Məhkəmə qərarları › İş №2(102)-1052/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1052/2022

28.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1052/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxslər "TBC Kredit Bank olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və Xəzər Rayon İcra və Probasiya şöbəsi) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərracın etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxslər "TBC Kredit Bank olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və Xəzə r Rayon İcra və Probasiya şöbəsi) qarşı protokolun etibarsız sayılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8272/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı (bundan sonra – iddiaçı) və X1 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – kredit təşkilatı) xeyrinə 80.000 ABŞ dolları əsas borc, ödəniş qrafiki üzrə nəzərdə tutulmuş və ödənilməmiş 61.882,08 ABŞ dolları faiz borcu və 8.000 ABŞ dolları dəbbə borcu, cəmi 149.882,08 ABŞ dolları məbləğind ə pul vəsaitinin qətnamə icra olunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq tutulması və tutmanın iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsində olan 44 saylı fərdi yaşayış evinə və 0,0589 ha torpaq sahəsinə (bundan sonra - ipoteka predmeti) ilkin satış qiyməti 150.000 manat müəyyən edilərək açıq hərraca çıxarılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 sentyabr 2015-ci il tarixli, 2(103)-4269/2015 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli qətnaməsi borcun ipoteka predmetinə yönləndirilərək satılması hissəsində dəyişdirilərək, iddiaçıya məxsus ipoteka predmetinin hərracda ilkin satış qiyməti 210.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına ümumi borcun ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki kollegiyasının 20 aprel 2016-cı il tarixli, 2(102)-1639 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2015-ci il tarixli qətnaməsi 8000 ABŞ dolları dəbbə borcunun tutulması hissəsində dəyişdirilmiş, iddiaçıdan və X1 müştərək qaydada kredit təşkilatının xeyrinə 3000 manat məbləğində dəbbə pulunun tutulması, qətnamənin iddiaçıya məxsus ipoteka predmetinin hərracda ilkin satış qiyməti 210.000 manat müəyyən edilməklə açıq hərracdan satılması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 sentyabr 2015-ci il tarixli, 2(103)-4269/2015 nömrəli icra vərəqəsi icra edilməsi üçün Xəzər Rayon İcra Şöbəsinə (bundan sonra – icra şöbəsi) göndərilmişdir. İcra vərəqəsinin icrası məqsədilə, icra şöbəsinin 11.07.2016-cı il tarixli 53/8 Y.Q. nömrəli sifariş məktubu əsasında "xxxx" MMC (bundan sonra – cavabdeh və ya hərrac mərkəzi) tərəfindən iddiaçıya məxsus ipoteka predmeti olan 44 saylı fərdi yaşayış evi 210.000 manat ilkin satış qiyməti ilə 12.10.2016-cı il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 43.5-ci maddəsinə əsasən, ilkin satış qiyməti 15% endirilərək 178.500 manat olmaqla 16.11.2016-cı il tarixdə təkrar hərraca çıxarılmış, lakin təkrar hərrac da baş tutmadığından, h əmin mənzil “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə, 133.875 manata tələbkar kredit təşkilatına təklif olunmuş, tələbkar təklifi qəbul edərək ipoteka predmetini həmin qiymətə almış, bu barədə 08.12.2016-cı il tarixdə Y-593 №-li hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuş və həmin tarixdə hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə (üçüncü şəxslər - icra şöbəsi və kredit təşkilatı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərrac mərkəzinin 08 dekabr 2016-cı il tarixli Y-593 nömrəli protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunl a əsaslandırmışdır ki, keçirilmiş hərrac barədə tərtib edilmiş protokoldan da göründüyü kimi, hərracda ipoteka saxlayandan başqa alıcı iştirak etməmişdir. Hərracın hansı formada, yəni açıq və ya qapalı auksion şəklində keçirilməsi və hərracda iştirakçıların ipoteka predmetinin 5 faizi məbləğində beh ödənməsi və qalib olmayan iştirakçıların ödədiyi behin qaytarılması barədə də heç bir məlumat verilməmişdir. Bundan başqa, ipoteka saxlayan digər alıcıların olmamasından və hərrac təşkilatçısının qanuna zidd hərəkətlərindən istifadə edərək süni şəkildə ipoteka predmetinin qiymətini azaltmaqla hərracın qalibi olmuşdur. Hərracın təşkilatçısı hərracın baş tutmaması haqqında kütləvi informasiya vasitəsində elan verməli olduğu halda bunu etməmiş, ipoteka saxlayana ipoteka predmetini daha ucuz qiymət ə əldə etməyə imkan yaratmışdır. Məhkəmədə tədqiq olunmuş, 09.09.2016-cı il tarixli və 14.10.2016-cı il tarixli sifarişlixəbərnaməli bildirişlərdə ipoteka predmetinin ilkin satış qiyməti və hərracın keçirilmə yeri və vaxtı göstərilməklə hərracların keçirilməsi barədə hərrac mərkəzi tərəfindən iddiaçıya məlumat verilməsi qeyd olunmuşdur. Məhkəmədə tədqiq olunmuş, poçt göndərişlərinin verilməsi haqqında xəbərnamələrdə həmin bildirişlərin iddiaçı tərəfindən poçt xəbərnaməsinə imza edilməklə iddiaçı tərəfindən qəbul olunması qeyd olunmuşdur. Məhkəmədə tədqiq olunmuş “Birja” qəzetinin 09-15.09.2016-cı il, 23-29.09.2016-cı il, 14-20.10.2016-cı il, 28.10-03.11.2016-cı il və 18-24.11.2016-cı il tarixlərinə olan 28, 29, 33, 35, 38 saylı buraxılışlarında ipoteka predmeti olan 44 saylı evin ilkin sat ış qiyməti 210.000 manat olmaqla 12.10.2016-cı il və 16.11.2016-cı il tarixlərdə hərraca çıxarılacağı barədə hərracın keçiriləcəyi yer göstərilməklə elan dərc olunmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-783/2017 nömrəli iş üzrə 27 aprel 2017-ci il tarixli qətnaməsi ilə (hakim N.Bağırov) iddia rədd olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı istinad etdiyi halların təsdiqinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bu halları sübut edə bilməmişdir. Belə ki, hərrac mərkəzi tərəfindən ipoteka saxlayana və ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görülmüş, bununla bağlı kütləvi informasiya vasitələrində elanlar dərc edilmiş və hərracın təyin olunması və keçi rilməsi barədə iddiaçının kifayət qədər məlumatı olmuşdur. Odur ki, iddia tələbinin təmin olunması üçün əsas yoxdur. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Qanunun 41.2, 42.1, 42.3, 42.8, 43.1, 43.4, 43.5, 43.6, 43.7, 44-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 416-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbi q edilməməsi ilə çıxarıldığından qanunsuz və ədalətsizdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən əmlak əsaslı təmir olunmuş və bir çox yenidənqurma işləri görülmüşdür. Lakin məhkəmə bu hallara düzgün hüquqi qiymət verməmişdir. Hərracın keçirilməsi məsələsinə və qaydasına yenidən baxılmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinin 28.12.2018-ci il tarixdə edilmiş dəyişikliyə qədərki redaksiyasında təkrar hərracda əmlakın ilkin satış qiymətinin 25 faizindən aşağı olmayan qiymətlə alınması nəzərdə tutulurdu. Bu isə o deməkdir ki, 2016-ci ildə keçirilmiş hərracda kredit təşkilatı ipoteka saxlayan kimi əmlakın ilkin satış qiyməti olan 210.000 manat məbləğindən 25% aşağı olmayan, yəni 157.500 manat məbləğindən az olmayan qiymətə əmlakı əldə edə b ilərdi (bundan aşağı qiymətə ala bilməzdi). Beləliklə, hərracın keçirilməsi qaydaları kobud şəkildə pozulmuş və ipoteka predmeti ipoteka saxlayanın maraqları naminə ucuz qiymətə (133.875 manata) mənimsənilmişdir. Qeyd olunan maddi hüquq normasının pozuntusu məhkəmənin diqqətindən yayınmış və buna görə də düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8272/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), V.İbayev və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işin hallarına və qanunvericiliyin tələblərinə əsaslanaraq bi rinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə, mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlinmişdir. İpoteka predmeti olmuş əmlakın əsaslı təmir olunması və bir çox yenidənqurma işləri görülməsinə baxmayaraq, məhkəmə tərəfindən buna hüquqi qiymət verilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə qiymət verərək məhkəmə qeyd etmişdir ki, iddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin, əmlakın ilkin satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, MPM-in 82.3-cü maddəsinə əsasən başqa məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halın yenidən sübut edilməsinə ehtiyac qalmır. Ə mlakın kredit təşkilatı tərəfindən təkrar hərracda 157.500 manat məbləğindən az olmayan qiymətə əldə edilməli olduğu halda, daha ucuz qiymətə, yəni 133.875 manata alınması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, kredit təşkilatı əmlakı təkrar hərracda deyil, təkrar hərrac baş tutmaması səbəbilə ona təklif olunduqdan sonra əldə etmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Şikayətdə, həmçinin qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 43.9 və 55.2ci maddələrinə əsasən, hazırkı iş üzrə cavabdeh olan kredit təşkilatı xarici investisiyalı şirkət olduğu üçün (MMC-nin 100 faiz payçısı Gürcüstan Respublikasında yerləşən xarici hüquqi şəxs “TBC Bank”dır) Azərbaycan Respublikasında torpaq sahəsi üzərində mülkiyyət hüququna sahib ola bilməz və belə hal baş verdiyi təqdirdə 1 il ərzində həmin torpaq sahəsini özgəninkiləşdirməlidir. Lakin torpaq üzərində mülkiyyət hüququnun rəsmiləşdirildiyi gündən 1 ildən çox müddət keçməsinə baxmayaraq, əmlak qanunsuz olaraq kredit təşkilatının mülkiyyətində qalmışdır. Şikayətə görə, məhkəmə “İpoteka haqqında” Qanunun 42, 43, 44-cü, Mülki Məcəllənin 337.4, 339, 415, 416-cı, MPM-in 77.3, 79.1, 87.2, 88, 175.1, 217.2-cı maddələrinin tələbləri ni pozmuş, əmlakın qiymətləndirilməsi üçün ekspertiza təyin etməmiş, sübutları qiymətləndirməmiş, qeyri-mötəbər sübutlara istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. B axılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə a la bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. Maddə 55.2. İpoteka predmeti olan torpaq sahəsi xarici şəxslərə satıla bilməz. İpoteka saxlayan xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs bu Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş hüquqdan istifadə etdikdə, ən geci bir il ərzində həmin torpaq sahəsini özgəninkiləşdirməlidir. MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir, Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Həmçinin qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə 28.12.2018-ci il tarixdə edilmiş dəyişikliklə “ilkin” sözünün çıxarılması texniki xarakterli dəyişiklik olmuş, bu dəyişiklik maddənin ifadə etdiyi mənaya təsir etməmişdir. Maddənin həm əvvəlki, həm də qüvvədə olan redaksiyası ipoteka saxlayanın ipoteka predmetini məhz təkrar hərracdakı qiymətdən 25 faizdən az olmayan qiymətlə almaq imkanını nəzərdə tutmuşdur. Kassasiya şikayətinin “İpoteka haqqında” Qanunun 43.9 və 55.2-ci maddələrinin tətbiq edilmədiyi barədə dəlili də əsassızdır. Çünki həmin normalar ipoteka saxlayan olan xarici hüquqi şəxslərin ipoteka predmetini əldə etməsinin etibarsızlığı hesab olunması barədə qayda müəyyən etmir, sadəcə həmin şəxslərin üzərinə əldə etdikləri əmlakı 1 il ərzində özgəninkiləşdirmək vəzifəsi qoyur. Digər tərəfdən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən təsisçisi xarici şəxs olan hüquqi şəxslər deyil, Azərbaycan Respublikasının hüdudlar ından kənarda yaradılmış hüquqi şəxslər xarici hüquqi şəxs sayılır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8272/2021 nömrəli iş üzrə 07 oktyabr 2021-ci il tarixli qətnaməs i dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar