Məhkəmə qərarları › İş №2(102)-1058/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1058/2019

31.01.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1058/2019 31.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Bakı şəhəri 31 yanvar 2019-cu İş № 2(102)-1058/2019 il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçıkassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(004)-1010/2018, hakim S.B.Mehrəliyev) İdd iaçı Cavabdeh qarşı “38.551 ABŞ dolları borcun, 7.710 ABŞ dolları faiz məbləğinin, müayinə və müalicə xərclərinə görə 500 manat, əldən çıxmış faydaya görə 5.000 manat, mənəvi zərərə görə 3.000 manat, dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 500 manat, cəmi 46.261 ABŞ dolları və 9.030 manat məbləğində pulun onun xeyrinə tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7589/2018, hakimlər X.Ə.Sarıyev, M.A.Məmmədov, Ə.İ.Qasımov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apelly asiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2013-cı ilin oktyabr ayında Ukrayna Respublikasının Kiyev şəhərində tanış olmuşdur. Cavabdeh Azərbaycan Respublikasında ticarət sahəsində biznesinin olduğunu, böyük miqyaslı ticarətlə məşğul olduğunu bildirmiş, həmvətənli olaraq dediklərinə inanmışdır. Uzun illərdir ki, Ukrayna Respublikasının Kiyev şəhərində “Mr Muscle” markalı yuyucu vasitələrin topdan və pərakəndə satışı ilə məşğul olur. Cavabdehlə tanışlıqdan bir müddət sonra cavabdeh ondan şifahi və yazılı müqavilə bağlamaqla nisyə mal almaq fıkrinin olduğunu demişdir. 2013-cü ilin oktyabr ayında n etibarən cavabdehə aralarında bağlanmış müqavilə əsasında ümumi dəyəri 108.179 ABŞ dolları olan yuyucu vasitələri göndərmişdir. Cavabdeh həmin məbləğdən ona ümumilikdə 72.288 ABŞ dolları ödəmişdir. Aralarında yaranan inam və etibardan sui-istifadə edən cavabdeh bu günə qədər qalıq borcunu, yəni 38.551 ABŞ dollarını 4 il müddət keçməsinə baxmayraq qaytarmır və borcun qaytarılması istiqamətində heç bir müsbət addım atmır. 2017-ci ilin may ayında Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi yazmışdır. Cavabdeh izahatında ona olan 38.551 ABŞ dolları məbləğində pulu etiraf etmiş və qısa bir zamanda qaytaracağını bildirmişdir. Lakin yenə də pulunu qaytarmamışdır. Cavabdeh barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yazdığı şikayə t ərizəsi ilə bağlı 3 dəfə İdarəyə dəvət olunmuş, Bakı şəhərinə təyyarə ilə gələrkən Ukrayna Respublikasındakı ticarətini məcburiyyət qarşısında yarımçıq qoymuşdur. Nəticədə əldən çıxmış faydaya görə 5.000 manat zərər çəkmişdir. Cavabdehin sui-istifadə edərək onu aldatması, süründürməçilik etməsi, get-gələ salması nəticəsində sağlamlıq vəziyyətinin pisləşməsi ilə yanaşı, iş fəaliyyəti də korlanmışdır. Müayinə və müalicə üçün 500 manat, mənəvi zərərə görə 3.000 manat ziyan çəkmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin bu hərəkətlərinə görə məcbur qalıb, hüquq fırmasına müraciət etmiş, göstərilən hüquqi yardıma görə 500 manat xidmət haqqı ödəmişdir. Həmçinin, hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi illik 5 faizdir. Ona görə də 38.551 ABŞ dollarının illik 5 faizi 1.927 ABŞ dolları olduğu üçün cavabdeh 4 il müddətinə borclu olduğu pul məbləğinə görə 7.710 ABŞ dolları məbləğində faiz ödəməlidir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəmə sinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, araşdırılmış sübutlarla iddiaçı ilə cavabdeh arasında “Mr Muscle” markalı yuyucu vasitələrin satışına dair müqavilənin bağlanmaması, cavabdehin hazırki iddia üzrə cavab verməli şəxs olmadığı təsdiq edilmişdir. İddiaçı ca vabdehin hərəkətləri nəticəsində maddi ziyan çəkdiyini iddia etsə də, iddia ərizəsinə buna dair heç bir mötəbər sübut əlavə etməmiş, məhkəmə iclasında isə məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatda iddiaçıya borcu olduğunu etiraf etmiş, qısa zaman ərzində həmin məbləği qaytaracağını bildirmişdir. Məhkəmə qeyd olunan halı nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Birinci məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Aşağıdakılara əsasən apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Tərəflər arasındakı mübahisə yuyucu vasitələrinin nisyə satışı üzrə ödənilməli olan pul məbləği ilə bağlıdır. İddiaçı cavabdehə ümumi dəyəri 108.179 ABŞ dolları təşkil edən mal satdığını, sonuncunun həmin məbləğdən 72.288 ABŞ dolları ödədiyini, 38.551 ABŞ dolları borcu qaldığını və qalıq borcu ödəməkdən boyun qaçırdığını göstərmişdir. Bununla bərabər iddiaçı iddia tələbinin faktiki əsası kimi hər hansı müqaviləyə deyil, cavabdehlə aralarında olan şifahi razılaşma üzrə öhdəliyə istinad etmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 425, 442, 449cu m addələrinə istinad etmişdir. Sübutetmə yükünün əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə istinad etdiyi halları sübut etmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Birinci instansiya məhkəməsinə təqdim edilmiş materiallardan görünür ki, iddiaçı 2013-cü ilin oktyabr ayında Ukrayna Respublikasından hissə-hissə olmaqla ümumilikdə 108.179 ABŞ dolları dəyəri olan yuyucu vasitələrini cavabdehə göndərdiyinə, cavabdehin 72.288 ABŞ dolları ödədiyini, 38.551 ABŞ dolları ödədiyinə qalan məbləği ödəməkdən boyun qaçırdığına istinad edərək cavabdeh barəsində Baş Mütəş əkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Araşdırma zamanı cavabdeh verdiyi izahatında aralarında olan razılığa əsasən 100-110 min ABŞ dolları məbləğində mal göndərildiyini, malların satışından əldə edilən gəlirin aralarında bərabər bölündüyünü, malın böyük hissəsinin pulunun ödənildiyini, iddiaçıya 38.551 ABŞ dolları deyil, 20.000 ABŞ dolları məbləğində borcu qaldığını, işləməməsi səbəbindən maddi imkanının zəif olduğundan borcu qaytara bilmədiyini, lakin qısa müddətdə borcunu geri qaytaracağını bildirmişdir. Həmin 07 iyul 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda İddiaçı ərizəsində göstərmiş xüsusatların öz təsdiqini tapdığı, lakin mübahisənin mülki xarakter daşıdığı göstərilmişdir. Göründüyü kimi, cavabdeh də iddiaçının istinad etdiyi halları, yəni yuyucu vasitələrinin nisyə alqı-satqısı ilə bağlı münasibətlərinin mövcud olmasını etiraf etmişdir. Lakin o, iddiaçının göstərdiyi 38.551 ABŞ dolları məbləğində borcun deyil, 20.000 ABŞ dolları məbləğində qalıq borcun qaldığını göstərmiş və istinad etdiyi halı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən göndərilmiş yuyucu vasitələrinin istifadə müddətinin bitməsinə az qaldığından iddiaçının özünün razılığı ilə mallar daha ucuz qiymətə satılmışdır. Apellyasiya məhkəməsi işin qeyd olunan hallarına ümumiyyətlə hüquqi qiymət verməməklə, cavabdehin hazırki iddia üzrə cavab verməli şəxs olmadığı barədə səhv nəticəyə gəlmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edi lməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27.08.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Yuxarıda qeyd edildiyi kimi iddiaçı tələbini faktiki əsası kimi iş materiallarında olan müqavilələrə deyil, cavabdehlə aralarında olan şifahi əqdə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsində işə baxılmanın həddləri müəyyən edilmişdir. Həmin Məcəll ənin 392-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmunu müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392-ci maddəsinin tələblərini pozaraq iddiaçı tərəfindən apellyasiya şikayətində irəli sürülmüş dəlillərə öhdəliyin əsaslarını müəyyən edən qanunvericiliyinin tələbləri baxımından heç bir hüquqi qiymət vermədən apellyasiya şikayətində irəli sürülmüş dəlilləri hansı əsaslarla qəbul etmədiyini ümumiyyətlə göstərmədən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan məhkəmə kollegiyası hesab edir ki,kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar