Məhkəmə qərarları › İş №2(102)-1055/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1055/2020

17.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1055/2020 17.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X6 və Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə vəkili Vəkil1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2019-cu il tarixli 2(106)*****/2019 nömrəli qərardadından Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin ( hakim R.Əliyev) 05.07.2018-ci il tarixli 2(022)-*****/2018 nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, ünvan1 ünvanda yerləşən binaya dair İddiaçı başçısının **** iyun 1999-cu il tarixli, ***** saylı sərəncamı ilə X10 adına verilmiş ***** saylı orderin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı qeydiyyatın, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın, Cavabdeh1 X8 miras qalmış əmlakdan irs almasına da ir Biləsuvar rayon notariat kontorunda ***** reyestr nömrəsi ilə qeyd edilmiş,*** may 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, X12 torpaq sahəsinin alqı-satqı yolu ilə verilməsi barədə Biləsuvar Bələdiyyəsinin **** oktyabr 2000-ci il tarixli, *** saylı qərarının, X12 verilmiş ***** (kod-********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının, X18 ilə X13 arasındakı *** iyun 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən X7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyatın, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın, X3 torpaq sahəsinin alqı-satqı yolu ilə verilməsi barədə Biləsuvar Bələdiyyəsinin *** fevral 2006-cı il tarixli, *** saylı qərarının, X4 ilə X13 arasındakı **** mart 2007-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin, X2 adına verilmiş ****** (kod ********) saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamənin, X14 torpaq sahəsinin alqı-satqı yolu ilə verilməsi barədə Biləsuvar Bələdiyyəsinin *** fevral 2006-cı il tarixli, **** saylı qərarının, X19 ilə X13 arasındakı **** mart 2007-ci il tarixli torpaqalqı-satqı müqaviləsinin, X11 adına verilmiş torpağa mülkiyyət hüqüquna dair ****** (kod ********) saylı şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı iddiasının qalan hissədə rədd edilməsi, Cava bdeh1 İddiaçınə qarşı İddiaçı Başçısının **** sentyabr 2002-ci il tarixli, **** saylı sərəncamının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi, ilkin iddiaçı Biləsuvar rayon İcra Hakmiyyəti və ilkin iddia üzrə cavabdehlərdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi və Biləsuvar Bələdiyyəsi qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia qismən təmin olunduğuna görə iş üzrə dövlət rüsumu qismində ödənilməli olan 30 məbləğində pul vəsaitinin 15 manat məbləğində hissəsinin cavabdehlər Cavabdeh1, Biləsuvar rayon Notariat Kontorundan, X1, X9 və X5 müştərək qaydada dövlət nəfinə tutulması, Qarşılıqlı iddianın rədd edildiyinə görə qarşlıqlı iddia ü zrə ödənilmiş dövlət rüsumunun qarşlıqlı iddiaçı Cavabdeh1 aid edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Mirzəyev, Z.Babayev, Q.Kərimov) 25.01.2019-cu il tarixli 2(106)-*****/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Biləsuvar Rayon Məhkəməsinin (hakim R.Əliyev) **.**.2018-ci il tarixli 2(022)-*****/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər S.Hacıyev, Q.Əsgərov, E.Vəliyeva) 24.06.2019-cu il tarixli, 2(102)-***/2019 saylı qərardadı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qanuni nüm ayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ***.01.2019-cuiltarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Əsədov, Z.Ağayev, M.Həsənov) 29.10.2019-cu il tarixli 2(106)-*****/2019 nömrəli qərardadı ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Biləsuvar Rayon Məhkəməsinin *** iyul 2018-ci il tarixli, 2(022)-*****/2018 saylı qətnaməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 sa ylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı qeydiyyatın etibarsız hesab edilməsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsinə, X3 torpaq sahəsinin alqı-satqı yolu ilə verilməsi barədə Biləsuvar Bələdiyyəsinin ** fevral 2006-cı il tarixli, *** saylı qərarının etibarsız hesab edilməsinə, X14 torpaq sahəsinin alqı-satqı yolu ilə verilməsi barədə Biləsuvar Bələdiyyəsinin *** fevral 2006-cı il tarixli, *** saylı qərarının etibarsız hesab edilməsinə, İddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı İddiaçı başçısının *** sentyabr 2002-ci il tarixli, *** saylı sərəncamının etibarsız hesab edilməsinə dair hissədə ləğv edilsin, ümumi məhkəmədə baxılmalı olmadığından həmin hissələrdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2019-cuiltarixli 2(106)-*****/2019 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya kollegiyası əsassız olaraq eyni torpaq sahəsinin, yəni 0.53 ha torpaq sahəsinin bələdiyyə tərəfindən Rafiq Babayevə alqı-satqı müqaviləsi əsasında satılmas ının etibarsızlığının araşdırılmasının ümumi məhkəmənin, həmin 0.53 ha torpaq sahəsinin 0.12 hektarının bələdiyyə tərəfindən alqı-satqı müqaviləsi əsasında Malik Əkbərov və Alim Məmmədova satılmasının etibarsızlığının araşdırılmasının inzibati-iqtisadi məhkəmənin səlahiyyətinə aid olması nəticəsinə gəlmişdir. Ona görə də onlar iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ***.10.2019-cuiltarixli 2(106)-*****/2019 nömrəliqərardadının ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə, ƏMDK yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsinin, Biləsuvar rayon Notariat Kontorunun, Biləsuvar şəhər Bələdiyyəsinin səlahiyyətli nümayəndələri, X4, X19 və X13 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə vəkili Vəkil1kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X15 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası ***.10.2019-cu il tarixli qərardadını onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçının bəzi iddiaları və qarşılıqlı iddia üzrə iddiaçının tələbi inzibati orqanların qərarlarının (sərəncamlarının) mübahisələndirilməsi ilə bağlıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Apellyasiya kollegiyası hesab etmişdir k i, inzibati orqanın qərarları mübahisələndirildiyi halda iddia tələbləri inzibati xarakterlidir. Birinci instansiya məhkəməsi hazırki halda iddianı icraata qəbul edərkən məhkəmə aidiyyəti məsələsini düzgün müəyyən etməmiş, bununla prosessual hüquq normalarının tələblərini pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli qərarında göstərilir ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasın dan asılıdır. Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri t ərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır; Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Sözügedən qərardakı hüquqi mövqeyə görə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların mübahisələndirilməsin ə dair işlərə o halda mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, reyestrdə aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi əqdin (məsələn, alqı-satqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmış olsun. Hazırkı işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, mərhum R.Babayevin adına daşınmaz əmlakın dövlət reyestrində aparılan qeyd və onun əsasında verilmiş çıxarış hər hansı mülki hüquqi akt əsasında aparılmamışdır. Həmin qeydiyyat inzibati orqan tərəfindən publik hüquqdan irəli gələn vəzifələrin icrası qaydasında aparılmışdır. Odur ki, bununla bağlı hərəkətlər publik hüququn nizamasalma predmetinə aid olduğundan həmin hərəkətlərin qanunsuz aparıldığını iddia edən şəxslər hüquqlarının məhkəmə müdafiəsini həyata keçirərkən inzibati məh kəmə icraatı qaydasında iddia qaldırmalıdırlar. Çünki inzibati orqanda aparılmış inzibati icraatın qanuniliyinin və əsaslılığının yoxlanılması inzibati məhkəmə icraatı qaydasında həyata keçirilməlidir. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmçinin nəzərə almamışdır ki, qarşılıqlı iddia üzrə tələb də özü-özlüyündə məhz inzibati orqan olan yerli icra hakimiyyəti orqanının inzibati qərarının mübahisələndirilməsindən ibarətdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, onları əsassız sayır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iş materialları ilə də müəyyən edilir ki, apellyasiya instansiya məhkəməsinin iddia tələbləri üzrə icraata xitam verdiyi hissələr ümumi məhkəmə icraatında baxılmalı olmayan mübahisələrdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2019-cu il tarixli 2(106)***** /2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar