Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1068/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-1068/2024 (Açar sözlər: qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı pul öhdəliyinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi),Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı pul öhdəliyinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz məblə ğinin tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1241/2023 nömrəli 2 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh və vəkili tərəfindən verilmiş kassasiya şikayətinə 02 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh borca görə 78.366 manat və həmin borca hesablanmış faizə görə 8228,40 manat, cəmi 86594,40 manat və 20 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1711/2012 saylı 26 aprel 2012-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5314/ 2011 saylı mülki iş üzrə qəbul etdiyi 27 dekabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
3. Mülki işin materiallarında olan 03 fevral 2013-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən icra məmuru həmin tarixdə 2(103)-1711/2012 saylı 26 aprel 2012-ci il tarixli icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğunu müəyyən edərək, icraata başlamaq haqqında qərar qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 78.366 manat əsas borc məbləğinə hesablanan 39.183 (otuz doqquz min yüz səksən üç) manat Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış illik 5 faiz məbləğində vəsaitin və mənəvi zərərin əvəzi kimi 10.000 manat (on min) məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 238 manat məbləğində pulun, cəmi 49.421 manat (qırx doqquz min dörd yüz iyirmi bir) məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Zaur Əzizov tərəfindən xx.xx.2013-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra icraatı çərçivəsində məcburi icra tədbirlər həyata keçirilmiş, lakin borclu qanuni qüvvəsini almış məhkəmə qərarı üzrə öz öhdəliklərini yerinə yetirməməmiş və məhkəmə qərarı üzrə pul vəsaitini iddiaçıya ödəməmişdir. Şikayətçi hes ab etmişdir ki, 39.183 manat maddi ziyanın və 10.000 manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir. 2012-ci ildə qanuni qüvvəsini almış məhkəmə qətnaməsini cavabdeh icra etmədiyindən iddiaçı mənəvi sarsıntı keçirmişdir. Bu səbəbdən cavabdeh vurulmuş mənəvi ziyana görə 10.000 manat məbləğində pulu iddiaçıya ödəməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materiallarına əlavə edilən qətnaməyə əsasən 78.366 manat məbləğində pul vəsaiti cavabdehə 2009-cu ildə verilmişd ir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini 2012-ci ildə almışdır. Cavabdeh 10 ildir ki, (2012-2022) iddiaçının pul vəsaitini qaytarmamışdır. 78.366 manata illik 5% faiz olmaqla hesablanan məbləğ 1 il üçün 3918.3 manat təşkil edir (78.366x5:100= 3918.3). Həmin məbləği 10 il müddətinə hesabladıqda 39.183 manat təşkil edir (3918.3x10=39.183). Cavabdeh Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(006)-5314/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş pul vəsaiti qaytarmadığına görə 39.183 manat məbləğində əsas borca hesablanmış illik 5 % olmaqla hesablanan məbləği ödəməlidir..
6. Quba Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 15 mart 2023 -ci il tarixli, 2(027)- 346/2023 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov ) iddia tələbi qismən təmin edilərək, cavabdeh dən Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli, 2(006)-5314/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 78.366 manat əsas borc məbləğinə illik 5 (beş) faiz olmaqla hesablanan 39.183 (otuz doqquz min yüz səksən üç) manat məbləğində pul və 188,70 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki,Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli qətnaməsi ilə cavabdehdən borca görə 78.366 manat və həmin borca hesablanmış faizə görə 8228,40 manat, cəmi 86594,40 manat və 20 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış, icraya yönəlmiş, iş üzrə cavabdeh öz öhdəliklərini yerinə yetirməməmiş borcunu ödəməm işdir.
8. Belə olan halda məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki iddiaçının cavabdehə qarşı 78.366 manat əsas borc məbləğinə illik 5 (beş) faiz olmaqla hesablanan 39.183 (otuz doqquz min yüz səksən üç) manat məbləğində pul tələbi əsaslıdır və təmin olunmalıdır.
9. Məhkəmə mənəvi ziyanla bağlı hissəsində qeyd etmişdir ki, iddiaçı cavabdehdən 10000 manat məbləğində mənəvi zərər tələb etsə də, iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, bunun nəticəsində ona cavabdeh tərəfindən 10000 manat məbləğində mənəvi zərər vurulması, cavabdehin hansısa qanunsuz hərəkətləri ilə bu mənəvi zərər arasında səbəbli əlaqənin olması və bu məbləğdə mənəvi zərərin vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən 10000 man at mənəvi ziyan tələbi hissəsində iddia əsassız hesab edilərək və təmin edilməmişdir. 10.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 399.3, 399.4, 445, 449.1-ci,Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək mübahisəli qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində əsassız və qanunsuzdur. Belə ki, iddiaçı hüquqdan sui-istifadə edərək borc məbləğinə faizlər hesablamaqla onun vəziyyətini olduqca ağırlaşdırır. Hətta iddiaçının hüquqdan sui-istifadə etməsinin digər əsası ondan ibarətdir ki, idd iaçı qanunverilcikdə nəzərdə tutulan ümumi iddia müddətini, yəni 10 il müddətini ötürməklə 11 il sonra məhkəməyə müraciət edərək 10 il müddət üçün 5 faizdən 39183 manat məbləğində pul tələb edir. Məhkəmə MM-in 445.5-ci maddəsinin tələbini nəzərə almadan iddianı qismən təmin etmişdir. Belə ki, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə gecikdirmə sayılmır. Hazırki vəziyyətdə də öhdəliyin icra edilməməsi cavabdehin təqsiri olmadan baş vermiş halların nəticəsidir. Bunun ən bariz sübutu ona məxsus əmlak kompleksinin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar satışa çıxarılmasıdır. Göründüyü kimi məhkəmə işin hallarını tam və hərətərəfli araşdırmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Qətnamə maddi və prosessual qanunvericiliyin tələbl ərinə əməl edilmədən qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməlidir.. 13.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 avqust 2023-cü il tarixli, 9/4695 nömrəli ekspert rəyinə əsasən cavabdehin iddiaçəya 26 iyun 2012-ci il tarixdən 07 dekabr 2022-ci il tarixədək illik 5 (beş) faiz hesablanmaqla 119.301.35 manat borcu vardır. (78.366 manat əsas borc üzrə və 40.935.35 manat faiz borcu üzrə). 14.Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-1241/2023 nömrəli,2 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin olunmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl ması qət edilmişdir. 15.Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. İddia ərizəsinin mahiyyətinə əsasən tələb qanuni qüvvəsini almış qətnamənin icra olunmaması ilə bağlı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi barədədir. 16.Kollegiya qeyd etmişdir ki, cavabdeh iddia verilən tarixədək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pulun qaytarılmasından uzun illər yayınmaqla, həmin pulun icra olunmamasına nail olmuşdur.Bu məqsədlə apellyasiya icraatı zamanı aidiyyəti üzrə Quba rayon İcra və Probasiya şöbəsinə sorğu verilmiş və sorğuya cavab olaraq borclu tərəfindən bugünədək tələbkarın xeyrinə heç bir pul vəsaitinin ödənilməməsi bildirilmişdir. 17.Məhkəmə kollegiyası onuda qeyd etmişdir ki, cavabdehin bu cür qərəzli hərəkətlərinə qiymət verərək cavabdehin davranışları, icra sənədi üzrə ödənilməli borc məbləğinin onun tərəfindən üzürlü səbəblərdən ödənməməsi kimi halı istisna etməklə yanaşı, onun mübahisənin obyektiv həllində maraqlı olmadığının da göstəricisidir. 18.Kollegiya hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizə lərdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. 19.Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14.2.1,21,21.2,385,386.1,442, 445.2.1, 448.1,448.2, 445.7,449.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 20.Cavabdeh (vəkili Vəkil2 ) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. 21.Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən borc tələbinə dair 11 ildən sonra, yəni ümumi iddia müddəti ötürülərək cavabdehdən borcun icrası tələb edilmişdir. Bu səbəblə ümumiyyətlə iddia tələbi rədd edilməli olduğu halda nə birinci, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən bu hal nəzərə alınmamış və qanunvericiliyin tələbi pozulmaqla əsassız qərar qəbul olunması ilə nəticələnmişdir. 22.Şikayətçi əlavə onuda qeyd etmişdir ki, maddi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi, hətta ona məxsus Quba rayonu AşağıXuc kəndində 4 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3784,2 kv.m olan əmlak kompleksinin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar hərracda satışa çıxarıldığını bu səbəblə cavabdehin borcunu ödəyə bilməsi üçün yetərli maddi vəsaitə sahib olmaması və borcu ondan asılı olmayan səbəblərdən icra edə bilməməsi apellyasiya şikayətində kifayət qədər əsaslandırılmışdır. Buna baxmayaraq məhkəmə iş üzrə sözügedən şübhəsiz faktiki halları nə zərə almadan şikayətçinin şikayətini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Kassasiya şikayətinə qarşı etiraz daxil olmumışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 25.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 27.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 28.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 29.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 30.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 31.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 32.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 33.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 34.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 35.Qətannədən cavabdeh tərəfindən kassasiya şikayəti verildiyindən, qətnamə həmin kassasiya şikayətinin dəlilləri əsasında iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi 36.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin iddianın təmin edilən hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üz rə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 37.Məhkəmə kollegiyası kassasiya şikayətinin iddia müddətinin keçməsi ilə bağlı dəlilini əsassız hesab edir. Cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə vermədiyindən işə baxan məhkəmələr tərəfindən iddia müddəti ilə bağlı məsələ ümumiyyətlə müzakirə edilməmişdir. 38.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq e dilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
39. KAssasiya şikayətində qeyd edilən digər dəlillər isə mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 40.Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı iş ə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin iddiaın təmin edilməsi hissəsində ləğvinə əsas vermir. 41.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. 42.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1241/2023 nömrəli, 2 oktyabr 2023-cü il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.