Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1068/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh: Cavabdeh İddia tələbi: “qeyri-yaşayış sahəsinin məcburi qaydada boşaldılması” Açar sözlər: yaşayış sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1487/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx x xxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İşdə olan xx xxxxxxxx 2014-cü il tarixdə qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(011)-2142/2014 saylı qətnaməsi əsasında xx xxxxxxxx 2014-cü il tarixdə verilmiş icra vərəqəsindən görünür ki, həmin icra vərəqəsinə əsasən 1.329.763,30 (bir milyon üç yüz iyirmi doqquz min yeddi yüz altmış üç manat otuz qəpik) manat məbləğində əsas borc, 128.505,59 (bir yüz iyirmi səkkiz min beş yüz beş manat əlli doqquz qəpik) manat məbləğində faiz borcu, 2500 (iki min beş yüz) manat məbləğində cərimə, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında b ildirişlərin qeydə alınması üçün ödənilmiş 245.00 (iki yüz qırx beş) manat məbləğində dövlət rüsumu və xidmət haqqı, cəmi 1461043,89 (bir milyon dörd yüz altmış bir min qırx üç manat səksən doqquz qəpik) borcun cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı ASC-nə ödənilməsi, tələbin aşağıda göstərilən əmlaklara yönəldilməklə xüsusi mülkiyyət hüququ ilə X1 məxsus olan Səki rayonu, Kiş kəndində, istifadədə olan 0.0139 ha torpaq sahəsində yerləşən 273.9 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 219.100 (iki yüz on doqquz min yüz) manat olmaqla, X2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 60.0 kvadrat metr ümumi sahədən ibarət 36/37 saylı mənzilin ilkin satış qiyməti 229.000 (iki yüz iyirmi doqquz min) manat olmaqla, X1 məxsus olan Şək i şəhəri, Mahmud Əliyev küçəsində mülkiyyətində olan 0.0132 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 85.5 kvadrat metr yaşayış, 4.3 kvadrat metr qeyri-yaşayış, 210.9 kvadrat metr köməkçi sahədən ibarət 55 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 320.000 (üç yüz iyirmi min) manat olmaqla, Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, Qurcana küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 77 kvadrat metr yaşayış, 43.9 kvadrat metr köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 100.000 (bir yüz min) manat olmaqla, X3 tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, X4 prospektində istifadədə olan 0.006 ha torpaq sahəsində yerləşən, 61.3 kvadrat metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 268.000 (iki yüz altmış səkkiz min) manat olmaqla, Cavabdeh tam mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, Mikayıl Müşfiq küçəsində, mülkiyyətində olan 0.0032 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 3 girişli, 68.22 kvadrat metr ümumi, 56.61 kvadrat metr əsas, 11,61 kvadrat metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası (mağaza) və torpaq sahəsinin ilkin satış qiyməti 160.000 (bir yüz altmış min) manat olmaqla, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2i ünvanında 0.451247 ha torpaq sahəsində yerləşən 246.9 kvadrat metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə və torpaq sahəsinin ilkin satış qiyməti 788.000 (yeddi yüz səksən səkkiz min) manat olmaqla, X1 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində istifadədə olan 0.03623 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 5 mərtəbəli binada 59,8 kvadrat metr ümumi, 40.6 kvadrat metr yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilin ilkin satış qiyməti 100.000 (bir yüz min) manat olmaqla açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına cavabdeh “xxxx” MMC-nin İddiaçı ASC-yə olan borcunun ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” MMC-nin xx xxxxxx 2015-ci il tarixli, 05/03 saylı hərracın yekunları barədə protokolundan görünür ki, Cavabdeh mülkiyyətində olan və ilkin satış qiyməti 160.000 manat müəyyən edilmiş Şəki şəhəri, M.Müşfiq küçəsində mülkiyyətində olan 0,0032 hektar torpaq sahəsində yerləşən 1 nömrəli 3 girişli, 68,22 kvadrat metr ümumi, 56,61 kvadrat metr əsas, 11,61 kvdrat metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası 102.000 manata İddiaçı ASC-yə satılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, M.Müşfiq küçəsində mülkiyyətində olan 0,0032 hektar torpaq sahəsində yerləşən 1 nömrəli 3 girişli, 68,22 kvadrat metr ümumi, 56,61 kvadrat metr əsas, 11,61 kvdrat metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası İddiaçı ASC-nin adına qeydə alınmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavab deh tərəfindən Şəki şəhəri, M.Müşfiq küçəsində mülkiyyətində olan 0,0032 hektar torpaq sahəsində yerləşən 1 nömrəli 3 girişli, 68,22 kvadrat metr ümumi, 56,61 kvadrat metr əsas, 11,61 kvdrat metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının məcburi qaydada boşaldılması və 20 (iyirmi) manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-354/2020 nömrəli qətnaməsi ilə (hakim E.M.Mehdiyev) iddia qismən təmin edilərək, İddiaçı ASC-nin mülkiyyətindəki Şəki şəhəri, M.Müşfiq küçəsində mülkiyyətində olan 0,0032 hektar torpaq sahəsində yerləşən 1 nömrəli 3 girişli, 68,22 kvadrat metr ümumi, 56,61 kvadrat metr əsas, 11,61 kvdrat metr köməkçi sahədən ibarət 2 mə rtəbəli qeyri-yaşayış binasının Cavabdeh tərəfindən məcburi qaydada boşaldılması, İddiaçı ASC tərəfindən iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu xərcinin 10 manatının Cavabdeh alınaraq İddiaçı ASC-yə verilməsi, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-354/2020 saylı qərardadına əsasən İddiaçı ASC-nin iddia ərizəsinin verilməsi üçün artıq ödədiyi 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı ASC-yə qaytarılmasının qərara alınmasının nəzərə alınması qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1487/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməyərək, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-354/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının xx xxxxxxxx 2000-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bils in (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, «İnsan hüquqları və əsas azadlıqların müdaf iəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının xx xxxxxxxx 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1 və 152.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı ASC həmin qeyriyaşayış binasının mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin, Cavabdeh İddiaçı ASC-yə məxsus qeyri-yaşayış binasını könüllü olaraq boşaltmamaqla iddiaçının mülkiyyətində olan öz əmlakından istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradır. Cavabdeh məlum olmayan səbəblərdən həmin qeyriyaşayış binasından çıxmaqdan yayınır. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. İş materiallarından görünür ki, mübahisə predmeti olan qeyri-yaşayış binası xx xxxxxx 2015-ci il tarixli, 05/03 saylı hərracın yekunları üzrə protokol əsasında aparılmış əmlakın alqı-satqısı barədə müqavilə əsasında İddiaçı ASC-nin adına qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Cavabdehin həmin qeyri-yaşayış binası üzərində hər hansı bir hüququnun qalması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1487/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1068/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1068/2021
02.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver