Məhkəmə qərarları › İş №2(102)-1060/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1060/2025

16.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1060/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla) cavabdeh Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ Açar sözlər: icra qeydinin mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(103)-6398/2024 nömrəli, 2 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2024-cü il tarixli 8İ-436 nömrəli icra qeydinə əsasən, ipoteka saxlayan "xxxx" ASC-nin ipoteka qoyan İddiaçı məxsus ipotek predmeti olan ünvan 1 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 561.9 kv.m yaşayış sahəsi 199.3 kv.m yardımçı sahəsi 362.6 kv.m tikintialtı sahəsi 27 kv.m olan 16 saylı ünvanında yerləşən əmlaka tutma yönəldilməsini qərar almışdır. (öhdəliyi müəyyən edən 02/107 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1422922.97 m anat əsas borc, 98142.17 manat faiz borcu, 2569.17 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 1523534.31 manat təşkil edir). 2. xx.xx.2024-cü il tarixli 8İ-343 nömrəli icra qeydinə əsasən, ipoteka saxlayan "xxxx" ASC-nin ipoteka qoyan İddiaçı məxsus ipotek predmeti olan ünvan 1 ünvanında yerləşən 0.356561 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 774 kv.m olan 16Bs ünvanında yerləşən əmlaka tutma yönəldilməsini qərar almışdır. (öhdəliyi müəyyən edən 02/107 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1422922.97 manat əsas borc, 98142.17 manat faiz borcu, 2569.17 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 1523534.31 manat təşkil edir). 3. 02/107 nömrəli xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, "xxxx" ASC ilə İddiaçı arasında olan müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən 561.9 kv.m ümumi, 199.3 kv.m yaşayış, 362.6 kv.m yardımçı, 27 kv.m tikintialtı sahədən ibarət olan 8 otaqlı fərdi yaşayış evi 96/107 nömrəli, xx.xx.2021-ci il tarixli korpirativ müştəriyə verilən kreditlər üzrə ümumi müqavilə çərçivəsində imzalanan və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı əlavəsinə əsasən gələcəkdə yaranan öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipotekaya qoyulmuşdur. 4. 01/107 nömrəli xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, "xxxx" ASC ilə İddiaçı arasında olan müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsi ünvanında 0.35651 h a torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 774 kv.m yaşayış sahəsi 427 kv.m yardımçı sahəsi 347 kv.m tikinitaltı sahəsi 419.1 kv.m olan 16 b saylı fərdi yaşayış evi 96/107 nömrəli, xx.xx.2021-ci il tarixli korpirativ müştəriyə verilən kreditlər üzrə ümumi müqavilə çərçivəsində imzalanan və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 01 saylı əlavəsinə əsasən gələcəkdə yaranan öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipotekaya qoyulmuşdur. 5. 09.12.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli, 02/107 saylı sonrakı ipoteka müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı 01 saylı Əlavəyə əsasən, ipoteka ilə təmin edilmiş maksimal borcalma limitinin məbləği və valyutası bərpa olunan 4.500.000 manat ekvivalentində olması müəyyə n edilmişdir. 6. 09.12.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli, 01/107 saylı sonrakı ipoteka müqaviləsinə Dəyişiklik edilməsi ilə bağlı 01 saylı Əlavəyə əsasən, ipoteka ilə təmin edilmiş maksimal borcalma limitinin məbləği və valyutası bərpa olunan 4.500.000 manat ekvivalentində olması müəyyən edilmişdir. 7. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişə əsasən, X6 MMC, Səfərov Elşən məhərrəm oğlu, "xxxx" MMC və X3 arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin icra edilmədiyi halda kredit üzrə borcun öhdəliyin təmintları olan ipoteka müqavilələri üzrə ipoteka predmentinə yönəldilməsinə dair tədbirlərin başlanacağına dair xəbər etmişdir.

8. Şamil İ.Abdullayev tərəfindən 13 dekabr 2023-cü il tarixli bildirişə əsasən, "xxxx" MMC Bank qarşısında o lan öhdəliyi lazimi qaydada yerinə yetirmir və bu səbəbdən də Bank qanunamüvafiq qaydada öz tələbi ipoteka predmetinə yönəldilməsi prosedurunu başlanması barədə xəbərdar edilmişdir. 9. 22 dekabr 2023-cü il tarixli Divi 2 Problemli Kreditlərin hüququ teqibinin tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı adına Azeri Express şirkəti vasitəsi ilə məktub göndərilmiş, müştəri ünvanda yaşamadığı üçün məktub çatmamışdır. 10. "xxxx" MMC tərəfindən təqdim edilən qəbzə əsasən, İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildiriş ünvan 3 ünvanına xx.xx.2023-cü il tarixdı göndərilmiş, bildiriş xx.xx.2023-cü il tarixdə “Tanımadılar” qeydi ilə geri qaytarılmışdır. 11. "xxxx" ASC-nin Notariat icra qeydi barədə ərizəsindən görünür ki, bank xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun 02/107 nömrəli sonraki ipoteka müqaviləsi üzrə müqavilə predmentinə yönəldilməsini xahiş etmiş və ərizə notariusa xx.xx.2023-cü il tarixdə saat 00:00-da göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş 8i-343 saylı, xx.xx.2024-cü il tarixli və 8İ-436 saylı, xx.xx.2024-cu il tarixli ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında icra qeydlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-343 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçə sində yerləşən 0.35651 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 774 kv.m., yaşayış sahəsi, 427 kv.m., yardımçı sahəsi 347 kv.m., tikintialtı sahəsi 419,1 kv.m. olan 16 Bs ünvanında yerləşən əmlaka tutulma yönəldilmişdir, (öhdəliyi müəyyən edən 01/107 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 142.2922,97 manat əsas borc, 98142,17 manat faiz borcu, 2569,17 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 1523624.21 manat təşkil edir). Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-436 saylı xx.xx.2024-cü il tarixli icra qeydi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsində yerləşən 0,18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 561,9 kv.m., yaşayış sahəsi, 199,3 kv.m., yardımçı sahəsi 362,6 kv.m, tikintialtı sahəsi 27,1 kv.m. olan 16 B f ünvanlnda yerləşən əmlaka tutulma yönəldilmişdir(öhdəliyi müəyyən edən 02/107 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 142.2922,97 manat əsas borc, 98142,17 manat faiz borcu, 2569,17 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 1523624.21 manat təşkil edir). Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-343 saylı və 8İ-436 saylı ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında icra qeydləri ilə eyni borc müqaviləsi üçün İddiaçı məxsus iki müxtəlif əmlakdan (hər birindən borcun tam tutulması üçün) tutulmanın aparılması ilə bağlı icra qeydi vermişdir. 8İ-343 saylı xx.xx.2024- cü il tarixli icra qeydi ilə 1422922.97 manat borc, 98142.17 manat faiz borcu, 2569.17 manat dəbbə pulu olmaqla, cəmi 1523634.31 manat borc pul üçün tutulma İddiaçı Ba kı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsində yerləşən 0.356561 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 774 kv.m olan 16B s ünvanında yerləşən əmlakına yönəldilməlidir. 8İ-436 saylı xx.xx.2024-cü il tarixli icra qeydi ilə isə eyni məbləğdə borc, yəni 1422922.97 manat borc, 98142.17 manat faiz borcu, 2569.17 manat dəbbə pulu olmaqla, cəmi 1523634.31 manat borc pul üçün tutulma müvəkkili İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Aşıq Pəri küçəsində yerləşən 0.18 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 561.9 kv.m olan 16 saylı f ünvanında yerləşən əmlakına yönəldilməlidir. Qeyri-qanuni olaraq çıxarılan bu iki icra qeydi nəticəsində İddiaçı, cəmi tutulmalı olan 1523634.31 manat borc məbləği əvəzinə 3047268.62 manat p ul tutulmaq üçün icra qeydi çıxarılmışdır. Bu halda isə İddiaçı Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən mülkiyyət hüquqları açıq şəkildə pozulmuş olur. Odur ki, Bakı şəhəri 17 saylı notariat ofisinin işə laqeyd yanaşması nəticəsində eyni borc üzrə iki müxtəlif icra qeydi ilə iki müxtəlif əmlaka tutulma etməsi şəxsin mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Bu qərardan da görünür ki, "xxxx" icra qeydi üçün müraciət edərkən, qanunverciliyin tələblərinə əməl etmədən müraciət etmişdir. Belə ki, vəkil olaraq o, 17 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, ofisi 8İ-343 saylı və 8İ- 436 saylı icra qeydlərinin verilməsinə əsas olmuş sənədləri əldə etsə də, ipoteka müqavilələrini ümumiyyəti oxumaq mümkün olmamış, borcun yaranması ilə bağlı heç b ir sənəd əlavə edilməmişdir. Eyni zamanda borcluya bildiriş göndərilmiş, lakin qəbzinə tanımadılar qeydi ilə çatdırmamışlar. Hansı tərəf uzun illərdir ki, həmin ünvanda yaşayır, ətraf qonşular hamı onu tanıyır, poçt idarələri bütün məktubları asanlıqla çatdırır. Hətta icra qeydindən sonra belə onlarla məktub həmin ünvana vaxtı vaxtında çatdırılmışdır. Bir məqamı da qeyd etmək istəyir ki, icra qeydinin verilməsi barədə ərizə sistemə xx.xx.2023-cü il tarixdə saat 00:00-da göndərilmişdir. Lakin borcluya göndərilmiş qəbzdən də asanlıqla görünür ki, həmin zərf kuriyerə xx.xx.2023-cü il tarixdə, saat 11:40 təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə isə kuriyer tanımadılar qeydi ilə qaytarmışdır. Notariat icra qeydi haqqında ərizə ilə etibarnamə əsasında X2 müraciət etmişdir. Etibarnaməsi əlavə ed ilmişdir. Lakin həmin etibarnamədə X1 mediasiya təşkilarlarında və məhkəmələrdə olan səlahiyyətləri qeyd olunsa da, notariat icra qeydi haqqında ərizə ilə müraciət edə bilməsi barədə müvafiq qeyd-bənd nəzərdə tutulmamışdır.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yazılı izahat verərək bildirmişdir ki, Kapital Bank icra qeydi üçün müraciət edərkən, qanunverciliyin tələblərinə əməl etmədən müraciət etmişdir. Belə ki, vəkil olaraq o, 17 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, ofisi 8i-343 saylı və 8i-436 saylı icra qeydlərinin verilməsinə əsas olmuş sənədləri əldə etsə də, ipoteka müqavilələrini ümumiyyətlə oxumaq mümkun olmamış, borcun yaranması ilə bağlı heç bir sənəd əlavə edilməmişdir. Eyni zamanda borcluya bildiriş göndərilmiş, lakin qəbzinə tap madılar qeydi ilə çatdırmamışlar. Hansı tərəf uzun illərdir ki, həmin ünvanda yaşayır, ətraf qonşular hamı onu tanıyır, poçt idarələri bütün məktubları asanlıqla çatdırır. Hətta icra qeydindən sonra belə onlarla məktub həmin ünvana vaxtı-vaxtında çatdırılmışdır. Bundan başqa icra qeydinin verilməsi barədə ərizə sistemə xx.xx.2023-cü il tarixdə saat 00:00-da göndərilmişdir. Lakin borcluya göndərilmiş qəbzdən də asanlıqla görünür ki, həmin zərf kuriyerə xx.xx.2023-cü il tarixdə, saat 11:40 təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə isə kuriyer tanımadılar qeydi ilə zərfi geri qaytarmışdır. Belə olan halda necə icra qeydi xx.xx.2023-cü il tarixdə qanunun tələblərinə əməl olunmaqla göndərilmiş sayılır və icra qeydi verilir? Qeyd olunan icra qeydinin qəbul edilməsi üçün qanunvercilyin tələblərin ə əməl edilməmişdir. Tərəf ümumiyyətcə o bildirişi almamışdır. Daha doğrusu alması imkansız olmuşdur. İcra qeydi sistemə yerləşdirildikdən sonra həmin bildiriş göndərilmişdir. Əslində isə o bildiriş göndərilməli, tərəf aldıqdan sonra 20 gün müddət gözlənməli sonra icra qeydi üçün sənədlər oxunaqlı şəkildə göndərilməli idi. Lakin hazırkı icra qeydləri bütün bu qanunverciliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Ayrıca 2 fəqli icra qeydində ayrı-ayrı borclar göstərilmişdir. Borclu şəxs həmin borcunu ödəmək iqtidarında olduqda kim bu barədə dəqiq deyə biləcək ki, bir dəfə ödənin həmin məbləğ ilə iki icra qeydinə xitam veriləcək. Məhkəmə zalında cavabdehin nümayəndəsi qeyd etmişdir ki, icra qeydində olan borc əslində bir borcdur. Lakin iki fərqli icra qeydi olduğu üçün bu vətəndaşın ö hdəliyini süni şəkildə artırılmasına hüquqlarının kod şəkildə pozulmasına səbəb olur. Nümayəndə əlavə olaraq qeyd etmişdir ki, ipoteka predmeti 2 mənzil olduğu üçün 1 icra qeydində 2 mənzili qeyd etmək olmadığı üçün sistemə bu formada yerləşdirilmişdir. Lakin belə olan halda yaranmış təcrübəyə əsasən tələbkar icra qeydi ilə yox, müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidir. Eyni zamanda hazırkı pozuntularla qəbul edilmiş icra qeydlərinin ləğv olunması ilə bağlı xeyli sayda qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur.

15. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2835/2024 saylı xx.xx.2024-cu il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia tələbi təmin edilməmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, işin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə pre dmeti olan icra qeydləri xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə borclunun yaşadığı yer üzrə notariat kontoru tərəfindən verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək sözügedən icra qeydlərinin verilməsi zamanı bank tərəfindən borclu qanunla nəzərdə tutulmuş müddət ərzində, yəni 20 gün əvvəldən məlumatlandırılmadığını bildirsə də, məhkəmənin sorğusuna əsasən təqdim edilmiş icra qeydinə dair sənədlərdən məlum olmuşdur ki, ipoteka qoyanı, yəni hazırki mükli iş üzrə iddiaçı olan İddiaçı rəsmi qeydiyyat ünvanı üzrə ilk icra qeydinin verilməsində 30 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə “AzərExpress” vasitəsi ilə məlumatlandırmış, lakin ipoteka qoyanın ünvanına göndərilmiş bildiriş "Tanımadılar” qeydi ilə xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. Belə olan halda məhkəmə hes ab edir ki, nə qədərki icra qeydinə dair bildiriş ipoteka qoyanın xx.xx.2023-cü il tarixdə rəsmi ünvanına göndərilmişdir və həmin ünvandan bildiriş “tanımadılar” qeydi ilə xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdı, ipoteka qoyana bildiriş çatdırılmış hesab edilməlidir. Bundan sonra məhkəmə iddiaçı tərəfin iddia tələbinin əsaslılığı kimi bir kredit müqaviləsi üzrə iki ayrı-ayrı icra qeydlərinin verilməsinə dair arqumentinə məhkəmə tərəfindən hüquqi qiymət verilərək qeyd edilir ki, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı kredit müqaviləsi üzrə mülkiyyətində olan iki ayrı-ayrı əmlakını ipoteka ilə yüklü etmişdir. Mülki iş matriallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli icra qeydləridə məhz bir kredit müqaviləsi üzrə öhdəliyin tə minatı olan iki ayrı ipoteka predmetinə yönəldilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, bir kredit müqaviləsi üzrə iki ayrı-ayrı predmet üzrə ayrı-ayrı ipoteka mövcuddur, bu halda iddiaçının qeyd etdiyi hallar əsaslı hesab edilə bilməz. Bundan başqa məhkəmə iddiaçının icra qeydlərinə əlavə edilmiş ipoteka müqavilələrin oxunaqlı olmamasına dair fikrinə münasibət bildirərək iddiaçının diqqətinə çatdırır ki, sözügedən icra qeydlərinə əlavə edilmiş ipoteka müqavilələri məhkəməyə A4 kağız formasında təqdim edilmişdir. Lakin işin hallarından, habelə qanunvericiliyin tələbindən də görünür ki, icra qeydinin verilməsinə əsas olunmuş sənədlər elektron sistemə yerləşdirilmişdir. Yəni icra qeydi üzrə notariat işinə əlavə edilmiş ipoteka müqavilələri elektron sistemdən kağız daşıyıc ı forması ilə çıxarılmış olduğundan oxunaqlı olmaması texniki məsələlər olduğundan iddiaçının irəli sürmüş olduğu bu halda əsaslı hesab edilə bilməz.

17. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”-na, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı; “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 36.1, 36.2, 36.3, 36.4, 37.1, 38.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verə rək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2835/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2835/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin sənədlər olan hissəsində qeyd olunur: Şamil İ. Abdullayev tərəfindən 13 dekabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, "xxxx" MMC Bank qarşısında olan öhdəliyi lazımi qaydada yerinə yetirmir və bu səbəbdən də Bank qanuna müvafiq qaydada öz tələbi ipoteka predmetinə yönəldilməsi proseduru başlatması barədə xəbərdar edilmişdir. 22 dekabr 2023-cü il tarixli Divi 2 Problemli Kreditlərin hüququ təqibinin tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı adına Azeri Express şirkəti vasitəsi ilə məktub göndərilmiş, müştəri ünvanda yaşamadığı üçün məktub çatmamışdır. Azəri Express MMC tərəfindən təqdim edilən qəbzdən görünür ki, İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildiriş ünvan 4 ünvanına xx.xx.2023-cü il tarixdə göndərilmiş, bildiriş xx.xx.2023-cü il tarixdə “Tanımadılar” qeydi ilə geri qaytarılmışdır. "xxxx" ASC-nin Notariat icra qeydi barədə ərizəsindən görünür ki, bank xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcu 02/107 nömrəli sonraki ipoteka müqaviləsi üzrə müqavilə predmetinə yönəldilməsini xahiş etmiş və ərizə notariusa xx.xx.2023-cü il tarixdə saat 00.00-da göndərilmişdir. Yəni bütün bu sənədlərdən tam aydın olur ki, "xxxx" ASC İddiaçı xx.xx.2023-cü il tarixli bildiriş göndərir, həm in bildiriş isə xx.xx.2023-cü il tarixdə “Tanımadılar” qeydi ilə geri qaytarılmışdır. Eyni zamanda "xxxx" ASC müvafiq qeydlərin qəbul olunması üçün notariusa xx.xx.2023-cü il tarixdə saat 00.00da ərizə göndərmişdir. Yəni bildiriş yazılmamışdan əvvəl artıq notariat icra qeydi barədə ərizə sistemə yüklənmiş olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)2835/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin növbəti abzasında qeyd olunur ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydlər aparmalıdır; icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hiss əsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qanunda tam aydın şəkildə qeyd olunmuşdur ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Yəni tələbkar notariusa xx.xx.2023cü il tarixdə saat 00.00-da ərizəni qanunverciliyin tələblərinə uyğun göndərməsi üçün ən azı xx.xx.2023-cü il tari xdə borcluya bildiriş göndərməli idi, həmin bildirişin çatması barədə sənədi əlavə etməklə müvafiq icra qeydi barədə müraciətini göndərməli idi. Həmçinin qanunda qeyd olunur ki, icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin iş materiallarında olan bildirişin mahiyyətində isə bu barədə heç bir söz yoxdur. Yəni həmin bildirişin mətnində borc ödənməyəcəyi təqdirdə icra qeydi ilə bağlı müraciət olunmasından ümumiyyətlə söhbət getmir. Lakin məhkəmənin qətnaməsində də qeyd olunduğu kimi həmin bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş və bildirişin mətnində mütləq icra qeydi üçün müraciət edilməsi qeyd olunmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2835/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin növ bəti abzasında qeyd olunur ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələt edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qanunda tam aydın şəkildə qeyd olunmuşdur ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Yəni tələbkar notariusa xx.xx.2023cü il tarixdə saat 00.00-da ərizəni qanunverciliyin tələblərinə uyğun göndərməsi üçün ən azı xx.xx.2023-cü il tarixdə borcluya bildiriş göndərməli idi, həmin bildirişin çatması barədə sənədi əlavə etməklə müvafiq icra qeydi barədə müraciətini göndərməli idi. Həmçinin qanunda qeyd olunur ki, icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin iş materiallarında olan bildirişin mahiyyətində isə bu barədə heç bir söz yoxdur. Yəni həmin bildirişin mətnində borc ödənməyəci təqdirdə icra qeydi ilə bağlı müraciət olmasın dan ümumiyyətlə söhbət getmir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6398/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi) A.İmanov və M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, mübahisə edilən icra qeydi üzrə notarial hərəkətlərdən öncə bildirişin borcluya təsdiq etmək üsulu ilə çatdırılması vəzifəsinin sanki notariat orqanına aid olması kimi iddia edilmiş, lakin tələbkar və bildirişi qeydə alan orqan cavabdeh qismində təsbit edilməmişdir. Qanunvericilik müddəaları müvafiq bildirişin təsd iqi formasında tələbkarın, habelə qeydiyyat orqanının vəzifələri üzrə hərəkətlərini əhatə edir və notariat orqanının müvafiq bildirişi qeydiyyat orqanında təsdiqi formasında mövcudluğu və bildirişin (yönəldilmənin) qanunvericiliklə müəyyən edilmiş müddətlər çərçivəsində borclu tərəfindən mübahisələndirilməməsi icra qeydinin notarius tərəfindən verilməsi vəzifəsini müəyyən edir.

22. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 36.2.1, 36.2.3, 36.3, 36.3-1, 36.4, 36.5, 36.6, 37.1, 37.3, 38.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1, 296.2.1, 296.2.2, 385, 425, 442, 739-cu, MPM-in 14.2, 77.1, 8 0-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 17 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-343 saylı, xx.xx.2024-cü il tarixli və 8İ-436 saylı, xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydləri qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilməmişdir. Şikayətdə bildirilir ki, icra qeydlərinə borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd əlavə edilməmiş, həmçinin tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə mür aciət etdikdən sonra qanunla tələb olunan 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya bildiriş göndərilməmişdir. Eyni zamanda, bildirişin forması da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən formaya uyğun olaraq təqdim edilməmişdir. Bu da qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Həmçinin, xx.xx.2023-cü il tarixdə saat 00:00-da göndərilmiş ərizələrə fərqli tarixlərdə və fərqli nömrələrdə ayrı-ayrı icra qeydləri - xx.xx.2024-cü il tarixli 8İ-343 nömrəli icra qeydi və xx.xx.2024-cü il tarixli 8İ-436 nömrəli icra qeydi verilmişdir.Hər iki icra qeydi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun maddələri ümumiyyətlə nəzərə almadan qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışd ır. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

26. Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədi sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

27. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

28. Maddə 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır.

29. Maddə 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.

30. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başq a tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu

31. Maddə

76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olun an nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdiyi sübutlar ətraflı şəkildə araşdırılmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmişdir. Məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış və düzgün hüquqi nəticəyə gəlinmişdir.

42. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, və kassasiya şikayəti əsassızdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 dekabr 2024-cü il tarixli, 2(103)-6398/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar