Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1046/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: maddi və mənəvi ziyanın ödənilməsi Açar sözlər: sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı Hərbi Məhkəməsinin 1(093)-10/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən olunmuş hallara əsasən, məhkum mütəşəkkil dəstə tərkibində cinayət əməllərini davam etdirərək 2007-ci ilin iyul-sentyabr aylarında Bakı şəhərində Antiterror Mərkəzinin rəis müavini vəzifəsində xidmət edərkən müvafiq qaydada qızıl-zinət əşyalarının istehsalı və satışı ilə məşğul olan “xxxx" MMC-nin direktoru İddiaçı külli miqdarda pul vəsaitləri və əmlakını ələ keçirmək məqsədilə hakimiyyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə, tamahkarlıq məqsədilə sui-istifadə edərək, rəsmi surətdə qeydiyyata alınmış araşdırma materialı, şikayət ərizəsi, əməliyyat məlumatı və ya siqnal işi olmadığı halda 2007-ci ilin iyul ayında İddiaçı Milli Təhlükəsizlik Nazirilyinə çağırıb xidməti otağında onunla görüşərək qarşılıqlı əlaqələrinə malik olduğu “Qrişa" adlı şəxslə aralarında yaranmış borc öhdəliyi barədə məlumatları bəhanə edərək ona psixoloji təsir göstərib guya qızıl-zinət məmulatlarının qaçaqmalçılığı və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunacağı, şəxsiyyəti üzərində zor göstəriləcəyi ilə hədələyərək 1.000.000 ABŞ dolları məbləğində pul vəsaiti verməsini və borclu olduğu biznes tərəfdaşı ilə hesablaşmasını tələb etmiş, onun tutduğu vəzifə sinə və malik olduğu səlahiyyətlərə görə hədəni real qəbul edən Qurbanovun borcunun əvəzinə xx xxxx 2007-ci ildə Bakı şəhəri, Xətai rayonu, Şirvani küçəsi, 2319-cu məhəllədəki 16 saylı binanın 111 saylı mənzilini 97.000 ABŞ dollarına satın alaraq Cavabdeh etibar etdiyi, Antiterror Mərkəzinin 2-ci İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləmiş X2 həyat yoldaşı X1 adına rəsmiləşdirməsinə və 2007-ci ilin avqust ayının 16-19 tarixlərində İstanbul şəhərində İddiaçıla görüşərək tələb etdiyi pulun bir hissəsinin əvəzinə veriləcək qızıl-zinət məmulatlarının siyahısını razılaşdırmasından sonra, sonuncunun xx xxxxxx 2007-ci ildə ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilini, Zərgərpalan küçəsi 24 saylı ünvanda yerləşən ofisinin satışı nəticəsində və borc ilə əldə etdiyi müvafiq dövrün rəsmi məzə nnəsinə görə 426.300 manata bərabər 500.000 ABŞ dolları məbləğində nağd əskinasları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində şəxsən görüşərək ondan alması, xx.xx.2007-ci ildə etibar etdiyi şəxsi X3 İddiaçıla birlikdə Dubay şəhərinə göndərərək sonuncunun onun üçün aldığı 120.000 ABŞ dolları dəyərində 9 ədəd 1 karatlıq, 1 ədəd 3 karatlıq brilyant qaşların, 1500 ABŞ dolları dəyərində qızıl küpə və üzüyü, rəhbərliyə verilməsi üçün isə satın alınaraq Bakı şəhərinə gətirilmiş 260.000 ABŞ dolları dəyərində 2 ədəd 4 karatlıq, 1 ədəd 5 karatlıq brilyant qaşları qəbul etməklə, ümumilikdə 2007-ci ilin iyul-sentyabr ayları ərzində sahibkar İddiaçı külli miqdarda olmaqla 426.300 manata bərabər 500.000 ABŞ dolları məbləğində nağd pul əskinaslarını və 325.228,75 manata b ərabər 381.500 ABŞ dolları dəyərində brilyant, qızılzinət məmulatlarını təkrarən mütəşəkkil dəstə tərkibində hədə-qorxu ilə tələb edib ələ keçirərək zərər çəkmişin maliyyə vəziyyətinin ağırlaşmasına səbəb olmaqla onun hüquq və mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Həmçinin hökmdən müəyyən olunur ki, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış, bundan başqa həmin hökmlə onun maddi və mənəvi ziyanın ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat xx xxxxxx 2018-ci il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş 2.500.000 manat maddi zərərin və 350.000 manat mənəvi ziyanın alınıb ona ödənilməsi barədə qətn amə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-162/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi işə üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı öz iddiasının əsasına dair hər hansı məbləğdə maddi zərər vurulduğuna və həmin zərərin nədə ifadə olunduğuna dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq ed ilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4875/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova, M.N.Tağızadə, Ü.A.Mayılov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə cavabdehdən 978500 ABŞ dolları məbləğində maddi və 10000 manat mənəvi ziyanın tutulması barədə iddia tələblərinin təmin edilmədiyi hissələrdə ləğv edilmiş, həmin hissələrdə iddia təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə maddi ziyanın əvəzi olaraq 978500 ABŞ dolları məbləğində (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə), mənəvi ziyanın əvəzi olaraq 10000 manat tutulması qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Bakı Hərbi Məhkəməsinin 1(093)-10/2017 saylı xx xxxxxxx 2017-ci il tarixli hökmü qanuni qüvvəsini almış və həmin hökmlə iddiaçıya cavabdehin qanunsuz hərəkətləri nəticəsində ziyan vurulması halı müəyyən edilmişdir. Belə olan halda həmin hökmlə müəyyən edilmiş hallar nəzərə alınmaqla hesab edir ki, iddiaçının iddiası qismən, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 109.6 kv.m olan 3 otaqlı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 24 ünvanda yerləşən ofisin məcburi satışı ilə bağlı 500000 ABŞ dolları, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 23-də yerləşən (2319-cu məhəllədəki) 111 saylı mənzilin özgəninkiləşdirilməsi ilə bağlı 97000 ABŞ doll arı, digər əmlaklarının, yəni brilyant və qızılzinət məmulatlarına görə 381500 ABŞ dolları olmaqla, cəmi 978500 ABŞ dolları məbləğində maddi ziyanın tutulması hissəsində təmin edilməli, ******* ABŞ dolları məbləğində ziyan tələbi isə həmin məbləğdə ziyanın vurulmasını təsdiq edən sübutların təqdim olunmaması səbəbindən rədd edilməlidir. Apellyasiya məhkəməsi mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə hesab etmişdir ki, hazırki işdə qanuni qüvvəsini almış hökmlə cavabdehin iddiaçıya qarşı cinayət əməli törətməsi halı müəyyən edildiyindən, həmin cinayət işində iddiaçının zərərçəkmiş şəxs olması iddiaçının mənəvi sarsıntı və iztirablar keçirməsini istisna etmədiyindən, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun tutulması ağlabatan və ədalətlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv olunmasını və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayətini apellyasiya instansiya məhkəməsinin istinad etdiyi hökmlə maddi zərərin vurulması ilə bağlı halların düzgün müəyyən edilmədiyi, iddiaçının həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi ziddiyyətli ifadələr verdiyi ilə əsaslandırmaqla yanaşı, apellyasiya instansiya məhkəməsinin mənəvi zərərin tutulması hissəsində də əsassız nəticəyə gəldiyini qeyd etməklə göstərmişdir ki, məhkəmə zərərin hansı formada vurulmasını, zərərçəkmiş şəxsin hansı mənə vi iztirablara məruz qaldığını, onun hansı mənəvi sarsıntı və iztirablar keçirdiyini müəyyən etməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə a raşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında mübahisələndirilən hissədə, iddianın təmin edilən hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələri nə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dai r» xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına əsasən A zərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1046/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1046/2021
17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver