Məhkəmə qərarları › İş №2(102)-1046/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1046/2024

14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1046/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): apellyasiya şikayətinin qeyri-mümkünlüyü (apellyasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7839/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Paxomova İnna Sergeyevna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28585 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(008)- 5122/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. b) Apellyasiya instansiya məhkəməsində icraat

3. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7839/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər – Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdı yev və Xəyal Sarıyev) apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin apellyasiya şikayətinin forma və məzmunu barədə tələblərinə dair imperativ göstərişinə əməl olunmamış, şikayətdə “qətnamənin ləğv edilməsi və yeni qərar qəbul olunması” məzmunda xahiş əks olunmuş, mübahisənin həlli (iddianın tam, yaxud hansı hissədə qismən təmin edilməsi) ilə bağlı hansı qərarın qəbul olunmasına dair tələb dəqiq ifadə edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

6. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının xx.xx.2023-cüil tarixli, 2(103)-7839/2023 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilməsi ilə bağlı yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərtib edilmiş və verilmiş apellyasiya şikayətində “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinin bütün bəndləri müvafiq qaydada doldurulmuş, eyni zamanda irəli sürülmüş tələb konkret və aydın şəkildə qeyd olunmuşdur. Həmçinin apellyasiya şikayətinin “İşin halları” hissəsində işin faktiki halları ilə bağlı mövqe aydın şəkildə ifadə edilmişdir. Zatən apellyasiya instansiyası məhkəməsi orada qeyd olunmuş məqamlarla daha diqqətlə tanış olsa idi, irəli sürülmüş tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyini d ə aydın şəkildə başa düşərdi. Sadəcə apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində tələb daha konkret və lakonik formada qeyd olunmuşdur. Yəni, apellyasiya şikayətini verən tərəf birinci instansiya məhkəməsinin qətnaməsini tam şəkildə mübahisələndirərək apellyasiya instansiya məhkəməsindən sözügedən qətnamənin ləğv edilməsini və ədalətli araşdırma aparılıb yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. b)

8. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

9. Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir.

10. Maddə 361.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətind ə şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir.

11. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

12. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

13. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 1

4. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

15. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayət i təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.

17. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən olunmuş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 361-ci maddəsində apellyasiya şikayətinin forma və məzmununa dair tələblərdir. Həmin normada apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud proses sual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının əsaslandırılması tələb olunur.

18. Eyni zamanda “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsində “Apellyasiya sözü Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya sözləri ilə əvəz edilmişdir. Həmin normanın yeni redaksiyası, bundan sonra verilən apellyasiya şikayətlərinin MPMdə müəyyən edilmiş formada tərtib olunmasını tələb edir. Apellyasiya şikayətinin forması, MPM-nə Əlavə 2-də müəyyən edilmişdir.

19. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində mülki prosessual qanunver iciliyin apellyasiya şikayətinin forma və məzmunu barədə tələblərinə dair imperativ göstərişinə əməl olunmamış, şikayətdə “qətnamənin ləğv edilməsi və yeni qərar qəbul olunması” məzmunda xahiş əks olunmaqla mübahisənin həlli (iddianın tam, yaxud hansı hissədə qismən təmin edilməsi) ilə bağlı hansı qərarın qəbul olunmasına dair tələb dəqiq ifadə edilməmişdir.

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual normalar ciddi tətbiq olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində mübahisənin həlli ilə bağlı hansı qərarın qəbul olunması barədə tələbini dəqiq ifadə etməsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, iddiaçı sübutlara qiymət verilmədiyini və mülkiprossesual qanunvericiliyi n normalarının yanlış tətbiq edildiyini göstərməklə iddia tələbinin təmin olunmamasına dair qətnamə ilə razılaşmadığını ifadə etmişdir.

21. Məhkəmə kollegiyası xatırladır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).

22. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya ins tansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prossesual hərəkətlərin yerinə yetirilməsi üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

23. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2(103)-7839/2023 saylı qərardadı ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün apelyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar