Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1064/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, İsmayıllı rayon Gəraybəyli bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi və vəkili Cavadov Habil Azad oğlunun və digər Cavabd eh1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1519/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)-465/2017 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, İddiaçı DƏDRX-in 9 saylı Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilərək DƏDRX-in 9 saylı Ərazi İdarəsinin üzərinə İsmayıllı rayon XDS İK-in xx xxxx 1993cü il tarixli qərarına əsasən İddiaçı istifadəsinə verilmiş və xx xxxxxxx 1993-cü il tarixli aktla təhkim edilmiş İsmayıllı rayon Xəlilli kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sah əsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 21(107)-40/2018 saylı qərarından görünür ki, DƏDRX-in 9 saylı Ərazi İdarəsinin və İsmayıllı rayon Gəraybəyli bələdiyyəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)-465/2017 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2-1(102)-857/2019 saylı qərarından müəyyən edilir ki, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-40/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, İsmayıllı rayon Gəraybəyli Bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən müştərək qaydada maddi zərərin əvəzi kimi 34520 manat, mənəvi zərərin əvəzi kimi 20000 manat və dövlət rüsumu olaraq 30 manat, cəmi 54550 manat məbləğinin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı rayon XDS İK-nin 1993-cü il tarixli 34 saylı qərarına əsasən İsmayıllı rayon Xəlilli kənd i ərazisindən 0.12 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçının qanuni istifadəsinə verilmişdir. 1993-cü ildə tərtib edilmiş təhkim aktına əsasən iddiaçının qanuni istifadəsinə verilmiş 0.12 hektar torpaq sahəsi yerində tanıdılmaqla, sərhədləri göstərilməklə və mərz işarələri basdırılmaqla ona təhkim edilmişdir. Həmin vaxtdan qeyd edilən torpaq sahəsini iddiaçı istifadə etməyə başlamışdır. Torpaq islahatları zamanı iddiaçının qanuni istifadəsində olan 0.12 hektar torpaq sahəsi onun əvəzsiz mülkiyyətinə verilmişdir. 2000-ci ildə bələdiyyələr yarandıqdan sonra İsmayıllı rayon Gəraybəyli bələdiyyəsi həmin torpaq sahəsinin bələdiyyənin örüş sahəsi olduğunu, habelə orada artezian quyusu olduğunu bildirərək iddiaçının torpaqdan istifadəsinə qadağa qoymuşdur. İddiaçı istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin DƏDRX-nin 9 saylı Ərazi İdarəsi heç bir hüquqi əsas olmadan iddiaçının istifadəsində olan torpağın onun adına qeydə alınmasından imtina etmişdir. İddiaçı qanunsuz imtinaya görə DƏDRXnin 9 saylı Ərazi İdarəsinə qarşı İsmayıllı rayon XDS İK-nin 1993-cü il tarixli 34 saylı qərarına əsasən istifadəsinə verilmiş İsmayıllı rayon Xəlilli kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Ş əki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)-465/2017 saylı qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. İsmayıllı rayon Gəraybəyli bələdiyyəsi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Şəki İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)-465/2017 saylı qərarından apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018ci il tarixli 2-1(107)-40/2018 saylı qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)-465/2017 saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-40/2018 saylı qərarından kassasiya şi kayəti verilmişdir. Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2-1(102)-857/2019 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)40/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində 20 ildir torpağından istifadə edə bilmir və nəticədə hər il 1000 manat məbləğində maddi gəlirdən, yəni təqribən ən azı 20000 manat gəlirdən məhrum olmuşdur. İddiaçı 20 il müddətində ev tikə bilmədiyi üçün hər ay 100 manat kirayə haqqı ödəməklə 24000 manat kirayə ödəyərək zərər çəkmişdir. Bundan əlavə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(84)-465/2017 saylı qərarı ilə ödənilmiş 10 manat dövlət rüsumu, Şəki Apelyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-40/2018 saylı qərarı ilə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat, mütəxəssis rəyinin dəyərinə görə 60 manat, dövlət rüsumuna görə 5 manat, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2-1(102)-857/2019 saylı qərarı ilə isə ödənilmiş 5 manat dövlət rüsumu da iddiaçının üzərində qalmışdır. Bununla da iddiaçı 180 manat dövlət rüsumları ekspert və mütəxəssis rəyinə görə, Şəki İnzibati-İqtisadi Məhkəməsinə gedib-gəlmək üçün 80 manat, Şəki Apelyasiya Məhkəməsinə iki dəfə gedib-gəlmək üçün 160 manat, Ali Məhkəməyə gedib-gəlmək üçün 100 manat olmaqla 340 manat yollara, dövlət rüsumlarının ödənilməsinə, ekspert və mütəxəssis rəyinə görə ümumilikdə 520 manat xərc çəkmişdir. Eyni zamanda cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı sarsıntılar keçirmiş, əsəb gərginliklərinə və iztirablara görə məruz qalmış və nəticədə ona mənəvi zərər dəymişdir. İddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərəri 20000 manat məbləğində qiymətləndirir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) xx xxx 2020-ci il tarixli 2(037)253/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, İsmayıllı rayon Gəraybəyli Bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “54550 manat maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İsmayıllı rayon XDS İK-nin 1993-cü il tarixli 3 4 saylı qərarına əsasən İsmayıllı rayon Xəlilli kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçının müraciətinə əsasən ərazi idarəsinin mütəxəssisləri tərəfindən mübahisəli ərazidə texniki invertarlaşdırma işləri aparılmışdır. Əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsi elektron baza xəritəsində kənd təsərrüfatlı təyinatlı örüş sahəsinə, digər hissəsi isə yol və artezian quyusunun yerləşdiyi əraziyə düşür və həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlarından kənarda yerləşdiyindən mübahisəli ərazi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında n imtina edilmişdir. İddiaçı mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədlərin cavabdehlərin təqsiri üzündən alınmamasını bildrisə də, həmin faktlar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Cavabdehlər tərəfindən iddiaçıya maddi zərər vurulması faktı təsdiq olunmadığından və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun sarsıntılar keçirdiyi, əsəb gərginliklərinə və iztirablara düçar olduğu və bununla da ona 20000 manat məbləğində mənəvi zərər dəydiyi sübut olunmadığından məhkəmə iddia tələbini əsassız hesab etmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-2 53/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov və Hüseynov Mirbahəddin) xx xxxxxx 2020-ci il tarixli 2(107)1519/2020 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(037)-253/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı apellyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)-1519/2020 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bələdiyyələr yarandığı 2000-ci ilin yanvar ayından İsmayıllı rayon Gəraybəyli bələdiyyəsi həmin torpaq sahəsinin bələdiyyənin örüş sahəsi olduğunu, habelə orada artezian quyusu olduğunu bildirərək iddiaçının torpaqdan istifadəsinə qadağa qoymuşdur. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh təşkilat heç bir hüquqi əsas olmadan həmin torpağın onun adına dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Bununla bağlı məhkəməyə müraciət etmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)- 465/2017 saylı qərarı ilə iddia təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)-465/2017 saylı qərarı cavabdehin apellyasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-857/2019 saylı qərarları ilə kassasiya şikayəti təmin edilməmişdir. Cavabdehlərin bu hərəkətləri nəticəsində 20 ildir torpağından istifadə edə bilmir və nəticədə ona maddi və mənəvi zərər dəymişdir. İşə əlavə edilmiş ərizəyə cavab olaraq Azərb aycan Respublikası keçmiş DTXK İsmayıllı rayon şöbəsinin ona ünvanladığı və mülki işə əlavə edilmiş xx.xx.2008-ci il tarixli 36 saylı məktubundan görünür ki, guya ona həyətyanı kimi verilən torpaq sahəsi məlum torpaq islahatları zamanı başqa vətəndaşın mülkiyyətinə verilmiş pay torpaq sahəsinin tərkib hissəsidir, yəni tərəfindən həyətyanı kimi mübahisələndirilən torpaq sahəsi artıq mövcud deyildir. Lakin bu başdansovdu fikir məhkəmə qətnamələri ilə və işin faktiki vəziyyəti ilə tamamilə əsassız olması sübut olunmuşdur. Cavabdehlər iddiaçını əsassız olaraq məhkəmə yollarında süründürməklə ona həm maddi, həm də mənəvi zərər vurmuşlar. Cavabdeh1 məhkəmə instansiyalarında izahatında mülki məsuliyyətdən yayınmaq üçün bildirmişdir ki, guya onun bu hadisələrdən xəbəri olmamış, bu barədə ilk dəfə məhkəmə prosesində xəbər tutmuşdur. Halbuki, Cavabdeh1 1993-1997-ci illərdə kənddə sovxoz direktoru, 1998-2010-cu illərə kimi isə yerli aqrar islahat komissiyasının sədri, eyni zamanda 1999-2019-cu ilədək isə kəndin bələdiyyə sədri işləmişdir. İddiaçıya məxsus həyətyanı torpaq sahəsinin mülkiyyətinə keçməsinə, ondan istifadəsinə bilavasitə həmin şəxs maneçilik törətmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X2 və Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası həmin şəxslərin izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi və vəkili Cavadov Habil Azad oğlu kassa siya şikayətini qəbul etməyərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh İsmayıllı rayon Gəraybəyli bələdiyyəsinin sədri X3 məhkəməyə teleqramla müraciət edərək səhhətində yaranan problemlə əlaqədar olaraq məhkəmə iclasına iştirak edə bilməyəcəyini qeyd edərək bunun nəzərə alınmasını xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxd ur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəm əsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraat ının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərli yi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Müki Məcəlləsinin 1096.1, 1097.1, 21.1-ci maddəsinin məzmunundan görünür ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikay əti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1519/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.