Məhkəmə qərarları › İş №2(102)-2253/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2253/2025

24.07.2025 · Sair mülki iş - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2253/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Şamaxı rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi qaytarılması, sübutetmə yükü və ödənilmiş məbləğin geri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 QSC-yə qarşı qərarın ləğv olunması və artıq ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-201/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh İddiaçı ilə Cavabdeh2 QSC arasında bağlanmış 07 sentyabr 2010-cu il tarixli, 17L000000524 saylı kredit xətti müqaviləsi, 30 aprel 2014-cü il tarixli kredit razılaşması, 15 iyul 2015-ci il tarixli, 17R000006488 S saylı və 04 sentaybr 2015-ci il tarixli 17 R000006488 S saylı sazişlər ləğv edilmiş, cavabdehlər İddiaçı və X1 müştərək qaydada iddiaçı Cavabdeh2 QSC-nin xeyrinə 21959,22 ABŞ dolları məbləğində kredit borcu, 5323,59 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27382,81 ABŞ dolları (qətnamənin icra olunduğu günə manatın məzənnəsi ilə) məbləğində borc, iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının tutulması, tələbin Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində İddiaçı mülkiyyətində olan 104 kv.m. ümumi sahəsi olan 1 mərtəbəli, 3 otaqlı (həyətyanı tikili və qurğularda daxil olmaqla) 39 a saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 45000 manat müəyyən edilməklə, açıq hərracdan satılması və cəmi 27382,81 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 21 manat xidmət haqqı həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına Cavabdeh2 QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin İddiaçı və X1 ümumi qaydada tutulması və Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində İddiaçı mülkiyyətində olan 104 kv.m. ümumi sahəsi olan 1 mərtəbəli, 3 otaqlı (həyətyanı tikili və qurğularda daxil olmaqla) 39 a saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra, İddiaçı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və Cavabdeh2 QSC-yə təhvil verilməlidir.

2. Həmin icra sənədi tam icra olunduğundan, i cra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 icra məmuru Babək İsmayılovun “Borclu İddiaçı 3258,55 manat məbləğində icra ödənişinin alınması, icra ödənişinin məbləğinin 25%-nin dövlət büdcəsinə, qalan hissəsinin icra məmurlarının xüsusi fonduna köçürülməsi” haqqında 16 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən 104 kv.m. ümumi sahəsi olan, 1 mərtəbəli, 3 otaqlı, 39 a saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməklə, açıq hərracdan satışdan əldə olunan məbləğdən məhkəməyə qədər ödədiyi 18.6 40 ABŞ dolları və məhkəmə qətnaməsindən sonra ödədiyi 9.200 manat nəzərə alınmaqla, Cavabdeh2 QSC-yə 40888,40 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İşin faktiki hallarına istinad edərək iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)24/2018 saylı, 29 iyun 2018-ci il tarixli icra vərəqəsi verilmiş, Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Cavabdeh1 icra məmuru Babək İsmayılovun “İcra ödənişinin alınması haqqında” 16 mart 2023-cü il tarixli qərarı ilə borclu İddiaçı 3258,55 manat məbləğdə icra ödənişinin alınması, icra ödənişinin məbləğinin 25%-nin dövlət büdcəsinə, qalan hissəsinin icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. İddiaçı qeyd etmişdir ki, sözügedən icra və rəqəsi Cavabdeh1 tərəfindən qanunamüvafiq qaydada icra olunmamış və onun mülkiyyətində 104 kv.m. ümumi sahəsi olan, 1 mərtəbəli, 3 otaqlı, 39 a saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 45000 manat müəyyən edilməklə, açıq hərracdan satılması qanunauyğun şəkildə düzgün həyata keçirilməmişdir. Həmin səbəbdən də, Cavabdeh1 tərəfindən əlavə olaraq 16 mart 2023-cü il tarixli qərarı ilə borclu İddiaçı 3258,55 manat məbləğində icra ödənişinin alınması barədə qanunsuz qərar qəbul olunmuşdur. Halbuki, sözügedən evinin ilkin satış qiyməti 45.000 manat müəyyən edilmişdir. Eyni zamanda, o, həmin kreditlə bağlı Cavabdeh2 QSC-yə məhkəməyə qədər 18.640 ABŞ dolları məbləğində ödəniş etmiş, məhkəmə qətnaməsindən sonra isə, Cavabdeh2 QSC-yə 9.200 manat məbləğində ödəniş etmişdir. Nəticədə, ondan Cav abdeh2 QSC-nin xeyrinə 40888,40 manat pul artıq tutulmuşdur. Ondan artıq tutulan ödənişlər ona qaytarılmalı olduğu halda, əksinə Cavabdeh1 tərəfindən 16 mart 2023-cü il tarixli qərarı ilə ondan 3.258,55 manat məbləğində icra ödənişinin alınması barədə qərar qəbul olunmuşdur. Cavabdeh1 ailə üzvləri ilə birlikdə yeganə yaşayış yeri olan fərdi yaşayış evini hərracdan satmış, ödədiyi kreditin ümumi məbləğini düzgün hesablamamış, artıq ödədiyi 40888,40 manat pulu geri qaytarmaq əvəzinə, ondan qanunsuz olaraq 3258,55 manat tələb edir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməsini xahiş etmişdir.

5. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1018/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı iddia tələbinin “Cavabdeh1 icra məmuru Babək İsmayılovun qəbul etdiyi “Bo rclu İddiaçı 3258,55 manat məbləğində icra ödənişinin alınması, icra ödənişinin məbləğinin 25 faizinin dövlət büdcəsinə, qalan hissəsinin icra məmumurlarının xüsusi fonduna köçürülməsi” haqqında 16 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

6. Şamaxı Rayon Məhkəməsinin (hakim Fərid Yaqubov) 2(074)-1018/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə isə Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində yerləşən 104 kv.m. ümumi sahəsi olan, 1 mərtəbəli, 3 otaqlı, 39 a saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməklə, açıq hərracdan satışdan əldə olunan məbləğdən məhkəməyə qədər ödədiyi 18.640 ABŞ dolları və məhkəmə qətnaməsindən sonra ödədiyi 9.200 manat nəzərə alınmaqla, Cavabdeh2 QSC-yə 40888, 40 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə İddiaçı iddiasının təmin olunmaması qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün, iddia təmin edilə bilməz.

8. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia tələbinin təmin olunması üçün qanuni əsaslar müəyyən edilmədiyindən, mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməklə, açıq hərracdan satışdan əldə olunan məbləğdən məhkəməyə qədər ödədiyi 18.640 ABŞ dolları və məhkəmə qətnaməsindən sonra ödədiyi 9.200 manat nəzərə alınmaqla, Cavabdeh2 QSC-yə 40888,40 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə İddiaçı iddiası təmin olunmamalıdır.

9. Biri nci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının İcra Haqqında Qanununun 20.1.5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddia tələbinin sübuta yetirilməməsi əsası ilə iddia tələbini rədd etmişdir ki, bu tamamilə qanunsuz və əsassızdır. Çünki iddiaçı iddia tələbini faktlarla, sübut və dəlillərlə tam sübut etmişdir. Sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmuş və həmin iclaslarda şifahi olaraq tərəfindən diqqətə çatdırılmışdır. Lakin məhkəmə bu halları nəzərə almadan qətnamə qət edərkən maddi və prosessual hüquq normalarını pozaraq qanunlar və normativ hüquqi aktları düzgün tətbiq və təfsir etməmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətli bütün faktiki halları aydınlaşdırmamışdır və həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-201/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ayaz Mahmudov-sədrlik edən və məruzəçi, Səyyad Qafari və Afiq Hüseynzadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyin i belə əsaslandırmışdır ki, iddia tələbinin mahiyyət və ifadə tərzindən belə başa düşülür ki, tələb “kredit müqaviləsi əsasında banka artıq ödənilmiş pulun və icra sənədi üzrə icra ödənişinin” geri alınması barədədir.

14. Araşdırılan işdən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi tam icra olunduğundan, icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilmişdir.

15. İddiaçı iddia tələbi ilə eynilik təşkil edən apellyasiya şikayətində banka artıq pul ödədiyini, eləcə də icra məmuru tərəfindən icra ödənişlərinin həyata keçirilməsi ilə bağlı ondan əlavə faiz tutulduğunu bəyan edir.

16. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya ilk növbədə qeyd edir ki, yalnız iddia tələbində qeyd olunan əsaslarla iddia irə li sürüldükdə həmin tələblərin birmənalı olaraq təmin olunması anlamına gəlinə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

17. Nəzərə alınmalıdır ki, əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmı ş olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədən kənar olmaqla iki növdə olur. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

20. Belə ki, məhkəmə işin düzgün həlli üçün önə mli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

21. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşan apellyasiya kollegiyası qeyd etmişdir ki, qeyd olunan iddia tələbi iddiaçının formal mülahizələrindən, yalnız iddia ərizəsində qeyd olunan fikirlərdən ibarət olmaqla, iddianın əsası heç bir mötəbər və tutarlı sübutla təsdiq olunmamışdır. 2

2. İddia ərizəsində qeyd edilən pul məbləğinin iddiaçı tərəfindən cavabdehə əlavədən ödənilməsini müəyyən edilmədən, həmin hissədə tələb aydınlaşdırılmadan iddiaçının formal mülahizələrinə əsasən iddianın təmin edilməsi qəbul edilmiş məhkəmə aktının əsaslılığını və ədalətliliyini şübhə altına ala bilər. Apellyasiya icraatı zamanı da kollegiya tərəfindən iddiaçı tərəfə iddia tələbini təsdiq edəcək sübutların təqdim olunmasını yenidən təklif edilmiş, lakin iddiaçı tərəf tələbini dəstəkləyəcək hər hansı sübutu təqdim etməməklə, dəlillərini yalnız qeyri-müəyyən və dəqiqləşdirilməmiş şifahi izahatı ilə əsaslandırmağa çalışmışdır.

23. İddia tələbinin rədd edilməsi barədə işə baxan məhkəmənin mövqeyini işin faktiki hallarına uyğun hesab edən kollegiya qeyd etmişdir ki, hazırkı mübahisənin əsl m ahiyyətini açmağa imkan verən hər hansı əsaslı dəlil mövcud deyildir. İş üzrə iddiaçının məhkəmə iclasında verdikləri izahatlar arasında kəskin ziddiyyətli məqamlar mövcuddur ki, həmin hallar qeyd olunan iddia tələbinin təmin edilməsini istisna edir.

24. Sadalananları ümumiləşdirərək kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı iddia tələbinin əsasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirməmişdir.

25. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tə rəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi b ir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir

27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində sadalanan dəlillər mülahizə xarakterli olmaqla, formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

28. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14.2.1, 21, 21.2, 425.1, 442-ci maddələrinə İcra haqqında Azərbaycan Respublikasının Qanununun 78.1, 78.2, 78.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-201/2025 saylı qətnaməsinin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2018 nömrəli, 29 iyun 2018-ci il tarixli qətnaməsi qəbul edilənədək banka 18.640 ABŞ dolları ödəniş etmiş, qətnamə qəbul edildikdən sonra isə 9200 manat ödəniş etmişdir. Şamaxı Rayon Məhkəməsin in 2(074)-24/2018 nömrəli, 29 iyun 2018-ci il tarixli qətnaməsinin icrası zamanı evi hərraca çıxarılarkən onun bu prosedurdan məlumatı olmamışdır. Hazırkı halda iddiaçı həm evini itirmiş, həm də banka əlavə pul ödənişi etmişdir. Ona görə də banka əlavə ödəmiş olduğu vəsaitin geri qaytarılmasını tələb edir. Əgər iddiaçıya məxsus ev hərracda satılmışdısa və mənzil Cavabdeh2 QSC tərəfindən aınmışdısa, bank tərəfindən onun banka olan 27382,81 ABŞ dolları məbləğində borcunun ödənilməsi ilə bağlı müraciət edilmiş və borcdan 18.640 ABŞ dolları və 9.200 manat tərəfindən banka ödənilmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2018 nömrəli, xx.xx.2018-ci il tarixli saylı icra vərəqəsinə əsasən Şamaxı rayon üzrə İcra şöbəsinin sifarişi əsasında iddiaçıya məxsus olan Şamaxı şəhəri, Yavər Kələntərli küçəsində mülkiyyətində olan 104 kv.m. ümumi sahəsi olan 1 mərtəbəli, 3 otaqlı (həyətyanı tikili və qurğularda daxil olmaqla) 39 a saylı fərdi yaşayış evi cavabdeh təşkilatda hərraca çıxarılmışdır. Lakin hərrac qanunverciliyə uyğun olaraq keçirilməmişdir. Hal-hazırda İddiaçı hərrac təşkilatçısı "xxxx" MMC ("xxxx" MMC) tərəfindən keçirilmiş 15 fevral 2019cu il tarixli hərracın nəticələri haqqında yekun protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmışdır və iddia ərizəsi icraata qəbul edilərək məhkəmə iclası təyin edilmişdir.

31. İş üzrə iddianın əsaslılığını şübhə altında saxlayan suallara aydınlıq gətirilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilməklə iddia tələbinin əsaslılığı tam və hərtərəfli araşdırılmalı və iş üzrə obyektiv qərar qəbul edilməlidir. Lakin həmin məsələnin həlli xüsisi bilik tələb edir.

32. Belə ki, apelyasiya instansiyası məhkəməsi mülki işin faktiki hallarını araşdırarkan tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.

33. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiya məhkəməsi mübahisənin düzgün həllinə təsir edən bütün faktiki halları araşdırmamış və müəyyən edilmiş hallara lazımi hüquqi qiymət verməmişdir ki, bu hallarda apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslı olmasını istisna etmiş olur.

34. Apellyasiya məhkəməsi iş materiallarında olan sübutlara mülki prosessual qanunvericiliyin sübut ların qiymətləndirilməsinə dair tələblərinə uyğun olaraq hüquqi qiymət verməli və bunun nəticələrindən asılı olaraq müəyyən etməli olduğu halda, bunu etməmişdir ki, bu hallar da apellyasiya məhkəməsinin qətnaməsinin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamasını, qətnamənin qanuni və əsaslı olmamasını və apellyasiya məhkəməsinin qətnaməsinin Azərbaycan Respblikası MPM-nin 14, 81, 88, 97 və 217.3 və 217.4-cü maddələrinin tələblərinin pozulması ilə qəbul olunduğunu təsdiq etmiş olur. Lakin apellyasiya instansiya məhkəməsi göstərdiyi bu faktları nəzərə almamış və qətnamədə əsaslandırmamışdır.

35. Apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etmədən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan, yuxarıda göstərilən işin faktiki hallarına qiymət vermədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş göstərişlərə riayət etməmiş, bununla da Mülki Prosessual Məcəllənin göstərilən maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnaməni qəbul etmişdir.

36. Mübahisəli məsələyə baxmış apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı konteksindən işə yanaşdıqda belə nəticəyə gəlmək olur ki, sübutlar, tam, hərtərəfli və obyektiv qimətləndirilməmiş, iş üzrə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir və məhkəmənin qənaəti qanunsuz və əsassızdır.

37. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14, 21, 425 və 442-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1. 88-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bər pa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

41. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlar la və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uy ğun çıxarılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətn amə və qərardadının ləğv edilməsi üçün əsasdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kassasiya şikayətinin bir sıra dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmaması barədədir ki, hazırkı icraat çərçivəsində belə dəlillər araşdırılmır. Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Kassasiya şikayətində hal-hazırda İddiaçı hərrac təşkilatçısı "xxxx" MMC ("xxxx" MMC) tərəfindən keçirilmiş 15 fevral 2019-cu il tarixli hərracın nəticələri haqqında yekun protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırması və iddia ərizəsinin icraata qəbul edilərək məhkəmə iclası təyin edilməsi barədə bildirilənlərin isə hazırkı işin həlli baxımından əhəmiyyəti və hazırkı işə aidiyyəti yoxdur.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qeyd olunan iddia tələbi iddiaçının formal mülahizələrindən, yalnız iddia ərizəsində qeyd olunan fikirlərdən ibarət olmaqla, iddianın əsası heç bir mötəbər və tutarlı sübutla təsdiq olunmamışdır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqa yıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-201/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar