Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1049/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “ödənilmiş ipoteka vəsaitinin bərabər bölünməsi və ipoteka ödənişlərinin yarısının ödənilməsi öhdəliyinin həvalə edilməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildəki payın müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2024-cü il tarixli, 2(103)6548/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı və Cavabdeh 23 oktyabr 1997-ci il tarixdə nikaha daxil olmuş, nikahları məhkəmənin 2010-cu il tarixli qətnaməsi ilə pozularaq (konkret məlumat iş materiallarında yoxdur), bu barədə akt qeydi 19 aprel 2011-ci il tarixdə aparılmışdır. 2. 23 noyabr 2009-cu il tarixli kredit müqaviləsi ilə kreditor "xxxx" ASC birgə borcalanlar İddiaçı və Cavabdeh 244 ay, illik faiz dərəcəsi 8% olmaqla 48.000 manat məbləğində kredit vermişdir. Həmin kreditin təminatı ol araq Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi olmuşdur.
3. Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilinə dair nikahın pozulmasından sonra iddiaçı tərəfindən ödənilmiş 51.754 manat məbləğində pul vəsaitinin 50%-nin, yəni 25. 577 manat məbləğində bir hissəsinin cavabdehdən iddiaçının xeyrinə və 2023-cü ilin noyabr ayından 2028-ci ilin iyun ayına qədər hər ay ödənilməli olan 550 manatın 50%-nin, yəni 275 manat məbləğində hissəsinin üçüncü şəxs olan "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 23 oktyabr 1997-ci il tarixdə nikaha daxil olmuş, nikahları 2010-cu ildə Nərimanov Rayon Məhkəməsi tərəfindən pozulmuş və onlara 19 aprel 2011-ci il tarixli Nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilini almış və bunun üçün 23 noyabr 2009-cu il tarixdə "xxxx" ASC-dən 48.000 manat məbləğində kredit götürərək və həmin gün Bakı şəhəri 46 saylı dövlət notariat kontorunda yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi bağlamışdır. Hər iki müqavilələrdə birgə borcalanlar kimi tərəflərin hər ikisi qeyd olunmuşdur. Kredit müqaviləsi üzrə ödəmə qrafiki tərtib olunmuş və ödəmə cədvəlinə əsasən hər ay 400 manat məbləğində kredit ödəməli idilər. Həmçinin kredit müqaviləsi bağlayarkən iddiaçı 12.200 manat məbləğində ilkin ödəniş etmişdir. Qeyd olunan mənzil 08 yanvar 2010-cu il tarixdə iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Mənzili aldıqdan sonra tərəflərin münasibətləri pisləşmiş və cavabdeh uşaqlarla birlikdə mənzildən çıxaraq nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Nikahın pozulması ilə bərabər cavabdeh əmlak bölgüsü tələbi ilə məhkəməyə müraciət etmiş və digər əmlaklarla yanaşı, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonunda, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilin alınması üçün kredit müəssisəsinə birgə nikah dövründə ödənilmiş vəsaitin 2/3 hissəsinin özünə, 1/3 hissəsinin iddiaçıya verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi həmin hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya icraatı zamanı iddia tələbindən imtina etmişdir. Pandemiya dövründə iddiaçı işləmədiyinə görə ipoteka kreditini ödəyə bilməmiş, bu səbəbdən də ipoteka krediti bank tərəfindən restukturizasiya olunmuşdur. İddiaçı hər ay 550 manat məbləğində kredit ödəyir. Cavabdeh heç bir halda kreditin ödənişində iştirak etmir.
6. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Mayakovski küçəsi, ev 15, mənzil 13-də 2/3 hissədə payının müəyyən edilməsi, mənzilə köçürülməsi və mənzildən istifadəsinin məhdudlaşdırılması nəticəsində ona dəyən zərərin əvəzi olaraq 32.000 manatın İddiaçı tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ipoteka yolu ilə nikah dövründə alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı bu mənzildə 2016-cı ilə kimi yaşamış, mənzildən çıxdıqdan sonra mənzildə daima kirayəçilər yaşamış, mənzil həmişə kirayədə olmuşdur. Razılıqlarına əsasən İddiaçı kirayə pulu ilə ipoteka xərclərini ödəmişdir. Onların münasibətləri pozulduqdan sonra aralarında çox saylı məhkəmə mübahisələri olmuşdur. Mənzilin kirayə haqqı hazırda 700 manatdan yuxarıdır. Belə olduğu halda, 2016-cı ildən mənzilin kirayə pulunun yarısı Rizvandan onun xeyrinə tutulmalıdır. Mənzilin aylıq kirayə haqqının orta hesabla 500 manat hesabladıqda illik kirayə haqqı 6.000 manat təşkil edir. Məhkəmə çəkişməsi hələ də davam etdiyindən mənzil üçün əldən çıxmış fayda 2024-cü il də daxil olmaqla 8 il üçün hesablanmalıdır. Keçmiş 8 il üçün mənzilin kirayə haqqı 48.000 manat təşkil etdiyindən, həmin məbləğin 2/3 hissəsini təşkil edən 32.000 manatı əldən çıxmış fayda kimi ona ödənilməlidir.
8. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, mübahisəli mənzildə 2018-ci ilin sentyabr ayından 2019-cu ilin iyun ayının əvvəlinə qədər, yəni təqribən 1 il müddətinə kirayəçi olaraq qalmışdır. Kirayəçi olaraq mənzildə yaşadığı müddət ərzində ilk cavabdeh bir dəfə mübahisəli mənzilə baxmaq istəsə də, tərəfindən şərait yaradılmamışdır. Sonradan bu halı iddiaçıya bildirdikdə, o da ona cavabdehi mənzilə buraxmamağı tövsiyə etmişdir. Sentyabr ayında müqavilə qiyməti olaraq 500 manat barədə razılaşsalar da, etirazlarına baxmayaraq, 3 aydan sonra kirayə qiyməti 600 manat məbləğinə artırılmışdır. Mənzilin yerləşdiyi ərazi əlverişli olduğu üçün artırılan kirayə qiyməti ilə razılaşmışdır. Həmçinin, tərəfindən mənzilə dair kommunal borclar ödənilmiş və mənzilin təmirinə çoxsaylı xərclər çəkilmişdir. Bundan əlavə, kommunal borclara dair sonuncu qəbzin tarixi iyun ayına təsadüf edir. Mübahisəli mənzilə dair gələcəkdə hər hansı borcunun mövc udluğunu təkzib etmək məqsədilə bütün ödəniş qəbzlərini saxlamışdır.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ilk iddiaçı onun tanışıdır, lakin cavabdehi tanımır. 6 il əvvəl mübahisəli mənzil Elxan Əzizova kirayə məqsədilə aylıq 500 manat məbləğ razılaşdırılmaqla verilmişdir. Elxan Əzizovun mübahisəli mənzildə nə qədər müddət yaşaması barədə dəqiq məlumatı yoxdur, lakin icarə müqaviləsi 1 il müddətinə bağlanılmışdır. Sonradan iddiaçı ona Elxan Əzizovun açarı təhvil vermədən mənzildən çıxdığını və mənzildə müəyyən əşyaların sındığını bildirmişdir. Bununla bağlı, E.Əzizovla əlaqə saxladıqda ona iddiaçı ilə görüşəcəyini bildirmişdir, lakin növbəti danışıqlar barədə məlumatlı deyildir.
10. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühas ibatlıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli rəyindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 25 noyabr 2009-cu il tarixli 104İPKK160790026 saylı kredit müqaviləsi üzrə 2011-ci ilin aprel ayından 2023-cü ilin noyabr ayınadək (aprel ayı daxil olmaqla) İddiaçı tərəfindən ümumilikdə 51.694,19 manat, 2012-2016-cı il tarixləri ərzində isə (10 yanvar 2012 – 30 dekabr 2016) 23.979,90 manat məbləğində ödəniş aparılmışdır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 25 noyabr 2009-cu il tarixli 104İPKK160790026 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən aparılmış cəmi ödənişlərin hansı hissəsinin əsas borca, faiz borcuna və cərimə borcuna silinməsi tam olaraq aydın şəkildə (təyinatlar üzrə) göstərilmədi yindən bu epizod üzrə tədqiqat aparılmamışdır.
11. X1 Mərkəzi tərəfindən verilmiş 31 may 2024-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilin bazar dəyəri 132.700 manat, 1 aylıq kirayə haqqı 500 manat, 2011-2014cü illər üçün aylıq kirayə haqqı 300 manat, 2015-2016-ci illər üçün aylıq kirayə haqqı 330 manat, 2015-2016-ci illər üçün aylıq kirayə haqqı 350 manat, 2019-cu il üçün aylıq kirayə haqqı 380 manat, 2020-2021-ci illər üçün aylıq kirayə haqqı 400 manat, 2022-ci il üçün 450 manat, 2023-cü il üçün 470 manat müəyyən olunmuşdur.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, e2(005)-335/2024 nömrəli qətnaməsi ilə (hakim S.Ədilova) ilkin iddianın qismən təmin edilməs i, Cavabdeh 25.847,09 manatın İddiaçı ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzili üzərində Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə paylarının müəyyən edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilinə köçürülməsi, cavabdeh İddiaçı 2000 manatın Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, tərəflər nikahları pozulduqdan sonra 5-6 il birli kdə Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzilində yaşamış, daha sonra münasibətləri yenidən pisləşdiyindən, Cavabdeh mənzili tərk etmiş, İddiaçı isə ona qarşı mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və Cavabdeh mülkiyyətçi olması əsası ilə iddia tələb rədd edilmişdir. Həmçinin həmin qərarla iddiaçının mənzildən istifadə hüququnun olması öz təsdiqini tapmışdır.
14. Məhkəmə ilk növbədə qarşılıqlı iddianın “mübahisəli mənzilin 2/3 hissəsinə iddiaçı Cavabdeh payının müəyyən edilməsi və onun mənzilə köçürülməsi” barədə hissələrinə qiymət verərək qeyd etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları dövrdə, yəni 2009-cu ildə əldə edilmiş və Cavabdeh həmin mənzilin İddiaçı il ə birlikdə mülkiyyətçisi olması faktı qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında da təsdiqini tapmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində yerləşən 15 saylı evin 13 saylı mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmiş əmlak olduğundan, tərəflər arasında isə birgə nikah dövründə əldə edilmiş əmlakın rejiminə dair hər hansı saziş olmadığından, qarşılıqlı iddiaçı mənzildə payının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Mübahisəli əmlakda qarşılıqlı iddiaçının payı 2/3 hissə deyil, 1/2 hissə müəyyən edilməli, qalan 1/2 hissəsi isə qarşılıqlı cavabdehin payı hesab edilməlidir. Ona görə ki, iddiaçı mübahisəli əmlakın 2/3 hissəsinə özünün, qalan hissəsinə isə cavabdehin payının müəyyən edilməsinin hansı zərurətdən yaranmasını əsaslandırmamışdır.
15. Birinci instansiy a məhkəməsi qarşılıqlı iddiaçının mənzilə köçürülməsi tələbi ilə bağlı hesab etmişdir ki, mənzilin birgə mülkiyyətçisi olan iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəlləsinin yuxarıda qeyd edilən tələbləri baxımından mübahisəli mənzilə maneəsiz köçürülməsi təmin edilməlidir.
16. Məhkəmə ilk iddiaçının “nikah pozulduqdan sonra ödənilmiş 51.754 manat pul vəsaitinin yarı hissəsi olan 25.577 manat hissəsinin cavabdehdən xeyrinə tutulması” barədə hissəsinə hüquqi qiymət verərək göstərmişdir ki, ilk iddiaçı 51.754 manat pul vəsaitinin yarı hissəsi kimi 25.577 manat pulun tutulmasını xahiş etsə də, həmin hal açıq hesab səhvidir və belə halın mövcudluğu iddia tələbindən kənara çıxma hesab edilə bilməz. Çünki tələbdən də göründüyü kimi, ilk iddiaçı məhz 51.754 manat pul vəsa itinin yarı hissəsinin cavabdehdən onun xeyrinə tutulmasını mübahisələndirir. (51754/2=25877)
17. Məhkəmə qeyd etmişdir ki, tərəflər paylı mülkiyyətlərində olan mübahisəli mənzilə dair eyni hüquqlara və öhdəliklərə malikdirlər. Belə ki, ilk iddia üzrə cavabdeh iddiaya etiraz etsə də, lakin nikah pozulduqdan sonra mənzilin alınması üçün götürülmüş kredit pul vəsaitinin ödənilməsində onun da iştirak etməsi işin hər hansı halı ilə sübuta yetirilmir.
18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələbləri baxımından, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edildiyindən və ilk iddia üzrə Cavabdeh mənzildə payı ½ hissədə müəyyən edildiyindən, ilk iddiaçı nikah pozulduqdan sonra kredit vəsaitinin qaytarılmas ı üzrə ödədiyi pul vəsaitinin yarı hissəsinin ilk cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
19. İlk İddiaçı nikah pozulduqdan sonra ödənilmiş 51.754 manat pul vəsaitinin yarı hissəsi olan 25.877 manat hissəsinin cavabdehdən xeyrinə tutulması barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 07 noyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən və tərəflər arasındakı nikah 19 aprel 2011-ci il tarixdə ləğv edildiyindən, məhkəmə hesab etmişdir ki, 2011-ci ilin aprel ayından 2023-cü ilin noyabr ayınadək edilmiş ödənişlərin yarı hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
20. Bu zaman məhkəmə verilmiş ekspert rəyini qiymətləndirmiş və mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə göstərmişdir ki, qanunvericilik normalarına, işin hallarına və iş üzrə verilmiş ekspert rəyinə əs asən, ilk iddia göstərilən hissədə qismən təmin edilərək, ilk Cavabdeh İddiaçı xeyrinə sonuncu tərəfindən "xxxx" ASC-yə 2011-ci ilin aprel ayından 2023-cü ilin noyabr ayınadək ödənilmiş kredit pul vəsaitinin ½ hissəsi, yəni 25.847,09 manat hissəsi tutulmalıdır. (51.694,19/2=25.847,09)
21. Məhkəmə ilk iddiaçının “2023-cü ilin noyabr ayından 2028-ci ilin iyun ayına qədər hər ay ödənilməli olan 550 manatın 50%-i, yəni 275 manat məbləğində hissəsinin isə üçüncü şəxs olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh tutulması” barədə tələbinə hüquqi qiymət verərək, hesab etmişdir ki, iddia göstərilən hissədə əsassızdır. Belə ki, ilk cavabdeh həmin kredit müqaviləsi üzrə birgə borcalandır. Hazırda məhkəmə mübahisəli əmlaka dair tərəflərin payını bərabər müəyyən etdiyindən, əlavə olaraq aylı q ödənişlərin yarısının üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh tutulması öhdəliyinin qoyulması zərurəti mövcud deyil. Bundan başqa, subyektiv hüquq baxımından belə bir tələblə ilk İddiaçı deyil, məhz üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edə bilər.
22. Əlavə olaraq məhkəmə bildirmişdir ki, ilk İddiaçı hazırkı 2023-cü ilin noyabr ayından sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə, ödənilmiş məbləğin ümumi əşyada müəyyən edilmiş paya uyğun hissəsinin Cavabdeh tutularaq ilk iddiaçıya ödənilməsini qət edə bilər.
23. Məhkəmə həmçinin qarşılıqlı iddianın “mənzildən istifadəsinin məhdudlaşdırılması nəticəsində ona dəyən zərərin əvəzi olaraq 32.000 manat pulun İdd iaçı tutularaq ona ödənilməsi” barədə hissəsini araşdıraraq qeyd etmişdir ki, məhkəmə iclasında dinlənilən şahid Elxan Əzizov mübahisəli mənzildə həqiqətən 2018-ci ilin sentyabr ayının 23-dən 2019-cu ilin iyun ayının əvvəlinə qədər kirayə yaşadığını bildirmiş və həmin halı təsdiq edən İddiaçıla bağlanmış kirayə müqaviləsinin surətini məhkəməyə təqdim etmişdir. Şahid ifadəsində ilk üç ay 500 manat kirayə haqqı ödədiyini, sonradan məbləğin 600 manat olmasını bildirsə də, təqdim edilmiş kirayə müqaviləsində kirayə haqqı 500 manat müəyyən olunmuşdur.
24. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi sübut edilən hissədə qismən təmin edilməli, məhkəmənin qeyd edilən mövqeyi əsas götürülməklə, 2018-ci ilin oktyabr ayından 2019-cu ilin may ayı daxil olmaqla, 8 ay müddətinə ödənilmiş kirayə h aqqının ½ hissəsi olan 2.000 manat (500 manat x 8 ay = 4.000 manat) məbləğində pul cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddiaçı Cavabdeh ödənilməlidir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3, 36.1, 36.3, 36.4, 37.1, 37.2, 37.3-cü, Mülki Məcəllənin 152.1-152.4, 225.1, 225.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
26. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və ilkin iddianın təmin edildiyi hissədə rədd edilməsi, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. B akı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2024-cü il tarixli, 2(103)-6548/2024 nömrəli qətnaməsi ilə (hakim E.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Cəfərov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, e-2(005)-335/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflərin 2011-ci ilin aprel ayından rəsmi nikah münasibətlərinə xitam verilsə də, onların 2016-cı ilə kimi birlikdə yaşaması ilkin iddianın təmin edilən hissədə əsassız olduğuna dəlalət etmir. Çünki bu halın həqiqiliyinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilməsi belə onların rəsmi nikah münasibətləri olmadan birgə təsərrü fat aparmalarını yaxud ipoteka ödənişlərini birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq həyata keçirilməsini ehtiva etmir. Əks halda rəsmi nikahdan yaranan qanuni (hüquqi) prezumpsiyanın əhəmiyyəti heçə enərdi. Ona görə də, qeyd olunan hallar ipoteka ödənişlərinin yarısının Cavabdeh alınıb İddiaçı verilməsi istisna edilə bilməz.
29. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, rəsmi nikahda olan şəxs nikah münasibətlərinə faktiki xitam verdikdən və ya nikahı rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərinin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədikdə məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun qarşı tərəfdən tutaraq ona ödənilməsini təmin edə bilər ki, hazırkı işin faktiki halları da belə olduğu üçün məhkəmə də haqlı olaraq bu hissədə iddianı təmin etmişdir. Çünki tərəflərin 2011-ci ilin aprel ayına qədər həm rəsmi nikah münasibətlərinə faktiki xitam verilmiş, həm də nikahın rəsmi pozulması qeydə alınmışdır. Demək ki, bu vaxtdan sonra onların rəsmi nikah olmadan bir neçə il birlikdə yaşamaları belə, İddiaçı tərəfindən kredit müqaviləsi üzrə edilmiş ödənişləri, onların birgə vəsaiti yaxud birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq toplanmış vəsait sayıla bilməz. Ona görə də tərəflərin 2011-ci ilin aprel ayından 2016-cı ilə kimi faktiki olaraq birlikdə yaşamaları belə hazırkı ilkin iddianın əsassız olması baxımından heç bir əhəmiyyət kəsb etmir.
30. Mübahisə predmeti olan mənzilin 2016-cı ildən sonra isə İddiaçı tərəfindən kirayəyə verilərək kirayə haqlarından ipoteka ödənişlərinin həyata keçirilməsi dəlili ilə bağlı məhkəmə tərkibi qeyd etmişdir ki, bu hissədə qarşılıqlı iddia qismən təmin edilmişdir. Ancaq Cavabdeh qarşılıqlı iddianın həmin hissəsinin təmin edilməyən hissəsini mübahisələndirir və hesab edir ki, qətnamə təmin edilməyən hissədə qanunsuz və əsassızdır. Ancaq birinci instansiya məhkəməsi həmin hissədə də düzgün nəticəyə gəlmişdir. Çünki bu hissədə də iddianın tam təmin edilməsi sübut etmə yükü ilə bağlıdır. Sübut etmə yükü isə onun üzərinə düşür. Demək ki, Cavabdeh mənzilin 8 ay ərzində deyil, 8 il ərzində kirayədə olması və qarşı tərəfin bundan 48.000 manat vəsait əldə etməsini sübuta yetirilməlidir. Ancaq təmin edilməyən bu hissəyə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Ona görə də bu hissə üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə əsas və zərurət yar anmamışdır. Çünki qarşılıqlı iddianın bu hissəsi əsaslı olduğu təqdirdə ekspertizanın keçirilməsi barədə vəsatət əsaslı ola bilərdi. Ancaq nə qədərki, iddianın bu hissəsinin əsaslı olmasına dair mötəbər sübutlar təqdim edilməyib, demək ekspertiza keçirilməsinə də lüzum olmamışdır. Ona görə də birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmişdir.
31. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 213.2, 225.1, 225.2-ci, Ailə Məcəlləsinin 31, 32.1, 32.2, 32.3, 33.1, 34.1, 36.1, 36.3, 36.5, 37.1, 37.2, 37.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Ple numunun 12 mart 2024-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
32. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2024-cü il tarixli, 2(103)-6548/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın tam rədd edilməsi, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin, Konstitusiya Məhkəməsinin Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarix li qərarının tələbləri pozulmuşdur.
34. Belə ki, tərəflərin nikahları 2010-cu ildə pozulsa da, sonra onlar barışmış və rəsmi nikaha daxil olmadan 5-6 il birlikdə yaşamışlar. Kassator mübahisəli mənzildə 2011ci ildən 2017-cı ilin sonuna kimi iddiaçı ilə birlikdə yaşamışdır. Apellyasiya instansiya məhkəməsi rəsmi nikah münasibətinə xitam verilsə də, işin hallarını tam və hərtərəfli araşdırmayaraq 2011-ci ildən 2017-ci ilədək olan dövrdə tərəflərin birgə təsərrüfat apardığını və birgə təsərrüfat nəticəsində əldə olunmuş qazanc hesabına ipoteka ödənişlərinin həyata keçirildiyini nəzərə almamışdır. İlkin iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 6.39-cu bəndi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenu mu ərarvaddan birinin nikah dövründə götürülmüş kreditlərin müəyyən hissəsinin qarşı tərəfindən tutulması məsələsinə mövqeyini bildirərkən bunu iddia irəli sürən tərəfindən ödənişlərin ayrıca vəsaiti hesabına ödənilməsinin müəyyənləşdirilməsi ilə şərtləndirmişlər. Qeyd olunan mövqeyə uyğun olaraq ilkin iddia tələbi üzrə İddiaçı kredit ödənişlərinin yarısının cavabdehdən tutulması barədə iddia tələbinin əsaslılığının müəyyən olunması üçün məhkəmələr həmin ödənişlərin həqiqətən də iddiaçının ayrıca vəsaiti hesabına ödənilib-ödənilmədiyini araşdırmalı, bu zaman tərəflərin birgə yaşadığını, faktiki nikah münasibətlərini davam etdirdiklərini nəzərə almalı idilər. Hazırkı işin hallarından iddiaçı tərəfindən həyata keçirilmiş ipoteka ödənişlərinin birgə təsərrüfat aparıldığı dövrdə onun ayrıca və saiti hesabına aparılmasının mümkünlüyünü istisna etdiyindən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə əsasən ilkin iddia tələbi təmin olunmamalı idi. Bu mənada həm birinci, həm də apellyasiya məhkəmələri işin hallarını düzgün qiymətləndirməmiş, ilkin iddia tələbinin təmin olunması ilə bağlı qanunsuz qətnamə qəbul etmişlər. Tərəflərin faktiki nikah münasibətlərinin mövcud olmadığı 2016-cı ildən sonrakı dövrlə bağlı kassasiya şikayətində qeyd olunmuşdur ki, həmin dövrdə ev iddiaçı tərəfindən üçüncü şəxslərə kirayə verilmiş və əldə edilmiş kirayə haqlarından ipoteka ödənişləri həyata keçirilmişdir. İddiaçı cavabdehin də mülkiyyətində olan əmlakın kirayəsindən əldə etdiyi gəlirlərin yarısını cavabdehə verməmiş, əsas hissəsi ilə ipoteka ödənişlərini həyata keçirərək yerdə qal an hissəsini də öz xərclərinə sərf etmişdir. İş materiallarında öz əksini tapan oxşar əmlakların kirayəsinin orta aylıq qiymətinə (500 manat) uyğun olaraq 8 il üçün ödənilməmiş kirayə haqqının cəmi məbləğindən kassatorun xeyrinə tutulmalı olan pul vəsaiti 32000 manat təşkil edir ki, bu da həmin hissədə iddia tələbinin təmin edilməsinin zəruri olduğunu göstərir.
35. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
36. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəməyə ərizə ilə (kassasiya şikayətinə etiraz mahiyyətli) müraciət edərək, cavabdeh tərəfindən aldadıldığını, 16 il müddətində kredit ödənişlərini özünün ödədiyini göstərmişdir. Ərizədə maddi və prosessual hüquq normalarına ist inad olunmamışdır. Kassasiya baxışının hədləri:
37. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlal ət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
39. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
41. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi tə yinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayr ıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, q ərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı ol mayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.
45. Kassasiya şikayətinin ilk dəlili ona yönəldilib ki, tərəflərin nikahları pozulduqdan sonra, onlar birgə yaşadıqları üçün bu dövrdə ödənilmiş kredit vəsaiti ümumi xərc kimi hesablanmalı və cavabdehdən iddiaçının xeyrinə tutulmamalıdır.
46. Lakin, qanunvericiliyin tələbinə əsasən ər-arvadın əmlakının rejimini müəyyən etmək üçün onlar arasında nikah olmalıdır. Nikahları olmayan, o cümlədən nikahları pozulmuş şəxslərin birgə yaşamaları onların birinin bu dövrdə qazandığı əmlaka birgə mülkiyyət hüquqlarının müəyyən olunması üçün əsas deyildir.
47. O cümlədən, kassatorun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 6.39-cu bəndinə istinadı əsassızdır.
48. Belə ki, Qərarın həmin bəndində məhkəmələrə izah olunmuşdur ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkə mə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər.
49. Göründüyü kimi, Plenum Qərarında da nikahın pozulmasından sonra kredit müqaviləsi üzrə öhdəliklərini icra edən ərin (arvadın) tələbi üzrə qarşı tərəfdən ödənilmiş məbləğin payına uyğun tutulmasını mümkün hesab etmişdir. Lakin, bu zaman tərəflərin birgə yaşamaları özüözlüyündə belə iddianın rədd olunması üçün əsas ola bilməz. Əsas müəyyən edilməli olan hal, həmin kreditin ödənilməsinə həm ərin, həm də arvadın vəsaitinin yönəldilməsidir ki, bu sübutetmədən asılıdır.
50. Kassasiya şikayətinin digər dəlili mübahisəli mənzilin kirayəyə verməsi nəticəsində əldə olunmuş vəsaitin bölünməsi ilə bağlıdır ki, kassator bu tələbini də sübut etməlidir.
51. Belə ki, mübahisəli mənzil tərəflərin birgə əmlakları olduğundan, onun istifadəsindən əldə olunan gəlirin payına uyğun hissəsini kassatorun tələb etmə hüququ vardır. Lakin, bu tələbin təmini üçün qarşılıqlı iddia üzrə iddiaçı mənzilin iddia olunan dövrdə icarəyə verildiyini və tələb olunan məbləğdə vəsaitin əldə olunduğunu sübut etməlidir.
52. Hazırkı işdə isə, təqdim olunmuş sübutlarla mənzilin cəmi 8 ay müddətində, aylıq kirayə haqqı 500 manat olmaqla kirayəyə verilməsi sübut olunmuşdur. Kassator tələb edilən məbləğlə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə əlavə sübut təqdim etməmişdir.
53. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv su rətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
54. Odur ki, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM- in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2024-cü il tarixli, 2(103)-6548/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.