Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1061/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri Cavabdeh2 və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Bakı şəhəri Cavabdeh2nə və Bakı şəhəri Cavabdeh3nə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-396 4/2022 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 06 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 14 mart 2019-cu il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan ünvan 2 mənzilini 243000 manata X1.
2. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı 19 mart 2019-cu il tarixədək mənzili yardımçı vasitələr ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə alıcının faktiki sahibliyinə verməyi, 12-ci bəndinə əsasən isə həmin tarixədək qeydiyyatdan çıxmağı üzərinə götürmüşdür.
3. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan ünvan 2 mənzili xüsusi mülkiyyət kimi X7 adına qeydiyyata alınmışdır. 4. 26 iyul 2019-cu il tarixdə bağlanmış D2/AS005 saylı müqaviləyə əsasən X11 mülkiyyətində olan ünvan ünvan 2 mənzilini sökülməsi üçün Cavabdeh1 MMC-yə təhvil verməyi, tikinti şirkəti isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında nəzərdə tutulmuş mənzili X8 təhvil verməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh1 MMC-yə (bundan sonra “Tikinti Şirkəti”), Bakı şəhəri Cavabdeh2nə (bundan sonra “İcra Hakimiyyəti”) və Bakı şəhəri Cavabdeh3nə (bundan sonra “Polis Bölməsi ”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərər üçün 36.500 manat, mənəvi zərər üçün 50.000 manat, dövlət rüsumu üçün 30 manat olmaqla, cəmi 86.530 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, 11 iyun 2019-cu il tarixdə iddiaçıya məxsus mənzilə, evdə yalnız iddiaçının həyat yoldaşı İİ qrup əlil, epilepsiya xəstəliyindən əziyyət çəkən X6 olduğu zaman Tikinti Şirkətinin, İcra Hakimiyyətinin nümayəndələri polis əməkdaşları birlikdə məhkəmə qərarı olmadığı halda, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq daxil olmuşlar. Həmin şəxslər İcra Hakimiyyətinin nümayəndəsi Bəyverdinin başçılığı, Tikinti Şirkətinin direktoru İlqar Həsənovun və Azər Məmmədovun rəhbərliyi və Polis Bölməsinin əməkdaşlarının müşayiəti ilə qanunsuz olaraq evə daxil olaraq X4 fiziki güc tətbiq etmiş, mənzildəki əşyaları qonşularının gözü qarşısında qapı və pəncərəni sındırmaqla çölə atmış, bununla da mənzildəki əşyaları tamamilə yararsız hala salmışlar.
7. Baş verən hadisə nəticəsində evdə əmlakların içərisində olan sənədlər, şəxsi istifadələrində olan əşyalar, mebellər və evdə olan qızıl-zinyət əşyaları yoxa çıxmışdır. Həmçinin hadisə vaxtı orada olan iddiaçının kürəkəni Emil Məmədzadəni qanunsuz olaraq bölmənin əməkdaşları saxlamış və onlardan sakit olmalarını, əmlakları yığışdıracaqları halda onu buraxacaqlarını bildirmişlər. Halbuki yalnız məhkəmə qərarı əsasında onlar mənzildən çıxa bilər və bununla mənzil boşaldıla bilərdilər.
8. Həmçinin idd iaçıya olan borc verildikdən sonra iddiaçı və ailəsi mənzili onsuz da tərk edəcəkdilər. Baş verən hadisə nəticəsində iddiaçının vəziyyəti ağırlaşmış, həmçinin qonşularının gözü qarşısında şəxsiyyəti alçaldılmışdır. Cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində onlara 36.500 manat məbləğində maddi zərər, həmçinin 50.000 manat məbləğində mənəvi zərər vurulmuşdur.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 33-cü, Mülki Məcəllənin 21, 23, 1096, 1099.1 və 1100-cü maddələrinə istinad etmişdir.
10. Tikinti Şirkətinin nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, 11 iyun 2019-cu il tarixdə Şirkətin əməkdaşları hasarlanmış ərazidə olan qalıqları təmizləmək üçün orada olublar. Ərazi Şirkəti aid olduğu üçün Şirkətin əməkdaşlarını orda olması da normal haldır. Ərazidəki əşyaların nə vaxtdan oraya qoyulmasından, ərazidə polis əməkdaşlarının olmasından xəbərsizdir.
11. Birinci instansiya məhkəməsində şahid X6 göstərib ki, iddiaçının əridir. Hadisə baş verən zaman evdə olub və 2 nəfər evə daxil olaraq ona fiziki təzyiq edib.
12. Birinci instansiya məhkəməsində şahid X5 göstərib ki, iddiaçının ailəsi ilə ailəvi dostdur. Hadisə baş verdiyi gün iddiaçı ağlayaraq ona zəng vurub evin dağıdılmasını bildirib, bundan sonra hadisə yerinə gedərək iddiaçını və ərini ağır vəziyyətdə görüb.
13. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(006)268/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Tağıyev)
14. Birinci instansiya məhkəməsi müəyyən edib ki, Cavabdeh2 başçısının 02 fevral 2018-ci il tarixli 37 nömrəli sər əncamına əsasən hazırda həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililəri kimi Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi, ev 19 mənzil 63-ün də sökülməsi faktı baş vermişdir. İddiaçı söküntü vaxtı sözügedən mənzilin onun mülkiyyətində olmasını göstərsə də, iş materiallarına əsasən mənzil xx.xx.2019-cu il tarixdən iddiaçının mülkiyyətindən alqı-satqı müqaviləsinə əsasən çıxmış və həmin vaxtdan X7 mülkiyyəti hesab edilirdi (baxmayaraq ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış xx.xx.2019-cu il tarixlidir). Beləliklə də, iddiaçının iddia etdiyi tarixdə baş vermiş hadisə vaxtı Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi, ev 19, mənzil 63-ün iddiaçının mülkiyyətində olması halı öz təsdiqini tapmamışdır.
15. Birinci instansiya məhkəməsi ilk növbədə tərəflər arasında müqavilə münasibətləri olmadığından, mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından, mübahisənin həllinin Mülki Məcəllənin 21, 23, 1096.1, 1097.1, 1099, 1100ci maddələrinə əsasən həll edilməli olmasına dair iddianın dəlillərinə qiymət verərək, göstərib ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi v ə ya ehtiyyatsızlığı nəticəsində yaranır. Başqa sözlə isə yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərəin əvəzini tam həcmdə ödəməlidir. Ümumilikdə zərərin əvəzinin ödənilməsi üçün bir qayda olaraq mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Lakin məlumdur ki, mülki hüquqda məsuliyyət bir sıra hallarda şəxsin təqsiri olmadığı hallarda da yarana bilər.
16. Birinci instansiya məhkəməsi göstərib ki, məhkəmə araşdırması zamanı cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin (və ya şəxslərin) təqsirli olması kimi halların mövcudluğu öz təsdiqini tapmamışdır.
17. Birinci instansiya məhkəməsi hesab edib ki, iddiaçı tərəf iddia ərizəsində sadalanan əşyaların cavabdehlər tərəfindən yararsız hala salınması ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Həmçinin təqdim edilmiş fotoşəkillər və şahid ifadələrinin də iddianın əsaslı olmasını təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz.
18. Belə ki, təqdim edilmiş fotoşəkillərdə müəyyən əmlakların yaşayış evinin həyətində mövcudluğu əksini tapsa da, bu, əşyaların məhz cavabdehlər tərəfindən ora yığılmasını təsdiq etmir. Həmçinin iddia tələbində adları sadalanmış əmlakların da təqdim edilmiş fotoşəkillərdə əks edilməməsi müşahidə e dilir.
19. Birinci instansiya məhkəməsi təqdim edilmiş şahid ifadələri ilə bağlı isə qeyd edib ki, şahidlər iddiaçının əri və ailənin yaxın dostu olmaqla onların ifadələrində göstərdikləri hallar işin digər sübutları ilə tamamlanmır. Həm bu əsasa, həm də şahidlərin iddiaçı ilə yaxın və tanış münasibətlərində olmaqla işin gedişində maraqlı olmaları əsası ilə də bu ifadələr sübut əhəmiyyətli sayıla bilməz. Belə ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma de dikdə, iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Halbuki, şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir.
20. İş materiallarına əsasən birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, iddiaçı mənzilini X2 günədək onun əşyalarına və mənzilinə cavabdeh tərəfindən hər hansı müdaxilə, təsir və s. edilməmişdir. Həmçinin, iddiaçı əşyalarının alqı-satqı müqaviləsi bağlandıqdan sonra həmin mənzildə qalmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəf mənzili özgəninkiləşdirməsinə baxmayaraq orada yaşamaqda davam etməsinə və əşyalarının da orada qalmasını yeni mülkiyyətçi ilə razılaşdırdıqlarını göstərsə də, alqı-satqı müqaviləsinin şərtlərinə əsasən mənzili satıcı 19 mart 201 9-cu il tarixədək yardımçı vasitələr ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Başqa sözlə, iddiaçı tərəf alğı-satqı müqaviləsindən sonra yeni mülkiyyətçinin razılığı ilə xeyli müddət orada yaşamağına davam etməsinə dair sübutlar təqdim etməmişdir. İddiaçı tərəf daha sonra iddia tələbində göstərilən halların mövcudluğu olduğu təqdirdə belə dərhal, yəni, 2019-cu ilin iyun ayında məhkəmə müdafiəsi hüququndan istifadə etməməsinin səbəblərini də izah edə bilməmişdir.
21. Göründüyü kimi, iddia tələbi maddi ziyan vurulması hissəsində əsassızdır və təmin edilə bilməz.
22. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyan hissəsinin əsassız olması nəticəsinə gəldiyi üçün tələbin digər törəmə hissəsi olan mənə vi zərər tələbi üzrə araşdırma apararaq hüquqi qiymət verilməsinə zərurət görməmiş və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə izah etmişdir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayətinin dəlilləri: - Bakı şəhəri, Nəsimi rayonu S.Zeynalov küçəsi ev 19 mənzil 63 iddiaçının mülkiyyətindədir. Cavabdeh2 başçısının 02 fevral 2018-ci il tarixli 37 nömrəli sərəncamına əsasən həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökül məsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən Tiknti Şirkətinin vəsaiti hesabına dəyəri ödənilərək alınırdı. Müqavilə öhdəliklərinə əsasən Tikinti Şirkəti mənzilin pulunu tam ödədikdən sonra mənzili Şirkətə iddiaçı təhvil verəcəkdi. Lakin, 11 iyun 2019-cu il tarixində Tikinti Şirkətinin, İcra Hakimiyyətinin nümayəndələri və Polis əməkdaşları əlbir olaraq məhkəmə qərarı olmadığı halda, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq mənzilə daxil olublar; - Tikinti Şirkətinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan da aydın olur ki, həmin əraziyə nəzarəti xx.xx.2018-ci il tarixdən onlar həyata keçirmişdir. Bu isə onu göstərir ki, Tikinti Şirkətinin xəbəri olmadan orada belə bir hadisənin baş verməsi mümkün deyildi; - məhkəmənin mənzilin iddiaçının mülkiyyə tində olmadığından ona maddi və mənəvi zərər dəyməsinin mümkünsüzlüyü ilə bağlı gəldiyi nəticə məhkəmənin işi təfsilat ilə araşdırmadan maddi hüquq normalarını pozaraq qətnamə qəbul etdiyini sübut edir. Məhkəmə iddia tələbinin mənzil ilə bağlı deyil, həmin mənzildə olan əşyaların cavabdehlərin qanunsuz əməlləri ilə pəncərədən atılması nəticəsində iddiaçıya zərərin dəyməsi faktı ilə bağlı olduğuna əhəmiyyət vermədən mənzilin iddiaçının mülkiyyətində olmadığını vurğulayaraq işi tam araşdırmadan qətnamə qəbul etmişdir. - məhkəmənin təqdim edilən sübutlara əhəmiyyət verməyərək qətnaməsində iddia ərizəsində qeyd olunan halların öz təsdiqini tapmaması ilə bağlı gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin imperativ tələbinin pozulmasıdır. Birinci instansiya məhkəməsinin qətna məsində bir çox sübutlar və faktlar öz əksini tapmır; - zərərin hesablanması ilə bağlı təqdim edilmiş Qiymətləndirmə Rəyinə də məhkəmə tərəfindən qiymət verilmədən qətnamə qəbul edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-3964/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Cahangir Yusifov)
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və müvafiq əsaslandırması ilə razılaşmış və qeyd etmişdir ki, mənzilin həmin vaxt iddiaçının mülkiyyətində olmaması ilə yanaşı, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi əşyalarının çölə atılması kimi hallar iş materialları ilə sübuta yetirilmir. Apellyasiya şikayətinin bu dəlili bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
28. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə t utur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir.
29. Apellyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi fotoşəkilləri və birinci instansiya məhkəməsində icraat zamanı izahatı alınmış şahid ifadələrini də iddianın əsaslı olmasını təsdiq edən sübutlar kimi qiymətləndirməyib və bunu onunla əsaslandırıb ki, iş materiallarında olan fotoşəkillərdə müəyyən əmlakların yaşayış evinin həyətində mövcudluğu əksini tapsa da, bu, əşyaların məhz cavabd ehlər tərəfindən ora yığılmasını təsdiq etmir. Həmçinin iddia tələbində adları sadalanmış əmlakların da təqdim edilmiş fotoşəkillərdə əks edilməməsi müşahidə edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianını təmin olunması və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdırmadığı üçün maddi və prosessual hüquq normalarını pozmuş, bununla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə a raşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
34. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kolleg iya qətnaməni tam yoxlayır.
35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eyn ilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib və qanuni nəticəyə gəlmişdir.
38. İddia tələbi deliktə əsaslanan öhdəlik üzrə cavabdehlərdən maddi və mənəvi zərərin tutulması barədədir. İddiaçı tələbinin əsası kimi cavabdehlərin, o cümlədən Tikinti Şirkətinin onun əmlakını yararsız hala salmasına, bu halın sübutu kimi isə fotoşəkillərə və şahid ifadələrinə istinad etmişdir.
39. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə isə iddiaçı iddia ərizəsində sadalanan əşyaların cavabdehlər tərəfindən yararsız hala salınması ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. İddiaçının sübut kimi istinad etdiyi fotoşəkillərdə müəyyən əmlakların yaşayış evinin həyətində mövcudluğu əksini tapsa da, bu, əşyala rın məhz cavabdehlər tərəfindən ora yığılmasını təsdiq etmir. Həmçinin iddia tələbində adları sadalanmış əmlakların da təqdim edilmiş fotoşəkillərdə əks edilməməsi müşahidə edilir.
40. Şahid ifadələrinə də məhkəmələr tərəfindən MPM-in 88-ci maddəsinin tələbləri baxımından tam qiymət verilmişdir.
41. Göründüyü kimi, iddiaçı sübutlara qiymət verməklə işə mahiyyəti üzrə baxan məhkəmələrdə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edəb bilməmişdir. Halbuki qanunvericiliyin tələbinə görə iddiaçının belə bir vəzifəsi vardır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sübut bazası əsasında sübut etməməsinə istinad edərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini d əyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmiş, istinad edilən qanunvericilik normalarını işin müəyyən edilmiş halına uyğun olaraq düzgün tətbiq etmişdir.
43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
44. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.
45. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətin də göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirək əsassız hesab edir.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-3964/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.