Məhkəmə qərarları › İş №2(102)-1052/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1052/2025

04.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1052/2025 04.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2nə (hüquq və vəzifələrinə toxunan şəxs qismində X1 oğlu cəlb edilməklə) qarşı iddiası üzrə QƏRARİ Açar sözlər: (kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual mddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu, (məruzəçi) Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh1 MTK-ya qarşı “qeyri yaşayış sahəsinə sahiblik, istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3391/2022 nömrəli, 28 yanvar 2025-ci il tari xli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh1 MTK-ya qarşı “qeyriyaşayış sahəsinə sahiblik, istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 16 mart 2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh1 MTK-nın tikilməkdə olan binasının 1 mərtəbəsində yerləşən 120 kvadrat metr qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması və ondan istifadə etməyə yönəlmiş maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişd ir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(004)5944/17 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs X1 oğlu apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(103)-1344/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(004)-5944/17 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs X1 oğlu kassasiya şikayəti vermişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(102)1036/2022 nömrəli qərarı ilə maraqlarına toxunan şəxs X1 oğlunun kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhk əməsi Mülki Kollegiyasının 16 avqust 2019cu il tarixli, 2(103)-1344/2019 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-3391/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş və birinci instansiya məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməmişdir.

8. İddiaçı xx.xx.2025-ci il tarixdə həmin qətnamədən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət ölkədə olmayıb, qətnamənin qəbul edilməsindən də xəbəri olmayıb. Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, qətnaməni 27 noyabr 2024-cü il tarixdə alıb.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3391/2022 nömrəli qərardadı ilə (hakimlər- A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), S.R.Səlimova, M.Ə.Rüstəmli) ərizə təmin edilməmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının uzun müddət ölkədə olmaması ilə bağlı dəlili öz təsdiqini tapmır. Belə ki, o, ölkədə 2022-ci ilin aprel ayının 26-dan dekabr ayının 9-na qədər olmamış, 09 dekabr 2022-ci ildən hazırkı vaxta qədər isə ölkədə olmuş, qətnamədən kassasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermişdir. Digər tərəfdən, kassasiya şikayətində iddiaçı yazışmaların aparıldığı ünvan kimi ünvan 1mə tərəfindən də bütün sənədlər həmin ünvana göndərilmişdir.

12. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 130, 133.4, 146, 402, 405.0.1 və 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3391/2022 nömrəli qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti kassasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin dəlillərinə və MPM-in 133.1, 405.0.1-ci maddələrinə istinad olunmaqla onunla əsaslandırılmışdır ki, iddiaçının işə apellyasiya instansiya məhkəməsində baxılaraq qətnamə qəbul edilməsindən ümumiyyətlə xəbəri o lmamışdır. O, həmin dövr ölkədən kənarda olmuşdur. İş materiallarından görünür ki, iddiaçının ünvanına göndərilmiş qətnamə, iddiaçı həmin dövrdə ölkədə olmadığı üçün, poçt tərəfindən geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(103)-3391/2022 saylı qətnaməsindən xəbər tutan kimi Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, 27 noyabr 2024-cü il tarixdə almış və qanunvericiliyin tələblərinə uyğun formada və vaxtda kassasiya şikayətini təqdim etmişdir. Ona görə də, hazırki iş üzrə kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilməli və ərizə təmin olunmalıdır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllə:

15. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

16. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir

17. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

18. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.

19. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərə findən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

20. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.

21. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hak imiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

22. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

23. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər.

24. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır.

25. Maddə 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, kassasiya şikayəti qaytarılır.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası qeyd edir ki, iş sonuncu kassasiya baxışından qayıtdıqdan sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixə məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq bildiri ş tərəflərə göndərilmiş, 12 aprel 2022-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. Sözügedən iclasda sənədlərin texniki ekspertizası təyin edilərək iş üzrə icraat dayandırılmışdır. İddiaçı 26 aprel 2022-ci il tarixdə ölkəni tərk etmiş, 9 dekabr 2022-ci il tarixdə ölkəyə daxil olmuşdur. İş üzrə icraat təzələndikdən sonra iddiaçıya poçt vasitəsilə göndərilən bildirişlər “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış, sms-bildirişlər isə çatdırılmamışdır. 31 avqust 2022-ci il tarixdə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilərək iddiaçıya poçt vasitəsi ilə göndərilsə də, eyni səbəbdən çatdırılmadan geri qaytarılmışdır. Həmçinin o da müəyyən olunur ki, iddiaçının elektron kabineti mövcud deyildir.

30. Daha sonra X1 oğlu tərəfindən qətnamənin icrasından dönüş edilməsinə dair ərizə təqdim edilmiş, ərizənin baxılmasına dair 09 fevral 2023-cü il tarixli məhkəmə bildirişi iddiaçıya göndərilsə də, eyni məzmunlu qeydlə geri qaytarılmış, sms-bildiriş çatdırılmamışdır. xx.xx.2023-cü il tarixdə icradan dönüş edilməsi barədə qərardad qəbul edilmiş, lakin eyni səbəbdən iddiaçıya çatdırılmamışdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin müddətin bərpasından imtina barədə qəbul etdiyi qərardad nəticəsində iddiaçının məhkəmə müdafiəsi hüququ məhdudlaşmışdır. Belə ki, iddiaçının apellyasiya instansiyası məhkəməsindəki sonuncu icraatın gedişatı, iddianın rədd edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsi, habelə icra hərəkətlərinin aparılmasından məlumatlı olması iş materialları ilə öz təsdiqini tapmamışdır.

32. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda, məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli, kassasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair iddiaçının vəsatəti təmin edilməldir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəh bər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3391/2022 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilsin. İş üzrə sonrakı prosessual hərəkətlər edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar