Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1063/2020 21.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı2 vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı həyətyanı torpaq sahəsindən pay tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M ÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə(hаkim Tural Həsənov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı həyətyanı torpaq sahəsindən pay tələbi barədə iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məcidov, hakimlər İ.Quliyev və M.Əsədli) Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı2 münаsibətdə dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən sаxlаnılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı2 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbayc an Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 qarşı həyətyanı torpaq sahəsindən pay tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Yuxarı Tala kəndindəki 2037 kv.m. həyətyanı torpaq sahəsindən onlara düşən payın ayrılaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmiş dir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, xx xxxxxx 2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2037 hektar torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) və üzərində olan 77 kv.m. fərdi yaşayış evi, yəni fərdi yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsi ümumi birgə Cavabdeh3, fərdi yaşayış evinin 1/3 hissəsi və torpaq sahəsi ümumi birgə X1, torpaq sahəsi ümumi birgə Cavabdeh2 və fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı2 paylı mül kiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kоllegiyаsı qeyd edir ki, xx xxxxxx 2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2037 hektar torpaq sahəsi paylı mülkiyyət kimi ancaq cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 adlarına qeydə alınmışdır. İddiaçı2 adına isə onun pay tələb etdiyi 0,2037 hektar torpaq sahəsinin üzərində yerləşən 77 kv.m. fərdi yaşayış evinin 1/3 hissəsi qeydə alınmışdır. Göründüyü kimi, İddiaçı2 adına 0,2037 hektar torpaq sahəsi qeydə alınmamış, çıxarışa əsasən onun torpaq sahəsi üzərində payı müəyyən edilməmişdir. Ona görə də qeyd olunan hallar iddia ərizəsinin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, nə qədə r ki, cavabdehlərin adına verilmiş rəsmi sənədlər qüvvədədir və ləğv edilməmiş, etibarsız hesab edilməmişdir, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum ed ilə bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (xx xxxx 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh3 Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2037 hektar torpaq sahəsinin ümumi birgə mülkiyyətçisidir və onların öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. İddiaçı2 isə həmin torpaq sahəsinə hazırda heç bir hüququ yoxdur. Kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini ə sas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1063/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1063/2020
21.02.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver