdə belə mütəxəssislər çox azdır.
5. Cavabdeh Baku-Medical Plazanın nümayəndəsi və vəkili X2, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə iclasında vəkil Məzhər İmanov göstərdiklərinə uyğun izahat vermişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) xx xxxx 2020-ci il tarixli, 2(011)219/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tələbini təsdiq edən sübutları iş materiallarına əlavə etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, iddiaçının “cərrahi əməliyyatın uğursuzluğu, üzərində həyata keçirilmiş əməliyyatın diaqnoza uyğun icra olunmaması və əməliyyatdan sonra bundan irəli gələn fəsadlarla bağlı” dəlillərinə münasibətdə hesab etmişdir ki, bu halların aydınlaşdırılması daha çox tibbi sahədə xüsusi biliyə malik ixtisaslı mütəxəssislərin köməyi ilə mümkün olduğundan, keçirilmiş məhkəmə tibbi ekspertizalarının rəyləri digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməli və mübahisənin həllində nəzərə alınmalıdır. İşdə olan sübutlar isə (ekspert rəyləri də daxil olmaqla), yaranmış hüquq münasibəti zamanı iddiaçıya qarşı cavabdehin peşə fəaliyyəti ilə bağlı təqsirli (hüquqa zidd) əməlini istisna edir. Qeyd edilənlər məhkəmə üçün, mənəvi ziya n da daxil olmaqla, iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlmək üçün yetərlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-6575/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-219/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kassasiya şikayəti verərək qətnaməni n ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya kollegiyası "iddiaçı Mülki Məcəllənin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni müalicəsini həyata keçirən cavabdeh xəstəxananın həkiminin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi və səhhətində yaranmış problemlərin həkimin təqsiri (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmamışdır” qənaətinə gələrək əsassız qətnamə çıxarmışdır. Məhkəmə qərarında yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Bir liyinin xx.xx.2019-ci il tarixli 403/KEŞ saylı rəyinə və Həmin Birliyin xx.xx.2020-ci il tarixli 75/KEŞ saylı rəylərinə əsaslanaraq, rəylərdə qeyd olunanlarla tam razılaşaraq müalicəni həyata keçirən cavabdeh xəstəxananın həkiminin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi və səhhətində yaranmış problemlərin həkimin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olmadığı qənaətinə gəlmişdir. Xətai rayon məhkəməsinə dəvət olunmuş həkim ekspert Vüqar Məmmədov rəyə əsasən verilmiş suallara heç bir sübutlu dəlillər təqdim edə bilməmişdir. Buna görə də təkrarən ekspert rəyində ziddiyyətlər olduğuna görə eyni suallarla təkrar ekspertizanın keçirilməsi qət olunmuşdur. Ancaq təkrar aparılmış ekspertizanın rəyi əvvəlki ekspertiza rəyi ilə eynilik təşkil etməklə dəyişməmişdir. Hət ta ikinci ekspertiza keçirilərkən İddiaçı müayinə üçün dəvət olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili H.Cəlilzadə kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
17. Maddə 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi mə sələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlənd irilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.
24. İddiaçının bildirdiyi faktiki hallara görə, həkim səhvi, düzgün müayinənin aparılmaması, eləcə də müalicə vasitələrinin düzgün seçilməməsi nəticəsində üzərində “X8” klinikasında həkim Cavabdeh2 tər əfindən aparılan əməliyyat uğursuz olmuş, səhhətindəki problem daha da ciddiləşmişdir.
25. Kollegiya qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
26. Apellyasiya instansi ya məhkəməsinin qənaətinə görə, iddiaçının irəli sürdüyü tələbin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər (§ 15-17)
27. Həmin normaların mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd e dilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
28. Kollegiya hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni müalicəsini həyata keçirən cavabdeh xəstəxananın həkiminin tibbi normaları (standartları) pozmaqla səhvlərə yol verdiyi və səhhətində yaranmış problemlərin həkimin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olduğu öz təsdiqini tapmamışdır.
29. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən iki dəfə ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli 4 03/KEŞ saylı rəyində göstərilmişdir ki "İddiaçı adına "X8 Klinikası”nda tərtib olunmuş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2018-ci il tarixdə xəstəxanaya daxil olmuş və aparılan müvafiq müayinələr əsasında ona "Stress tip sidik saxlamama. Uretrosele. Sistosele. Uşaqlıq boynunun elonqasiyası”diaqnozu düzgün təyin olunmuşdur. Təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində ası, diaqnoza uyğun olaraq onun üzərində "Mançester əməliyyatı, kolporafiya, kolpoperineorafiya. Levatoroplastika.TOT” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmiş və əməliyyatla bağlı hər hansı fəsad müəyyən edilməmişdir ki, bu da xx.xx.2019-cu il tarixdə icra edilmiş Sistometriya müayinəsində qrafik əsasında öz təsdiqini tapmışdır. İddiaçı üzərində xx.xx.2019-cu il tarixdə icra olun muş Sistoskopiya müayinəsi zamanı onun sidik kisəsində, sidik kanalında patoloji dəyişiklik, xora, qabarma, şişkinlik və ödem məyyən edilməmişdir”.
30. Həmin Birliyin xx.xx.2020-ci il tarixli 75/KEŞ saylı rəyində isə aşağıdakılar göstərilmişdir: “...İddiaçı “X8 Klinikası”na müraciət etməmişdən öncə akad.M.C.Cavadzadə adına Respublika Uroloji Xəstəxanasında yüksək ixtisaslı mütəxəssislər tərəfindən müayinə olunmuş və onun "Stess tip sidik saxlamamazlığı, Xroniki sistit xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilmişdir, İddiaçı "X8 Klinikasına” xx.xx.2018-ci il tarixdə daxil olduqdan sonra ona, klinik, laborator və instrumental müayinələr aparılmışdır, İddiaçı aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. İddiaçı üzərində icra edilmiş "Mançester əməliyyatı, kolporafiya, kolpo perineorafiya. Levatoroplastika.TOT” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Əməliyyatdan sonra xəstənin bildirdiyi şikayətlər subyektiv xarakter daşıyır. Həmçinin İddiaçı ilkin məhkəmə-tibbi ekspertizası zamanı aparılmış sistoskopiya müayinəsində onun sidik kisəsində, sidik kanalında patoloji dəyişiklik, xora, qabarma, şişkinlik və ödem müəyyən edilməmişdir”.
31. İş materiallarında olan, Azərbaycan Tibb Universitetinin İ mamalıq-ginekologiya kafedrasının professoru, t.e.d. İslam Mahalovun “Tibbi yardımın təşkili” şöbəsinin müdiri Gülmirzə Poladova ünvanladığı, "Şikayətçi İddiaçı "X8” xəstəxanasında keçirdiyi əməliyyatla bağlı şikayətləri ilə əlaqədar tibbi sənədlər əsasında rəy”ində qeyd edilmişdir ki, "Şikayətçi 30.05-xx.xx.2018-ci ilədək ak. M.C.Ca vadzadə adına Respublika Uroloji Xəstəxanasında ambulator müayinədən keçmişdir, "Stress sidik saxlamamazlığı, Xroniki sistit” diaqnozu qoyulmuşdur. Sonra xx.xx.2018ci ci il tarixdə spinal anesteziya altında “Mançester əməliyyatı, ön-arxa kolporrafiya, levatoroplastika, TOT” əməliyyatı icra edilmişdir, xx.xx.2018-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışıdır. Xəstənin əməliyyatdan sonrakı şikayətləri detallıqla verilməyib. Lakin urofloumetriya müayinələrindən keçmişdir. Əməliyyatla bağlı hansısa bir patoloji dəyişiklik aşkar edilməyib. Əməliyyat və xüsusilə suburetral tor ilgəyi düzgün qoyulub, sidik kanalını sıxmır, hiperelevasiya yoxdur. Bu da qoyulan torların səhvsiz qoyulmasının əsas kriterisidir. Şikayətçi bilməlidir ki, "sress sidik saxlamamazlığı” varsa yeganə və qızıl standart sayı lan əməliyyat suburetral torların yerləşdirilməsidir. Lakin əməliyyat önü şikayətlərinin bir qrupu və bu tip əməliyyatlar ümumiyyətlə 100% sağalma qarantiyası vermir. Yaxşılaşma da müvəffəqiyyət kimi qəbul olunmalıdır. Sidik saxlamamazlığına görə əməliyyat olunan qadınlar daimi nəzarətdə olmalıdır, ayrı-ayrılıqda yaranan ya davam edən əlamətlər əlavə medikamentoz korreksiya tələb edə bilər. Bundan başqa xəstə bütün sənədlərə qol çəkib və öz razılığını əməliyyatın seçimi ilə bildirib”.
32. İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında “Whatsapp” proqramı vasitəsilə aşağıdakı məzmunda yazışmalar aparılmışdır: “İddiaçı, 28, 31 iyul: salam doktor qruppaya görə məndən kağız istəyirlər verə bilərsiz? Xahiş edirəm; Salam İlahə həkim xəstəniz Günaydı, mən dediyim kağızı verə bil ərdiniz? Xahiş edirəm, qruppaya çıxmaqla əlaqədar”. Cavabdeh2, 31 iyul: “Günay, uğurlu ola-ola mən öz əməliyyatıma yalandan uğursuz yazmağım düz olmazdı, məni düz başa düş, sən gərək əməliyyatdan öncə bunu edərdin, yenə də başqa həkimlə danışıb yazdıra bilərsən bəlkə, amma səni əməliyyat edən həkimə bunu etdirmək düzgün deyil. İddiaçı, 31 iyul, 7 avqust: “burda heç bir problem yoxdur, kağızdır da, yazıb verirsiz ki, protez bədənə uyuşmadı”. “Salam həkim Günaydır, belə yazmağı istəyirlər: İddiaçı 08.062018-ci ildə tot əməliyyat olundu, sidik kisəsinə setka protez yerləşdirildi, 2 ay keçəndən sonra yoxlanış etdim setka bədənə uyuşmadı, qeyri-iradi sidik ifraz edir”.
33. Göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçının tələbinin əsası kimi irəl i sürdüyü faktiki hallar, sözügedən tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Ona görə də iddianın rədd edilməsi əsaslı olmuşdur.
34. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6575/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.