Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1065/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə ("xxxx" ASC və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 4 saylı Abşeron Ərazi İdarəsi cavabdehin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində, Maraqlı şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARI (Açar sözlər: Hərracın nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı ("xxxx" ASC və “Daşınmaz Ə mlakın Dövlət Kadastrı və Reyestri” X4 4 saylı Abşeron Ərazi İdarəsi cavabdehin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində, Maraqlı şəxs qismində cəlb edilməklə) qarşı hərracın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 dekabr 2024-cü il tarixli, 2(103)-1616/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları
1. Abşeron Rayon Məhkəməsinin 2(012)-704/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və "xxxx" MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə 19 fevral 2015-ci il tarixli, 11- xx-xx-2015-AC nömrəli kredit müqaviləsi üzrə ödənil məmiş qalan 18417,54 manat əsas borc, 649,75 manat faiz borcu olmaqla, cəmi 19067,29 manat borcun, məhkəməyə müraciət olunması üçün ödənilmiş 173,80 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 41,42 manat rüsum məbləğində vəsaitin tutulması, cavabdehlər İddiaçı və "xxxx" MTK-dan iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğin 13 may 2018-ci il tarixli, 11-xx-xx-2015-AC nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 98 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 56000 manat müəyyən edilməsi, hərracdan əldə olunacaq vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, ipotek a qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan İddiaçı istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsini ən geci bir ay ərzində əmlakı ilə birlikdə tərk etməsi, İddiaçı ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda onun məcburi qaydada evdən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-519/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-704/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Cavabdeh1 hərracın keçirilməsini xx.xx.2023-cü il tarixli məktubla Cavabdeh2 MMC-yə sifariş etmişdir.
4. Cavabdeh2 MMC hərracın keçiril məsini ilkin satış qiyməti 56000 manat müəyyən edilməklə 19 sentyabr 2023-cü il tarixə təyin etmiş, bu barədə tərəflərə 28 avqust 2023-cü il tarixli, 1856/23 saylı bildiriş göndərilmiş, həmçinin “Birjanyus” internet informasiya ehtiyatında (portalında) (www.birjanews.az) elan dərc olunmuş və həmin elan hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. 5. 19 sentyabr 2023-cü il tarixdə keçirilən ilkin açıq hərracda hərracın qalibi Maraqlı şəxs olmuş və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 98 nömrəli mənzilin 56.000 manata Maraqlı şəxs satılması haqqında hərrac təşkilatı ilə onun arasında hərracın yekunları barədə 19 sentyabr 2023-cü il tarixli, 226/23 saylı protokol tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a ) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Cavabdeh2 və Cavabdeh1nə qarşı ("xxxx" ASC və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 4 saylı Abşeron Ərazi İdarəsi cavabdehin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində, Maraqlı şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Hərrac Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 19 sentyabr 2023-cü il tarixdə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 98 saylı mənzilin (bundan sonra mübahisəli mənzil) satılması üçün keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, 19 sentyabr 2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barəd ə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına isitnad edilərək əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya hərracın keçirilməsi barədə heç bir bildiriş göndərilməmiş, hərrac barədə məlumatlandırılmamışdır. Yalnız icra orqanı tərəfindən evin boşaldılması ilə bağlı müraciət edildiyi zaman ipoteka predmeti ilə bağlı hərracın keçirildiyi və mənzilin başqa şəxsə satıldığı məlum olmuşdur.
8. Cavabdeh2 iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, sifariş Cavabdeh2 MMC-yə daxil olduqdan sonra ilkin hərracın keçirilməsi 19 sentyabr 2023cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi kimi Azərbaycan Respu blikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Birjanyus” internet informasiya ehtiyatında (portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Bundan başqa, sifariş olunan əmlaka dair açıq hərracın keçirilməsinə dair 1856/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş hərracın sifarişçisinə, borclu İddiaçı (icra vərəqəsində göstərilən ünvanına), eləcə də digər tərəflərə poçt vasitəsi ilə göndərilmişdir. İlkin açıq hərracda iştirak etmək üçün X1 və Maraqlı şəxs ərizə ilə Cavabdeh2 MMC-yə müraciət edərək iştiraklarının təmin olunmasını xahiş etmişlər. xx.xx.2023-cü il tarixdə keçirilən açıq hərracda hərracın predmeti olan mənzil 56.560 manata Maraqlı şəxs satılmışdır. Bununla əlaqədar ol araq hərracın yekunları barədə 226/23 saylı, xx.xx.2023-cü il tarixli protokol tərtib olunmuşdur. 226/23 saylı, xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə protokol hərracın qalibi - alıcı, eləcə də hərrac təşkilatçısının sənədlərlə iş üzrə bölmə rəhbəri və direktor müavininin imzası, həmçinin hərrac təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Kağız daşıyıcısında tərtib və təsdiq olunmuş protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qurumuna göndərilmişdir. Hərrac qanuni və əsaslı olduğundan, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas olmamışdır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-53 68/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia təmin edilməmişdir.
10. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyan – İddiaçı sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İpoteka qoyan iddiaçıya bildiriş onun icra vərəqəsində göstərilmiş ünvan 2 ünvanına göndərilmişdir.
11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə keçirilən ilkin açıq hərracda hərracın predmeti olan mənzil 56.560 manata hərracın qalibi olan Maraqlı şəxs satılmış və bununla əlaqədar olaraq hərracın yekunları barədə 19 sentyabr 2023- cü il tarixli, 226/23 saylı protokol tərtib edilmişdir. Beləliklə tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydalara əməl edilməklə keçirildiyi müəyyən edilmişdir. İddia tələbi əsassız olduğundan rədd edilməlidir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42, 44-cü, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, mübahisəli qətnamənin ləğv edilməsini, iddiaçıya məxsus olan mübahisəli mənzilin satılması üçün keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, 19 sentyabr 2023-cü il tarixli hərracın yekunları üz rə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və iddia olunur ki, bu barədə ipoteka saxlayana və ipoteka qoyan İddiaçı sifarişli poçt göndərişi (məktubu) ilə onun icra vərəqəsində göstərilmiş ünvan 2 ünvanına göndərilmişdir. Lakin iddiaçının yaşayış ünvanı dəyişdiyindən onun qeyd edilən bildirişdən xəbəri olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat h aqqında” ******* saylı arayışa əsasən, onun yaşayış ünvanı ünvan 3ildirişin ona çatmaması onun hərracda iştirak etmək hüququnu da məhdudlaşdırmışdır. Həmçinin iddiaçı tərəfindən xeyli miqdarda borc ödənilmiş və bank tərəfindən ona qalan borcun ödənilməsinə dair müəyyən müddət verilməsinə söz verilmiş və bununla bağlı məhkəmə işinin dayandırılması vəd edilmişdir. Hazırda İddiaçı tərəfindən borcun 80%-i ödənilmişdir və cəmi 19.000 manat borcu vardır ki, həmin borcu hazırda bir dəfəyə ödəməyə razıdır. Lakin bank pul vəsaitini ondan qəbul etmir. Nəticə baxımından isə onun real dəyəri 120.000 manat olan əmlakı bank və həmin binanın inzibatçıları tərəfindən əlbir olaraq yarı qiymətə satın alınmışdır və hərracla bağlı nə icra orqanı nə də ki, hərrac təşkilatı tərəfindən borcluya hər-hansı bir məl umat verilməmişdir. Bununla da mülkiyyətçinin hüquqları pozulmuş, özünün mənzili almaq imkanı olduğu halda, bu hüququndan məhrum edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 dekabr 2024-cü il tarixli, 2(103)-1616/2024 nömrəli qətnaməsi ilə (hakim Xumar Mərdanova (sədrlik edən və məruzəçi) Vahid Sadıqov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5368/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Apellyasiya şikayətinin dəlilləri birinci instan siya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
17. Apellyasiya instansiya məhkəməsi iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı istər iddia tələbində, eləcə də apellyasiya şikayətində hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini, həmçinin bildirişin ona təqdim edilmədiyini bildirmişdir. Lakin işin hallarından müəyyən edilmişdir ki, ilkin hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilmiş və bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilmişdir.
18. Abşeron-Xırdalan-3 MMC-nin xx.xx.2023-cü il tarixli 15 saylı arayışında qeyd edilmişdir ki, Rzayev X3 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 98 nömrəli mənzilində ailə üzvləri ilə birlikdə yaşayır (i.v.30). 19. "xxxx" MMC-nin işdə olan açıq hərracın keçirilməsinə dair bildirişdə İddiaçı həm faktiki yaşadığı ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 3, 98 nömrəli mənzili, həm də əvvəllər qeydiyyatda olduğu ünvan 4 ünvanı qeyd edilmişdir (i.v. 21).
20. Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçının bildirişi şəxsən almaması keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki,...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
21. Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, iddiaçı Abşeron Rayon Məhkəməsində mülki işə baxılan zaman iclaslarda iştirak etmiş, ünvanının dəyişməsi barədə məhkəməyə məlumat verməmişdir. Halbuki, bu onun prosessual qanunvericiliyə görə vəzifəsidir.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hərrac təşkilatı tərəfindən hərrac iştirakçılarına göndərilən bildirişlərdə icra vərəqəsində göstərilən ünvandan əlavə, onların telefonları da qeyd olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirişin üzərində olan nömrələrin iddiaçıya və ailə üzvlərinə aid olmasıni təsdiq etmişdir. Həmçinin xüsusilə vurğulanmalıdır ki, ipoteka ünvanında olan ev hərrac predmeti olan evdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-704/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş borcun məbləğinin müəyyən bir hissəsinin ödənildiyini və bank tərəfindən ona qalan borcun ödənilməsinə dair müəyyən müddət verilməsi barədə söz verildiyini bildirsə də, həmin hallar öz təsdiqini tapdığı halda belə hərracın etibarsızlığına əsas ola bilməz. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə aktı icra edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 4 14.1, 414.2, 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43.1, 43.2, 43.3, 43.4, 43.5, 43.6, 43.7, 43.7-1, 43.8, 44-ci, “İcra haqqında” Qanunun 53.2, 61.1-ci və 61.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.2, 217.3, 218.1, 384.0.1, 405-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyab r 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellaysiya Məhkəməsinin 2.12.2024-cü il tarixli, 2(103)-1616/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəllənin 324.1, 324, 337.1, 337.2 və 416-cı, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddələrinin tələbləri pozulmuşdur.
27. Belə ki, iddiaçı tərəfindən xeyli miqdarda borc ödənilmiş, bank tərəfindən ona qalan borcun ödənilməsinə dair müəyyən müddət verilməsinə söz verilmiş və bununla bağlı məhkəmə işinin dayandırılması vəd edilmişdir. Hazırda iddiaçı tərəfindən borcun 80%-i ödənilmişdirş Cəmi 19000 manat borcu olmuşdur ki, həmin borcu hazırda bir dəfəyə ödəməyə razıdır. Lakin bank pul vəsaitini ondan qəbul etməmişdir. Nəticə baxımından isə onun real dəyəri 120000 manat olan əmlakı bank və həmin binanın inzibatçıları tərəfindən əlbir olaraq yarı qiymətə satın alınmışdır və hərracla bağlı nə icra orqanı nədə ki, hərrac təşkilatı tərəfindən borcluya hər-hansı bir məlumat verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri
29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
30. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlə rini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir.
31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
32. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağl amaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
33. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
34. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
35. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
36. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifari şi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiyməti nin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
37. Maddə 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır.
38. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmas ın.
39. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
40. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilk in satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
41. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
42. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazı mi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
46. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
47. Maddə 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qi ymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı in stansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
53. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərl i hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
54. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
55. İddiaçı kassasiya şikayətində onun real dəyəri 120000 manat olan əmlakının bank və həmin binanın inzibatçıları tərəfindən əlbir olaraq yarı qiymətə satın alınmasını bildirmişdir. Bu dəlil, ipoteka qiymətinin düzgün olmamasını ehtiva edir. Halbuki, iddiaçı bu dəlili iddia ərizəsində iddia tələbinin faktik əsası kimi irəli sürməyib və birinci instansiya məhkəməsində araşdırma predmeti olmayıb. Bu halda, həmin dəlil yuxarı instansiya məhkəmələrində araşdırıla bilməz. 5
6. Çünki hər bir iddia tələbi, fərdi xüsusiyyətlərə malikdir. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki element müəyyən olunub: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir.
57. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
58. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozul ması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı).
59. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir.
60. İşə baxan məhkəmə iddianın həlli zamanı iddiaçının qeyd etdiyi hüquqi əsaslardan fərqli hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əs asını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə tərəflərin hüquqlarının realizəsinə yönələn bir sıra prosessual səlahiyyətlərə malikdir. Bununla belə, məhkəmə heç bir halda tərəflərə məxsus prosessual səlahiyyətləri öz üzərinə götürə bilməz. İddianın əsasının və ya predmetinin dəyişdirilməsi iddiaçının müstəsna səlahiyyətinə aiddir. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o ha lda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Burada nəzərə alınmalıdır ki, həmin maddədə qeyd edilən “iddianın əsası” ifadəsi iddianın məhz faktiki əsasını ehtiva edir, iddianın hüquqi əsasını təşkil edən tətbiq olunacaq maddi hüquq normaları isə mülki icraatın istənilən mərhələsində məhkəmə tərəfindən dəyişdirilə bilər.
61. İddianın predmetinin və əsasının yalnız iddiaçı tərəfindən və MPM-in 53-cü maddəsində müəyyən edilən mərhələdə dəyişdirilməsinə dair qayda həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Çünki Mülki Prosessual Məc əllənin 9.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Beləliklə, iş üzrə cavabdeh müdafiəsini təşkil etmək, etirazlarını bildirmək, əks sübutlarını təqdim etmək, habelə iddia müddətinin tətbiq edilməsini istəmək (burada nəzərə almaq lazımdır ki, ayrı-ayrı tələblərə görə iddia müddəti də fərqlənə bilər) imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsası barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır.
62. Bu baxımdan iddianın predmetini və ya əsasını sonradan dəyişdirmək imkanının mövcud olması, eyni zamanda bərabərlik prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər. Bu halda cav abdeh işə baxılması zamanı nəinki iddia ərizəsində irəli sürülən əsas və dəlillərə qarşı, həmçinin hüquq münasibətlərinin məhkəmə tərəfindən müəyyən edilən fərqli tövsiflərinə qarşı müdafiə olunmaq məcburiyyəti ilə üzləşə bilər.
63. Məhz buna görə MPM-in 372.3-cü maddəsində apellyasiya qaydasında işə baxıldıqda tərəflərin yalnız iddianın hüquqi əsasını dəyişdirməsi imkanı tanınmışdır.
64. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (MPM-in 372.4-cü maddəsi).
65. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hərracın qalibi olmuş Maraqlı şəxs prosessual statusu maraqlı şəxs kimi müəyyən edilmişdir. Lakin bu prosessual pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnməmişdir və MPM-in 418.3-cü maddəsinə görə qətnamənin ləğv edilməsi üçün əsas sayılmır.
66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
67. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız i ş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.
68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 dekabr 2024-cü il tarixli, 2(103)1616/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.